07 in 14:26layihe

Premyer-liqada azarkeş mənzərəsi

Premyer-liqada azarkeş mənzərəsi
Tribunalarda azalma müşahidə olunub

Premyer-liqanın 2016/17 mövsümünə aid daha bir araşdırma yazısını diqqətinizə çatdırırıq. Mövzu tamaşaçı sayı ilə bağlıdı. Hansı ki, hər bir çempionatın reytinqi məhz azarkeş sayı ilə ölçülür. Təəssüf ki, bu baxımdan vəziyyət ötən mövsümlə müqayisədə daha pisdi.
Yarı “Kəpəz”də, yarı...
Bəribaşdan qeyd edək ki, geridə qoyduğumuz mövsümdə 28 turda baş tutan 112 oyunu 225774 tamaşaçı izləyib. Bura nəticəsi ləğv olunan “Zirə” – “Neftçi” matçı da aiddi. Həmin oyunu da nəzərə alsaq, orta tamaşaçı sayı 2016-ya bərabər olub. Azarkeş sayının yarıdan çoxu “Kəpəz”in ev oyunlarında qeydə alınıb. Belə ki, Gəncə təmsilçisi 14 ev qarşılaşmasında 113338 tamaşaçı toplayıb. Qərblilərin orta göstəricisi 8096-ya bərabərdi. Mövsümün rekordu 6-cı turun “Kəpəz” – “Qarabağ” matçında qeydə alınıb. Həmin oyunu 14238 nəfər canlı izləyib. Ən az tamaşaçının izlədiyi üç oyunun hərəsində isə 150 tamaşaçı olub.
klub tamaşaçı orta hesabla ən çox ən az
Kəpəz 113338 8096 14238 2000
Qarabağ 25650 1832 8000 500
Sumqayıt 19872 1419 2500 350
Qəbələ 19700 1407 4500 300
Neftçi 16800 1200 2500 150
Zirə 13800 986 2000 500
İnter 11484 820 2500 200
AZAL 5130 366 1000 150
cəmi: 225774 2016 37238 4150

“Xəzər Lənkəran”ın yeri görünür
Vurğuladığımız kimi, ötən mövsümlə müqayisədə azarkeş sayında geriləmə müşahidə olunur. Düzdü, 2015/16 mövsümündə komanda sayı çox idi. Premyer-liqa 180 oyundan ibarət olmuşdu. Nəticədə 464429 tamaşaçı qeydə alınmışdı. Ancaq istənilən halda, orta hesabla götürsək, yenə də azalma var. Ötən mövsüm tribunalardakı orta tamaşaçı sayı 2580-ə bərabər olmuşdu ki, bu rəqəm son çempionatla müqayisədə nəzərəçarpan dərəcədə çoxdu. Azalmanı ilk növbədə “Xəzər Lənkəran”ın yoxluğu ilə əlaqələndirmək lazım gəlir. Hər halda, 2015/16-da cənub təmsilçisi ev oyunlarına gələn azarkeş sayına görə “Kəpəz”dən sonra ikinci idi.
Bölgələr öndədi
Ötən mösümlə müqayisədə yenə bölgə klubları lokomotiv rolunu oynayır. Hər halda, əyalət təmsilçiləri azarkeş sayından ibarət cədvəlin ilk yarısında – 1-4-cü yerlərdə qərarlaşıbsa, paytaxt klubları son sıralarda yer alıb. Təbii ki, illərdi paytaxtda məskunlaşmasına rəğmən, “Qarabağ”ı bölgə klubu sayırıq. “Kəpəz”dən sonra 2-ci pillədə məhz ağdamlılar qərarlaşıb. Çempion “Kəpəz”dən təxminən 4,5 dəfə geri qalır. Üçüncü sırada “Sumqayıt”, 4-cü pillədə isə “Qəbələ” yer alıb.
Bakı təmsilçiləri arasında ən yaxşı nəticə “Neftçi”yə məxsusdu. Azarkeşləri “ağ-qaralar”ın cari mövsümdə öyünə biləcəyi yeganə məqamdı. Çempionatda 7-ci olan komanda azarkeşlərinə görə beşincidi. “Neftçi”ni hər oyunda orta hesabla 1200 azarkeş tribunadan dəstəkləyib. Digər üç komandada isə bu rəqəm 1000-dən də aşağıdı. Ən az sevilən klub AZAL-dı. Autsayder “Zirə” və “İnter”ə də həsəd aparır. AZAL-ın 14 oyunda topladığı ümumi azarkeş sayı “Kəpəz”in bir matç üçün orta göstəricisindən də aşağıdı.
Əyalət
Kəpəz – 113338
Qarabağ – 25650
Sumqayıt – 19872
Qəbələ - 19700

Paytaxt
Neftçi – 16800
Zirə – 13800
İnter – 11484
AZAL – 5130

Rekord 25-ci turda qeydə alınıb
Turlar üzrə götürsək, ən çox tamaşaçı 25-ci tura təsadüf edib. Dörd oyunda tribunalarda 20300 nəfər olub. Bunun 10000-i “Kəpəz”in “Neftçi” ilə oyununa təsadüf edibsə, “Tofiq Bəhramov”da baş tutan “Qarabağ” – “Qəbələ” derbisini 8000, “Zirə” – “İnter” qarşılaşmasını isə 2000 tamaşaçı canlı izləyib. Bundan başqa, AZAL-la “Sumqayıt”ın görüşünü 300 nəfər izləyib. Ən az azarkeş 8-ci və 14-cü turlarda qeydə alınıb. Hər ikisində cəmi 2000 nəfər stadionlara üz tutub.
ən çox azarkeşin qeydə alındığı 3 tur
25-ci tur – 20300 nəfər
26-cı tur – 16334 nəfər
6-cı tur – 15938 nəfər
ən az azarkeşin qeydə alındığı 3 tur
8-ci tur – 2000 nəfər
14-cü tur – 2000 nəfər
12-ci tur – 2700 nəfər
Bir startda, bir də finişdə qələbəlik olub
Azarkeş sayını dövrələr üzrə müqayisə edəndə maraqlı nəticə hasil olur. Çempionatın ilk 7 turunda və sonuncu dövrədə tribunalarda daha çox sıxlıq müşahidə olunub. Bu baxımdan qalibin müəyyənləşdiyi 22-28-ci turlarda oyunlara maraq xüsusilə böyük olub. Son 7 turda 78096 nəfər oyunları stadiondan izləyib. İkinci və üçüncü dövrədəki passivlik havaların soyuması, həmçinin dərslərin başlaması və görünür, qarşılaşmaların erkən saatlarda baş tutması ilə bağlıdı.
1-ci dövrə - 55828
2-ci dövrə - 44600
3-cü dövrə - 47250
4-cü dövrə - 78096

8 klub, 11 stadion
Yazının əvvəlində bölgələrə əsasən təhlil aparıb yekunu diqqətinizə çatdırsaq da, stadionlar üzrə rəqəmlər dəyişir. Çünki “Qəbələ”nin paytaxtda, “Qarabağ” və “Neftçi”nin Masazırda oynadığı matçlar da olub. Ümumiyyətlə, 8 klub 11 stadionun xidmətindən yararlanıb. Premyer-liqa təmsilçilərinin ev oyunlarının böyük əksəriyyətini keçirdiyi stadionlar öz yerində, “Əlincə Arena”da 7, “Dalğa Arena”da 3, Tofiq Bəhramov adına Respublika stadionunda isə 2 görüş baş tutub.
Gəncə şəhər stadionu (14 oyun) – 113338
Kapital Bank Arena (14 oyun) – 19872
Qəbələ şəhər stadionu (12 oyun) – 18900
Zirə Olimpiya İdman Kompleksinin stadionu (14 oyun) – 13800
Azərsun Arena (9 oyun) – 13050
Bakcell Arena (9 oyun) – 12900
İnter Arena (14 oyun) – 11484
Tofiq Bəhramov adına Respublika stadionu (2 oyun) – 8500
Əlincə Arena (7 oyun) – 7850
AZAL Arena (14 oyun) – 5130
Dalğa Arena (3 oyun) – 950
MİRAĞA
Layihə yanında Media Komitəsi tərəfindən maliyyələşir
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:13 Dabo “Panatinaikos”a qarşı oynaya biləcək Dünən, 18:10 Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi Dünən, 18:08 Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır Dünən, 18:07 Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir Dünən, 15:46 Eddi yenə diqqət mərkəzinə düşdü Dünən, 15:42 Bəhmən Həsənov “Sepidrud”un idman direktoru olmaqdan imtina etdi Dünən, 15:41 Masallıda yeni futbol klubu yaradıldı Dünən, 15:40 “Azenco” “Şahdağ”a vəd verib Dünən, 15:30 “Səbail” qələbəyə həsrətdi Dünən, 15:29 Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi Dünən, 15:26 “Kəpəz” yığma ilə qarşılaşacaq Dünən, 15:24 Tahir Gözəl “Qarabağ”dan iki qol gözləyirmiş Dünən, 15:22 Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı Dünən, 15:21 Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb Dünən, 15:18 Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı Dünən, 15:15 Meydana yad əşya yağdı Dünən, 15:11 “Şerif” Bakıdan istədiyi nəticə ilə getdi Dünən, 15:06 Xaqani Məmmədov toplanış məkanını və hakimlərin qiymətini açıqladı Dünən, 15:03 “Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir Dünən, 15:02 “Neftçi” inzibati işçilərini Avstriyaya aparmayıb Dünən, 14:58 AÇ-nin qrup oyunları nə vaxt başlayacaq? Dünən, 14:56 Vüqar Həşimovun xatirəsinə turnir keçirilir Dünən, 14:54 Ədalətin Gürcüstan zəfəri Dünən, 14:51 Parisdə beşinci oldu 19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı Bütün xəbərlər
Ən çox oxunanlar