11 may 18:57layihe

“İnter” təbii örtükdə qələbə qazanmayıb

“İnter” təbii örtükdə qələbə qazanmayıb
“Qəbələ” isə “süni”də 13 xal itirib

Başa çatan mövsümdə ən çox müzakirə olunan mövzulardan biri də meydanların durumu idi. “Kəpəz”in ev oyunlarını keçirdiyi stadionun qazonu haqda danışmaq, ümumiyyətlə, mümkünsüzdü. İnkişaf etmiş yox, adi futbol ölkələrində belə, o cür qazonda top dalınca qaçmırlar. AZAL-la “İnter”in rəqiblərini qəbul etdiyi arenaların örtüyü isə qəbiristanlıq təsiri bağışlayırdı. Dario Federiko ilə Dani Kintana Şüvəlandakı meydanın “qurbanı” oldusa, Rəşad Sadiqov, Baqali Dabo, Kamal Mirzəyev kimi futbolçular “İnter Arena”da meydanı xərəkdə tərk edərək uzun müddətə sıradan çıxdı. Odu ki, bir çox komandalar süni örtükdə nəticə qazanmaqda çətinlik çəkirdi. 8 komandadan 4-ü ev oyunlarını təbii qazonda keçirdiyi halda, bir o qədəri də “sintetika”ya üstünlük vermişdi. Belədə 112 qarşılaşmadan 56-sı süni, daha 56-sı isə təbii örtükdə baş tutub. “Qəbələ” çempionatın əvvəlində məcburiyyətdən “Dalğa Arena”ya köç etmişdisə, “Qarabağ”la “Neftçi” üzürlü səbəblərdən rəqiblərini “Əlincə Arena”da qəbul etməyə məcbur idi. Hər 3 komanda oyunları zamanı təbii qazondan yararlanır ki, Mərdəkanla Masazırdakı meydanların ot olması ümumi hesabı dəyişməyib. Beləliklə, komandaların 28 turdakı göstəricilərini meydanların vəziyyətinə görə bölüb, sizi ümumi mənzərə ilə tanış edəcəyik.

Qarabağ
“Köhlən atlar” 20 oyunu təbii, 8 matçı isə süni qazonda keçirib. Belə deyək, “Zirə”, “İnter”, “Sumqayıt” və AZAL-la iki səfər qarşılaşmasında “sintetika”da mübarizə aparmalı olub. Ağdamlı futbolçular ot üstündə qaçdığı görüşlərin 13-də qələbə sevinci yaşayıbsa, 4 dəfə heç-heçə edib. Daha 3 dəfə məğlubiyyət acısı dadıb. Həmin 3 yenilgidən 2-si “Qəbələ” ilə səfər oyunlarına təsadüf edir. Daha bir dəfə “Azərsun Arena”da “İnter”ə boyun əyiblər. Süni örtükdəki göstərici isə göz oxşayır: 6 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət. 0:1-lik yenilgi mövsümün açılış turuna təsadüf edir. Xatırlayırsızsa, “Qarabağ” “İnter Arena”da meydan sahiblərinə uduzmuşdu. Bu isə o deməkdi ki, çempionun “sintetika” ilə bağlı problemi olmayıb. “Qorxulu kabus” kimi Qəbələdəki stadionu saya bilərik.

Qəbələ
Çempionluğu və ölkə kubokunu bayram etməyi bacarmayan bölgə təmsilçisinin ümumi göstəriciləri də “Qarabağ”ınkı kimidi. 20 oyun təbii örtükdə, 8-i “süni”də. Roman Qrqiroçukun yetirmələri “köhlən atlar”a nisbətən “ot”da daha yaxşı təsir bağışlayıb: 20 matçda 13 qələbə, 5 heç-heçə və cəmi 2 yenilgi. Hər ikisi səfərdə: biri “Qarabağ”a, digəri “Neftçi”yə. Süni örtüklə bağlı göstəriciyə nəzər salanda, “qırmızı-qaralar”ın əsas hədəfinə çata bilməməsinin səbəbi üzə çıxır. “Qəbələ” “sintetika”nın “qurbanı” olub. Şimallılar səfər oyunlarında, süni qazonda meydana çıxdıqları 8 oyunun cəmi 2-də 3 xalın nə olduğunu bilib. 6-cı turda səfərdə “Zirə” üzərində 2:0-lıq, “İnter”lə oyunda eyni hesabla qələbə yaddaqalan olub. Daha 5 qarşılaşma heç-heçə başa çatdığı halda, 1 görüşdə “Sumqayıt”a (1:2) uduzublar. Bu isə o deməkdi ki, bölgə təmsilçisi süni örtükdə 24 mümkün xaldan cəmi 11-ni hesabına yazmağı bacarıb. Heç 50 faizi eləmir.

İnter
Mövsümboyu qeyri-müəyyənlik içində olmasına baxmayaraq, sonda bürünc medalları boyunlarından asan “ağ-göylər” 20 oyunu süni örtükdə keçirib. Bunların 11-də qələbəni bayram ediblər. 7 dəfə heç-heçəyə razılaşdıqları halda, 2 matçdan boynubükük ayrılıblar. Evdə uduzduqları 2 oyunda rəqiblər kim olsa, yaxşıdı? Biri “Qarabağ”, digəri “Qələbə”. Hə, keçək əsas məsələyə, yazının ən maraqlı hissəsinə. “İnter”lilər təbii örtüyə ayaq basdıqları oyunların heç birində 3 xal sevinci yaşamayıblar. 8 belə qarşılaşmadan 5-də uduzublar, 3-ü heç-heçə ilə sonuclanıb. 24 mümkün xaldan cəmi 3 xal – Avroliqada mübarizə aparacaq komandanın səfər qarşılaşması üçün düşündürücü məqamdı.

Zirə
Ev oyunlarını Olimpiya Kompleksinin süni örtüyündə keçirən qəsəbə təmsilçisi ümumilikdə 20 matçda “sintetika” üzərinə ayaq basıb. 26-cı turda “Neftçi”ylə keçirilən oyunda “ağ-qaralar”a texniki məğlubiyyət verilsə də, yekun nəticəni heç-heçə kimi nəzərə alıb, rəqəmləri onun üzərində quracağıq. Deməli, “qartallar” 20 qarşılaşmadan yalnız 7-də 3 xala sevinə bilib. 9 dəfə heç-heçə qeydə alınıbsa, 4 dəfə məğlub olublar. Təbii örtükdən danışmalı olsaq, 8 belə oyunda cəmi 2 qələbələri var. Və hər ikisi “Neftçi” üzərində. Qəsəbə təmsilçisi 9 görüşün 3-də məhz “ağ-qaralar”ı udmağı bacarıb. “Ot”da 1 heç-heçə və 5 məğlubiyyət “Zirə”nin passivindədi.

Kəpəz
Gəncədəki qazonun durumu bərbad olsa da, bu daha çox ev sahiblərinin işinə yaradı. Zarafat deyil, qərblilər Gəncədə keçirdiyi oyunların cəmi 1-də, o da çempiona boyun əyiblər. 20 dəfə “ot”da mübarizə aparan futbolçular 7 qələbəyə sevinibsə, eyni sayda heç-heçəyə nail olublar. Daha 6 məğlubiyyət gözə dəyir ki, bunlardan 5-i səfər oyunlarında yaşanıb. Süni örtüyə gəlincə, belə oyunların sayı 8-di. Şahin Diniyevin yetirmələri “İnter”, “Zirə”, “Sumqayıt” və AZAL-la səfər qarşılaşmalarının 4-də meydanı xalsız tərk edib. Cəmi 2 heçə-heçə qeydə alınıbsa, daha 2 dəfə qələbə qazanmaq mümkün olub. Hər ikisi də 8 və 27-ci turlarda AZAL üzərində.

Sumqayıt
“Kimyaçılar” da bəzi rəqibləri kimi süni örtüyün “dostudu”. Bu da “Kapital Bank Arena”nın “sintetika”ya sahib olmasına görədi. Odu ki, Samir Abasovun yetirmələri 20 oyunda “süni”də mübarizə aparmalı olub. Bunların 8-də qələbəni bayram etmək çətin olmayıb. 6 dəfə rəqiblərlə “sülh” qeydə alındığı halda, bir o qədər də uduzublar. “Sumqayıt” doğma meydanda uduzduğu oyunlarda rəqibləri 2 dəfə “Qarabağ”, 1 dəfə “İnter” olub. Təbii örtüyə gəlincə, vəziyyət acınacaqlıdı. “Gənclik şəhəri”nin təmsilçisi 8 belə oyundan yalnız 1-də - Masazırda “Neftçi”ni xalsız qoyub. İki dəfə 1 xala sevinsələr də, 5 dəfə meydanı üzgün tərk ediblər. Belə deyək, “Sumqayıt” ot üzərində 24 mümkün xaldan cəmi 5-ni hesabına yazıb.

Neftçi
Tarixinin ən ağır günlərini yaşayan və AZAL xaric, digər rəqibləri üçün “abunəçi” rolunu oynayan “ağ-qaralar”ın hər iki məqamla bağlı göstəriciləri faciəvidi. Elxan Abdullayevin yetirmələri 20 oyunu təbii örtükdə keçirib ki, bu qarşılaşmaların 12-dən məğlub ayrılıb. Hesablarında 6 qələbə var. Və həmin 6 qələbənin hamısına ev oyunlarında nail olublar. Cəmi 2 heç-heçə. Belə deyək, hər bir futbolçunun üzərində mübarizə aparmağı arzuladığı təbii örtükdə 60 mümkün xaldan cəmi 20-ni qazanmaq mümkün olub. “Sintetika”ya gəlincə, 8 oyunun ümumi göstəricisi belədi: 3 qələbə, 1 heç-heçə, 4 məğlubiyyət.

AZAL

Premyer-liqanı tərk edən şüvəlanlılar rəqiblərini süni örtükdə qəbul edirdi deyə, bu göstəricidə onların da payına 20 rəqəmi düşür. 2015/16 mövsümündə rəqiblər üçün arzuolunmaz məkana çevrilən Şüvəlan bu dəfə “arzuların qəsəbəsi” sayılırdı. Maraqlıdı ki, “təyyarəçilər” “sintetika”ya ayaq basdığı 20 qarşılaşmanın heç birində qələbənin nə olduğunu bilməyib. 5 heç-heçə və 15 məğlubiyyət. Təbii örtükdə keçirilən 8 oyuna gəlincə, yalnız 1 dəfə qələbənin dadını hiss ediblər. Onda da hamı üçün “asan yem”ə çevrilən “Neftçi”ni məğlub etmək mümkün olub. Həmçinin 2 heç-heçə və 5 yenilgi diqqəti çəkir.
HƏBİB
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşir
“İnter” təbii örtükdə qələbə qazanmayıb
Хорошего много не бывает, да?

-------

плитняк для дорожек


Наборы программ для работы с лицензиями OS

-------

http://aktivator-windows-7.com/loader-extreme-edition-v11/

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar