27 apr 15:49layihe

İlk altı çempionatla bağlı əcaib mənzərə

İlk altı çempionatla bağlı əcaib mənzərə
Hakimlərin səhlənkarlığı bu gün statistiklərə mane olur

Bəşəriyyət üçün faydalı elmlərdən biri də statistikadı. İnsan cəmiyyətinin və xalq təsərrüfatının inkişafında kəmiyyət dəyişikliklərini öyrənən və bu sahədə əldə edilən məlumatı, daha dəqiqi, rəqəmləri elmi və praktik məqsədlər üçün işləyib hazırlamaqla məşğul olan elm məhz statistikadı. Elə sahə yoxdu ki, orda statistikadan istifadə olunmasın. Bəli, idman sahəsində, xüsusən futbolda da statistikalar hazırlanılır, onlar əsasında təxminlər yürüdülür. Lakin statistika heç də hər zaman tarixi tam aydın şəkildə izah etməyə imkan vermir. Belə problemlər futbolda da mövcuddu. Belə ki, Azərbaycan çempionatları tarixinin statistikasını olduğu kimi yazmaq, arxivdən rəqəmləri çıxarmaq müşkül məsələyə çevrilib. Bəli, müstəqillik qazandıqdan sonrakı illərdə təşkil olunan ilk çempionatlarda vurulan qolların dəqiqələri, müəlliflərin adları protokollarda qeyd olunmayıb və ya səhv yazılıb. Hətta bəzi protokolları tapmaq belə olmur. Bu da biz idman yazarlarının işini çətinləşdirir. Yubiley qollarının müəlliflərini, qolların dəqiqələrini və başqa məqamları tam dəqiq yazmaq mümkün deyil.
Fikrimizi bir qədər də konkretləşdirək: ilk 4 çempionatda oyunların texminen yarisında qolların dəqiqələri yoxdu. 5-ci çempionatda (1995/96) demək olar ki, heç bir oyunda qolların dəqiqəsi yoxdu. Yalniz 3-4 tur nedənsə istisnadı. Nəhayət, 6-cı çempionatda da bir neçə oyunla bağlı eyni problem var.
Statistik Elçin Rüstəmovun fikirləri: “Bəli, belə problemlər var. Xüsusilə də ilk çempionatların protokollarında xeyli səhvlər tapmaq olar. 1-4-cü çempionatlarda bəzi qolların dəqiqələri, qolların müəlliflərinin adı protokola yazılmayıb. Hətta elə oyunlar var ki, heç protokolunu belə tapmaq olmur, AFFA-da qalmayıb. Bütün bunlar hakimlərin səhvi, səhlənkarlığı ucbatlndan baş verib. O dövrlərin protokollarına bir neçə il öncə baxmışdım. Amma onları skayner eləmək mümkün olmamışdı. Çünki bu cür şeylər təzə icad olunmuşdu. İmkan olsaydı, onları rahat skaynerdən çıxarıb, özümdə saxlayardım. İndiki hakimlər hər şeyi qeyd edir. Yubiley qolları məsələsi mübahisəlidi. Problemlər çoxdu, araşdırmaq lazımdı”.
Deməli, günah hakimlərdə imiş. Məhz onların səhlənkarlığı bu gün statistiklərin işini çətinləşdirir. Bəs həmin dövrdə oyunları idarə edən referilər nə düşünür? Həqiqətən protokolları başdansovdu yazıblar? Bəs nəzarət müxanizmi işləmirdi? Bu suallara aydınlıq gətirmək üçün qocaman fit sahibləri ilə danışmağı lazım bildik.
Orucəli Durmuşov: “Belə hallar çox olub. Hər şeyi hakimlərin boynuna atmaq doğru deyil. Çünki həmin vaxt meydanda cəmi 3 hakim olurdu – baş hakim və laysmanlar. 4-cü hakim yox idi ki, hər şeyə nəzarət etsin. Protokolları baş məşqçilər doldururdu. Bu problemlərin kökü gedib elə məşqçilərə çıxır. Elə olurdu ki, baş məşqçi əvəzləmə edir, bunu protokola yazmırdı. Həmin oyunçu da qol vururdu, onu da yazmırdılar. Biz də matçdan sonra baş məşqçilərdən tələb edirdik ki, protokolu doldurun. Onlar da çıxıb gedirdilər. Uduzan tərəf əsəbi halda stadionu tərk edirdi, udan tərəf də sevincdən. Protokolu qaydaya salmaq heç kimin ağlına gəlmirdi. Biz də deyirdik ki, cəhənnəmə. Raport yazıb verirdik. Dəfələrlə olub ki, məşqçilər buna görə cəzalanıb. Mənim oyunlarımda da belə hallar olub. Bəli, bizdən normal protokol tələb edirdilər. İndi hakimlərin işi çox rahatdı. O vaxt bu şərait yox idi. Futbolçular paltarını avtobusda dəyişirdilər. Baş məşqçilərdən, klub nümayəndələrindən protokol tələb edəndə bizi təhqir edənlər də olurdu. Buna görə İntizam Komitəsi onları dəfələrlə cəzalandırıb. Məşqçilər heç kimdən qorxmurdu. Klub rəhbəri üstümüzə cumurdu, deyirdi yazmırıq. Və ya bombardiri qabağa çəkmək üçün bir futbolçunun vurduğu qolu o birinin ayağına yazırdılar. Belə hallar olurdu. Bütün problemlər bundan qaynaqlanırdı. Hakimlərin işi çox çətin idi”.
Rüstəm Rəhimov: “Belə şeyi ilk dəfə sizdən eşidirəm. Mənim oyunlarımda belə hal yaşanmayıb. Kimdəsə ola bilər. Amma bizdə güclü nəzarət var idi. Biz müstəqillik dövründə hakimliyə başlamamışıq ki... 70-80-cı illərdə, sovet vaxtında hakim işləmişik. Təcrübəmiz, ad-sanımız var idi. Ola bilməz ki, hakim oyunu idarə etsin, qarşılaşmadan sonra protokolda qeydiyyat aparmasın. Bu, mümkün deyil. Hakimlərin boynuna yıxmaq yaxşı çıxmır. Kimlərinsə oyununda ola bilər. Şəxsən mənim karyeramda elə şey olmayıb. Mən özümə cavabdehəm”.
Asim Xudiyev: “Mən bu cür şeyə rast gəlməmişəm. Hakimlərə məşqçilər kömək edirdi. Ola bilər ki, kimsə klub nümayəndəsindən protokolu tələb edə bilməyib. Biz həmin illər çox məsuliyyətli olmuşuq (gülür). Belə hadisələr rastımıza çıxmayıb. Protokol rəsmi sənəddi. Ona çox diqqətlə yanaşırdıq. Hakimlər Komitəsinə tam doldurulmamış protokol apara bilməzdik. Məsuliyyət bizim boynumuzda qalırdı, cəzalana bilərdik. Hətta oyunçuların kartına da baxırdıq. Futbolçuları tanıya-tanıya hamısını yoxlayırdıq. Kimlərinsə başına gələ bilər. Amma məndə olmayıb”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu Bütün xəbərlər
Ən çox oxunanlar