18 may 14:10layihe

“Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim”


Azad Mütəllimovdan məzəli xatirələr...
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə, istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Hakimlər də futbolun ayrılmaz hissəsi olduğundan, heç şübhəsiz, onların da daim xatırladıqları, dost-tanışla bölüşdükləri şirin, baməzə xatirələri var.
2008-ci ildə hakimliklə vidalaşan beynəlxalq dərəcəli referi Azad Mütəllimovla söhbətdə fit çaldığı illərdə başına gələn, daim xatırladığı 6 ən maraqlı hadisəni bizimlə bölüşməsini istədik.
Deputatsan, toxunulmızlığın var?
Hansı ildə olduğunu xatırlamıram, MOİK – “Neftçi” oyununu idarə edirdim. Qurban Qurbanovun futbolçu kimi karyerasının son vaxtları idi və “ağ-qaralar”ın şərəfini qoruyurdu. Epizodların birində Qurban “hərbçilər”in cərimə meydançasına daxil olub zərbə vurmaq istəyəndə, gənc müdafiəçilərdən biri onu bir qədər itələyərək topu aldı və təhlükəni sovuşdurdu. Həmin an Qurbanov bir qədər aqressiv şəkildə üstümə gələrək, “Azad, görmürsən, məni itələyirlər” deyib, qayda pozuntusunun olduğunu bildirdi. Mən heç əhvalımı pozmadan “deputatsan, toxunulmazlığın var? Futbolçunu itələyərlər də” söyləyib, ardınca “gənc futbolçu oyundan sonra hamıya deyəcək ki, Qurbanı itələyib ondan top aldım. Qoy sevinsin” dedim. Qurban bir qədər duruxdu və birdən mənim dediklərimə gülüb, oyuna davam etdi.
3 ağsulunun “razborkası”
Yenə “Neftçi”nin oyunundan bir məqamı xatırlayım. Paytaxt klubu “Karvan”la qarşılaşırdı. Həmin vaxt Aqil Məmmədov “ağ-qaralar”ın, Kamal Quliyev isə Yevlax təmsilçisinin heyətində çıxış edirdi. Səhv etmirəmsə, ikinci hissənin ortalarında bunların sözü çəp gəldi. Meydanın içində bir-biri ilə sərt şəkildə mübahisə etməyə başladılar. Hiss etdim ki, bu söhbətin axırı yaxşı olmayacaq, sonu davadı. Meydanın mərkəzindən qaça-qaça onlara tərəf gəldim və “üçüncü ağsulu da gəldi, gəlin bir yerdə “razborka” edək. Kim səhvdisə, onu meydandan qovacam” deyib, onları sakitləşdirdim. Mənim kimi hər iki futbolçu sumqayıtlı olsa da, əsilləri Ağsudandı. Hər ikisi gülüb, əl sıxıb ayrıldılar.
Hansı əlinə dəymişdi?
Ölkədə futbol bumu yaşanan vaxtlar idi. “Xəzər Lənkəran” Sumqayıtda “MKT-Araz”ı qəbul edirdi. Həm Lənkəran, həm də İmişli futbolçuları qarşılaşmaya ciddi hazırlaşmışdılar. Hər iki komandanın heyətində güclü oyunçular yer aldığından çox gərgin və sürətli oyun gedirdi. Tribunalar da hər iki klubun azarkeşləri ilə dolu idi. Görüşün sonlarına yaxın lənkəranlılar hücum etdilər və Mahmud Qurbanovun zərbəsindən sonra top rəqibin müdafiəçisinə dəyib geri qayıtdı. Epizoddan təxminən 7-8 saniyə sonra Mahmud çox əsəbi formada mənə tərəf qaçaraq, “yoldaş hakim, top müdafiəçinin əlinə dəymişdi, niyə penalti vermədiz” dedi. Mən bir qədər fasilə edib üzümü ona tutaraq “Mahmud, hansı əlinə dəymişdi” söylədim. Qurbanov bir qədər duruxdu, bilmədi nə desin. Və birdən “Azad, nə fərqi var hansı əlinə dəymişdi. Əl əldi də” deyib güldü. Bununla da onun əsəbləri soyudu.
Gəncəlilərin hakimlər otağına hücumu
“Kəpəz”in ölkə futbolunda “at oynadan” vaxtları idi. “Ədliyyə” stadionunda eyniadlı komanda ilə qarşılaşırdılar. Tribunada azarkeş çox olmasa da, gəncəlilər həmişəki kimi komandalarını tək buraxmamışdılar. İlk yarı sona yaxınlaşırdı və Mehman Allahverdiyevin çalışdırdığı komanda hesabda 1:0 öndə idi. Həmin vaxt gəncəli azarkeşlər “hakim, vaxtdı” sözünü dayanmadan təkrarlayır, hissəni başa çatdırmağımı istəyirdilər. Mən də əlimi göyə qaldıraraq, vaxta nəzarət etdiyimi onlara göstərdim. Bir neçə dəqiqədən sonra ilk yarı başa çatdı. Fasilədə hakimlər otağında olanda çöldə böyük hay-küy qalxdığını eşitdim. Maraqlananda məlum oldu ki, gəncəli fanatlar mənimlə haqq-hesab çəkmək istəyirlər. Aralarında kimsə deyib ki, hissənin sonlarında, biz vaxtın başa çatdığını deyəndə hakim əli ilə bizə qeyri-etik jest göstərdi. Bu da onları qıcıqlandırmışdı. Onların qarşısına çıxıb hər şeyi olduğu kimi başa saldım. Vaxtında bunu etməsəydim, kim bilir oyundan sonra nələr yaşanacaqdı.
Mən yaşda səndən böyüyəm
Mehman Yunusovun necə müdafiəçi olduğunu futbol ictimaiyyəti yaxşı bilir. Mehman həyatda nə qədər yumşaq insan olsa da, meydanda tam əksi idi. Oyun vaxtı komanda yoldaşlarının cüzi boşaldığını görən kimi hamısının üstünə qışqırır, toparlanmağını istəyirdi və hamı da kapitan kimi onu dinləyirdi. Bir dəfə “Şəmkir”in ev oyununu idarə edirdim. Rəqibin adını, təəssüf ki, unutmuşam. Meydan sahiblərinin növbəti hücumundan sonra futbolçular geriyə dönmədilər və rəqib əks-hücuma keçdi. Yunusov hücumun qarşısını almaq üçün qaydanı pozdu və avtomatik ayağa duraraq öz qapılarına doğru qaçmağa, komanda yoldaşlarını söyməyə başladı. Mən oyunu saxlayıb onu yanıma çağırdım. Mehman qapının yanından “görmürsən, geri qayıtmırlar” deyərək üzünü çevirdi. Mən bilirdim ki, o vərəqə almamaq üçün belə edir. Onu yenidən yanıma çağırdım. Vərəqə almamaq üçün “sözün var, özün gəl” deyib əlini yellədi. Azarkeşlər də sakit oturub bizim söz duelimizin necə başa çatacağını gözləyirdilər. Yunusov şəmkirli fanatların sevimlisi idi. Gördüm vəziyyət qəlizləşir, özümü itirməyərək “Mehman, mən səndən yaşca böyüyəm, sən mənim yanıma gəlməlisən” dedim. Yunusov da böyük-kiçik yeri biləndi. Bu sözümdən sonra yanıma gəldi və haqlı sarı vərəqəsini aldı. Həmin an mən onun ayağına getsəydim, oyunun “ip”ini əldən vermiş olacaqdım.
İntelligent Əmirbəyov
İdarə etdiyim oyunlar zamanı azarkeşləri qızışdırıb nahaq yerə hakimləri söydürən futbolçuları çox görmüşəm. Xüsusilə də “doğma divarlar” arasında oynayan futbolçular hakimi təzyiq altında saxlamaq üçün bu variantdan istifadə edirdilər. Ancaq aralarında ağa ağ, qaraya qara deyənlər də var idi. Onların sayı çox olmasa da, yox da deyildi. Məsələn, “Bakı”nın futbolçusu Rafael Əmirbəyovu göstərə bilərəm. Həmin illərdə “Bakı”nın heyətində Cənubi Amerikadan çoxlu futbolçu çıxış edirdi. Onlar da bilirsiz ki, çılğındılar. Şou göstərməyi, yerli-yersiz yerdə qalmağı xoşlayırdılar. Hakim komandanın əleyhinə qərar qəbul edirdisə, o dəqiqə yalandan qışqır-bağır salırdılar. Ancaq Rafael həmişə hakimlərin yanında olub. O dəfələrlə komanda yoldaşlarını sakitləşdirib, hakimin düz qərar qəbul etdiyini bildirib. O meydanda olanda bilirdim ki, legionerlər boş yerə hay-küy salmayacaqlar. Əmirbəyov buna imkan vermirdi. Mahmud Qurbanovu da qeyd edə bilərəm. Çox təmkinli futbolçu idi. Heç vaxt razı olmazdı ki, hansısa komanda yoldaşı hakimin üstünə getsin, ona artıq söz desin.
“Artist”in cəzalandırılması
“Xəzər Lənkəran” yeni yaranan vaxtlar idi. Heyətdə Saviç soyadlı, Balkanlardan olan bir futbolçu çıxış edirdi. Oyunların birində rəqib futbolçu ilə mübarizədə kobud oynadı. Və mən də fiti səsləndirib fol olduğunu bildirdim. Həmin an o elə başa düşdü ki, penalti nöqtəsini göstərmişəm. Əslində isə əlimi yuxarı qaldırıb cərimə meydançasının xətti yaxınlığında sərbəst zərbə təyin etmişdim. Penalti qərarı verdiyimi zənn edən futbolçu narazı halda üstümə gəldi və əl-qolla danışmağa başladı. Mən də əlimi qaldırıb futbolçuların kənara çəkilməsini istəyəndə ona toxundum. Saviç bunu gözləyirmiş kimi özünü yerə necə tulladısa, elə bil Mayk Tayson bunu yumruqla vurdu. Bir an hamı, o cümlədən mən də çaşıb qaldıq. Mahmud onun fırıldağını başa düşdü və yaxınlaşıb penalti yox, sərbəst zərbə təyin olunduğunu bildirdi. Saviç o dəqiqə ayağa qalxdı. Ancaq onun bu hərəkəti mənə yer eləmişdi. Özünü təmizə çıxarmaq, guya mənim onu vurduğumu məşqçilər korpusuna və rəhbərliyə göstərmək üçün özünü artistcəsinə yerə atmışdı. Bu üzdən onu cəzalandırmağa, heyfimi çıxmağa qərar verdim. Oyunun sonuna kimi onu “qaralayıb” ikinci sarı vərəqə ilə “artist”i meydandan qovdum.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar