19 apr 14:55layihe

“Böyük oyun”un məşhur məhbusu satış müdiri kimi çalışır


“Borc içində boğulsaq da, rəhbərlikdən heç vaxt bir qəpik də götürməmişik”
- Bir “paçka” siqaret verin…
- Buyurun, qonaq olun.
Biranlıq öz-özümə düşünürəm ki, yəqin marketdə hansısa kampaniyadı, ona görə siqareti pulsuz verirlər. Duruxduğumu görən satıcı “müəllim, deyəsən, tanımadız” deyib, üzündəki maskanı çıxardı. Artıq hər şey aydın idi. Mənə “qonaq olun” deyən gənc “köhnə dostum”, 2013-ci il avqustun 25-də keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçından sonra saxlanılan, məhkəmənin qərarı ilə 3 illiyə azadlıqdan məhrum olunan, ancaq 1 il 10 aydan sonra azadlığa çıxan Elman Tağıyev idi. Fanatlar arasında daha çox “Eliko Ləzginçik” kimi tanınan birisi. Elmanın, demək olar ki, bütün məhkəmə proseslərində iştirak etmişdim, “içəri”də olanda da tez-tez məktublaşırdıq. Budəfəki təsadüfi görüşdə iş başında olduğuna görə ətraflı danışa bilmədik. Lakin razılaşdıq ki, iki gündən sonra yenidən görüşək. Beləliklə, “AL Market” şəbəkəsinin Sumqayıtdakı mağazalarından birinin satış müdiri ilə futbol söhbəti…

- İndi hansısa fanklubun üzvüsən?
- Hərdən vaxt tapanda premyer-liqa matçlarını canlı izləyirəm. Ancaq mənim fanatlığım “Xəzər Lənkəran”la getdi. Ürəyimdə yalnız bir sevgi, iki rəngə - ağ-yaşıla - məhəbbət var idi. Gündə bir eşqə düşənlərdən deyiləm (gülür).
- 2013-ün avqustunu yəqin ki heç vaxt unutmayacaqsan...
- 7 il əvvəl başverənlər həyatıma möhürünü vurub. Onu unutmaq olar?!
- Bəlkə həmin günü yenidən yada salaq...
- Hər şey həmin il mayın 28-də keçirilən ölkə kubokunun finalından başlamışdı. Həmin görüşdə heç nədən “Xəzər Lənkəran”ın gənc oyunçularını – Kamran Abdullazadə ilə Elnur Cəfərovu vurmuşdular. Onsuz da “Neftçi” fanatları ilə münasibətimiz yaxşı deyildi. Həmin matçda başverənlər yanan odun üstünə bir az da benzin tökmüşdü.
- Belə çıxır ki, “Xəzər Lənkəran” fanatları əvvəlcədən aranı qatmaq, Bakı klubunun futbolçularını və azarkeşlərini döymək üçün plan cızmışdılar.
- Deməzdim ki, azarkeşləri və yaxud futbolçuları döyməyi əvvəlcədən planlaşdırmışdıq. Fikrimiz var idi ki, rəqib komandanın üzvlərini meydanda təzyiq altında saxlayaq, şüralar hazırlamışdıq, müxtəlif pankartlar düzəltmişdik. Hər şey “Neftçi” fanatlarının bizləri təqhir etməsindən sonra başladı. Onlar oyunun gedişində bir neçə dəfə “Xəzər Lənkəran”ın, bizlərin ünvanına xoşagəlməz şüarlar səsləndirdilər. Və bu da lənkəranlı fanatları özündən çıxardı. Sonrası da hamıya məlumdu.
- Həmin gün stadionda 15 minə yaxın azarkeş var idi. Ancaq 8 nəfər həbs olundu ki, onlardan da biri sən idin. Belə çıxır ki, kütləvi iğtişaşda iştirak edənlərin başında sən və digər 7 nəfər durub.
- Həmin gün gözaltına alınanların sayı yüzlərlə idi. Lakin sonda 8 nəfərə cinayət işi açıldı. Nə mən, nə də qalan 7 nəfər kütləni nəyəsə yönəltməmişdik, kimisə vurmamışdıq. Sadəcı, belə alındı. Həmin vaxt kimlərsə yaşananlara görə məsuliyyətə cəlb olunmalıydı. Biz “yandıq” (gülür).
- Səni stadionda saxladılar, yoxsa kənarda?
“Böyük oyun”un məşhur məhbusu satış müdiri kimi çalışır
- Mən Bakıya qayıtmaq üçün vağzala gedirdim. Ora çatanda məni saxladılar və bölməyə apardılar. Mənimlə yanaşı, həmin ətrafda olan çoxlarını bölməyə gətirmişdilər. Ora çatanda sənədlərimə baxdılar və gördülər ki, qeydiyyatım Qusaradı. Bu məqam onlarda şübhə oyatdı. Çox istədim başa salım ki, sadəcə, “Xəzər Lənkəran” fanatıyam. Qusarlı olmağım o demək deyil ki, kütləni iğtişaşa yönətmişəm. Ancaq heç kim bunu başa düşmürdü və ya başa düşmək istəmirdi. Ondan sonra artıq məhkəmə qərarı ilə bizə cinayət işi açıldı. 3 il kəsdilər, ancaq 1 il 10 aydan sonra azadlığa çıxdıq.
- Qusarlı birinin “Xəzər Lənkəran” fanatı olması kənardan təəccüb doğurur.
- Burda təəccüblü heç nə yoxdu. “Xəzər Lənkəran” yüksək dəstədə ilk oyununu Qusarda “Şahdağ”a qarşı keçirib (burda müsahibim səhvə yol verir; cənublular elitada ilk oyununu 2004-cü il avqustun 7-də səfərdə “Turan”a qarşı (1:1) keçirib – R.). Həminvaxt yaşım az olsa da, oyunu stadiondan canlı izləmişdim. Yeni yaranmış komanda məni özünə cəlb etdi. Sanki Qusara hansısa Avropa komandası gəlmişdi. Sonradan Rahid Əmirquliyevin “Xəzər Lənkəran”a transferi bu komandaya marağımı artırdı. Əvvəlcə azarkeş kimi “ağ-yaşıllar”ın, demək olar ki, hər oyununa gedirdim. Bir də onda ayıldım ki, artıq sıravi azarkeşdən fanata çevrilmişəm. Artıq “Green Gate”in üzvü kimi həftəboyu növbəti matçın hazırlıqlarında iştirak edirdim. Fanat hərəkatına qoşulandan sonra Lənkəranda, Bakıda, Sumqayıtda özümə yeni dostlar tapmışdım. Qusardan çox Lənkəranda olurdum. Çox gözəl günlər idi. Bəlkə də kənardan baxanlar üçün fanatlar avara adamlardı. Ancaq əslində heç də belə deyil. Bizim sıralarımızda ali təhsilli, çox savadlı, mədəni uşaqlar var idi. Onlardan bəziləri hətta xaricdə təhsil alırdılar. Fanklubumuzun üzvləri çox mehriban idilər. Bilirsiz ki, “Xəzər Lənkəran”ın başqa fanklubları da var idi. “12-ci oyunçu”, “Bosman”, “Caspian Ultras”ın üzvləri ilə aramızda yaxşı mənada rəqabət yaşanırdı. Hamı çalışırdı ki, kreativ ideyalarla tribunada görünsün. Ona görə də lənkəranlı fanatlar həmişə başqalarından bir addım öndə olublar.
- Deyəsən, indi fəaliyyət göstərən fanklubların fəaliyyətini bəyənmirsən...
- Niyə? “Forza Neftçi”ni qeyd edə bilərəm. Düzdü, onlar həmişə əsas rəqibimiz olub, ancaq işlərinə yüksək qiymət verirərəm. “İmarəti”də qeyd edərdim. Ancaq “Neftçi” fanatları bir başqadı. Yığmanın oyunları zamanı “Sektor 11” də çox fəal idi. Ancaq onları da küsdürüblər.
- “Forza Neftçi”ni də başa düşmək olmur. Gah oyunları boykot edirlər, gah yenidən tribunalara qayıdırlar. Səncə, fanatlıq nəticəyə görə olmalıdı?
- Onların işinə qarışa bilmərəm. Ancaq bəzən ən qatı fanat da komandası zəif təsir bağışlayanda küsür. Heç kim uduzmağı sevmir. “Xəzər Lənkəran” hansısa matçda məğlub olanda bir həftə özümüzə gələ bilmirdik. Bəlkə də baş məşqçidən və futbolçulardan çox biz oyunu öz aramızda təhlil edib, harda səhvə yol verildiyini üzə çıxarmağa çalışırdıq. Bir sözlə, həyatımızı futbola həsr etmişdik, buna görə də heç vaxt peşmanlıq hiss keçirməmişəm.
- Bəzən deyirlər ki, fanklublar klub rəhbərləri tərəfindən idarə olunur. Yəni müəyyən maliyyə qarşılığında onları susdurmaq, narazılığı aradan qaldırmaq olur.
- “Xəzər Lənkəran”ın vaxtında bizə də rəhbərlik tərəfindən dəfələrlə belə təkliflər olub. Ancaq biz bu yola getməmişik. Gedib dükandan kreditə telefon alıb aparıb başqa dükana ucuz qiymətə satmışıq. Həmin vəsait hesabına pankartlar hazırlamışıq, səfərə yollanmaq üçün avtobus tutmuşuq. Bizim fanklubun üzvlərin arasında kredit borcu olmayan az uşaq olardı. Borc içində boğulsaq da, rəhbərlikdən heç vaxt bir qəpik də götürməmişik. Fikrimcə, fanat ələbaxan olmamalıdı. Əks halda o fanat deyil, tribunada olmaq ona yaraşmaz. Belə şeylər rəsmi fanklublara aiddi.
- Necə düşünürsən, “Xəzər Lənkəran” yenidən fəaliyyətini bərpa edə bilər?
- “Xəzər Lənkəran” yenidən futbol səhnəsinə dönməsini çox arzulayıram. Artıq yaşlanmağıma baxmayaraq böyük məmnuniyyətlə, əvvəlkindən artıq sevgi ilə fanat hərəkatına qoşularam. Ancaq Rövnəq Abdullayevin AFFA prezidenti, Elxan Məmmədovun icraçı vitse-prezident olduğu dönəmdə inanmıram ki, “Xəzər Lənkəran”ın dönüşü mümkün olsun.
- Niyə?
- Mübariz Mənsimovla Rövnəq Abdullayev arasında yaşananları hamı bilir. Nə Mübariz müəllim Abdullayevə görə klubun fəaliyyətini bərpa edər, nə də Rövnəq müəllim buna imkan verər. Bu mənim şəxsi fikrimdi.
- Mübariz Mənsimov hazırda Türkiyədə gözaltına alınıb. Ona yönələn ittihamlardan xəbərin var?
- Var, ancaq heç birinə inanmıram. Mübariz müəllim İsveç vətəndaşlığından imtina edib Türkiyəni seçdi. Neçə illərdi o ölkədə böyük bizneslə məşğuldu. Necə olur, bu illər ərzində onun iş fəaliyyətində nöqsan üzə çıxmır, ancaq birdən-birə belə ağır ittihamlara məruz qalır? Bu nəsə başqa məsələdi. İnanıram ki, Mənsimov bu sınaqdan da üzüağ çıxacaq və tezliklə azadlığa qovuşacaq. Onun yaratdığı “Xəzər Lənkəran” bundan sonra 100 il fəaliyyət göstərməsə belə, daim xatırlanacaq, seviləcək. “Fırtınalar meydanı”nda yaşanan ab-havanı hələ çox arzulayacağıq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar