01 avq 14:22layihe

Şimal regionunda uşaq futbolunun durumu

Şimal regionunda uşaq futbolunun durumu
Akif Əliyev: “Yarışa qatılacaq hər komandanın aşağı yaş qrupunun olmasını da tələb kimi irəli sürəcəyik”
Son illər Bakıda müxtəlif adlarla çoxlu sayda futbol məktəbləri fəaliyyət göstərməyə başlayıb. “Yuventus”, “Qalatasaray”, “Fənərbaxça”, “Leon”, “Vətən”, “Mançester Yunayted” və s. Bu siyahını daha da genişləndirmək olar. Elita təmsilçilərinin böyük hissəsi paytaxtda cəmləşdiyi kimi, nədənsə, uşaq futbol məktəbləri də ancaq Bakıda açılır. Bəlkə də bu səbəbdəndi ki, son vaxtlar bölgələrdə istedadlı gənc və yeniyetmələrin yetişdiyini görmürük. Halbuki vaxt var idi, məhz Tovuz, Gəncə, Sumqayıt, Qusar ölkənin əsas futbol məktəbləri hesab olunurdu və orda üzə çıxan futbolçular sonradan aparıcı klubların şərəfini qoruyur, yığmaya dəvət alırdılar. Hazırda Tovuz, Gəncə və Sumqayıtda vəziyyət yaxşılığa doğru dəyişmək üzrədi. Adını çəkdiyimiz bölgələrdə aşağı yaş qruplarına ayrılan diqqət və qayğının qarşılığı olaraq, yeni futbolçu nəsli yetişməkdədi. Müxtəlif yaş qrupu üzrə yığmaların heyətinə də nəzər yetirdikdə bunu görmək olar. Ancaq təəssüf ki, eyni sözləri Şimal regionu haqda söyləmək qeyri-mümkündü. Müstəqilliyin ilk illərində ölkə çempionatında Şimalı təmsil edən bir neçə klub var idi. Müxtəlif vaxtlarda Quba, Siyəzən, Şabran (əvvəlki Dəvəçi), Qusar təmsilçiləri istər elitada, istərsə də aşağı dəstədə mübarizə aparıblar. İndi isə bu bölgəni ölkənin futbol ailəsində yalnız Qusar “Şahdağ”ı təmsil edir. Aşağı dəstənin autsayderlərindən olan bu komanda da çox çətinliklə ayaqüstə qalıb. Demək olar ki, hər mövsüm “Şahdağ” maliyyə problemi səbəbindən dağılmaq təhlükəsi ilə üzləşir. Böyük futbol olmayan yerdə isə, təbii ki, uşaq futbolu da inkişaf edə bilməz. Peşəkar liqada çıxış edən klub maddi problemlər məngənəsində boğulursa, aşağı yaş qruplarına diqqət və qayğından danışmaq absurddu.
Şimal bölgəsində uşaq futbolunun hazırkı durumu ilə bağlı bilgi əldə etmək üçün Akif Əliyevlə danışmağa qərar verdik. AFFA rəsmisi kimi çempionat oyunlarına təyinat alan mütəxəssis Qubada yaşayır və heç şübhəsiz ki, futbol ictimaiyyətinin nümayəndəsi kimi bölgənin uşaq futbolunda yaşanan çatışmazlıqlardan bixəbər deyil.
- Vaxtilə Şimal bölgəsini əhatə edən rayonlarda sonradan bütün ölkədə tanınan futbolçular yetişirdi. Ancaq son vaxtlar sanki bu yöndə durğunluq yaşanır. Doğrudanmı şimalda uşaq futbolu tənəzzülə uğrayıb?
- İstedadlı uşaqlarımız yenə də var. Sadəcə, hazırda Qubada, Xaçmazda, Şabranda böyük futbol olmadığından onlar üzə çıxmır. Bir müddət uşaq komandalarında oynadıqdan sonra başqa sahələrə üz tuturlar. Bu mənada bir qədər Qusarda vəziyyət fərqlidi. Rayonun birinci dəstədə klubu olduğundan yerli gənclər müəyyən yaşa çatdıqdan sonra karyeralarını “Şahdağ”da davam etdirə bilirlər.
- Hazırda Qubada, Xaşmazda və Şabranda uşaq futboluna diqqət hansı səviyyədədi?
- Diqqət ayrılmır desəm, yalan danışmış olaram. AFFA tərəfindən uşaq komandalarına normal məşq etmək üçün lazımi qədər inventar, forma və top verilir. Hazırda Qubada aşağı yaş qruplarına A kateqoriyalı məşqçi Dəyanət Əliyev nəzarət edir. Quba Olimpiya Kompleksinin meydanaçası onların ixtiyarındadı. Bundan başqa, kəndlərdə də futbol bölmələri fəaliyyət götərir. Bizim bölgədə daim futbola böyük maraq olub. Oxuyub, kateqoriya alıb məşqçi işləmək arzusunda olan gənclərimiz yetərincədi. Ancaq bunun yolunu bilmirlər. Bugünlərdə bir nəfərlə görüşdüm. Qadın futbolunda çalışır. Yaxşı komanda da formalaşdırıb. Mənə deyir ki, lisenziyası olmadığından komandası başqa məşqçinin rəhbərliyi altında yarışlara qatılır. Ona məşqçi kurslarına qatılmağın yolunu başa saldım və dedim ki, əziyyəti sən çəkirsənsə, komanda da sənin rəhbərliyin altında meydana çıxmalıdı.
- Şəraitdən narazılıq etmədiz. Ancaq müxtəlif yaş qrupları üzrə yığmalarda bölgədən olan yeniyetmə və gənclərə rast gəlmirik. Belə çıxır ki, iş gedir, nəticə isə yoxdu...
- İstedadlı, gələcək vəd edən uşaqlarımızı çox vaxt aparıcı klublara təklif edirik. İstəmirik ki, futbolsuz qalan Qubadan, Xaçmazdan, Şabrandan olan uşaqlar itib-batsınlar. Özüm dəfələrlə perspektivli uşaqlara görə hansısa kluba ağız açmışam. Dəyanət müəllim də bu yöndə çox çalışır. Bizim də əlimizdən bu gəlir. Rayonumuzun və yaxud adını qeyd etdiyim rayonların öz komandaları yoxdu ki, orda oynasınlar.
- Olmaz ki, futbol akademiyaları olan klublarla danışıb, bölgədə onların filiallarını açasız. Belədə həm uşaqlar itib-batmaz, həm də məşçilər üçün iş yeri olar.
- Bu haqda düşünmüşük. Bəzi klublarla da müzakirələr olub. Ancaq hələ heç nə yoxdu. Bəzən elə olur ki, hansısa istedadlı uşağı kluba təklif edirik. Baxıb bəyənirlər. Lakin sonda məlum olur ki, uşağın orda qalması və qidalanması problemdi. Dəfələrlə şimal bölgəsinin elitada yeganə təmsilçisi olan “Sumqayıt” rəhbərliyi ilə bu barədə söhbətimiz olub. Deyirlər ki, uşağı bəyənsək də, ona qalmağa yer düzəldə bilmirik. Bu yaxınlarda Qubada “Şimal Kəndli Gənclər Futbol Məktəbi” adlı yeni məktəb yaradılıb. Rəhbəri Məzahir Abdulrəhmanovdu. Həmin məktəbin 3 komandası bu yaxınlarda Moskvaya turnirə yollanacaqlar. Artıq bununla bağlı danışıqlar yekunlaşıb. Ümid edirəm ki, o məktəbdə futbolun sirrlərinə yiyələnən uşaqlar gələcəkdə elita klublarının və yığmaların şərəfini qoruyacaqlar.
- Hər il Qubada və ətraf rayonlarda kəndlərarası futbol çempionatı təşkil olunur. Bu il necə, ənənə davam etdiriləcək?
- Ötən il təşkil olunan yarışın necə gərgin idman mübarizəsi şəraitində keçdiyini siz də bildiz. Ucqar kəndlərin komandaları da çempionata qatılmışdı. Onu da qeyd edim ki, ötənilki yarışı xeyli sayda seleksiyaçı da izləmişdi. Bəzi yeniyetmələr məhz o çempionatdan sonra müxtəlif klubların maraq dairəsinə düşdü. Bu yaxınlarda Şimal Regional Futbol Federasiyasının (ŞRFF) və Quba Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Region Kuboku”na start veriləcək. Fürsətdən istifadə edib ŞRFF-nin rəhbərliyinə də təşəkkür etmək istəyirəm. Onlar daim bizi top və lazım olan başqa ləvazımatlarla təmin edirlər. Budəfəki turnirdə yenilik etmək istəyirik. Yarışa qatılacaq hər komandanın aşağı yaş qrupunun olmasını da tələb kimi irəli sürəcəyik. Düşünürük ki, belə olan halda bölgədə olan istedadlı uşaqları daha tez üzə çıxarmaq mümkündü. Ümumiyyətlə, Qubada və ətraf rayonlarda futbolun kütləviləşməsi üçün maksimum səy göstəririk. Məşqçilərin və hakimlərin maariflənməsi yönündə tədris vəsaitlərini tapıb gətirib onlara təqdim edir, diskusiyalar aparırıq. Nizami adına kinoteatrda geniş ekran quraşdırılıb. Yığmanın və klublarımızın avrokubok matçları, eləcədə müxtəlif ölkələrin çempionatları orda göstərilir. İstənilən şəxs təmənnazsız zala daxil olub oyunları izləyə bilər.
RƏŞAD
Layihəni AFFA yanında Media Komitəsi maliyyələşdirir

Şimal regionunda uşaq futbolunun durumu
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar