20 apr 13:21layihe

Sərdar Azmunla müntəzəm əlaqə saxlayan azərbaycanlı futbolçu kimdi?


“Heç düşünmədən “Neftçi”nin adını çəkərdim”
“Kapitanla söhbət” rubrikasının budəfəki qonağı “Sabah”ın kapitanı Ruslan Abışovdu.
- Bir aydı futboldan, məşqlərdən uzaq düşmüsən. Boş vaxtını necə keçirirsən?
- Hamı kimi mən də karantin qaydalarına əməl edirəm. Mayın 4-nə kimi belə də davam edəcəm. Fikrimcə, qəbul olunan bütün qərarlar sağlamlığımız üçün nəzərdə tutulub. Şükür Allaha, eyvanımız genişdi. Məşq etmək üçün orda lazım olan şəraiti yaratmışam. Gündə iki dəfə məşq edirəm. Bu yöndə heç bir problemim yoxdu. Ancaq səbirsizliklə kollektiv şəkildə hazırlığa başlayacğımız günü gözləyirəm.
- Əksər təcrübəli oyunçular özləri üçün ayrıca fiziki hazırlıq üzrə məşqçi tuturlar. Bu təcrübə Avropada geniş yayılıb. Komanda yoldaşın Marko Deviç də dəfələrlə müsahibələrində mütəxəssis xidmətindən yararlandığını bildirib. Sən nə əcəb bu günə qədər belə addım atmamısan?
- Əslində mən də uzun müddətdi ayrıca məşqçinin rəhbərliyi altında əlavə məşqlər edirəm. Sadəcə, həmin mütəxəssis başqa bir premyer-liqa klubunda çalışdığından onun adını açıqlamaq istəmirəm. Ancaq mənə yaxın olan insanların bundan xəbəri var. Neçə illərdi onunla çalışıram. Fürsətdən istifadə edib, ona da burdan təşəkkür etmək istəyirəm.
- Karyeran ərzində üç klubda – “Neftçi”, “Xəzər Lənkəran” və bu gün də “Sabah”da kapitan sarğısı sənə verilib. Bunun sirrini bizə izah edərdin. Necə olur ki, Ruslan hansı kluba gedirsə, kapitan olur?
- Müxtəlif yaş qrupları üzrə milli komandaların hamısında oynamışam və hamısında da kapitan olmuşam. Berti Foqtsun dönəmində əsas yığmada da 5-6 görüşə komandanı kapitan kimi çıxarmışam. Bilmirəm bu suala necə cavab verim. Burda xüsusi bir sirr yoxdu. Adətən, əksər klublarda kapitanı kollektiv səsvermə yolu ilə seçir. Harda oynamışamsa, komanda yoldaşlarım məni kapitan seçiblər, məşqçilər korpusu etimad göstərib. Mən də bacardığım qədər onların ümidini doğrultmağa çalışmışam. Nə dərəcədə yaxşı alınıb-alınmayıb - onu deyə bilmərəm. Buna komanda yoldaşlarım, məşqçilər daha dəqiq cavab verə bilərlər. Kapitan kimi həmişə istəmişəm ki, komanda yoldaşlarımın mınafeyini qoruyum.
- Şərəfini qoruduğun klublardan hansında kapitan olmaq daha böyük məsuliyyət tələb edir?
- Heç düşünmədən “Neftçi”nin adını çəkərdim. Bu klubda kapitan olmaq ailə başçısı olmaq qədər məsuliyyətlidi. Hələ deyərdim ki, ondan da çətindi. “Neftçi”də sarğını daşıyan oyunçu həm futbolçular, həm fanatlar, həm də rəhbərlik ilə dil tapmalıdı. Daim onlarla ünsiyyətdə olmaq lazım gəlir. Yeri gələndə fanatların problemləriylə də maraqlanmalısan. Sözün həqiqi mənasında “Neftçi”də kapitan olmaq çətindi. O dərəcədə məsuliyyətli işdi ki, bəlkə də bunu açıqlamaq düz deyil, ancaq deyəcəm: elə olub vitse-kapitanlıqdan imtina edənlər olub. Kənardam bəlkə də hər şey asan görünür. Ancaq əslində belə deyil. Düzdü, ölkənin ən köklü klubunun kapitanı olmaq şərəfli missiyadı. Lakin eyni zamanda özünü odun içinə atmış olursan. Bir də görürsən elə olur, hamı bir tərəfdə qalır, fanatlar uğursuzluğa görə kapitandan hesabat tələb edir, ona təzyiq göstərirlər. Futbol qalır bir tərəfdə, problemlərin həlli yolunu axtarmağa məcbursan.
- Elə olub ki, kapitan kimi müəyyən səbəbdən bir-birinə düşmən kəsilən tərəflər arasında vasitəçilik edəsən, onları barışdırasan?
- Belə hallar bir dəfə yox, dəfələrlə yaşanıb. Dəfələrlə narazı azarkeşlərlə rəhbərlik, futbolçular arasında körpü funksiyasını yerinə yetirib onları barışdırmışam. İndi bu haqda danışmaq istəmirəm. Pərdəarxası söhbətlərin ictimaiyyət arasında yayılmasını düzgün qəbul etmirəm. Qoy bu sirr kimi qalsın. Kapitan kimi bacardığım qədər çalışmışam ki, düşərgədə yüksək ab-hava olsun, münasibətlərə xələl gəlməsin. Şükürlər olsun, həmişə barışdıcı missiyam uğurlu olub, azarkeşlər, komanda yoldaşlarım, rəhbərlik dediklərimi anlayışla qarşılayıblar. Kapitan bunları etməyə borcludu. Ancaq nədənsə mənim karyeramda belə hallar çox yaşanıb (gülür).
- Çıxış etdiyin klubların hamısında sayılıb-seçilən legionerlər olub. Onlarla dil tapmaq çətin olmayıb? Ümumiyyətlə, legionerlər arasında dostluq etdiklərin var?
- Təbii ki, bu da bir çətin missiyadı. Kluba gələn yeni legionerlə bağlı əsas suallar çox vaxt kapitana yönəlir. Rəhbərlik də, məşqçilər korpusu da istəyir ki, yeni gələnin uyğunlaşması məsələsini kapitan həll etsin. Təcrübəmə əsasən onu deyə bilərəm ki, bizim mentallığa ən çox yaxın olan braziliyalılardı. Ümumiyyətlə, Cənubi Amerikadan gələnlər yeni mühitə, kollektivə uyğunlaşmaqla bağlı problem yaşamırlar. Onlarla dil tapmaq həddən artıq asandı. Bizim kimi onlar da istiqanlı və çılğın olurlar, uduzmağı xoşlamırlar. İndiyədək oynadığım klublarda Cənubi Amerikadan gələnlərlə nə mən, nə də başqa yerli oyunçular heç vaxt problem yaşamayıb. Xırda söz-söhbət isə hər yerdə və həmişə olub. Avropalılarla hər şey əksinədi. Çox soyuqanlı olurlar, onlara xüsusilə də Balkanlardan gələn futbolçulara çıxış etdiyi klubun ölkə üçün hansı əhəmiyyət daşıdığını başa salmaq çətindi. Onlar hər şeyə sırf peşəkar şəkildə yanaşırlar, onlar üçün mənəvi dəyərlər həmişə ikinci planda olub. O ki qa qaldı dostluq etdiklərimə, belələri az deyil. “Rubin”də birgə oynadığım komanda yoldaşlarımdan Sərdar Azmun, Gökdəniz Karadəniz, Natxo ilə bu gün də əlaqə saxlayıram. Bayramlarda, xüsusi günlərdə bir-birimizi təbrik edirik. “Neftçi”də çıxış etmiş əcnəbilərlə də münasibətim hər zaman yaxşı olub. Çünki bir-birimizə çox doğma olmuşuq. “Neftçi”də ailə ortamı çox yüksək səviyyədə idi. Bu günə kimi rumınlar Marian Aliuta, Adrian Nyaqa ilə çox isti münasibətimiz var. Onlardan başqa “ağ-qaralar”da oynamış İqnasi Pereyra ilə tez-tez danışırıq. Derlis Meza Kollinin də adını çəkə bilərəm. Gürcüstan yığmasının üzvü Solomon Kverkveliyanı da yaddan çıxarmaq istəmirəm. Onunla “Rubin”də bir yerdə oynamışıq, eyni otaqda qalmışıq. Vaxtaşırı bir-birimizə qonaq gedib-gəlirik. Adını çəkdiklərimlə bizi dostluq telləri bağlayır ki, bu yöndə bəxtimin gətirdiyini deyə bilərəm. Bu vaxta kimi çıxış etdiyim klubların heç birində əcnəbilərlə problemim olmayıb.
- Bu yaxınlarda sport24.az saytının futbolçular arasında təşkil etdiyi intelektual yarışanın iştirakçısı oldun. Finala yüksəlsən də, həlledici görüşdə Cavid Hüseynova uduzdun. Yarışmanı qalib kimi başa vurmağına nə çatmadı?
- Həqiqətən də çox yaxşı layihə idi. Çünki Azərbaycan futbolunun tarixi ilə bağlı bütün məlumatları yenidən təkrarladıq. Layihənin araya-ərsəyə gəlməsində əməyi olanların hamısına təşəkkür edirəm. Cavidlə finalda qarşılaşmaq həqiqətən də maraqlı idi. Sadəcə, onun ilk 5-6 turda autsayder olması, sonradan çempionluğa oynaması məndə bir az təəccüb doğurdu. Xırdalıqlara varmaq istəmirəm. Finala qədər Azərbaycan futbolu ilə bağlı bütün məlumatları, statistikanı öyrənməyə çalışırdım, özüm də müəyyən qeydlər aparırdım. Bu işdə qardaşım Sərxan, “Sabah”ın mətbuat katibi Elnur Həmidov da mənə yardım edirdilər. Ən xırda detalları belə mənə göndərirdilər. Hətta qardaşım hansı futbolçunun toyuq və ya ət dönərini xoşaladığını belə mənə demişdi (gülür). Deməyim odu ki, yarışmaya çox ciddi yanaşmışdım. Çempion olacağıma heç bir şübhəm yox idi. Birinci finalda Cavidlə eyni sayda sualları cavabladıq. İkinci finalda o da, mən də 6 sualın hamını cavabladıq. İnanmaq istərdim ki, Cavid özü bu sualların cavablarını tapıb. Çünki orda qeyri-adi suallar var idi ki, finaldakı rəqibimin o sualları düzgün cavablaması mənə qəribə gəldi. Nəyə görə? Cavid həlledici görüşdən bir həftə əvvəl mətbuata verdiyi açıqlamada yaddaşla bağlı problem yaşadığını söyləmişdi. Özümə aid statistikanı belə xatırlamıram. Amma finalda elə suallara cavab verdi ki, məni çox təəccübləndirdi. Hər şeyə rəğmən, onu təbrik edirəm. Deməli, layiq idi ki, yarışmanın qalibi oldu. Ümumi götürəndə hər ikimiz qazandıq, Azərbaycan futbol tarixini yenidən təkrarladıq, bilmədiklərimizi öyrəndik. Buna görə də həm Cavidi, həm özümü, həm də layihə rəhbərlərini təbrik edirəm.
- Avropada belə düşünürlər ki, pandemiyadan sonra dünyada durum dəyişəcək və bu dəyişikliklər futbola da sirayət edəcək. Necə düşünürsən, bu dəyişikliklər hansı yöndə olacaq? Ümumiyyətlə, nələrin dəyişəcəyini gözləyirsən?
- Bu sahənin mütəxəssisi olmadığımdan pandemiya ilə bağlı nəsə fikir bilirməyim düzgün olmaz. Ümumi olaraq belə deyə bilərəm ki, pandemiya məsələsi ortaya çıxandan cəmiyyətdə yaddan çıxan, unudulan bəzi dəyərlərə yenidən diqqət ayırmış olduq. Ən azı hamı, o cümlədən daim evdən kənarda olmağa vərdiş edən biz futbolçular uzun müddət ailəmizin yanında olduq. Koronavirus bizi yenidən fikirləşməyə, dünyaya başqa gözlə baxmağa məcbur etdi. Məncə, hər bir insan həyata nikbin baxmalıdı. Necə deyərlər, xeyirlisi. “Hər işdə bir xeyir var” məsəli bu gün üçün aktualdı. O ki qaldı dünya və Azərbaycan futbolunda baş verəcək dəyişikliklərə, məncə, ölkə futbolunda radikal dəyişikliklər olmayacaq.
- Karantin dönəmində imkansız, yaşlı insanlara yardımlar olunur. Bəs sən necə, kimlərəsə yardım etdin?
- Belə çətin dönəmdə aztəminatlı ailələrə yardım edənlərə, yaşlı insanların qulluğunda dayananlara mən də təşəkkür edirəm. Həqiqətən də bir daha subut olundu ki, azərbaycanlılar çətin anlarda bir-birinə arxa-dayaq olmağı bacarır. Vallah, sosial şəbəkələrədə bu yardım kampaniyasında iştirak edənləri, bu işə qol qoyanları görəndə xalqım adına qürur hissi keçirirəm. Biz də “Sabah” Futbol Klubu olaraq ölkə başçısının təşəbbüsü ilə yaradılan Koronavirusla Mübarizə Fonduna müəyyən məbləğdə ianə etdik. Özümün etdiklərinə isə toxunmaq istəmirəm. Bu günə qədər etdiklərim, bugünlərdə nələr etdiyim barədə heç vaxt danışmamışam və bundan sonra da danışmaq fikrim yoxdu. Yalnız onu deyə bilərəm ki, Allahın mənə lütf etdiyi imkandan ehtiyacı olanlara müəyyən qədər kömək etmişəm, lazım olacağı halda yenə bunu edəcəm. Hamımız imkan daxilində bölüşməyi bacarmalıyıq.
- Çempionat sona 8 tur qalmış təxirə salındı və hələ bilinmir ki, nə vaxt start götürəcək. Mövsümün başa çatdırılmasına qərar veriləcəyi halda şansları dəyərləndirməyini istərdik.
- Öncə şərəfini qoruduğum “Sabah” haqda fikirlərimi bildirmək istəyirəm. Avroliqaya vəsiqə qazanacağımıza inanıram. Qarşıdakı 8 oyuna optimal heyətlə çıxacağımız halda bütün oyunlardan xalla ayrıla bilərik ki, bu da bizə qitəmiqyaslı turnirdə iştirak imkanı verəcək. Ümumi çempionat haqda isə onu deyə bilərəm ki, hazırda ilk pillədə qərarlaşan “Qarabağ”ın “Neftçi”ni 8 xal qabaqlamasına baxmayaraq, “ağ-qaralar” sona qədər çempionluq uğrunda mübarizə aparacaq. 8 oyun heç də az deyil. Heç kim indidən zəmanət verə bilməz ki, ağdamlılar bu oyunların hamısını yüzfaizlik nəticə ilə başa vuracaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:17 “Ağsu Siti”nin prezidenti AFFA-ya üsyan etdi Bu gün, 14:15 “Xəzər Lənkəran”ın futbolçuları 250 min iddiasına cavab verdi Bu gün, 14:13 Əsgər Abdullayev Naxçıvanda qalıb Bu gün, 14:09 Stamenkoviçdən insanlıq nümunəsi Bu gün, 10:29 “Heç-heçəyə görə bizi axşam saat 9-a qədər hərbi hissədə saxladılar” Bu gün, 09:53 Klublar siqnal gözləyir Bu gün, 09:50 Barış “Austriya”ya lazım olmadı, Riçard da göndərilir Bu gün, 09:46 Nikolay Adam Mahiri “Ayntraxt”a təklif edib Bu gün, 09:39 Zaqatalada “Viktoriya”ya çevrilən “Qələbə”… Bu gün, 09:36 Eldar Əzimzadəyə həsr olunan film çəkilib 27-05-2020, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi 27-05-2020, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi 27-05-2020, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi 27-05-2020, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi 27-05-2020, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu 27-05-2020, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” 27-05-2020, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? 27-05-2020, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” 27-05-2020, 18:20 Nazarovu cəza gözləyir 27-05-2020, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? 27-05-2020, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı Bütün xəbərlər
Ən çox oxunanlar