14 dek 13:47layihe

İlk ölkə çempionatının hakimləri: kim hardadı?

Durmuşov: "Bu üzdən hakimlərə o qədər təzyiqlər olurdu, bilmirdik nə edək”

SSRİ dağılandan sonra respublikanın futbol təsərrüfatına rəhbərlik edən şəxslər bir qədər qeyri-müəyyənlik içində qalsalar da, sonradan başa düşdülər ki, artıq irəli baxmaq, müstəqil Azərbaycanın ayrıca futbol çempionatını təşkil etmək lazımdı. Və beləliklə, 1992-ci ilin mayında 26 komandanın iştirakı ilə turnirə start verildi. İlk çempionatda hansı komandaların medallar uğrunda mübarizə apardığını ötən saylarımızın birində xəbər vermişdik. Bu dəfə 1992-ci ildə keçirlən matçlarda fit çalan hakimlər barədə sizlərə məlumat verib, onların hazırda harda və nə işlə məşğul olduqlarına aydınlıq gətirəcəyik.

Birinci ölkə çempionatında ümumilikdə 38 referi iş başında olub. Onlar arasında ən çox oyunda iş başında olan Orucəli Durmuşovdu. O 30 dəfə meydana baş hakim kimi çıxıb. Bu yaxınlarda haqq dünyasına qovuşan Əmir Zamanovla Rüstəm Aslanov Orucəli bəydən 4 oyun az, daha dəqiqi, 26 qarşılaşmada ədaləti qoruyub. 6 referi – Səfər Haşımov (Bakı), Akif Cavadov (Mingəçevir), Rafael Paşayev, Məhəmməd Qurbanov, Siyasət Əliyev və Abbas Qulami (hamısı Gəncə) isə cəmi 1 matçda söz sahibi olublar. Ümumi siyahı belədi: Orucəli Durmuşov - 30 (Beynəlxalq Tələbə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü), Əmir Zamanov - 26 (rəhmətə gedib), Rüstəm Aslanov, 26 (işsiz), Rüstəm Rəhimov - 24 (Veteranlar İttifaqının vitse-prezidenti), Xaqani Məmmədov - 22 (Hakimlər Komitəsinin sədri), İntiqam Aslanov - 21 (Moskvada restoranda inzibatçı), Novil İsmayılov - 20 ("Spartak” İdman Cəmiyyətində təlimatçı), Gülağa Cabbarov - 19 (hakim-inspektor), Fazil Mürşüdov, 18 (Sumqayıtda orta məktəbdə idman müəllimi), Tahir Süleymanov - 17 (işsiz), Akif Məmmədov - 16 ("Neftçi” İSM-də məşqçi), Sərvər Ağayev - 13 (rəhmətə gedib), Murad Məmmədov - 13 (AFFA-da çalışır), Eldar Baxşəliyev - 12 (Pskovda yaşayan biznesmen), Asim Xudiyev - 11 (AFFA-da çalışır), Xalid Məsimov – 11 (Beyləqanda məktəbdə idman müəllimi), Nüvər Xasıyev - 9 (Gənclər və İdman Nazirliyində çalışır), Əhməd Cabbarov - 9 (Bakıdakı 114 saylı məktəbdə idman müəllimi), Füzuli Qasımov - 8 (Gəncədə futbol məşqçisi), Asif Namazov - 8 (işsiz), Ramiz Əsədov - 8 (hakim-inspektor), Vaqif Davudov - 7 (AFFA nümayəndəsi), Əli Hüseynov - 6 ( Hakim-İnspektorlar Komitəsinin sədri), Xudaverdi Tumasov - 6 (Beyləqanda idman müəllimi), Nəriman Hüseynov - 6 (rəhmətə gedib), Emil İsgəndərov - 5 ("Vətən” Futbol Klubunda məşqçi), Qəmbər Gülməmmədov - 5 (Gəncə hava limanında briqadir), Teymur Abbasov - 5 (Xaçmazda idman müəllimi), Kərim Ağayev - 5 ("Neftçi” İSM-də çalışır), Ruhulla Kərimov - 4 (Bakıdakı 154 saylı məktəbdə idman müəllimi), Sabir Hacıyev - 2 ("Neftçi”nin əvəzedici komandasında inzibatçı), Nizami Şərifov - 2 (AFFA-da çalışır), Səfər Haşımov - 1 (Sədərək Ticarət Mərkəzində çalışır), Akif Cavadov - 1 (Mingəçevirdə biznes fəaliyyəti ilə məşğul olur), Rafael Paşayev - 1 (harda olduğu bilinmir), Məhəmməd Məmmədov - 1 (AFFA nümayəndəsi), Siyasət Əliyev - 1 (harda olduğu bilinmir), Abbas Qulami - 1 (Gəncədə futbol məşqçisı).

İlk müstəqil çempionatda ən çox oyun idarə edən Orucəli Durmuşov həmin illəri belə xatırlayır: "İndi hakimlik etməyə nə var?! AFFA rəhbərliyi referilər üçün hər cür şərait yaradıb. 1992-ci ildəki vəziyyət isə indiki ilə heç cür müqayisə oluna bilməz. İlk çempionatda bölgə təmsilçilərinin sayının çoxluğu yolumuzu tez-tez müxtəlif rayonlara salırdı. Rayon oyunlarında isə yerli komanda uduzmağı, xal itirməyi xoşlamırdı. Bu üzdən hakimlərə o qədər təzyiqlər olurdu, bilmirdik nə edək. 90 dəqiqə boyunca ancaq onu fikirləşirdik ki, matç başa çatsın və sağ-salamat burdan çıxaq. İndiki hakimləri göz bəbəyi kimi qoruyurlar. Düzdü, müasir futbolda sürət artıb. Ancaq indi meydana çıxan hakimlərin də sayı dəyişib, yeni texniki avadanlıqlarla təchiz olunublar ki, bu da obyektiv qərar verməkdə onlara böyük kömək olur. Bizim vaxtımızda isə belə deyildi. İndiki nəsil hakimlərin səviyyəsi məni qane edir. Ancaq bəzən elə səhvlər edirlər ki, özləri-özlərini "yandırılar”. Misal üçün Rəhim Həsənovu götürək. "Qarabağ” - "Qəbələ” görüşündə hesab 1:1 olanda oyunu bitirə bilərdi. Bu hesab hər iki tərəfi qane etdiyindən heç kim narazı qalmayacaqdı. Hakim bir qədər də çoxbilmiş olmalı, real şəraiti dəyərləndirməyi bacarmalıdı. Ancaq Rəhim düz yerdə özünü quyuya saldı. Bunlara baxmayaraq, ümid edirəm ki, qarşıdakı illərdə hakimlərimiz daha da inkişaf edəcək, daha məsul beynəlxalq oyunlara təyinat alacaqlar. Əliyar Ağayevin uğuru onlara əlavə stimul verməlidi”.

Uzun illər yaşıl meydanlarda ədaləti qoruyan Fazil Mürşüdov da o illərlə indiki zamanı müqayisə etmək istəmədiyini söylədi: "Hər aşiqin öz zamanı var. 1992 və ondan sonrakı iki-üç il bizim üçün doğrudan da çətin idi. Respublikada vəziyyət ağır idi. Bölgə matçlarına yollanmaq həyatını riskə atmaq kimi bir şey idi. Hər ağızdan bir avaz gəlirdi. Buna baxmayaraq, hakimlərimiz meydana çıxır, üzərinə düşən missiyanı yerinə yetirirdilər. Həmin illəri yada salıb, indi hakimlərə göstərilən qayğını görəndə hərdən deyirəm ki, kaş mən hazırkı vaxtda hakimlik edərdim. Bizim hakimlik məktəbimiz həmişə güclü olub, indiki gənclər də bu yolu layiqincə davam etdirirlər”.

RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar