05 in 12:51layihe

Premyer-liqanın qol mənzərəsi

Premyer-liqanın qol mənzərəsi
Yerlilər əcnəbilərdən öndədi

Məlum olduğu kimi, 2016/17 mövsümündə çempionatda iki futbolçu eyni sayda qol vurdu. “Qəbələ”dən Filip Ozobiç, “İnter”dən isə Rauf Əliyev premyer-liqa matçlarında 11 dəfə fərqləndi. Onların ən yaxın izləyicisi Dino Ndlovunun (Qarabağ) hesabında da 10 qol var. Təbii, iki futbolçu eyni sayda qol vuranda onların oyun sayı əsas götürlür. Bu mənada Əliyev rəqibindən öndədi. Belə ki, Rauf 26, Filip isə 27 matçda bu nəticəyə imza atıb. Təbii, ən yaxşı bombardirin 11 qol vurması ürəkaçan mənzərə deyil. Bu məqam məhsuldarlığın aşağı olmasından xəbər verir. Həmçinin hücumçuların lazımi effekt verməməsi anlamına gəlir. Klublar arasında ən məhsuldar komanda isə “Qəbələ”di. “Qırmızı-qaralar” mövsümü 48 qolla başa vurub ki, “Qarabağ” prisipial rəqibindən 2 qol geri qalır. Premyer-liqanı tərk edən AZAL isə cəmi 13 dəfə rəqib qapılarına yol tapıb.
Biz “niyə məhsuldarlıq aşağıdı”, “hücumçuların problemi nədi” kimi suallara cavab tapmaq fikrində deyilik. Çünki dəfələrlə bu mövzuya toxunmuş, mütəxəssislərin, sabiq bombardirlərin fikirlərini öyrənmişik. Bu dəfə üzə çıxarmağa çalışacağımız məqam vurulan qollarda legionerlərlə yerlilərin əməyinin müqayisəsidi. Öncə onu qeyd edək ki, son çempionatda ümumilikdə 248 qol qeydə alınıb. Bunlardan 8-i avtoqoldu. Jayro Rodriges (Neftçi) 3, Renan (Kəpəz) 2, Adrian Skarlatake (İnter), Ruslan Abışov (Neftçi) və Denis Silva (İnter) 1 dəfə öz komandasını məyus edib. Belə deyək, 8 avtoqoldan 7-nin müəllifi əcnəbidi. İndi isə 8 komandanın heyətində çempionatda fərqlənən futbolçuların siyahısını və nə qədər qol vurduqlarını diqqətinizə çatdıraq. Qeyd edək ki, mötərizədə göstərilən rəqəm penaltidən vurulan qollardı.
Qarabağ
Dino Ndlovu - 10 (1), Miçel, Muarem Muarem, Reynaldo – 4, Mahir Mədətov, Maksim Medvedev, Rahid Əmirqulıiyev, Dani Kintana – 3, Riçard Almeyda - 2 (2), Coşqun Diniyev, Əfran İsmayılov, Bədavi Hüseynov, İlqar Qurbanov, Elvin Yunuszadə, Elşən Abdullayev, Əlhərbi Əl-Cadeyayu – 1.
Qəbələ
Filip Ozobiç - 11 (2), Baqali Dabo – 7, Sergey Zenyov – 6, Tellur Mütəllimov, Ruslan Qurbanov (1) - 4, Daniel Subotiç – 3, Asif Məmmədov, Rəşad Eyyubov, Teo Uiks, Vitali Vernidub – 2, Rikardinyo, Roman Hüseynov – 1.
İnter
Rauf Əliyev – 11, Nizami Hacıyev - 7 (1), Ruslan Abışov - 5 (1), Ağabala Ramazanov – 4, Zurab Xizanişvili – 3, Denis Silva, İlkin Qırtımov – 2, Abbas Hüseynov, Adrian Skarlatake, Elnur Abdullayev, Fuad Bayramov, Slavik Alxasov – 1.
Zirə
Sezar Meza Kolli - 4 (1), Riçard Qadze, Milan Duriç (1), Elvin Məmmədov (2) – 3, Gerhard Proqni, Viktor İbokoyi, Yovan Krneta (1) – 2, Adil Nağıyev, Cavid Tağıyev, Nurlan Novruzov, Vüqar Mustafayev, Təmkin Xəlilzadə (1) -1.
Kəpəz
Jülyen Ebah – 6, Tural Axundov - 5 (4), Dario Federiko – 4, Kərim Diniyev – 3, Serjinyo, Şəhriyar Rəhimov – 2, Orxan Əliyev, Şəhriyar Əliyev 1.
Sumqayıt
Mirabdulla Abbasov - 8 (1), Amil Yunanov - 6 (2), Vaqif Cavadov, Yusif Nəbiyev – 3, Məhəmməd Qurbanov – 2, Azər Salahlı, Amit Quluzadə, Bəxtiyar Həsənalızadə, Nicat Muxtarov, Sergey Çernışev, Seymur Əsədov – 1.
Neftçi
Daniel Seqoviya - 4 (1), İqnasio Errera, Rəhman Hacıyev, Araz Abdullayev (2) – 3, Cavid İmamverdiyev, Hüqo Barqas, Namiq Ələsgərov – 2, Denilson Pereyra, Elvin Bədəlov, Jonas Pesalli, Katalin Tira, Zdenek Folprext – 1.
AZAL
David Canelidze, Nuqzar Kvirtiya – 3, Rəşad Abdullayev, Ruslan Əmircanov – 2, Frank Madu, İlqar Ələkbərov, Vaqif Cavadov – 1.
İndi isə legioner – yerli müqayisəsi baxmından komandaların hesabında olan qolları bölüşdürək.
Qarabağ: 28 - 15
Qəbələ: 32 - 13
İnter: 6 – 33
Zirə: 16 – 8
Kəpəz: 12 – 12
Sumqayıt: 0 – 28
Neftçi: 13 – 11
AZAL: 7 – 6
Göründüyü kimi, vurulan 240 qoldan 114-ü əcnəbilərin, 126-sı isə yerlilərin hesabındadı. “Qarabağ” və “Qəbələ”də legionerlər qol sayında aşkar şəkildə üstündü. “Zirə”, AZAL və “Neftçi”dəki əcnəbilər yerli futbolçulardan daha çox fərqlənsə də, fərq uçurum həddində deyil. Maraqlıdı ki, “Kəpəz”də mütləq bərabərlik hökm sürür. “İnter”də isə yerlilərin böyük üstünlüyü varsa, “Sumqayıt”ın legionerlərdən yararlanmaması üzündən 28 qolda əcnəbi imzası yoxdu. Ümumi mənzərəni faizlə dəyərləndirsək, qolların sayında yerlilər 52,5, legionerlər isə 47,5 faiz əməyə sahibdi. Təbii, məhsuldarlqı amilində bu cür durumun olması maraqlı faktdı.
FARİZ
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşir
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:13 Dabo “Panatinaikos”a qarşı oynaya biləcək Dünən, 18:10 Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi Dünən, 18:08 Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır Dünən, 18:07 Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir Dünən, 15:46 Eddi yenə diqqət mərkəzinə düşdü Dünən, 15:42 Bəhmən Həsənov “Sepidrud”un idman direktoru olmaqdan imtina etdi Dünən, 15:41 Masallıda yeni futbol klubu yaradıldı Dünən, 15:40 “Azenco” “Şahdağ”a vəd verib Dünən, 15:30 “Səbail” qələbəyə həsrətdi Dünən, 15:29 Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi Dünən, 15:26 “Kəpəz” yığma ilə qarşılaşacaq Dünən, 15:24 Tahir Gözəl “Qarabağ”dan iki qol gözləyirmiş Dünən, 15:22 Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı Dünən, 15:21 Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb Dünən, 15:18 Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı Dünən, 15:15 Meydana yad əşya yağdı Dünən, 15:11 “Şerif” Bakıdan istədiyi nəticə ilə getdi Dünən, 15:06 Xaqani Məmmədov toplanış məkanını və hakimlərin qiymətini açıqladı Dünən, 15:03 “Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir Dünən, 15:02 “Neftçi” inzibati işçilərini Avstriyaya aparmayıb Dünən, 14:58 AÇ-nin qrup oyunları nə vaxt başlayacaq? Dünən, 14:56 Vüqar Həşimovun xatirəsinə turnir keçirilir Dünən, 14:54 Ədalətin Gürcüstan zəfəri Dünən, 14:51 Parisdə beşinci oldu 19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı Bütün xəbərlər
Ən çox oxunanlar