17 may 15:22layihe

İlk çempionatın 204 oyununda qolların dəqiqəsi göstərilməyib

İlk çempionatın 204 oyununda qolların dəqiqəsi göstərilməyib
“Ənənənin” əsasını Vaqif Davudov qoyub
Qəzetimizin aprelin 27-də işıq üzü görən sayında ilk 6 çempionatda protokolların doldurulması ilə bağlı problemlərdən və bu məqamın illər ötəndən sonra statistiklərə yaratdığl çətinliklərdən danışmışdıq. Bu mənada ilk çempionatla bağlı vəziyyət daha acınacaqlıdı.
Xatırladaq ki, “yaz-payız” sistemi ilə keçirilən ilk çempionat mayın 3-də başlayıb və noyabrın 8-də bitib. Çempionatda 26 komanda iştirak edib. Əvvəlcə komandalar hərəsində 13 olmaqla iki yarımqrupda dairəvi sistem üzrə mübarizə aparıb. İkinci mərhələdə isə hər yarımqrupun 6 ən güclü komandası medallar, qalanı elitada qalmaq uğrunda yarışıb. Komandaların hər iki mərhələdə topladığı xallar hesablanıb. 26 komandadan Nəvai “Gəncliy”i 9-cu turdan, Kürdəmir “Şirvan”ı isə 1-ci dövrədən sonra mübarizəni dayandırıb. Təqvim üzrə nəzərdə tutulan 482 oyundan 82-si baş tutmayıb ki, təkcə elə bu məqam ilk çempionatda təşkilatçılıqla bağlı problemlərin çoxluğundan xəbər verir. Bizi narahat edən əsas sual hakimlərin mövsüm ərzində vurulan 1177 qoldan bir çoxunun dəqiqəsini protokola yazmamasıdı. İndi bu prosesi izləyəcəyik. Amma əvvəlcə bir məqama toxunaq: təsəvvür edin ki, məhz hakimlərin səhlənkarlığı üzündən həmin mövsümün 700-cü qolunun “Şirvan” (Kürdəmir) – “Kəpəz”, “Tərəqqi” – “Pambıqçı”, yoxsa “Azəri” – “Qarabağ” oyununda vurulduğu bilinmir.
İlk çempionatın statistikasını gözdən keçirərkən diqqətimizi cəlb edən məqam budu ki, mövsümün əvvəlində hakimlər işə məsuliyyətlə yanaşıb. İlk iki ayda cəmi 13 oyunda hakimlər dəqiqələri yazmağı “unutsa” da, iyuldan etibarən vəziyyət acınacaqlı xarakter almağa başlayıb. Nəticədə mövsümün sonunda acınacaqlı mənzərə yaranıb: hakimlər nə az, nə çox – düz 204 oyunda qolların dəqiqəsini göstərməyib? Çox maraqlıdı ki, eyni hakimlər bir turda qolların dəqiqələrini yazıb, növbəti turda isə işə işə məsuliyyətsiz yanaşıb. Burdan belə nəticə çıxarmaq olar ki, çempionatı keçirən qurum, yəni AFFA hakimlərin qarşısında qolları göstərməyi tələb kimi qoymadığından, onlar, sadəcə, özfəaliyyətlə məşğul olub. Həmin özfəaliyyətin əziyyətini isə bu gün ölkə çempionatının statistikası ilə sistematik şəkildə məşğul olanlar çəkir.
Yadınızdadısa, yuxarıda göstərilən sayda məhz bu problemi araşdırmağa çalışmış və ilk çempionatın oyunlarını idarə edən hakimlərdən Orucəli Durmuşov, Rüstəm Rəhimov və Asim Xudiyevin fikirlərini öyrənmişdik. Maraqlıdı ki, Orucəli bəy gənc həmkarlarından fərqli ölkə çempionatının ilk mövsümlərində protokolların doldurulması ilə bağlı ciddi problemlərin olduğunu etiraf etmişdi. Səhvini boynuna almaq istəməyən Rüstəm bəylə Asim bəyə isə xatırlatmamız var. Protokolu düzgün doldurmamaq ənənəsinin əsasını elə ilk turda – mayın 3-də bu gün də oyunlara AFFA nümayəndəsi kimi yollanan Vaqif Davudov qoyubsa, mayın 8-də gəncəli referi Qəmbər Gülməmmədov, Rüstəm Rəhimov və Asim Xudiyev də onun yolu ilə gedib. Bir sözlə, 204 oyunun məsuliyyəti 1992 mövsümündə oyun idarə edən 38 hakimin vicdanına yazılıb. Birinə az, birinə çox – amma fakt budu ki, artıq həmin boşluqları aradan qaldırmaq mümkün deyil.
Əlbəttə, 204 oyundan bəzilərində qolların dəqiqələrini üzə çıxarmaq mümkündü. Heç şübhəsiz, hansısa statistikin qeyd dəftərçəsində və ya qəzetlərdə bu yöndə müəyyən informasiya tapmaq olar. Amma bütün oyunlarla bağlı boşluğu aradan qaldırmaq bu gün üçün, sadəcə, mümkünsüz görünür. Sonda ilk ölkə çempionatının oyunlarını idarə edən hakimlərlə bağlı statistikanı da nəzərinizə çatdırırıq ki, kimlərin işə məsuliyyətsiz yanaşdığını görəsiz.
Çempionatda ən çox oyun idarə edən hakim Orucəli Durmuşovdu. O, 30 dəfə komandaları meydana çağırıb. Əmir Zamanov və Rüstəm Aslanov 26 oyunda iş başında olub. 6 hakim cəmi bir dəfə baş hakim kimi meydana çıxıb. Bunlar aşağıdakılardı: Səfər Həşimov (Bakı), Akif Cavadov (Mingəçevir), Rafael Paşayev, Məhəmməd Məmmədov (Gəncə), Siyasət Əliyev, Abbas Qulami (Gəncə).
Ümumiyyətlə, çempionatın oyunlarını 38 hakim idarə edib:
1. Orucəli Durmuşov – 30
2. Əmir Zamanov – 26
3. Rüstəm Aslanov – 26
4. Rüstəm Rəhimov – 24
5. Xaqani Məmmədov – 22
6. İntiqam Aslanov – 21
7. Novil İsmayılov – 20
8. Gülağa Cabbarov – 19
9. Fazil Mürşüdov – 18
10. Tahir Süleymanov – 17
11. Akif Məmmədov – 16
12. Sərvər Ağayev – 13
13. Murad Məmmədov – 13
14. Eldar Baxşəliyev – 12
15. Asim Xudiyev – 11
16. Xalid Məsimov – 11
17. Nüvər Xasıyev – 9
18. Əhməd Cabbarov – 9
19. Füzuli Qasımov - 8
20. Asif Namazov – 8
21. Ramiz Əsədov – 8
22. Vaqif Davudov – 7
23. Azad Hüseynov – 6
24. Xudaverdi Tumasov – 6
25. Nəriman Hüseynov – 6
26. Emil İsgəndərov – 5
27. Qəmbər Gülməmmədov – 5
28. Teymur Abbasov – 5
29. Kərim Ağayev – 5
30. Ruhulla Kərimov – 4
31. Sabir Hacıyev – 2
32. Nizami Şərifov – 2
33. Səfər Həşimov – 1
34. Akif Cavadov – 1
35. Rafael Paşayev – 1
36. Məhəmməd Məmmədov – 1
37. Siyasət Əliyev – 1
38. Abbas Qulami - 1
FARIZ
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşir
İlk çempionatın 204 oyununda qolların dəqiqəsi göstərilməyib
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar