14 dek 14:02layihe

Xəzərin qoynundakı “ölü”

Komanda.az saytı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyiylə "Fəaliyyətini dayandırmış Azərbaycan klubları - Səbəblərin araşdırılması” layihəsini davam etdirir.

Bu dəfə vaxtı ilə Azərbaycan çempionatında çıxış etmiş Sumqayıt "Xəzər”indən söz açacağıq. O "Xəzər”dən ki, bir neçə sələfi, bir neçə də xələfi olub. O "Xəzər”dən ki...

Müxtəlif adlar altında bir komanda

Sumqayıt Azərbaycanın futbol ənənəsi olan şəhərlərindən biridi. Hazırda əhalisinin sayına görə ölkənin ikinci ən böyük şəhəri olan Sumqayıt hələ sovet dönəmindən SSRİ çempionatlarında komanda ilə təmsil olunub. Peşəkar futbol bu şəhərə ötən əsrin 50-ci illərinin sonunda ayaq açıb. 1960-cı ildə isə "Metallurq” komandası Sumqayıtı SSRİ çempionatının B dəstəsində təmsil edib. Sonradan bu şəhər sovet çempionatlarında "Temp”, "Kimyaçı”, "Polad”, "Xəzər” komandaları ilə təmsil olunub. Bu komandaların hamısı ayrı-ayrı adlar altında çıxış etsə də, əslində, elə bir klub idi. Sadəcə, sovet dönəmində yerli zavodların himayə etdiyi komanda sponsor dəyişdikcə, adını da dəyişirdi. Məsələn, 60-cı illərin əvvəlində komandanın "Metallurq” adlanmasına səbəb, məhz yerli metallurq zavodunun komandanı himayə etməsi idi. Bu adlardan yerli azarkeşlər tərəfindən doğma kimi qəbul edilən isə "Xəzər” oldu. Hələ indi də Sumqayıt futbolu deyildikdə, ağıla ilk olaraq "Xəzər” komandası gəlir.

Müstəqilliyin ilk illərində komandanın həm baş məşqçisi, həm də təsisçisi Sabir Əliyev olub. Uzun illərdi Sumqayıt futboluna xidmət edən, hazırda da "Sumqayıt” Futbol Klubunun aşağı yaş qrupları üzrə koordinator kimi çalışan Əliyev də SSRİ çempionatlarında müxtəlif adlarla çıxış etmiş komandaların hamısının elə bir klub olduğunu deyir:

"Sumqayıtda futbolun ənənəsi, kökü çox uzaqlara gedir. Hələ 60-cı illərdə burda komanda yaradılmışdı. SSRİ çempionatının 2-ci divizionunda yarışırdı. Bu komanda əvvəllər "Temp”, "Metallurq”, "Polad”, "Kimyaçı” sonra da "Xəzər” adlandı. Əslində, digər komandalar da "Xəzər”in sələfi sayılırdı. "Xəzər”in yaranma tarixi kimi 1960-cı ili qəbul etmək olar”.

"Bu, bizim əsas bəlamız idi”

Sabir Əliyev komandanın SSRİ çempionatında çıxış etdiyi ilk illərdə yerli futbolçuların çox az təmsil olunduğunu deyir:

"1965-66-da "Polad” komandasında oynamışam. O vaxt bizdə 8 erməni çıxış edirdi. Baş məşqçimiz də erməni idi. Bu, bizim əsas bəlamız idi. Bizim kimi oyunçular da küsüb çıxıb gedirdi. Mən də Rusiyaya yollandım. Daha sonra karyeramı bitirdim. Sumqayıtda azərbaycanlılara çox şans vermirdilər. 70-ci illərdən etibarən isə hər şey dəyişdi. Nəinki Sumqayıtda, ölkənin digər komandalarda da yerli oyunçular daha çox şans qazanmağa başladılar. Bildiyim qədər, bununla bağlı Heydər Əliyevin göstərişi var idi. O, ölkədə yerli oyunçuların yetişdirilməsiylə bağlı tapşırıq vermişdi. Daha sonra isə "Xəzər”də Bakıdan da futbolçular çıxış etməyə başladı. Ancaq 70-ci illərdən sonra əsasən, yerli sumqayıtlı uşaqlar idi”.

"Şəfəq”lə qayıdan böyük futbol

Sumqayıt futbolunda maddi problemlər hələ sovet dönəmindən var idi. Belə ki, 70-ci illərin sonlarında yaranmış maddi problemlərə görə "Xəzər” fəaliyyətini dayandırır. Sumqayıtlı azarkeşlər 80-ci illərin ortalarına kimi böyük futboldan məhrum qaldılar. Sabir bəyin sözlərinə görə, Sumqayıt böyük futbola "Şəfəq”lə qayıtdı. Elə mütəxəssisin Sumqayıt futbolundakı məşqçi fəaliyyəti də bundan sonra başladı:

"70-ci illərdə maddi vəziyyətlə əlaqədar komanda öz fəaliyyətini dayandırdı. Futbol Sumqayıta bir də 1986-cı ildə qayıtdı. Komanda öz fəaliyyətini "Vasxod” adı altında bərpa etdi. Bu sözün ruscadan dilimizdəki qarşılığı "Şəfəq” idi. Amma komanda oyunlarda "Vasxod” adı altında çıxış edirdi.

1987-ci ildə komanda Azərbaycan SSR çempionatının qalibi oldu. Mən isə komandada 1988-ci ildən çalışmağa başladım. Komandanın o vaxtkı baş məşqçisi Tofiq Abbasov məni köməkçi kimi dəvət etdi. Mən də razılaşdım. O, məni hələ uşaq vaxtımdan tanıyırdı. Uşaq vaxtımdan onunla bir komandada oynamışdım. 1989-cu ildə isə baş məşqçi təyin edildim”.

İkinci dəstəyə vəsiqə qazansalar da...

Klub 1988-ci ildə yenidən "Xəzər” adlanır. Yerli zavodların maliyyələşdirdiyi komandada yaxşı heyət yığılmışdı. Bu, çox çəkmir ki, nəticədə də özünü göstərir. "Xəzər” 1991-ci ildə Azərbaycan SSR-in qalibi olur. Bu nəticəyə əsasən, komanda SSRİ çempionatının 2-ci divizionuna vəsiqə qazanmalı idi. Ancaq imperiyanın çöküşü sumqayıtlıların bu arzusunu gözündə qoyur. Əvəzində, "Xəzər” ilk Azərbaycan çempionatının iştirakçısı olur. SSRİ çempionatındakı heyət qorunub-saxlandığından, komanda ilk milli birincilikdə də uğurla çıxış edir. Əliyevi dinləyək:

"1991-ci ildə SSRİ-nin 2-ci divizionuna vəsiqə qazandıq. Lakin SSRİ dağıldığından, bu çempionatda çıxış edə bilmədik. 1992-ci ildə isə ilk Azərbaycan çempionatında oynadıq. Çempionatı 2-ci pillədə başa vurduq. Ancaq çempion da ola bilərdik. Həmin komandada çox yaxşı futbolçular - Vaqif Sadıqov, Azər İsayev, Yaşar Vahabzadə və başqa oyunçular çıxış edirdi”.

Gənclərlə təkrarlanan "gümüş”

Amma növbəti mövsümdə komandanın əsasını təşkil edən təcrübəli oyunçular klubu tərk edir. "Xəzər” gənc futbolçuların ümidinə qalır. Buna baxmayaraq, komanda öz uğurlu çıxışını davam etdirir. 1993-cü il mövsümündə iki qrupda keçirilən güclülər dəstəsində qrup qalibləri həlledici oyunda üz-üzə gələrək, çempionun adına aydınlıq gətirirdi. "Xəzər” öz qrupunda 1-ci olsa da, həlledici oyunda "Qarabağ”a uduzaraq, sonda yenə gümüş medalla kifayətlənməli olur. 1993/94 mövsümündə 4-cü olan komandada bundan sonra maliyyə problemləri başlayır. SSRİ-nin dağılmasıyla birlikdə, ölkədə zavodlar da bağlanmağa başlayır. Sumqayıtda fəaliyyət göstərən zavodlar da vaxt keçdikcə bir-bir fəaliyyətini dayandırırdı. Yerli zavodlardan maliyyələşən "Xəzər” bununla, əsas maliyyə dayağından məhrum olur. Komanda icra hakimiyyətinin ümidinə qalır. İcra hakimiyyəti "Xəzər”ə kömək etsə də, bu, komandanın əsas heyət üzvlərini klubda saxlamağa kifayət etmir. Beləliklə, onsuz da son iki mövsümdə gənc futbolçulardan təşkil olunmuş komanda bir az da çətin vəziyyətlə üzləşir. Sabir Əliyevin sözlərinə görə, "Xəzər” 1994/95 mövsümündə 17-18 yaşlı futbolçuların ümidinə qalır:

"1993-cü ildə heyəti gəncləşdirdik. Həmin gənc uşaqlarla yenə ikinci olduq. Finalda "Qarabağ”a 0:1 hesabıyla uduzduq. Növbəti mövsümdə də həmin uşaqlarla çıxış etdik və bu dəfə 4-cü olduq. Ancaq 1994-cü ildə də çempionluq şansımız var idi. Daha sonra isə komandada maliyyə vəziyyəti bir az da pisləşdi. Heyətdəki gənclər də "Neftçi” və digər güclü komandalara üz tutdular. Təsəvvür edin, 18-19 yaşdan da kiçik oyunçuların ümidinə qaldıq. Həmin mövsümdə aşağı yer tutduq. Mövsümün sonunda isə komandanı buraxdıq”.

"Xəzər”in əvəzinə "Sumqayıt”

Həmin mövsümdə "Xəzər” güclülər dəstəsini 13 komanda arasında 12-ci pillədə başa vurur. Klubun müstəqillik dönəmində təsisçisi olan Sabir Əliyev komandanı buraxmadan öncə icra hakimiyyətinə müraciət edir. Ancaq icra hakimiyyətindən mütəxəssisə "yox” cavabı verilir. "Xəzər”dən imtina edən icra hakimiyyəti, növbəti mövsümdə birinci diviziona "Sumqayıt” komandasını buraxır:

"1992-ci ildən sonra komandanın təsisçisi özüm olmuşam. İlk illərdə klubun vəziyyəti yaxşı idi. Həmin illərdə bir neçə zavod komandaya pul ayırırdı. SSRİ dövründə isə maliyyə vəziyyəti yaxşı idi. Hansısa zavodla danışıq aparmırdıq. Maaş vaxtında gedib əməkhaqqımızı alırdıq. 1992-ci ildən sonra isə vəziyyət fərqli oldu. Amma bundan sonra da fəaliyyətdə olan zavodlar yaxşı kömək edirdilər. Lakin həmin zavodlar fəaliyyətini dayandırmağa başladıqdan sonra komandada da maliyyə vəziyyəti pisləşdi. Komanda dağılana yaxın icra hakimiyyətinə müraciət edib, kömək etmələrini istədim. Ancaq mənim təklifimə isti yanaşmadılar və futbola ayırmağa vəsaitlərinin olmadığını dedilər. Mən "Xəzər”i buraxdıqdan sonra isə birinci diviziona "Sumqayıt” komandasını buraxdılar. Ordakı uşaqlar da "Xəzər”də mənim rəhbərliyim altında oynayanlar idi. Sadəcə, komandanın adı dəyişmişdi. Elə həmin ildə də yüksək liqaya qayıtdılar. Mən o komandada yox idim. Sonra komanda "Kimyaçı” adlandığı zaman rəhbərlik məni dəvət etdi. 1999-2000-ci il mövsümündə bu komandaya rəhbərlik etdim və yüksək liqada saxladım. Ancaq şəhər icra hakimiyyətində dəyişiklik oldu və yeni rəhbərlik futbolla maraqlanmadı. Belədə, "Kimyaçı” da buraxıldı”.

"Xəzər”in dönüşünə mane olan borc

"Kimyaçı”nın fəaliyyətini dayandırmasından sonra "Xəzər” yenidən bərpa edildi. Ancaq bu, komandanın sonuncu dönüşü oldu. Çətin ki, sumqayıtlı azarkeşlər əvvəlki "Xəzər”i görəcəkdi. Əsas səbəb isə komandanın üzərində olan külli miqdarda borc idi. Belə ki, komandanın fəaliyyətini bərpa etmək istəyən şəxs bu klubun üzərində olan borcu ödəməlidi. Sabir Əliyevin sözlərinə görə, o, məhz bu borca görə təsisçilikdən belə, imtina edib:

"2001-ci ildə isə mənə müraciət edib, çempionata komanda buraxmaq istədiklərini dedilər. Mən də, "Xəzər”i bərpa etmək istəyərəm” dedim. Klub da məndə idi. "Xəzər”i bərpa etdim. Bununla da, komanda yenidən ölkə çempionatında, birinci dəstədə yarışmağa başladı. Həmin mövsümdə "Xəzər” birinci divizionda yüksək yer tutdu və yüksək liqaya vəsiqə qazandıq.

Klubu yenidən bərpa edəndə bir nəfər komandaya sponsorluq etmək istədiyini dedi. Məndən nə qədər pul lazım olduğunu soruşdu. Mən də cüzi bir büdcə yazdım. Cüzi deyəndə ki, 45 min dollarlıq büdcə yazdım. O isə komandaya daha çox pul - təxminən 100-150 min dollar - ayırmaq istədiyini dedi. Onun vəd etdiyi büdcə o vaxt heç "Neftçi”də yox idi. Dedim bu qədər pul ayırırsansa, təsisçiliyi də sənə verirəm. İcra hakimiylə də tanış etdim. 75 faiz təsisçiliyi ona verdim. Özümdə cəmi 25 faiz saxladım. Onu icra hakimiylə tanış edəndən sonra icra hakimi onu qəbul etdi, məni yox. Sonra isə bu şəxsin komandaya heç bir pul buraxmaq fikri olmadığı üzə çıxdı. İlk mövsümdə komandanı pulsuz-parasız yüksək liqaya çıxardım. Ancaq ondan səs çıxmadı. Yenə icra hakimiyyəti kömək edirdi. Biz yüksək liqaya çıxdığımız il futbola böyük pullar ayrılmağa başlandı. Bundan sonra mənə dedi ki, "səninlə işləmək istəmirəm”. Məni məhkəməyə verdi ki, bütün təsisçiliyi öz üzərinə götürsün. Ancaq məhkəmə gördü ki, 1992-ci ildən təsisçilik məndədi. Buna görə mənim xeyrimə qərar verdi.

Ölkə futboluna çoxlu pul ayrılmağa başlandığı zaman şirkətlərdən biri komandaya sponsorluq etmək istəyirdi. Amma sənədləri yoxlatdırdığımız zaman gördük ki, klubun 17 min vergiyə, 350 min dollar da ayrı-ayrı şəxslərə borcu var. Belə olan halda, danışıqlar apardığımız sponsor komandanı himayəyə götürməkdən imtina etdi. Mən də məhkəməyə müraciət edib, bütün təsisçiliyi həmin şəxsin özünə qaytardım”.

"Kimdi o qədər pulu ödəyən?”

"Xəzər” olmasa belə, hazırda sumqayıtlılar futbolsuz qalmayıb. Belə ki, 2010-cu ildə yaradılmış "Sumqayıt” klubu bu şəhəri artıq bir neçə mövsümdü Premyer Liqada təmsil edir. Bu klub hələ ki, "Xəzər” qədər sevilməsə də, Sabir bəyin sözlərinə görə, yaxın gələcəkdə vaxtilə şəhərin fəxri sayılan komandanın yerini tuta bilər:

"İndi yaxşı ki, "Sumqayıt” klubu yaranıb. Ən azı sabit büdcəsi, akademiyası var. Bu, artıq normal klubdu.

"Xəzər”in yaranma söhbəti isə artıq demək olar, mümkün deyil. Kimdi o qədər pulu ödəyən? Çox istərdim ki, "Xəzər”in xələfi elə "Sumqayıt” olsun. İki gümüş medalımız da elə "Sumqayıt”a sayılsın. 1994-cü ildə mənim belə komandam olsa, daha yüksək nəticə qazanardıq.

"Xəzər”in daha çox sevilməsi, vaxtilə nəticə verməsiylə bağlıdı. "Sumqayıt” da nəticə göstərməyə başladıqdan sonra bu komanda "Xəzər”dən də çox seviləcək. Sumqayıt əhalisi futbolu sevir. Vaxtilə "Xəzər”in oyunlarına 15-20 min adam gəlirdi. Nəticə olsa, yenə komandanı dəstəkləyərlər”.

Ən məhsuldar hücumçu da "Xəzər”lidi

Azərbaycan Premyer Liqasının tarixi ərzində ən məhsuldar futbolçulara sabiq "Xəzər”li Nazim Əliyev başçılıq edir (183 qol). Düzdü, sabiq hücumçu bu qollarının hamısına "Xəzər”də imza atmayıb. O, "Xəzər”in ölkə çempionluğu uğrunda mübarizə apardığı 1992-1994-cü illər aralığında Sumqayıt klubunun şərəfini qoruyub.

"Xəzər” artıq 12 ildi tarixin yaddaşına köçsə də, adı ölkə çempionatının ikiqat gümüş mükafatçısı kimi ölkə futbolunda və sumqayıtlı azarkeşlərin ürəyində əbədi yaşayacaq.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:46 Yığma üzvü zədələnib Dünən, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək Dünən, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi Dünən, 19:39 Yığmamız mövqeyini qorudu Dünən, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi Dünən, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır Dünən, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb Dünən, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir Dünən, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb Dünən, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? Dünən, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi Dünən, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub Dünən, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək Dünən, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq Dünən, 19:02 Şehiç yığmaya dəvət aldı Dünən, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? Dünən, 18:52 “Qarabağ” iki gün əvvəl gedir Dünən, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları Dünən, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” Dünən, 16:32 Ramil yenə meydana çıxmadı Dünən, 16:29 Kəmaləddin Heydərov postunda qaldı Dünən, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı Dünən, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır Dünən, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı Bütün xəbərlər
Ən çox oxunanlar