12 iy 14:09layihe

Firuz Abdulla “Tofiq Bəhramov”da Lövü itiribmiş...

Firuz Abdulla “Tofiq Bəhramov”da Lövü itiribmiş...
“Elə bu vaxt smartfonların benefisi başladı, sual-cavab əvəzinə selfi dalınca selfi”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə, istər-istəməz ötən günlərini yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idman şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi həkk olunan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulladı.
O qapılar bayır üzdən açılmaz
Milli komandanın Millətlər Liqasında Farer adaları yığmasıyla oyunu ilə bağlı bu ölkədə səfərdəydik. Oyunöncəsi mətbuat konfranslarında iştirak edib qayıtdıq otelə. Otel kimi fəaliyyət göstərən bina çoxillik tikili idi, böyük ehtimalla lift də sonradan quraşdırılmışdı. Kabinənin ölçüsü çox kiçik olduğu üçün birdəfəyə 2 nəfərdən artıq şəxsə xidmət göstərə bilmirdi. Üçüncü sərnişin yalnız arıq olarsa və daha çox Bakıda avtobus və metroda rast gəlinən həddən artıq mehribanlıq şəraitində qısa səyahətə razılaşacağı təqdirdə liftə minə bilərdi. Bizim sayımız 10 nəfərdən çox idi. Bu isə hamımızın otaqlarımıza çata bilməyimiz üçün liftin 4-5 dəfə yuxarı-aşağı var-gəl etməsi anlamına gəlirdi. Avtobusdan düşən kimi özümüzü qaçaraq saldıq otelə. Hava çox soyuq idi, narın yağış da yağır, soyuq adamın iliyinə işləyirdi. Lift ilk iki sərnişinini apardı. Təcrübəli həmkarımız Elşən Məmmədov da yazmağa nəsə yeni və görünür, eksklüziv material tapmışdı, yolboyu səbirsizlənirdi ki, otelə tez çatsaydıq, yazıb göndərərdim. Liftin qarşısında da hövsələsi çatmadı, dedi, pilləkənlə qalxacam. Amma otelin içindəki pilləkənə yox, yanğın çıxışı üçün nəzərdə tutulan nərdivana üz tutdu. Təbii ki, müvafiq mərtəbəyə lift gözləyənlərdən tez çatdı. Lakin bir məsələ var ki, yanğın çıxışı olan qapıların bayır tərəfdən dəstəyi olmur, o qapıları yalnız içəridən açmaq mümkündü. Hava soyuq və yağışlı, Elşən də qalıb daldalanacağı olmayan nərdivanda... Digər həmkarımız Ceyhun Əliyev özünü vaxtında çatdırmasaydı, qədim binada fəaliyyət göstərən otelin Elşən olan istiqamətdəki divarı onun temperamenti qarşısında çətin duruş gətirə bilərdi. Amma hər şey yaxşı qurtardı – Elşən üçün də, otel üçün də.
Lövü necə itirdim?!
Tofiq Bəhramov adına Respublika stadionunun sonuncu əsaslı təmirdən əvvəlki dövrü idi. Mətbuat konfransı zalı kiçik olduğu üçün məşqçilərlə mətbuat nümayəndələrinin görüşünü stadionda AFFA-nın sifarişi ilə qurulan ağ çadırda keçirirdik. Bunu təəccüblə qarşılayanlara da deyirdik ki, bizim “Kitabi-Dədə Qorqud”dan gələn ənənəmizdi, Bayandır xandan çox bilməyəcəksiz ki!.. Nə isə. Oğuz elinin ağır günlərindən biridi yenə, Almaniya millisi gəlib, uca dağ da yoxdu ki, çıxıb başında tonqal qalayıb kömək çağıraq. Oyun başladı, nəticəni nəzərə almasaq, hər şey sağ-salamat başa çatdı. Növbə gəldi mətbuat konfransına. Çadırımızı qurmuşuq, oyunun gedişində 3-4 dəfə də baş çəkmişəm ki, birdən dəli Bakı küləyi çadıra xətər yetirər, vaxtında çarəsini qılaq. İki dənə də qəşəng, yekə dinamik (kalonka) gətirtmişik ki, Berti Foqtsun dəyərli açıqlamaları heç kimin qulağından yayınmasın, bütün ünvanlara vaxtında, dəqiq və sərrast şəkildə gedib çatsın.
Oyun başa çatdı, çadıra əvvəlcə Foqts təşrif buyurdu. O bir az danışandan sonra getdim Lövə deyim ki, həmyerlin nitqini bitirmək üzrədi, gəl, səsinə səs ver. Stadionda baxmadığım otaq qalmadı, Yoahim elə bil qeybə çəkilib... Baxdığım otaqlara bir də yenidən baxdım, Löv elə bil yağlı əppək olub yoxa çıxıb. İki nəfər də mühafizəçisi var, qabaq-qabağa durub siqaret tüstülədirlər, gördüm bunlardan da mənə bir haray yoxdu, özümü başıalovlu təpdim çadıra deyim ki, Oğuz elinin ikiqat ağır günüdü, son dəfə belə hadisə dastanda Beyrək itəndə gəlib başımıza, durun gedək, itkin qonağı birlikdə axtaraq. Bir də gördüm ki, Löv palatka toylarında sözlərini başa düşmədiyi meyxananın ritminə uyğun xay-xay çəpik çalan bəzi ərgənlər kimi oturub kalonkanın üstündə, heyran-heyran Foqtsa qulaq asır. Onun yaxınlığındakı stulda əyləşdim. Ha çalışdım, almanca cümləni düzüb-qoşa bilmədim, deyəcəkdim ki, səni axtara-axtara millinin yarımmüdafiəçilərindən çox qaçmışam, oturmağa yer qəhətdi sənə?!
Hamısı baş redaktordu…
Almaniya millisindən söz düşmüşkən, Yoahim Lövlə bağlı bir xatirəm də var, onu da ərz edim – xüsusilə mətbuat üçün maraqlı olacaq – bu mövzunu xətm edək. Yenə Bakıda Azərbaycan – Almaniya oyunu keçirilib (nəticəni yazmıram, internet resurslarından əldə edə bilərsiz). Lövün mətbuat konfransı başa çatdı (Respublika stadionu artıq təmir olunub, ənənələrimizin çadır qurmadan da yaşadılması istiqamətində xeyli irəliləyişə nail olmağı bacarmışıq). Mətbuat konfransı zalının çıxışında Yoahimlə üz-üzə gəldik. Hiss elədim ki, nəsə sözlü adama oxşayır, amma elə bil çəkinir bir az. Dedim, “sözünü de, ürəkli ol, bir də məni nə vaxt görəcəksən?!” Ürkək baxışlarla əlindəki alışqana və siqaretə işarə elədi ki, harda çəkə bilərəm? Yolu göstərdim, çıxdı bir mərtəbə yuxarı. 30 saniyə keçməmiş qayıtdı. Soruşdum, nə baş verib, dedi, orda adam çoxdu, dərhal diqqət mərkəzinə düşdüm, sonra çəkərəm. Bu vaxt UEFA-nın mətbuat nümayəndəsi Mamuka Kvaratsxeliya da gəlib çıxdı, üçümüz yanaşı çıxışa doğru yol aldıq. Yolumuz da MİX zonadan keçir. Baş məşqçilər, adətən, orda ayaq saxlamır. Çünki mətbuat konfransında dediklərini deyir, soruşulanlara cavab verirlər. Amma nə düşündüsə, jurnalistlərin cəm olduğu yerə çatanda Löv dayandı və bununla işarə etdi ki, sualınız varsa, cavablaya bilərəm. Elə bu vaxt smartfonların benefisi başladı, sual-cavab əvəzinə selfi dalınca selfi. Bir az Löv təəccübləndi, bir az Mamuka. Mən nə onların təəccübləndiyinə təəccübləndim, nə də gördüklərimə. Hadisə yerindən azacıq aralanan kimi Mamukanın hövsələsi çatmadı, soruşdu ki, o boyda dünya çempionu onlar üçün dayanıb, sual vermələri üçün fürsət yaranıb, jurnalistlər niyə şəkil çəkdirirdilər?! Bəs gedib redaksiyada baş redaktorlarına nə cavab verəcəklər?! Dedim, nə çox səs-küyə, nə də ürəyinə sal, onların hamısı elə baş redaktordu…
100 milyon qiyməti var
Xronoloji ardıcıllığı bir qədər pozaraq yenə qayıdaq Respublika stadionunun təmirdən öncəki dövrünə. İspaniya millisi Bakıya gəlib. Avropa çempionları. Burdan da yollanacaqdılar Cənubi Afrika Respublikasına – Konfederasiyalar Kubokuna. Oyuna maraq böyükdü. Hərtərəfli. Yenə qeyd edim ki, stadionun da təmirdən əvvəlki dövrüdü, bir çox məsələlərə nəzarət etmək çətindi. Oyun günü gəlib yetişib, komandalar oyunöncəsi isinmə hərəkətləri üçün meydana çıxmaq üzrədirlər. Elə bu zaman, bir anın içində paltardəyişmə otaqlarının dəhlizində aləm dəydi bir-birinə. Topdaşıyan uşaqlardı, yoxsa stadionun ərazisində məşqə gələn uşaqlar, bilmədim, 7-8 nəfər qaçaraq doluşdu dəhlizə, ordan da birbaşa üz tutdular İspaniya millisinin paltardəyişmə otağına sarı. Səs-küydən qulaq tutulur. İspanlar bir-bir otaqdan çıxdıqca uşaqlar sallanır ətəyindən. Təxminən 30 saniyə belə vəziyyət davam etdi. Polis dərhal müdaxilə etdi. Uşaqları dəhlizdən uzaqlaşdırmağa başladılar. Elə bu vaxt Xavi Ernandes də paltardəyişmə otağından çıxdı. Futbol meyarlarına görə zalımın boyu bir qarışdı. Ekranda əməlli-başlı cüssəli adama oxşayır, yaxından baxanda cılız, sısqa uşaq kimidi. Polis nəfəri də o qarışıqlıqda elə bildi Xavi də həmin uşaqlardan biridi, əlini uzatdı ona doğru ki, “ə, sənə demədim, çıx bayıra”?! Elə bu vaxt digər polis zabiti o tərəfdən dedi ki, “ayə, nağayrırsan, onun 100 milyon qiyməti var e”! Bunu eşidən kimi polis nəfəri əlini qəfil necə geri çəkdisə, söhbətdən xəbəri olmayan elə bilərdi ki, onu elektrik cərəyanı vurdu. Xavi də hər iki polisə növbətçi bir təbəssüm bəxş edərək, getdi meydana tərəf – yoldaşlıq oyununda heç yoldaşlıqlarının olmadığını nümayiş etdirməyə…
Mən burda videoyazıyam
Hansı klubların qarşılaşdığını dəqiq xatırlamıram, amma əmin olduğum bir məsələ var ki, avrokubok oyunu idi. Stadionda, SKY Box-da oyuna baxırıq. Eyni məkanda tanımadığım bir neçə şəxs də var. Oyunu “İdman TV” yayınlayır (o vaxt hələ “İdman Azərbaycan” adlanırdı). Birinci hissə başa çatdı. Televizorun pultu kimdə idisə, kanalları dəyişməyə başladı. Gəlib çıxdı “CBC Sport”a. Həmin gün avrokubok oyunu olduğu nəzərə alınaraq, “Kalçomaniya” günorta saatlarında çəkilib, axşam videoyazı şəklində verilib efirə. İri planda Rüstəm Əfsərlini göstərirlər, bir neçə saniyə sonra ümumi plana keçdi rejissor, ardınca da mən iri planda peyda oldum. Otaqdakı tanımadığım şəxslərdən biri 2-3 dəfə gah ekrana, gah mənə baxdı, axırda soruşdu ki, “məllim, o danışan sənsən”?! Mən də suala elə sualla cavab verdim ki, “oxşayır”? Həmsöhbətim təəccübləndirməyi bacaran adam idi. Soruşdu ki, “veriliş canlıdı”? Dedim, “bəli, veriliş canlıdı, mən burda videoyazıyam”. Çıxdım balkona…
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar