18 dek 20:30layihe, manset

Bir şəklin tarixçəsi

Bir şəklin tarixçəsi
“Professor” 31 il əvvələ döndü

Bu gün maddi imkanı olan istənilən klub aşağı yaş qrupları üzrə komandalarını yarışlarda iştirak etmək üçün çox asanlıqla ölkə xaricinə yollamaq iqtidarındadı. Hələ biz müxtəlif yaş qrupları üzrə milliləri demirik. Onlar il ərzində ən azı 4-5 dəfə təlim-məşq toplanışı və ya hansısa turnirdə iştirak etmək üçün sərhədi aşırlar. Ölkədə iqtisadi problemlər baş qaldırana qədər “Qəbələ”, “Bakı”, “Neftçi”, “İnter” kimi imkanlı klubların uşaq komandalarının səsi-sorağı Avropanın, Cənubi Amerikanın müxtəlif ölkələrindən gəlirdi. SSRi dönəmində isə belə deyildi. Xaric bir yana, hansısa uşaq komandasının müttəfiq respublikaların birinə səfər etməsi, yarışlara qatılması həm uşaqların özünə, həm də valideynlərinə böyük sevinc bəxş edirdi.
Bugünlərdə əlimizə 1985-ci ildə Moskvada, Qızıl meydanda çəkilmiş bir şəkil keçdi. Şəkildə bir qrup azərbaycanlı yeniyetmə Kremlin fonunda fotoqrafın qarşısında dayanıblar. Fotonu bizə verən şəxs şəklə diqqətlə baxmağımızı xahiş etdi və kimləri tanıdğımızı soruşdu. Şəkli nəzərdən keçirəndən sonra yuxarı cərgədə dayanmış biri diqqətimizi cəlb etdi. Bu yeniyetmə gələcəkdə müstəqil Azərbaycanın futbol ictimaiyyəti arasında daha çox “professor” ləqəbi ilə tanınacaq Mahmud Qurbanov idi. 31 il öncə SSRİ adlı nəhəng ölkənin paytaxtında fotoaparatın yaddaşına köçürülən şəkildə Qurbanovdan başqa heç kimi tanıya bilmədik. Bu üzdən hazırda millidə Robert Prosineçkinin köməkçisi olan Mahmud bəylə əlaqə saxlayıb, şəklin tarixçəsi ilə maraqlandıq: “Bu şəkil “Lokomotiv” İdman Cəmiyyətinin hər il baş tutan turnirinə qatıldığımız ildə çəkilib. Həmin vaxt 12 yaşım var idi və birinci dəfə Azərbaycandan kənara çıxırdım. Turnir Moskva ətrafında yerləşən Pskov vilayətinin Velikiy Muki şəhərində keçirilirdi. Pskov vilayəti Latviyaya yaxın olduğundan Bakıdan Moskvaya, ordan isə Moksva - Riqa qatarı ilə həmin şəhərə getməliydik. Moskvaya yetişəndə Riqa qatarının getməsinə hardasa 14-15 saat qalmışdı. Bu üzdən rəhmətlik Konstantin Abaramenko bizi SSRİ-nin paytaxtını gəzdirməyə qərar verdi. O həmişə çalışırdı ki, yetirmələri savadlı və dünyagörüşlü olsun. Buna görə də bizi Qızıl meydana, Leninin mavzoleyinə apardı. Elə orda da şəkil çəkdirdik. Nədənsə bu fotoda Kostya dayının özü yoxdu. Yanımızda dayanan isə “Lokomotiv” İdman Cəmiyyətinin Gəncə filialının sədri, soyadını unutduğum, indi haqq dünyasında olan Aydın müəllimdi. O vaxt 12 yaşlı, kasıb ailədən çıxmış uşağın Moskavaya səfəri, Leninin mavzoleyini görməsi böyük hadisə idi. O qədər sevinirdik ki, indi bunu sözlə ifadə etmək çox çətindi. Mənim kimi Gəncədə böyümüş, məhəlləsindən və top qovduğu stadiondan başqa heç yeri görməyən uşaq üçün həmin səfər unudulmaz tarixi andı. İndi sizinlə danışarkən yenidən gözümün qabağında həmin günlər canlandı. Indi ilə o vaxtları müqayisə etmək düzgün olmaz. Bu gün bizim uşaqlar üçün dünyanın istənilən nöqtəsinə yollanmaq su içmək kimi bir şeydi. Ancaq 1985-ci ildə Gəncədən Bakıya yarışa gəlmək özü böyük hadisə sayılırdı, o ki qaldı Moskvada olmaq”.
“Professor” bizimlə söhbətdə həmin kollektivdən az sayda uşağın böyük futbola keçə bildiyini bildirdi: “Şəkildəki uşaqlardan mən, Ceyhun Tanrıverdiyev, Anar Kələntərov və daha çox “qara” ləqəbi ilə tanınan, soyadını unutduğum Mehman peşəkarlardan ibarət komandada oynadıq. Deməzdim ki, həmin uşaqlar zəif idilər. Sadəcə, həmin vaxt peşəkar komandaya düşmək uğrunda dəhşətli dərəcədə rəqabət var idi. Ceyhun məndən öncə “Kəpəz”ə dəvət aldı. Mehman isə qısa müddət “Kəpəz”də olandan sonra Bərdə komandasının şərəfini qorudu. Kələntərovun karyerası da hamıya məlumdu”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:57 Hakim “bürünc”ü “Qaradağ Lökbatan”ın əlindən alıb? Bu gün, 16:55 4000 tovuzlu və 5 oyuna 27 qol Bu gün, 16:53 Jaba Bal Liqasının ən çox qazanan futbolçularındandı Bu gün, 16:50 Yeni çempion “Qarabağ” oldu! Bu gün, 16:49 Oqtay Abdullayev postunu qorudu Bu gün, 16:47 Şok: əməkdar məşqçi yığmanın hazırlığından uzaqlaşdırılıb Bu gün, 16:46 Bir “bürünc”lə start Bu gün, 16:45 Biraylıq fasilə bitdi Bu gün, 16:43 İddialılar arxayınlığın qurbanı olub Bu gün, 16:41 Ömər Paşayev kubokun finalını haqq edirmi? Bu gün, 16:40 “Qarabağ” da Naxçıvana getmək istəyən azarkeşlərinə kömək edəcək Bu gün, 16:38 Bayılda mükafatçılar müəyyənləşəcək Bu gün, 16:28 Şahin Diniyev AZAL-ın döyüşəcəyinə inanır Bu gün, 16:26 “Leon” uşaq futbolunda öncüllərdən olmaq istəyir Bu gün, 16:25 Prosineçki iki oyunda “yandırdı” Bu gün, 16:24 Avroliqaya sonuncu bilet kimin olacaq? Bu gün, 16:22 Müşahidə Şurası iclas keçirdi, klub saytı xəbəri gizlətdi Bu gün, 16:21 “Sumqayıt” rəhbərliyi əvəzedicilərdən narazıdı Bu gün, 16:07 Klub rəhbərliyi Qriqorçukun xidmətində maraqlıdı Bu gün, 16:04 Qurban Qurbanov: “Quzanlıya getmək fikrimiz var” Bu gün, 16:03 AFFA-nın pulsuzluğu Heydər Əliyevin şərəfinə turnirin baş tutmasını əngəlləyib Bu gün, 16:01 Şəhriyar xal fərqini qorudu Bu gün, 15:59 Sloveniyadakı rəqiblər müəyyənləşib Bu gün, 15:58 Ölkə çempionatı başladı Bu gün, 15:56 BŞH yardım kampaniyası üçün marafona qoşulur Bu gün, 15:54 İslamiada xəbərləri Bu gün, 15:53 Avropa çempionatına ikinci heyət yollanacaq Bu gün, 15:51 Emin “Boavişta”nı tərk etmək istəyir 28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri Bütün xəbərlər
Ən çox oxunanlar