14 dek 13:58layihe

“Viləş”i “Qrindavik” dağıdıb?

Komanda.az saytı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyiylə "Fəaliyyətini dayandırmış Azərbaycan klubları - Səbəblərin araşdırılması” layihəsini davam etdirir.

Bu dəfə nə vaxtsa cənub bölgəsinin qüruru, indi isə ürək ağrısı olan bir klub haqda danışacağıq. Yox, "Xəzər Lənkəran”dan danışmırıq. Hələ "Xəzər Lənkəran”a kimi cənubluları sevindirən, kədərləndirən "Viləş”i nəzərdə tuturuq.

Ötən həftə "Viləş”lə bağlı yazının ilk hissəsini təqdim etmişdik. Budəfəki yazıda isə klubun prezidenti olmuş İldırım Allahyarovun da fikirlərinə yer verəcəyik.

"Bəs azərbaycanlı uşaqlar yazıq deyil?”

Klubun sabiq prezidenti İldırım Allahyarov "Viləş”in böyük azarkeş ordusuna sahib odluğunu xatırlayır. O, hazırda ölkədə klublar arasında rəqabətin yaranması və futbolun inkişafı üçün azarkeş amilini əsas sayır:

"Stadionumuza Anatoli Banişevskinin adını vermişdik. Ora hər oyuna minlərlə azarkeş gəlirdi. Nikaraquadan oyunçu gətirməklə olmur, rayonlarda futbol inkişaf etdirilməlidi. Rayon klublarının oyunlarına maraq daha çox olur. Vaxtilə bizimlə digər rayon komandalarının oyunlarında minlərlə azarkeş olurdu. İndi isə oyunlara baxırsan, boş oturacaqlar önündə futbol oynayırlar. Heç olmasa, xarici futbollara baxsınlar. Xaricdə hətta 3-cü liqa komandalarının oyununda belə, tribunalar dolu olur. Ancaq bizdə çempionluq üçün oynayan komandaların oyununda bir neçə uşaq gəlib qışqırır. Dünyada insanlar futbola ailəvi gedirlər. Regionlarda futbol "0”-dı. Hansı komandaya baxırsan, gedir milyonlarla xərcləyib, Nikaraquadan, Afrikadan futbolçu gətirir. Bəs azərbaycanlı uşaqlar yazıq deyil? Onlar futbol oynamaq istəmirlər?

O vaxt biz 10 min azarkeş önündə oynayırdıq. "Neftçi”yə xal lazım idi, ancaq biz çıxıb oynadıq və qalib gəldik. İndi isə gözəl "lak” oturacaqları olan stadionlarda futbol oynayırlar. Amma tribunalar boş olur. Biz o vaxt Yardımlıya getmişdik, futbol oynamaq üçün. Yüzlərlə azarkeş gəlmişdi futbola baxmağa. İndiki vəziyyətdə isə futboldan danışmaq olmaz”.

Avropa "Viləş”i "isti qarşılamadı”

"Viləş”in avrokuboklara vəsiqə əldə etməsi yerli əhali tərəfindən böyük sevinclə qarşılanır. Ancaq Masallı stadionu avrokubok oyunlarını qəbul etmək üçün yararsız olduğuna görə, "Viləş” də digər bütün klublarımız kimi rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edir. Masallı təmsilçisinin Avropa arenasında ilk rəqibi isə Polşanın "Zaqlebiye” klubu olur. Heyətinin böyük əksəriyyəti Masallı futbolunun yetirmələrindən ibarət olan komanda məsul görüş öncəsi düz-əməlli təlim-məşq toplanışı belə keçmir. Komandanın o dövrdə baş məşqçisi olmuş Qəhrəman Əliyev həmin vaxt "Viləş”də təşkilati məsələlərdə təcrübənin çatışmadını deyir:

"Komandanın avrokuboklara (İntertoto kuboku) vəsiqə qazanması rayonda böyük coşquyla qarşılandı. O vaxt bizim qarşımıza avrokubokda mərhələ keçmək vəzifəsi qoyulmamışdı. Elə avrokuboklara vəsiqə komanda üçün böyük uğur sayılırdı. Amma rəhbərliyin bu sahədə təcrübəsi yox idi. Ona görə, təşkilati işlərdə AFFA bizə kömək edirdi. Geyim cəhətdən problem var idi. Komanda eyni formada olmalı idi. Bu məsələdə də AFFA bizə kömək etdi. Hətta formalara vurulmuş nömrələr standartlara uyğun olmadığından, söküb yenidən vurmalı olmuşduq. Ancaq həmin dövrdə avrokuboka vəsiqə bizim üçün böyük hadisə idi. İlk dəfə Polşanın "Zaqlebiye” komandası ilə düşdük. Bizdə heyətdə oyunçuların əksəriyyəti, demək olar 80 faizi masallılı uşaqlar idi. "Zaqlebiye” bizdən əsasən, boyda üstün idi. Rəqib yaxşı komanda idi. Buna baxmayaraq, səfərdə keçirdiyimiz oyunun ilk dəqiqələrində müqavimət göstərdik. Hətta hesab 0:0 olan zaman Aleksandr Xurtskeviç bir epizodda qapıçıyla təkbətək çıxsa da, dəyərləndirə bilmədi. Rəqib üstüb olsa da, zəif çıxışımızın başqa səbəbləri də var idi. Bu da hazırlıqla bağlıydı. Rəhbərliyə müraciət edərək, İntertoto kubokundan öncə təlim-məşq toplanışının keçilməsinin vacibliyini bildirsəm də, əhəmiyyət verilmədi. Belədə, biz "Zaqlebiye” ilə oyunlara adi çempionat matçlarına olduğu kimi hazırlaşdıq”. 

Bunun da nəticəsində "Viləş” polyaklarla səfər oyununda darmadağından xilas ola bilmədi. Masallı təmsilçisi avrokuboklarda ilk oyununda böyük hesabla (0:4) məğlub oldu. Bakıda keçirilən cavab oyununda da rəqib üstün oldu - 3:1. Ancaq komanda paytaxtda keçirilən cavab oyununu məğlub olmadan başa vura bilərdi. Rəqib cavab oyununda hesabı açsa da, "Viləş”in belaruslu legioneri Aleksandr Xurtskeviçin qoluyla hesabda tarazlığı bərpa etmişdi. Lakin matçın son 15 dəqiqəsində daha iki top buraxan Qəhrəman Əliyevin yetirmələri Avropada ikinci oyununu da məğlub başa vurur. 

"Niyə etiraz edirsiz, onsuz da öz meydanınızda bunları "döyəcəksiz”

Növbəti mövsümdə komanda tarixi ərzində ən yüksək nəticəni əldə edir. "Viləş” "Şəmkir” və "Neftçi”nin ardından güclülər dəstəsini 3-cü pillədə başa vurur və tarixi ərzində ilk dəfə ölkə çempionatını mükafatla, bürünc medallarla bitirir. Bununla da, komanda ardıcıl ikinci dəfə İntertoto kubokunda iştirak etmək haqqı qazanır. Bu dəfə isə rəqib İslandiyanın "Qrindavik” komandası olur. Qəhrəman Əliyevin sözlərinə görə, komanda artıq daha təcrübəli idi. Amma köhnə problem - təlim-məşq toplanışının istənilən səviyyədə keçirilməməsi öz yerində qalırdı:

"Növbəti İntertoto kubokunda, "Qrindavik”ə qarşı oyunlardan öncə də eyni hal yaşandı. Ancaq artıq müəyyən təcrübəmiz var idi. İslandlara qarşı daha yaxşı oynadıq. Səfərdə 0:1 uduzduğumuz oyunda kifayət qədər fürsəti boşa verdik. Həmin oyunda islandlar penaltidən vurulan qolla qalib gəldilər ki, həmin epizodda da penalti yox idi. Oyunu litvalı hakim idarə edirdi. Hətta oyundan sonra bizə yaxınlaşaraq, "niyə etiraz edirsiz, onsuz da öz meydanınızda bunları "döyəcəksiz” demişdi. Ancaq burdakı oyun da istədiyimiz kimi alınmadı. Yaxşı oynadıq, amma qapıçımızın səhvindən qol buraxdıq. "Zaqlebiye” ilə oyundan fərqli olaraq, "Qrindavik”lə matçlarda üstün tərəf idik. Bu komandanı keçmək olardı, ancaq alınmadı”. 

"Bazel” ümidlərinin puç olması, narazılıq və klubun buraxılması

"Qrindavik”ə iki oyunun nəticəsinə görə (0:1, 1:2) uduzan "Viləş” ardıcıl ikinci ildə də ilk mərhələdə mübarizəni dayandırdı. İslandiya təmsilçisinə məğlubiyyət Masallı klubunun daxilində narazılığa səbəb oldu. Avrokuboklardan gələcək gəlirə ümid edən rəhbərlik, bu fürsətin qaçırılmasına görə baş məşqçi Qəhrəman Əliyevi günahlandırırdı. Qəhrəman bəyin sözlərinə görə, komanda "Qrindavik” səddini aşacağı təqdirdə "Bazel”lə qarşılaşacaqdı ki, İsveçrə nəhəngindən də teleyayıma görə bir xeyli vəsait əldə etmək mümkün idi:

"Qrindavik”i keçsəydik, növbəti mərhədə İsveçrənin "Bazel” klubuyla düşəcəkdik. Belə olacağı halda, teleyayımdan kluba yaxşı gəlir gələ bilərdi. Ancaq təəssüf ki, üstün olduğumuz oyunlarda qalib gələ bilmədik. Mərhələ keçməməyimiz rəhbərliyə də təsir etmişdi. Buna görə məni günahlandırırdılar. Hacı Ramazan (kluba pul buraxan əsas şəxs, prezident) oyundan dərhal sonra komandanı buraxacağını dedi. Mən də istefa verdiyimi bildirdim. Çünki mərhələ keçmək üçün komandaya heç bir şərait yaradılmamışdı. Bu hadisə oyunun səhəri günü olmuşdu. 

Ancaq sonradan Hacı Ramazan komandada qalmağımı istədi. Mən də qalmaq qərarına gəldim. Buna baxmayaraq, rəhbərliklə aramda fikir ayrılığı yaranmışdı. Bir ay komandada qaldıqdan sonra "Şəmkir”dən təklif gəldi və mən ora yollandım. Mənim əvəzimə "Viləş”ə Gəray Qarayev təyin edildi. Futbolçular növbəti mövsümə hazırlaşırdı. Ancaq çempionatın startına az qalmış komanda buraxıldı”.

"Komandanı təhvil verməlisən!”

Komandanın buraxılmasında başlıca səbəb isə həmişə olduğu kimi, maliyyə məsələsi idi. Bəlkə də, rəhbərlik avrokuboklarda teleyayımdan gələcək gəlir hesabına bu çətinliyi aradan qaldıra biləcəyini düşünürdü, ancaq "Qrindavik” səddinin aşılmaması bu arzunun da üzərindən xətt çəkdi. Əslində isə "Viləş”in dağılması prosesi daha əvvəldən, komandaya dəstək olan icra başçısı Teymur Yahyayev postunu tərk etdikdən sonra başlamışdı. Onun müavini və 1993-cü ildən Masallı təmsilçisinin prezidenti olan "Viləş”in əsas sponsoru İldırım Alahyarov artıq bir ildən artıq idi ki, klubdan kənarlaşdırılmışdı. Sabiq prezidentin sözlərinə görə, klubu təhvil vermək üçün ona hətta təzyiqlər də olubmuş:

"Yeni icra başçısı gəldikdən sonra müavin postundan ayrıldım. Bundan sonra yeni icra başçısı Şirəli Əhədov dedi ki, "komandanı təhvil verməlisən”. Mən dedim ki, komanda "2-ci, 3-cü yerdə gedir, Çempionlar Liqasında mərhələ adlamış "Şəmkir”i məğlub etmişik, komandanı niyə təhvil verim?”. Mənə çox böyük təzyiqlər başladı. Onlar elə bilirdilər ki, klubdan kalan pul gəlir. Daha demirdilər ki, komandaya öz cibimizdən pul xərcləyirdik. Sonradan gördülər ki, gəlir yoxdu, komandanı dağıtdılar. Ən faciəlisi isə odu ki, bürünc medallar qazanıldıqdan sonra təltifetmə mərasiminə məni tamaşaçı kimi də çağırmadılar. Təsəvvür edin, neçə il komandanı saxlayasan, var-dövlətini futbola qoyasan, ancaq sonradan səni təltifetmə mərasiminə qonaq kimi belə çağırmasınlar. 

Biz "Viləş”i öz gücümüzə saxladıq. Amma komanda dağılanda heç kim bizə kömək eləmədi. Masallıda hamı "Viləş”in qayıtmasını gözləyir. Uzun illər bu komandaya rəhbərlik eləmişəm. AFFA İcraiyyə Komitəsinin üzvü olmuşam. Bizim əvəzedici komandamız da var idi. Bundan əlavə, kəndlərdə də komandalar yaratmışdıq. Rayon çempionatı da keçirirdik. Biz avrokuboklarda yerli uşaqlarla iştirak etmişdik”. 

"Demək olar, bütün var-dövlətini futbola qoyurdu”

Qəhrəman Əliyev də kluba uzun illər rəhbərlik etmiş İldırım Allahyarovun bürünc medalların təqdim edilməsi tədbirinə çağırılmamasını təəssüflə xatırlayır:

"İldırım müəllim futbolu sevən biriydi. Özünün şirkəti var idi. Demək olar, bütün var-dövlətini futbola qoyurdu. 1997-ci ildə biz Moskvaya təlim-məşq toplanışına da yollanmışdıq. O, sonradan Masallı rayonunun icra başçısı Teymur Yahyayevin birinci müavini oldu. Bundan sonra komandaya daha yaxından kömək etməyə başladı. İldırım bəy icra hakiminin müavini postundan ayrıldıqdan sonra komandadan da ayrıldı. Masallı futbolunun inkişafında Çingiz Həşimovla yanaşı, İldırım Allahyarovun da böyük rolu olub. Çingiz müəllim oyunçuların yetişdirilməsinə görə, İldırım Allahyarov isə maliyyə cəhətdən.

Ancaq çox təəssüf ki, biz bürünc medal qazandıqdan sonra təltifetmə mərasiminə yeni icra hakimiyyətinin rəhbərliyi onu dəvət etmədi. Buna görə çox pis olduq.

İldırım müəllimdən sonra klubu Hacı Ramazan Zeynalov götürdü. O da iş adamı idi. "Viləş” dağılanadək komandanın prezidenti o oldu”.

Problemli Masallı futbolu və yolu gözlənilən "Viləş”

"Viləş” uzun illərdi fəaliyyətini dayandırsa da, Masallıda futbol hələ də yaşayır. Buna yaşayır demək olarsa... Hazırda burda aşağı yaş qruplarından ibarət komandalar fəaliyyət göstərsə də, şərait heç də ürəkaçan deyil. Hazırda Masallıda yeni oyunçuların yetişdirilməsi üçün çalışan Mövsüm Tağıyev də şəraitin bərbad olduğunu deyir:

"Mən məşqçi karyeram ərzində Masallıdan kənarda çalışmamışam. Karyeramı bitirdikdən sonra burda qalıb, uşaqların yetişdirilməsində kömək etmək qərarına gəldim. Artıq uzun müddətdi Masallıda aşağı yaş qruplarıyla çalışıram. Burda istedadlı uşaqlar çoxdu. Amma şərait biabırçıdı. Anatoli Banişevski adına Masallı şəhər stadionunda məşq edirik. Ətraf pis vəziyyətdə olsa da, ot örtüyünü özümüz qaydasına salırıq. Otu özümüz biçmişik. AFFA yolpulu və topların verilməsiylə bağlı müəyyən köməklik göstərir. Əvvəllər yemək və forma da verilirdi. Ancaq sonradan kəsildi. Formayla bağlı problemlərimiz var. Başqa heç bir kömək yoxdu. Demək olar, öz vəsaitimiz hesabına Masallıda futbolu yaşadırıq. Demirəm ki, burda Maradona yetişdiririk. Ancaq şərait yaradılacağı təqdirdə, nəinki Azərbaycan, hətta Avropa səviyyəli oyunçu yetişdirə bilərik”.

"Viləş” 2001-ci ildə fəaliyyətini dayandırdıqdan bir neçə il sonra yenə Azərbaycanın futbol məkanında göründü. 2004/05 və 2005/06 mövsümlərində Azərbaycan çempionatının birinci dəstəsində çıxış edən komandanın bu dönüşü uzun çəkmir. 2006-cı ildən sonra komanda yenidən Azərbaycanın futbol arxivinə qarışır. Bundan sonra həvəskarlar liqasının, ya da aşağı yaş qruplarının yarışlarında arada "Viləş”in adını eşitsək də, komanda artıq 10 ildiAzərbaycanın heç bir peşəkar liqasında yarışmır. Lakin Masallı camaatı hələ də, "Viləş”in nə vaxtsa qayıdacağını gözləyir. 

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:57 Hakim “bürünc”ü “Qaradağ Lökbatan”ın əlindən alıb? Bu gün, 16:55 4000 tovuzlu və 5 oyuna 27 qol Bu gün, 16:53 Jaba Bal Liqasının ən çox qazanan futbolçularındandı Bu gün, 16:50 Yeni çempion “Qarabağ” oldu! Bu gün, 16:49 Oqtay Abdullayev postunu qorudu Bu gün, 16:47 Şok: əməkdar məşqçi yığmanın hazırlığından uzaqlaşdırılıb Bu gün, 16:46 Bir “bürünc”lə start Bu gün, 16:45 Biraylıq fasilə bitdi Bu gün, 16:43 İddialılar arxayınlığın qurbanı olub Bu gün, 16:41 Ömər Paşayev kubokun finalını haqq edirmi? Bu gün, 16:40 “Qarabağ” da Naxçıvana getmək istəyən azarkeşlərinə kömək edəcək Bu gün, 16:38 Bayılda mükafatçılar müəyyənləşəcək Bu gün, 16:28 Şahin Diniyev AZAL-ın döyüşəcəyinə inanır Bu gün, 16:26 “Leon” uşaq futbolunda öncüllərdən olmaq istəyir Bu gün, 16:25 Prosineçki iki oyunda “yandırdı” Bu gün, 16:24 Avroliqaya sonuncu bilet kimin olacaq? Bu gün, 16:22 Müşahidə Şurası iclas keçirdi, klub saytı xəbəri gizlətdi Bu gün, 16:21 “Sumqayıt” rəhbərliyi əvəzedicilərdən narazıdı Bu gün, 16:07 Klub rəhbərliyi Qriqorçukun xidmətində maraqlıdı Bu gün, 16:04 Qurban Qurbanov: “Quzanlıya getmək fikrimiz var” Bu gün, 16:03 AFFA-nın pulsuzluğu Heydər Əliyevin şərəfinə turnirin baş tutmasını əngəlləyib Bu gün, 16:01 Şəhriyar xal fərqini qorudu Bu gün, 15:59 Sloveniyadakı rəqiblər müəyyənləşib Bu gün, 15:58 Ölkə çempionatı başladı Bu gün, 15:56 BŞH yardım kampaniyası üçün marafona qoşulur Bu gün, 15:54 İslamiada xəbərləri Bu gün, 15:53 Avropa çempionatına ikinci heyət yollanacaq Bu gün, 15:51 Emin “Boavişta”nı tərk etmək istəyir 28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri Bütün xəbərlər
Ən çox oxunanlar