24 may 17:07layihe

Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı?

Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı?
Başa çatan çempionatda hakim idarəçiliyi haqda yetərincə müzakirə getdi. Bəlkə də son illərdə ədalət təsmilçilərinin işi heç vaxt bu qədər söz-söhbətə səbəb olmamışdı. Xüsusən çempionluq uğrunda mübarizə aparan “Qarabağ”la “Qəbələ” arasındakı görüşlər ərəfəsində, matçlardan öncə və sonra hakimlərin idarəçiliyi daha çox gündəmə gətirilirdi. Qeyd edək ki, çermpionat oyunlarında ümumilikdə 10 ədalət təmsilçisi iş başında olub. Uzun marafonu ümumi şəkildə qiymətləndirsək, xüsusən premyer-liqanın 3-cü dövrəsində referilərin işi biabırçı vəziyyətdə idi. Düzdü, ilk iki dövrədə də səhvlər olmuşdu. Ancaq qış fasiləsindən sonrakı turlarda bir-birinin ardınca kobud, nəticəyə təsir edən yanlış qərarların sayı-hesabı yox idi. Hər kəs bu fikirdə idi ki, Türkiyədə təşkil edilən təlim-məşq toplanışı Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədovun yetirmələrinə əks-təsir göstərib. Hər halda, biabırçı səhvlərə başqa izah tapmaq çətin idi. Axı çempionatın ilk yarısını o qədər də pis keçirməyən ədalət təmsilçilərinin qışdan sonra bu cür iş ortaya qoyması hamını təəccübləndirirdi. Yaxşı ki, həlledici mərhələdə - 4-cü dövrədə bu cür idarəçiliyin şahidi olmadıq. Doğrudu, həmin mərhələ üçün “səhvlər yox idi, hakimlər qüsursuz oyun idarə edirdilər” sözünü demək düzgün olmaz. Amma 3-cü dövrə ilə müqayisədə referilərin son dövrədəki işi “toya getməli idi”. Beləcə, referilər pis-yaxşı mövsümü başa vurdular. İndi isə çempionatda hansı hakimlərin iş başında olduğuna, nə qədər oyuna təyinat aldığını, hansı komandalarla daha çox yollarının kəsişdiyinə nəzər salmaq yerinə düşər. Söhbət baş hakim kimi çempionat oyunlarına təyinatından gedir. Kimin ən çox neçə və hansı turlarda məcburi şəkildə istirahətdə olduğunu da qeyd etməyi lazım bildik.

Əliyar Ağayev
FİFA referisi mövsümün ilk yarısında avrokubokların bir neçə oyununda ölkəmizi təmsil etdi. Özü də beynəlxalq görüşlərdə heç də pis qiymətlərlə yadda qalmadı. Hətta dekabrda Xaqani Məmmədov onun 1-ci kateqoriyaya yüksəldiyini də açıqlamışdı. Ancaq sonradan məlum oldu ki, HK sədri bunu deməklə bir qədər tələsib. Gözlənilən odu ki, iyunda FİFA referilərinin yeni siyahısı açıqlanacaq və Ağayevin 1-ci kateqoriyada olduğu bildiriləcək. Hər halda, Məmmədov belə deyib. Ancaq bunun reallaşıb-reallaşmayacağını zaman göstərəcək. Ona qalsa, HK sədri qış fasiləsindən sonra Əliyara fantastik bir təyinatın gələcəyini də söyləmişdi. Lakin belə bir şad xəbər görmədik. Çempionata gəlincə, FİFA referisi ən çox təyinat alan 2 hakimdən biridi. Ağayev 2016/17 mövsümündə premyer-liqada 17 oyun idarə edib. Elita iştirakçılarının hamısı ilə yolları kəsişib. Beynəlxalq dərəcəli referi iki komandanın oyununda daha çox görünüb. O, “İnter”lə “Sumqayıt”ın hərəsinin 6 matçında iş başında olub. Ağayevin idarə etdiyi oyunlarda 7 dəfə meydan sahibləri, 4 dəfə qonaqlar qələbə qazanıb, 6 heç-heçə qeydə alınıb. Ardıcıl olaraq ən çox 3 tur (23, 24, 25) premyer-liqa oyunlarına təyinat almayıb.
1-ci tur. İnter – Qarabağ 2:1
2-ci tur. Kəpəz – AZAL 0:0
3-cü tur. Qarabağ – Neftçi 3:0
4-cü tur. Sumqayıt – İnter 1:2
6-cı tur. AZAL – İnter 1:3
8-ci tur. Qarabağ – Sumqayıt 3:0
10-cu tur. Qəbələ – Neftçi 4:1
11-ci tur. Kəpəz – Sumqayıt 0:0
12-ci tur. İnter – AZAL 3:0
14-cü tur. Qəbələ – Kəpəz 2:1
15-ci tur. Qəbələ – Sumqayıt 1:1
17-ci tur. İnter - Neftçi 1:3
18-ci tur. Zirə - Qəbələ 2:2
20-ci tur. Kəpəz - Qəbələ 1:1
22-ci tur. İnter – Sumqayıt 1:0
26-cı tur. Sumqayıt – Zirə 1:1
28-ci tur. AZAL – Zirə 0:3


Rəhim Həsənov
HK-dan aldığı təyinat sayı baxımından Həsənov Ağayevlə birgə şərikli liderdi. O, da Əliyar kimi 17 çempionat oyunu idarə edib. Xüsusən 13-cü turdakı Qarabağ – Qəbələ (2:1) matçındakı işi ən çox müzakirə olundu. Şübhəli penalti, verilməyən “qırmızı”, oyunun vaxtı kimi məqamlar uzun müddət mətbuatın gündəmini zəbt etdi. Halbuki bu rəqiblərin ilk duelini məhz Rəhim yüksək səviyyədə idarə etmişdi. Bütün komandalarla yolları kəsişib. Ən çox (6 dəfə) “Sumqayıt”la “Neftçi”nin oyunlarında görünüb. Həsənovun baş hakimi olduğu qarşılaşmalarda 10 dəfə meydan sahibləri qələbə qazanıb, 4 dəfə isə qonaqlar 3 xal hesabına yazıdırıb. Üç görüşdə isə heç-heçə qeydə alınıb. Ən çox iki tur (2, 3 və 10, 11) istirahət edib.
1-ci tur. AZAL – Neftçi 0:2
4-cü tur. Neftçi – Qəbələ 0:8
5-ci tur. Sumqayıt – Kəpəz 1:1
6-cı tur. Kəpəz – Qarabağ 1:1
7-ci tur. Qəbələ – Qarabağ 2:0
8-ci tur. Zirə – Neftçi 2:0
9-cu tur. Sumqayıt – Qəbələ 2:2
12-ci tur. Sumqayıt – Neftçi 2:0
13-cü tur. Qarabağ – Qəbələ 2:1
15-ci tur. İnter – Kəpəz 4:1
17-ci tur. Sumqayıt – Kəpəz 3:1
19-cu tur. Sumqayıt - AZAL 1:0
21-ci tur. Neftçi – Zirə 1:2
22-ci tur. Qarabağ – AZAL 1:0
24-cü tur. Sumqayıt - Neftçi 2:0
26-cı tur. İnter – Qarabağ 0:3
28-ci tur. Kəpəz – İnter 1:0


Fariz Yusifov
Mövsümü sabiq FİFA referisi üçün uğurlu hesab etmək olar. Ölkə kubokunun finalında i8ş başında olan Yusifov bu cür təyinatı əslində haqq etmişdi. Yuxarıda qeyd etdiyimiz kimi, qış fasiləsindən sonra hakimlərin bərbad idarəçiliyi “göz oxşayırdı”. Digər tərəfdən də “Qarabağ”la “Qəbələ” arasında çempionluq mübarizəsinin ən gərgin vaxtı idi. Odu ki, premyer-liqanın 19-cu turundan öncə bu rəqiblərin deulini kimin idarə edəcəyi böyük maraq doğururdu. Daha bir hakim fiaskosu hətta çempionatın da taleyinə təsir edə bilərdi. Bu zaman Xaqani Məmmədov prinsipial görüşü təcrübəli referiyə həvalə etdi. İllərin yükünü çiyinlərində daşıyan Yusifov bu çətin tapşırığın da öhdəsindən layiqincə gəldi. O, həmin oyunu yüksək səviyyədə idarə etməklə, sanki çaş-baş qalmış hakimləri özünə gətirdi. Elə buna görə də sözgedən rəqiblərin həm 4-cü dövrədəki dueli, həm də kubokun finalındakı oyunu Yusifova etibar edildi. Maraqlıdı ki, təcrübəli referi qış hazırlıqları zamanı heyətlə birgə Türkiyəyə getməmişdi. Digər qeyd olunası məqam isə premyer-liqadakı yeganə texniki nəticə məhz onun idarə etdiyi “Zirə” – “Neftçi” görüşündə qeydə alınıb. Bütün komandaların oyununda olub. Ən çox isə “İnter”in matçına təyinat alıb – 6 dəfə. Onun idarə etdiyi qarşılaşmalrda 11 dəfə meydan sahibləri, 1 dəfə qonaqlar qələbə qazanıb, 4 dəfə bərabərlik qeydə alınıb. Yalnız iki ardıcıl turda (10, 11) ona HK-dan təyinat gəlməyib.
1-ci tur. Qəbələ – Kəpəz 2:0
3-cü tur. Zirə - AZAL 3:1
5-ci tur. İnter – Neftçi 2:1
7-ci tur. İnter – Zirə 1:1
9-cu tur. Kəpəz – İnter 0:0
12-ci tur. Qarabağ – Kəpəz 1:0
14-cü tur. Qarabağ – İnter 0:0
16-cı tur. Qəbələ – Neftçi 1:0
18-ci tur. Neftçi - Sumqayıt 1:0
19-cu tur. Qəbələ - Qarabağ 2:0
20-ci tur. Zirə - Sumqayıt 1:0
21-ci tur. İnter – Qəbələ 0:2
22-ci tur. Kəpəz – Zirə 1:0
23-cü tur. Neftçi – İnter 2:1
25-ci tur. Qarabağ – Qəbələ 0:0
27-ci tur. Zirə – Neftçi +:-


Ömər Paşayev
Yanvarın 1-dən FİFA referisi statusu daşıyan Paşayev 11 çempionat matçında iş başında olub. Bütün komandaların oyununu idarə edib. Bu 11 matçın 6-da meydan sahibləri, 3-də isə qonaqlar qələbə sevinci yaşayıb. Yalnız 2 oyunda qalib müəyyənləşməyib. Kubokun finalının da Paşayevə etibar ediləcəyi deyilsə də, sonda bu baş vermədi. Ən çox (5 dəfə) “Kəpəz”in oyunlarında iş başıənda olub. İki dəfə ardıcıl 3 tur (4-6, 15-17) təyinat üzü görməyib.
3-cü tur. İnter – Kəpəz 2:2
7-ci tur. Neftçi – Kəpəz 2:0
10-cu tur. İnter – Sumqayıt 3:1
12-ci tur. Qəbələ – Zirə 1:0
13-cü tur. Kəpəz – Neftçi 2:0
14-cü tur. Sumqayıt – Zirə 1:0
18-ci tur. Kəpəz - Qarabağ 0:1
20-ci tur. AZAL - Neftçi 0:1
23-cü tur. AZAL – Qəbələ 1:1
26-cı tur. Kəpəz – Qəbələ 2:0
28-ci tur. Neftçi – Qarabağ 1:2


Ramil Diniyev
Premyer-liqada 10 oyunda baş hakim funksiyasını yerinə yetirib. Ən çox “Zirə”nin oyunlarına təyinat alıb (5 dəfə). Onun idarə etidiyi matçlarda qonaqlar 5 dəfə qələbə qazanıbsa, meydan sahibləri yalnız 1 dəfə 3 xala sevinib. Qalan 4 oyunda isə qalib müəyyənləşməyib. Bəzi oyunlarda ciddi səhvlərə yol verib. Xüsusən 15-ci tur çərçivəsində “Qarabağ” – “Neftçi” matçında (1:1) “ağ-qaralar”ın haqlı penaltisini verməməsi ona baha başa gəlib. Bu qarşılaşmadan sonra 5 tur premyer-liqaya təyinat almayıb. Maraqlıdı ki, Xaqani Məmmədov onu “Qəbələ”nin heç bir oyununa göndərməyib.
2-ci tur. Neftçi – Zirə 0:1
4-cü tur. Kəpəz – Zirə 2:0
6-cı tur. Neftçi – Sumqayıt 1:2
9-cu tur. Neftçi – Qarabağ 0:2
11-ci tur. Zirə – Qarabağ 0:2
13-cü tur. AZAL – Sumqayıt 1:1
15-ci tur. Qarabağ – Neftçi 1:1
21-ci tur. Sumqayıt - Qarabağ 0:4
23-cü tur. Zirə – Qarabağ 0:0
25-ci tur. Zirə - İnter 1:1


Rauf Cabbarov
Diniyev kimi Cabbarov da 10 çempionat matçı idarə edib. Bütün komandaların oyununda fit çalıb. “Qəbələ”, “Qarabağ” və AZAL-ın oyunlarında daha çox (3 dəfə) görünüb. Onun baş hakimi olduğu matçların 5-də qələbəni bayram edən tərəf meydan sahibləri olub. Qalan görüşlərdə isə qonaqlar 2 dəfə qələbə qazanıb, 3 oyunda heç-heçə qeydə alınıb. İki dəfə uzun müddət təyinat almayıb. Söhbət 10-13 və 20-23-cü turlardan gedir.
2-ci tur. Qəbələ – İnter 0:0
3-cü tur. Qəbələ – Sumqayıt 2:0
5-ci tur. Qarabağ – Zirə 2:0
9-cu tur. AZAL – Zirə 1:1
14-cü tur. Neftçi – AZAL 0:1
17-ci tur. Qarabağ – Zirə 2:0
19-cu tur. Neftçi – Kəpəz 0:0
24-cü tur. Qarabağ – Kəpəz 2:1
25-ci tur. AZAL - Sumqayıt 1:2
27-ci tur. Qəbələ – İnter 4:3

Orxan Məmmədov
2017-nin ilk günündən “FİFA referisi” adından məhrum olan Məmmədov 9 çempionat matçı idarə edən 2 hakimdən biridi. Birmənalı şəkildə ən çox (6 dəfə) AZAL-ın oyununda iş başında olub. İdarə etdiyi 9 oyundan yalnız 2-də meydan sahiblərinin, 4-də isə qonaqların qələbəsini qeydə alıb. Üç görüş isə heç-heçə yekunlaşıb. Maraqlıdı ki, Məmmədov “Qəbələ”nin heç bir oyununa təyinat almayıb. Ən uzun istirahət imkanını isə 22-25-ci turlarda qazanıb.
1-ci tur. Zirə – Sumqayıt 0:1
4-cü tur. Qarabağ – AZAL 6:0
8-ci tur. AZAL – Kəpəz 0:1
10-cu tur. AZAL – Qarabağ 0:1
13-cü tur. Zirə – İnter 1:1
16-cı tur. AZAL – Qarabağ 1:2
19-cu tur. İnter – Zirə 1:1
21-ci tur. Kəpəz - AZAL 1:1
26-cı tur. Neftçi – AZAL 4:0


İnqilab Məmmədov
Məmmədov da Cabbarovla eyni sayda – 9 premyer-liqa matçında fit çalıb. “Qarabağ” və “Neftçi” ilə yolları kəsişməyib. “Qəbələ”nin 5 oyununda ədaləti təmsil edib ki, başqa heç bir klubla bu qədər rastlaşmayıb. Çempionatın ikinci yarısında 5 tur (18-22-ci turlar) təyinat üzü görməyib. 5 dəfə meydan sahiblərinin qələbəsini qeydə alıbsa, onun idarə etdiyi görüşlərdə qonaqlar 3 xal qazanmayıb. Qalan 4 matçın heç-heçə yekunlaşdığını izah etmək artıqdı.
5-ci tur. Qəbələ – AZAL 3:0
7-ci tur. Sumqayıt – AZAL 1:1
10-cu tur. Zirə – Kəpəz 2:0
11-ci tur. AZAL – Qəbələ 0:0
16-cı tur. Sumqayıt – İnter 2:2
17-ci tur. Qəbələ - AZAL 2:0
23-cü tur. Kəpəz – Sumqayıt 1:0
24-cü tur. Qəbələ - Zirə 1:1
28-ci tur. Sumqayıt – Qəbələ 2:1

Rəvan Həmzəzadə
Həmzəzadə cəmi 7 premyer-liqa matçı idarə edib, bunlardan 3-də meydan sahibləri, 3-də isə qonaqlar qələbə qazanıb. Yalnız bir dəfə heç-heçə qeydə alıb. Maraqlıdı ki, az oyun idarə etməsinə baxmayaraq, 8 iştirakçının hamısının oyununda baş hakim funksiyasını yerinə yetirib. Bu mənada daha çox AZAL-ın matçlarında iş başında olub – 3 dəfə. Nə az, nə çox, düz 8 tur (16-23) HK-dan təyinat almayıb.
2-ci tur. Sumqayıt – Qarabağ 0:2
6-cı tur. Zirə – Qəbələ 0:2
8-ci tur. İnter – Qəbələ 1:1
11-ci tur. Neftçi – İnter 2:1
15-ci tur. Zirə – AZAL 2:1
24-cü tur. İnter - AZAL 2:1
27-ci tur. AZAL – Kəpəz 1:2


Elvin Əsgərov
Premyer-liqada ən az təyinat alan Əsgərov 6 oyunda baş hakim funskiyasını yerinə yetirib. İlk iki dövrədə çempionatda qarşılaşma idarə etməyib. Bununla belə, bütün komandaların oyununda olub. “Kəpəz” və “İnter”lə daha çox (2 dəfə) qolu kəsişib. Onun idarə etdiyi oyunlarda heç-heçə qeydə alınmayıb: 4 oyunda meydan sahibləri, 2 matçda isə qonaqlar qalib gəlib.
16-cı tur. Zirə – Kəpəz 1:0
18-ci tur. AZAL - İnter 0:1
20-ci tur. Qarabağ - İnter 0:1
22-ci tur. Neftçi – Qəbələ 1:0
25-ci tur. Kəpəz - Neftçi 2:0
27-ci tur. Qarabağ – Sumqayıt 2:1

FARİZ
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşir
Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:13 Dabo “Panatinaikos”a qarşı oynaya biləcək Dünən, 18:10 Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi Dünən, 18:08 Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır Dünən, 18:07 Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir Dünən, 15:46 Eddi yenə diqqət mərkəzinə düşdü Dünən, 15:42 Bəhmən Həsənov “Sepidrud”un idman direktoru olmaqdan imtina etdi Dünən, 15:41 Masallıda yeni futbol klubu yaradıldı Dünən, 15:40 “Azenco” “Şahdağ”a vəd verib Dünən, 15:30 “Səbail” qələbəyə həsrətdi Dünən, 15:29 Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi Dünən, 15:26 “Kəpəz” yığma ilə qarşılaşacaq Dünən, 15:24 Tahir Gözəl “Qarabağ”dan iki qol gözləyirmiş Dünən, 15:22 Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı Dünən, 15:21 Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb Dünən, 15:18 Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı Dünən, 15:15 Meydana yad əşya yağdı Dünən, 15:11 “Şerif” Bakıdan istədiyi nəticə ilə getdi Dünən, 15:06 Xaqani Məmmədov toplanış məkanını və hakimlərin qiymətini açıqladı Dünən, 15:03 “Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir Dünən, 15:02 “Neftçi” inzibati işçilərini Avstriyaya aparmayıb Dünən, 14:58 AÇ-nin qrup oyunları nə vaxt başlayacaq? Dünən, 14:56 Vüqar Həşimovun xatirəsinə turnir keçirilir Dünən, 14:54 Ədalətin Gürcüstan zəfəri Dünən, 14:51 Parisdə beşinci oldu 19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı Bütün xəbərlər
Ən çox oxunanlar