22 apr 09:01layihe

“Guya başqa klubların prezidentləri məğlub olanda futbolçuların başını sığallayır?”


Sərtan Taşkın Slavik Alxasovun xahişini geri çevirib
“Kapitanla söhbət” rubrikasının növbəti qonağı “Keşlə”dən Slavik Alxasovdu.
- Söhbətə bu aralar bütün idmançılara verilən sualla başlamaq istəyirəm. Karantin dönəmində boş vaxtını necə keçirirsən, formada qalmaq üçün nə edirsən?
- Təxminən bir aydı rayondayam. Bu arada uzağı 4-5 gün məşq etməmişəm. Həyət evi olduğu üçün pis-yaxşı məşq etməyimə şərait var. Formada qalmağa, çəki problemi ilə üzləşməməyə, orqanizmimi tonusda saxlamağa məcburam. Hər gün bir və ya iki dəfə fərdi qaydada məşq edirəm.
- Karantini Qusarda keçirməyi özün istədin, yoxsa belə alındı?
- Sözün düzü, belə planım yox idi. Səhv etmirəmsə, martın 13-ü idi. Bizə çempionatda 10 günlük fasilə olacağını dedilər. Fikirləşdim ki, fürsətdən istifadə edib kəndə baş çəkim, valideynlərimlə, qohumlarla görüşüm. Sonradan yolları da bağladılar. Belədə kənddə qalmağa məcbur oldum (gülür). Elə yaxşı ki belə alındı. Bugünlərdə kənddə olmaq məşq etmək baxımından daha əlverişlidi.
- Karantin günlərində ən çox kimdən və nədən ötrü darıxırsan?
- Kollektiv məşqlər üçün burnumun ucu göynəyir. Bakıdakı dost-tanış üçün də çox darıxıram. Düzdü, telefonla danışırıq. Ancaq bir yerdə olmaq, üz-üzə oturub söhbət etmək tam fərqlidi. Birdən elə darıxırsan ki, heç bilmirsən nə edəsən. Ancaq dözməliyik, başqa çarə yoxdu. Bu da bir sınaqdı, inşallah, hər şeyi yaxşı olar. Necə deyərlər, pis günün ömrü az olar.
- Futbol camiəsində belə fikir formalaşıb ki, “Keşlə”də kapitan, baş məşqçi olmaq çətindi. Klub prezidenti Zaur Axundovu az qala "diktator" kimi qələmə verirlər. Doğrudanmı, Zaur bəy deyilən qədər sərt, hamının işinə müdaxilə edən rəhbərdi?
- Bu fikirlə razılaşa bilmərəm. Bilirik ki, Zaur müəllim çox tələbkar insandı, komanda uduzanda və ya yaxşı oyun nümayiş etdirməyəndə iradlarını bildirir ki, bu da normal qarşılanmalıdı. Bütün rəhbərlər kimi o da bizlərdən uğurlu nəticə tələb edir. Guya başqa klubların prezidentləri məğlub olanda futbolçuların başını sığallayır? Yoxsa məşqçilər korpusuna təşəkkür edir? Baş məşqçi, kapitan olmaq məsuliyyətli işdi. Çox vaxt nəsə düz getməyəndə Zaur müəllim kapitan kimi mənə, baş məşqçiyə sözünü deyir. Onu “diktator” kimi qələmə vermək düz olmaz. Klub prezidenti kimi Axundov daim komandaya dəstək verir, istər yaxşı, istərsə də çətin anlarda yanımızda olur. Maaş, mükafat ilə bağlı problemlə üzləşmirik. Hər ikisi vaxtında verilir. Bir kapitan kimi deyə bilərəm ki, klubda hamı ondan razıdı.
- Bu gün “Keşlə”də təcrübəli futbolçuların sayı çox olsa da, kapitan sarğısı sənin qolundadı. Necə düşünürsən, belə məsuliyyətli missiyanın öhdəsindən gələ bilirsən?
- Məncə, hər şey normaldı. “Keşlə”də çox mehriban kollektiv olduğundan bir-birimizi başa düşürük. Qarşılıqlı hörmət fonunda düşərgədə daim yüksək əhval-ruhiyyə olur. Bu üzdən kapitan kimi mənim üzərimə ağır yük düşmür. Hansısa məsələdə anlaşılmazlıq olanda isə Rəşad Sadiqov, Ruslan Əmircanov, Əfran İsmayılovla məsləhətləşirəm, onların da fikirlərini öyrənirəm. “Stariklərdən” öyrənməli çox şey var (gülür).
- Koronavirus, demək olar ki, Avropada bütün klublara maddi planda çox ziyan vurub. Bu səbəbdən futbolçuların maaşlarının azaldılması gündəmə gəlib. Sabah “Keşlə” rəhbərliyi də bu addımı atsa, necə qarşılayarsan?
- İnanmıram elə olsun, inşallah da ki olmaz. Belə qərarı klubdaxili iclas olmadan verməzlər. Yəqin klub prezidenti nəsə fikirləşər.
- Qusarda dünyaya göz açmısan, valideynlərin rayonda yaşayır. Futbolda da ilk addımlarını orda atmısan. Ancaq çox maraqlıdı ki, bu günə kimi heç vaxt “Şahdağ”ın şərəfini qorumamısan. Bunun özəl səbəbi var?
- Dediklərinizin hamısı doğrudu. Mən futbola 10 yaşımda rayondakı idman məktəbində başlamışam. Bir ildən sonra dedilər ki, Bakıda, Razində (Bakıxanov qəsəbəsi - R) idman təmayüllü lisey var, səni ora göndərmək istəyirik. Atam razılıq verəndən sonra Bakıya gəldim. Bir il də orda oynadıqdan sonra “Neftçi”nin maraq dairəsinə düşdüm və mənimlə müqavilə bağladılar.
- Səhv etmirəmsə, 17 yaşında, o vaxt birinci divizionda çıxış edən “Abşeron”nun heyətində çox ağır zədələnmişdin. Belə zədələrdən sonra hər yeniyetmə özündə güc tapıb yenidən futbola qayıda bilmir.
- Deməli, xarakterim güclüdü (gülür). “Abşeron”da olduğum dönəmdə təlim-məşq toplanışında topuğumdan ağır zədələndim. Demək olar ki, 5 ay məşqlərdən uzaq düşdüm. Həmin aralıqda klub da dağıldığından “Abşeron”da debüt belə edə bilmədim. Mirbağır İsayevin çalışdırdığı komandaya icarə əsasında yollanmışdım. Komanda dağılandan sonra yenidən “Neftçi”yə qayıtmalıydım. Ancaq rəhbərlik yeni yaranan “Sumqayıt”ın mənimlə maraqlandığını bildirdi və yenidən icarə əsasında o kluba yollandım. Zədəm nə qədər ağır olsa da, futbolu buraxmaq heç vaxt ağlımdan keçməyib.
- Bu günə kimi elitada üç klubun – “Sumqayıt”, “Xəzər Lənkəran” və “Keşlə”nin heyətində çıxış etmisən. Bu klubların karyeranda yeri...
- Elita həyəcanını ilk dəfə “Sumqayıt”da yaşamışam. O klubda çox gözəl günlər keçirmişəm. Sumqayıt camaatı da futbolu çox gözəl başa düşür. Nəticədən asılı olmayaraq, daim komandanı dəstəkləyirlər, həmişə yanında olurlar. Həmin vaxt heyət əsasən gənclərdən qurulsa da, “Sumqayıt”futbolçu kimi inkişafımda böyük rol oynadı. “Xəzər Lənkəran”da cəmi 6 ay olmağıma baxmayaraq, çox şey öyrəndim. Həmin dönəmdə Lənkəran klubunda tanınmış, səviyyəli oyunçular çıxış edirdi. Klubda heç bir problem yox idi, hər şey yüksək səviyyədə idi. Cənubda da müəyyən futbolu biliyi qazandım, təcrübəm artdı. Artıq 4-cü mövsümdü “Keşlə”nin şərəfini qoruyuram. Burda özümü çox rahat, evdəki kimi hiss edirəm. Hər şey ürəyimcədi və ümid edirəm ki, bu klubla hələ çox titul qazana biləcəm. Hər üç klubun karyeramda öz yerinin olduğunu deməliyəm.
- Bu günə kimi bir çox məşqçinin rəhbərliyi altında top qovmusan. Kimin iş metodunu daha çox bəyənmisən?
- Rəhbərliyi altında oynadığım bütün məşqçilərlə münasibətim yaxşı olub. Hamısına hörmətlə yanaşmışam. Hərəsinin öz oyun üslübu olub ki, çalışmışam verilən tapşırıqları yerinə yetirim. Fikrimcə, kimin daha yaxşı işlədiyini deməyim düzgün çıxmaz. Hər çalışdırıcı özünəxas oyun fəlsəfəsinə əsaslanır və istəyir ki, sərəncamındakı oyunçular onun dediklərinə əməl etsinlər.
- “Neftçi”nin əvəzedici heyətində, “Abşeron”da, “Sumqayıt”da, “Xəzər Lənkəran”da “2”nömrəli formanı geymisən. Ancaq “Keşlə”də “4-ü” seçdin. Səbəbini bilmək istərdim...
- Bəli, əvvəlki çıxış etdiyim komandalarda “2” olmuşam. Əslində “Keşlə”yə gələndə də bu nömrəni götürmək istəyirdim. Ancaq boş deyildi, Sərtan Taşkında idi. Ona zəng vurub xahiş etdim ki, həmin nömrəni mənə versin. Ancaq o da nömrəni ondan almamağımı istədi. Belədə məcbur olub boş olan “4-ü” seçdim və bu günə kimi də bu nömrə altında çıxış edirəm.
- Bu gün Region Liqasında Qusarın üç komandası çıxış edir. Səncə, kiçik rayon üçün 3 komanda çox deyil?
- Fikrimcə, birləşib Qusar adından bir komanda kimi çıxış etsəydilər, daha yaxşı olardı. Həm komanda heyət və maddi baxımdan güclü olardı, həm də azarkeşlər parçalanmazdı. Yanlarında olmadığımdan, hansı prinsipə əsaslandırlarını bilmirəm. Yəqin belə məsləhət biliblər.
- Şirvanovka ilə qonşu kənddən olsan da, onlardan fərqli, sizin kənddən elə də tanınmış oyunçular çıxmayıb. Fərq nədədi?
- Şirvanovkada uşaqdan-böyüyə hamı futbolu sevir, futbolla məşğul olurlar. Bəzən öz aralarında bölüşüb oynayırlar və kənardan baxanda sənə elə gəlir ki, meydanda iki peşəkar komanda var. Oyunçuların da hamısı peşəkar səviyyədə futbol oynayıb. Ordan fərqli, bizim kənddə adamlar maldarlıq və bağçılıqla məşğul olmağa üstünlük verir. Yaxşı fındıq bağlarımız, iribuynuzlu mal-qara saxlamaq üçün böyük fermalar var.
- Sonda mövsümlə bağlı fikirlərini bilmək maraqlı olardı.
- İndi nəsə dəqiq fikir bildirmək mümkün deyil. Mayın 4-nü gözləmək məcburiyyətindəyik. Nəyin necə olacağını AFFA və PFL-də əyləşənlər daha yaxşı bilər. Proqnoza gəlincə, yalnız onu deyə bilərəm ki, “Keşlə”nin hədəfi mükafatçılar sırasına düşüb avrokuboklara vəsiqə qazanmaqdı. Əlimizdən gələni edəcəyik ki, sonda bu istəyimizə çataq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:17 “Ağsu Siti”nin prezidenti AFFA-ya üsyan etdi Bu gün, 14:15 “Xəzər Lənkəran”ın futbolçuları 250 min iddiasına cavab verdi Bu gün, 14:13 Əsgər Abdullayev Naxçıvanda qalıb Bu gün, 14:09 Stamenkoviçdən insanlıq nümunəsi Bu gün, 10:29 “Heç-heçəyə görə bizi axşam saat 9-a qədər hərbi hissədə saxladılar” Bu gün, 09:53 Klublar siqnal gözləyir Bu gün, 09:50 Barış “Austriya”ya lazım olmadı, Riçard da göndərilir Bu gün, 09:46 Nikolay Adam Mahiri “Ayntraxt”a təklif edib Bu gün, 09:39 Zaqatalada “Viktoriya”ya çevrilən “Qələbə”… Bu gün, 09:36 Eldar Əzimzadəyə həsr olunan film çəkilib 27-05-2020, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi 27-05-2020, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi 27-05-2020, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi 27-05-2020, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi 27-05-2020, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu 27-05-2020, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” 27-05-2020, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? 27-05-2020, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” 27-05-2020, 18:20 Nazarovu cəza gözləyir 27-05-2020, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? 27-05-2020, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı Bütün xəbərlər
Ən çox oxunanlar