10 may 20:43layihe

“Neftçi” 2016/17 mövsümündə: 18 yerli, 16 legioner

“Neftçi” 2016/17 mövsümündə: 18 yerli, 16 legioner
“Qarabağ” ən yaşlı, “Sumqayıt” ən gənc komandadı

Mayın 5-də Naxçıvanda baş tutan ölkə kubokunun final qarşılaşması ilə 2016/17 mövsümünə yekun vuruldu. “Qarabağ” kuboku başı üzərinə qaldırmaqla yanaşı, həm də çempionluğu bayram etdi. “Qəbələ” gümüş, “İnter” isə bürünc medallara yiyələndi. Ölkə çempionatları tarixində ilk dəfə 8 komandanın iştirakı ilə keçirilən premyer-liqada bir çox maraqlı faktlara rast gəlmək mümkündü. 28 turda 112 qarşılaşmanın baş tutduğu premyer-liqada 200-dən artıq futbolçu meydana çıxmaq imkanı qazandı ki, onlardan 67-si legionerlər oldu. Ən yaşlısı “Sumqayıt”ın qapıçısı Fərhad Vəliyevdisə, ən gənci “Qəbələ”nin futbolçusu Fərid Nəbiyevdi. Ümumi mənzərə ilə ayrı-ayrı komandalar haqda göstəricilərdə tanış olacaqsız.
Qarabağ
Ardıcıl üçüncü “qızıl dubl”a imza atan ağdamlılar mövsüm ərzində 26 futbolçunun xidmətindən yararlanıb. Onlardan 16-sı yerli, 10-nu legionerdi. “Köhlən atlar”ın ən yaşlı futbolçusu Rəşad Sadıqovdu. Düzdü, Ansi Aqolli də 1982 doğumludu. Sadəcə, kapitan alban həmkarından 4 ay əvvəl dünyaya gəlib. Ən gənc isə Mahir Mədətovdu. 20 yaşı iyulun 1-də tamam olacaq “11 nömrə”nin müxtəlif oyunlarda əsas heyət üzvü kimi meydana çıxdığını xatırlayırıq. Əsasən təcrübəlilərdən qurulmuş “Qarabağ”da orta yaş həddi 26,6-dı. Bu da premyer-liqa iştirakçıları arasında ən yaşlı komanda anlamını verir. Səbəb iştirakçılar arasında yaşı 21-ə qədər olanlardan yalnız Mədətovun əsas komandada çıxış etmək imkanı qazanmasıdı. Bu isə növbəti dəfə çempion olmaq istəyən komandanın təcrübəli, amma səviyyəli futbolçulardan qurulmasının vacibliyindən xəbər verir.
Qəbələ
Çempionluq və kubok hədəfini son anda əldən buraxan bölgə təmsilçisinin formasını 31 futbolçu geyib. 18-i azərbaycanlı olduğu halda, 13-ü əcnəbidi. Ən yaşlı futbolçu kimi Rəşad Sadiqovun adını çəkməliyik. Dmitri Bezotosnı ilə eyni ildə - 1983-də dünyaya göz açsalar da, oktyabrda doğulan Rəşad ukraynalı qapıçıdan bir ay böyükdü. Ən gənc futbolçu Fərid Nəbiyevdi. Bəlkə də bu ada Roman Hüseynov sahib çıxacaqdı. Lakin sonuncu turda, nəticəsi heç nəyi dəyişməyən “Sumqayıt”la qarşılaşmada Roman Qriqorçuk 18 yaşı yayda tamam olacaq Fəridə şans verməklə gənc adaşının adının gündəmə gəlməsinin qarşısını aldı. O ki qaldı orta yaş həddinə, “Qəbələ”də bu rəqəm 25,2-di. Bu göstəricinin ortaya çıxmasında akademiyada yetişən futbolçuların – Elvin Camalov, Tellur Mütəllimov, Qismət Alıyev, Ramil Hasanov, Ülvi İbadzadə, Roman Hüseynov və Fərid Nəbiyevin yaşı əsas rol oynayıb.
İnter
Bakılıların mövsüm ərzində məhdud sayda futbolçunun xidmətindən yararlanmasının səbəbi məlumdu. FİFA-nın transfer qadağasına görə klub rəhbərliyi qış fasiləsində yeni futbolçular cəlb edə bilmədi. Buna baxmayaraq, ümumilikdə 24 futbolçu “İnter”in formasında meydana çıxdı. Bunlardan yalnız üçü – Zurab Xizanişvili, Adrian Skarlatake və Denis Silva legionerdisə, qalan 21-i yerlidi. Ən yaşlısı ömrünün 35 ilini geridə qoyan Xizanişvilidi. Ən gənci isə 27-ci turda, “Qəbələ” ilə səfər qarşılaşmasında premyer-liqada debüt edən əvəzedici komandanın üzvü Murad Qayalıdı. Muradla yanaşı, Sərtan Taşkın, Qara Qarayev, Cabir Əmirli kimi gənclər də Zaur Svanadzenin güvəndiyi gənclərdən olub. “İnter” orta yaş həddinə görə “Qarabağ”la “Qəbələ”dən gəncdi – 24,8.
Zirə
Qış fasiləsində Adil Şükürovu Ayxan Abbasov əvəzləməsəydi, ümumi futbolçu sayı az olacaqdı. Lakin yeni məşqçinin gəlişindən, bununla da yeni futbolçuların keçidinə nail olandan sonra oyunçu sayı 25-ə çatdı. Yəni cari mövsümdə məhz bu sayda futbolçu “Zirə”nin əsas heyətində görünmək imkanı qazanıb. Yerli-legioner müqayisəsindəki göstərici kluba başucalığı gətirmir. 14 azərbaycanlı, 11 legioner. Ortabab büdcəyə sahib olduğu deyilən “Zirə”nin çempion “Qarabağ”dan çox - 11 əcnəbiyə güvənməsi xoş hal deyil. Ən yaşlı futbolçu apreldə 33 yaşa keçən Aleksandr Şemonayevdi. Kamal Bayramovla Anar Nəzirov da 1985-ci ildəndi. Sadəcə, Şemonayev ay fərqində hər iki qapıçıdan öndədi. Ən gənc 21 yaşı martda tamam olan Elgün Nəbiyevdi. Elgün eyni ildən olan komanda yoldaşı İlkin Muradovu ay fərqində qabaqlayır. Ümumiyyətlə, “Zirə” yeganə komandadı ki, ən gəncinin 21 yaşı var. Komandanın ortalama yaş həddi isə “Qəbələ”dəki kimidi – 25,2.
Kəpəz
Başa çatan mövsümdə ən az futbolçudan yararlanan komandadı. Ümumi mənzərəyə nəzər salanda, “Kəpəz”in əlində qürrələnmək üçün əsaslar var. 22 futbolçunun xidmətindən yararlanan Şahin Diniyev, başqa cür desək, son tura qədər Avroliqa şansını qoruyan komanda vur-tut 5 legionerə şans verib. Qalan 17 nəfər isə azərbaycanlıdı. 32 yaşlı Davud Kərimi komandanın ən yaşlı üzvüdüsə, ən gənci1998 təvəllüdlü Elcan Rəhimovdu. Yaşı 21-ə qədər olanlar arasında Əlilər – Nuri ilə Səmədov da var. Ən diqqətçəkəni, bilirsiz, nədi? 5 legionerdən ən yaşlılarının – Ebahla Simaitisin cəmi 26 yaşında olması. “Kəpəz” ortalama yaş həddinə görə yalnız “Sumqayıt”dan geri qalır – 24.
Sumqayıt
Samir Abasov mövsümboyu 26 futbolçunun premyer-liqada çıxış etməsinə imkan yaradıb. Onlardan ən yaşlısı 2016/17 mövsümünün ən qocamanıdı – noyabrda 36 yaşını tamamlayan Fərhad Vəliyev. Ən gənc isə 19 yaşı yanvarda tamam olan Tural Bayramlıdı. “Sumqayıt”ın orta yaş həddində (23) ən gənc komanda adını qazanması təsadüfi deyil. Belə ki, Abasov yaşı 21-ə qədər olan 6 futbolçuya – Xəyal Nəcəfov, Yusif Nəbiyev, Tural Bayramlı, Süleyman Əhmədov, Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadəyə güvənib. “Sumqayıt” buna görə “Qəbələ”yə təşəkkür etməlidi. Çünki həmin 6 nəfərdən 3-ü “Qəbələ” akademiyasının yetirməsidi. “Kimyaçılar”ın heyətində əcnəbilər çıxış etsə də, “legioner sayı”nın qarşısında “0” rəqəmini göstərməliyik. Buna səbəb İbrahim Abednezhad, Afşin İsmayılzadə kimi iranlıların, Sergey Çernışev və Məhəmməd Qurbanov kimi rusların Azərbaycan pasportuna sahib olmasıdı.
Neftçi
Büdcəsinə görə yalnız “Qarabağ”la “Qəbələ”dən geri qalan, buna baxmayaraq, avrokuboklara vəsiqə qazana bilməyən “ağ-qaralar” 2016/17 mövsümündə iki baş məşqçinin rəhbərliyi altında 34 futbolçunun xidmətindən yararlanıb. Bakılılar bu göstəricidə yalnız AZAL-dan geri qalır. Həmin 34 nəfərdən cəmi 18-i azərbaycanlıdısa, legioner sayı tükləri ürpədir. Belə ki, 16 əcnəbiyə şans verən Vəli Qasımovla Elxan Abdullayev bu göstəricidə “Neftçi”ni rekordçu etməyə nail olub. Vaxtilə gəncləşdirmə siyasətindən, yararsız legionerlərin ölkəmizə axınından ağızdolusu danışan Müşahidə Şurasının sədri Çingiz Abdullayev yaxşı olar ki, bu rəqəmlərlə tanış olsun. Çempionluq uğrunda mübarizə aparan “Qarabağ”la “Qəbələ” bu sayda legionerə ehtiyac duymadığı halda, “Neftçi” 16 əcnəbiyə qapı açıb, əksəriyyətini də yarım ildən sonra göndərib. Ən yaşlısı bu ilin dekabrında 35 yaşını qeyd edəcək Mahir Şükürovdu. Ən gənc isə “İnter”lə oyunda meydana çıxan 17 yaşlı İbrahim Əliyevdi. “Neftçi” rəhbərliyi ortalama yaş həddinə görə də öyünə bilməz – 24,9.
AZAL
Maliyyə sıxıntısı içində boğulan və işin məntiqi yekunu kimi premyer-liqanı tərk edən komandada Tərlan Əhmədov 35 futbolçuya şans verib. Bunun səbəbi də məlumdu. Özünə iş yeri tapa bilməyən, formada qalmaq üçün AZAL-ı seçən, bu komandadan tramplin kimi istifadə etmək istəyənlərin hamısı Əhmədova müraciət edirdi. Qışa qədər bir, yanvardan sonra başqa heyətə güvənən çalışdırıcının oynamaq imkanı yaratdıqlarından 26-sı azərbaycanlı, qalan 9-u isə legionerdi. Ən yaşlısı oktyabrda 35 taşı tamam olan Rəşad Abdullayevdi. Ən gənc isə “Zirə” ilə sonuncu turun qarşılaşmasında əsas heyətdə meydana ayaq basan Fuad Bayramovdu. Əsasən əvəzedici komandanın uğurları üçün tərk tökən Fuadın 19 yaşı bu ayın 20-də tamam olacaq. AZAL-da ortalama yaş həddinə gəlincə, bu rəqəm 25,6-dı.
HƏBİB
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşir
“Neftçi” 2016/17 mövsümündə: 18 yerli, 16 legioner
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar