03 yan 16:35layihe

Ümummilli sorğuda 2-ci dəfə qapıçı qalib gəldi!


Elxan Məmmədov Ramilə, Ramin Musayevlə Nikola Yurçeviç Emilə səs verdi
21-ci dəfə keçirdiyimiz ümummilli sorğunun sonucları bəllidi. Amma nəticələrin şərhinə başlalamış respondentlərin tərkibi haqda bəzi zəruru bilgiləri çatdırmaq istəyirik. Bildiyiniz kimi, əvvəlcədən niyyətimiz futbol ictimaiyyətinin daha geniş təbəqələrini əhatə etmək, daha çox adama səs hüququ vermək olub. “Feysbuk”dakı səhifəmizdə fikir bildirən, telefon və elektron poçt yolu ilə mesaj göndərən yüzlərlə oxucu ilə yanaşı, adını tanıdığınız 140 respondentlə də şəxsən əlaqə saxlamışıq. Bunlar kimlərdi? Bütün yaş qrupları üzrə yığmaların və elita klublarının çalışdırıcıları, həm də klub kapitanları, hakimlər, hakim-inspektorlar, AFFA nümayəndələri, AFFA və PFL rəhbərliyi, 58 nəfərlik jurnalist ordusu, mütəxəssislər, nəhayət, ənənəyə uyğun olaraq, həm də bütün əvvəlki qaliblər.
Qonşu səhifədəki yekun sıralamadan da göründüyü kimi, “Tobol”un və yığmamızın qapıçısı Emil Balayev 271 xal toplamaqla ə yaxın izləyicisi Ramil Şeydayevi 134 xal arxada qoydu. Heç şübhəsiz, Emilin Xorvatiyaya qarşı milli formadakı debüt oyununda parlaq təsir bağışlaması ictimai rəyə təsir edən ən önəmli amildi. Bu başqa məsələ ki, qapıçı Qazaxıstandakı debüt mövsümündə də yetərincə inamlı təsir bağışladı, hətta hadisələrin uğurlu axarı halında çempion da ola bilərdi.
Elə Ramillə Emilin 2-3-cü yerlərdə qərarlaşması da istisnasız ölkənin əsas komandasında sərgilədikləri oyunla bağlıdı. Ümumiyyətlə, məhz yığmanın çıxışı və avrokuboklardakı nəticələr respondentlərin səslərini almaq baxımından yetərincə mühüm amillərdi ki, bunu nəticələrə baxanda da görmək olar. Təsadüfi deyil ki, sıralamada 4-7-ci yerlərdə çempion və Avroliqanın qrupunda oynayan “Qarabağ”ın üç futbolçusu, eləcə də “Universitatya”ya qarşı parlaq oyun sərgiləyən Ağabala Ramazanov qərarlaşıb. Son üç yer isə Emin Mahmudov, Slavik Alxasov və Riçard Almeydaya qismət oldu.
Emil 140 respondentdən 109-dan səs aldı ki, bu da yetərincə yüksək göstəricidi. Daha bir maraqlı məqam var: sorğumuzun ötənilk qalibi Mirabdulla Abbasov da məhz 109 respondentdən səs almışdı. Amma onda respondent sayı 140 yox, 150 idi. Bu 10 vahid azalma əsasən jurnalistlərin sıralarını seyrəltməyimizlə bağlıdı. Əvəzində futbol ictimaiyyətinin başqa təbəqələrinə daha çox özünüifadə şansı tanımışıq.
Bir sözlə, 21-ci ümumilli sorğu Emil Balayevin parlaq qələbəsi ilə bitdi. Sorğumuzun tarixində 2-ci dəfə qapıçı hamını qabaqlaya bildi. 11 il əvvəl Kamran Ağayev ölkənin ən güclü futbolçusu seçilmişdi. Yeni qalibi ürəkdən təbrik etməklə yanaşı, karyerasında daha böyük uğurlar arzulayırıq. Və daha bir məqam haqda... Çox maraqlı haldı ki, ölkəmizdə ilin futbolçusu seçilənlər növbəti il özünü göstərə bilmir, əksinə, mövqelərini əldən verirlər. Ümid edirik ki, Emil bu xoşagəlməz tendensiyaya son qoyacaq, oyunu ilə həm yığmamızın daha yaxşı nəticələr göstərməsinə yardımçı olacaq, həm də Azərbaycan qapıçı məktəbinə inamı artıracaq.
İndi də bütün sorğular üçün xarakterik olan daha bir sual: görəsən, respondentlərdən neçəsi qaliblərin “üçlüy”ünü öz variantında məhz bu ardıcıllıqla göstərib. Nə az, nə çox – düz 10 respondent! Mütəxəssislərdən üçünün – Şahin Diniyev, Arif Əsədov və Tahir Süleymanovun münəccimlik bacarığı da var. Eyni qabiliyyətlə seçilən 7 həmkarımız da var. Bunlardan üçü – Rəşad Qasımov, Əli Rzayev və Rəsul Abdullayev “Futbol+”dəndi. Qalibləri doğru tapan digər həmkarlarımız: Tural Xudiyev, Etibar Tağıyev, Elşən Məmmədov və Samirə Allahverdiyeva.

Maraqlıdı...
Mütəxəssislər arasında Riçard Almeydaya, jurnalistlər arasında isə Slavik Alxasova səs verən olmayıb.

Yığma məşqçiləri
Nikola Yurçeviç: 1. Emil Balayev, 2. Ramil Şeydayev, 3. Maksim Medvedev
Milan Obradoviç: 1. Bəhlul Mustafazadə, 2. Emil Balayev, 3. Ramil Şeydayev
Samir Əliyev: 1. Ramil Şeydayev, 2. Emil Balayev, 3. Bəhlul Mustafazadə
Vüqar Məmməd: 1. Emil Balayev, 2. Maksim Medvedev, 3. Mahir Əmrəli
Miloş Velebit: 1. Bəhlul Mustafazadə, 2. Qara Qarayev, 3. Mahir Əmrəli

Klub məşqçiləri, kapitanlar
Qurban Qurbanov: 1. Ramil Şeydayev, 2. Mahir Əmrəli, 3. Emil Balayev
Roberto Bordin: 1. Emin Mahmudov, 2. Maksim Medvedev, 3. Riçard Almeyda
Tərlan Əhmədov: 1. Emil Balayev, 2. Slavik Alxasov, 3. Qara Qarayev
Zaur Həşimov: 1. Maksim Medvedev, 2. Ağabala Ramazanov, 3. Emil Balayev
Ayxan Abbasov: 1. Emil Balayev, 2. Mahir Əmrəli, 3. Emin Mahmudov
Ramin Quliyev: 1. Bəhlul Mustafazadə, 2. Emin Mahmudov, 3. Riçard Almeyda
Elmar Baxşıyev: 1. Ramil Şeydayev, 2. Bəhlul Mustafazadə, 3. Emil Balayev
Aftandil Hacıyev: 1. Emil Balayev, 2. Ağabala Ramazanov, 3. Mahir Əmrəli
Rəşad Sadıqov: 1. Ramil Şeydayev, 2. Mahir Əmrəli, 3. Bəhlul Mustafazadə
Emin Mahmudov: 1. Qara Qarayev, 2. Emil Balayev, 3. Mahir Əmrəli
Slavik Alxasov: 1. Ramil Şeydayev, 2. Emil Balayev, 3. Mahir Əmrəli
Cavid Hüseynov: 1. Emil Balayev, 2. Ağabala Ramazanov, 3. Bəhlul Mustafazadə
Vurğun Hüseynov: 1. Ağabala Ramazanov, 2. Bəhlul Mustafazadə, 3. Qara Qarayev
Ruslan Abışov: 1. Emil Balayev, 2. Mahir Əmrəli, 3. Qara Qarayev
Anar Nəzirov: 1. Emil Balayev, 2. Ramil Şeydayev, 3. Maksim Medvedev
Rahid Əmirquliyev: 1. Emil Balayev, 2. Emin Mahmudov 3. Ağabala Ramazanov

Mütəxəssislər
Elxan Məmmədov: 1. Ramil Şeydayev, 2. Emil Balayev, 3. Bəhlul Mustafazadə
Ramin Musayev: 1. Emil Balayev, 2. Ağabala Ramazanov, 3. Bəhlul Mustafazadə
Sakin Məmmədzadə: 1. Ramil Şeydayev, 2. Mahir Əmrəli, 3. Emil Balayev
Vaqif Davudov: 1. Ramil Şeydayev, 2. Bəhlul Mustafazdə, 3. Emil Balayev
Namiq Məstanov: 1. Emil Balayev, 2. Mahir Əmrəli, 3. Bəhlul Mustafazadə
Vaqif Sadıqov: 1. Ramil Şeydayev, 2. Emil Balayev, 3. Mahir Əmrəli
Ağasəlim Mircavadov: 1. Emil Balayev, 2. Maksim Medvedev, 3. Ağabala Ramazanov
Şahin Diniyev: 1. Emil Balayev, 2. Ramil Şeydayev, 3. Bəhlul Mustafazadə
Böyükağa Ağayev: 1. Emil Balayev, 2. Bəhlul Mustafazadə, 3. Ağabala Ramazanov
Yaşar Vahabzadə: 1. Emil Balayev, 2. Mahir Əmrəli, 3. Bəhlul Mustafazadə
Arif Əsədov: 1. Emil Balayev, 2. Ramil Şeydayev, 3. Bəhlul Mustafazadə
Vaqif Paşayev: 1. Bəhlul Mustafazadə, 2. Emil Balayev, 3. Qara Qarayev
İslam Kərimov: 1. Mahir Əmrəli, 2. Bəhlul Mustafazadə, 3. Emil Balayev
Tahir Süleymanov: 1. Emil Balayev, 2. Ramil Şeydayev, 3. Bəhlul Mustafazadə
Nazim Süleymanov: 1. Ramil Şeydayev, 2. Emin Mahmudov, 3. Qara Qarayev
Samir Ələkbərov: 1. Ramil Şeydayev, 2. Bəhlul Mustafazadə, 3. Ağabala Ramazanov
Adil Şükürov: 1. Emin Mahmudov, 2. Emil Balayev, 3. Mahir Əmrəli
Nadir Qasımov: 1. Ağabala Ramazanov, 2. Slavik Alxasov, 3. Mahir Əmrəli
Samir Abasov: 1. Emil Balayev, 2. Maksim Medvedev, 3. Bəhlul Mustafazadə
Sənan Qurbanov: 1. Emil Balayev, 2. Mahir Əmrəli, 3. Maksim Medvedev

Hakimlər, hakim-inspektorlar, AFFA nümayəndələri
Əliyar Ağayev: 1. Ramil Şeydayev, 2. Emil Balayev, 3. Bəhlul Mustafazadə
Rauf Cabbarov: 1. Ramil Şeydayev, 2. Qara Qarayev, 3. Emil Balayev
Orxan Məmmədov: 1. Maksim Medvedev, 2. Slavik Alxasov, 3. Qara Qarayev
Rəhim Həsənov: 1. Emil Balayev, 2. Bəhlul Mustafazadə, 3. Ramil Şeydayev
Vüsal Əliyev: 1. Emil Balayev, 2. Bəhlul Mustafazadə, 3. Ağabala Ramazanov
Ceyhun Haşımov: 1. Ramil Şeydayev, 2. Bəhlul Mustafazadə, 3. Qara Qarayev
Şahin Cəfərov: 1. Emil Balayev, 2. Bəhlul Mustafazadə, 3. Ağabala Ramazanov
Zöhrab Qədiyev: 1. Bəhlul Mustafazadə, 2. Emil Balayev, 3. Ağabala Ramazanov
Babək Quliyev: 1. Ramil Şeydayev, 2. Ağabala Ramazanov, 3. Emil Balayev
Rövşən Əhmədov: 1. Maksim Medvedev, 2. Qara Qarayev, 3. Emil Balayev
Ramil Diniyev: 1. Emil Balayev, 2. Slavik Alxasov, 3. Emin Mahmudov
Asim Xudiyev: 1. Emil Balayev, 2. Ağabala Ramazanov, 3. Slavik Alxasov
Kərim Ağayev: 1. Mahir Əmrəli, 2. Riçard Almeyda, 3. Ağabala Ramazanov
Feyzulla Feyzullayev: 1. Qara Qarayev, 2. Riçard Almeyda, 3. Maksim Medvedev
İmanxan Sultani: 1. Qara Qarayev, 2. Emil Balayev, 3. Maksim Medvedev
Anar Salmanov: 1. Emil Balayev, 2. Ramil Şeydayev, 3. Qara Qarayev
Munis Abdullayev: 1. Qara Qarayev, 2. Bəhlul Mustafazadə, 3. Ağabala Ramazanov
Ömər Paşayev: 1. Emil Balayev, 2. Slavik Alxasov, 3. Bəhlul Mustafazadə
Fariz Yusifov: 1. Maksim Medvedev, 2. Ağabala Ramazanov, 3. Bəhlul Mustafazadə
Məmmədəli Məmmədov: 1. Emil Balayev, 2. Mahir Əmrəli, 3. Riçard Almeyda
Ramiz Mustafayev: 1. Bəhlul Mustafazadə, 2. Qara Qarayev, 3. Ramil Şeydayev
Mübariz Hüseynov: 1. Mahir Əmrəli, 2. Qara Qarayev, 3. Ağabala Ramazanov
Erkin Hüseynov: 1. Mahir Əmrəli, 2. Maksim Medvedev, 3. Ağabala Ramazanov
Maşallah Əhmədov: 1. Mahir Əmrəli, 2. Qara Qarayev, 3. Ağabala Ramazanov
Elbrus Abbasov: 1. Bəhlul Mustafazadə, 2. Qara Qarayev, 3. Ağabala Ramazanov
Rüfət Əmirov: 1. Maksim Medvedev, 2. Ağabala Ramazanov, 3. Slavik Alxasov
İlham Əliyev: 1. Ağabala Ramazanov, 2. Emin Mahmudov, 3. Bəhlul Mustafazadə
Seymur Səlimli: 1. Ramil Şeydayev, 2. Bəhlul Mustafazadə, 3. Ağabala Ramazanov
Elgiz Abbasov: 1. Emil Balayev, 2. Bəhlul Mustafazadə, 3. Maksim Medvedev
Aslan Şahgəldiyev: 1. Emil Balayev, 2. Maksim Medvedev, 3. Bəhlul Mustafazadə
Asif Əliyev: 1. Mahir Əmrəli, 2. Ağabala Ramazanov, 3. Maksim Medvedev
Elçin Məmmədov: 1. Qara Qarayev, 2. Emil Balayev, 3. Ramil Şeydayev

Jurnalistlər
Mahir Rüstəmli (Futbol+): 1. Ramil Şeydayev, 2. Emil Balayev, 3. Emin Mahmudov
Kənan Həsənov (Futbol+): 1. Emil Balayev, 2. Maksim Medvedev, 3. Ramil Şeydayev
Həbib Aslanov (Futbol+): 1. Ramil Şeydayev, 2. Emil Balayev, 3. Mahir Əmrəli
Rəşad Qasımov (Futbol+): 1. Emil Balayev, 2. Ramil Şeydayev, 3. Bəhlul Mustafazadə
Mirağa Mirzəyev (Futbol+): 1. Emil Balayev, 2. Ramil Şeydayev, 3. Mahir Əmrəli
Ramin Yusifov (Futbol+): 1. - , 2. Emil Balayev, 3. Emin Mahmudov
Əli Raufoğlu (Futbol+): 1. Emil Balayev, 2. Ramil Şeydayev, 3. Bəhlul Mustafazadə
Elzamin Hacıyev (Futbol+): 1. Emil Balayev, 2. Ramil Şeydayev, 3. Emin Mahmudov
Rəsul Abdullayev (Futbol+): 1. Emil Balayev, 2. Ramil Şeydayev, 3. Bəhlul Mustafazadə
Sərxan İbrahimoğlu (İdman TV): 1. Mahir Əmrəli, 2. Emil Balayev, 3. Ağabala Ramazanov
Ramiz Mirzəzadə (İdman TV): 1. Emil Balayev, 2. Bəhlul Mustafazadə, 3. Qara Qarayev
Nurlan Hacıyev (İdman TV): 1. Emin Mahmudov, 2. Ramil Şeydayev, 3. Bəhlul Mustafazadə
Şəmsəddin Abbasov (CBC Sport): 1. Bəhlul Mustafazadə, 2. Emil Balayev, 3. Ramil Şeydayev
Rüstəm Əfsərli (CBC Sport): 1. Ramil Şeydayev, 2. Emil Balayev, 3. Mahir Əmrəli
Ürfan Məmmədli (CBC Sport): 1. EmilBalayev, 2. Ramil Şeydayev, 3. Bəhlul Mustafazadə
Elnur Məmmədli (CBC Sport): 1. Emil Balayev, 2. Mahir Əmrəli, 3. Ramil Şeydayev
Pərviz Musayev (CBC Sport): 1. Emil Balayev, 2. Bəhlul Mustafazadə, 3. Ramil Şeydayev
Gündüz Abbaszadə (CBC Sport): 1. Ramil Şeydayev, 2. Emil Balayev, 3. Mahir Əmrəli
Kənan Hakimov (İTV): 1. Mahir Əmrəli, 2. Emil Balayev, 3. Maksim Medvedev
İlkin Fikrətoğlu (ATV): 1. Emil Balayev, 2. Maksim Medvedev, 3. Bəhlul Mustafazadə
Sənən Şəfizadə (ATV): 1. Emil Balayev, 2. Maksim Medvedev, 3. Bəhlul Mustafazadə
Tural Xudiyev (Spase TV): 1. Emil Balayev, 2. Ramil Şeydayev, 3. Bəhlul Mustafazadə
Rövşən Əhlimanoğlu (Lider TV): 1. Emil Balayev, 2. Ramil Şeydayev, 3. Ağabala Ramazanov
Sənan Abdullayev (Xəzər TV): 1. Ramil Şeydayev, 2. Emil Balayev, 3. Bəhlul Mustafazadə
Ceyhun Rzayev (Xəzər TV): 1. Qara Qarayev, 2. Ramil Şeydayev, 3. Ağabala Ramazanov
Mehman Rəsulov (Real TV): 1. Emil Balayev, 2. Ramil Şeydayev, 3. Emin Mahmudov.
İlkin Baba (Azərbaycan Radiosu): 1. Ramil Şeydayev, 2. Emil Balayev, 3. Bəhlul Mustafazadə
Mahal Məmmədov (affa.az): 1. Ramil Şeydayev, 2. Emil Balayev, 3. Bəhlul Mustafazadə
Etibar Tağıyev (affa.az): 1. Emil Balayev, 2. Ramil Şeydayev, 3. Bəhlul Mustafazadə
Kənan Məstəliyev (rekord.az): 1. Mahir Əmrəli, 2. Emil Balayev, 3. Ağabala Ramazanov
İlqar Tağıyev (Het-trik News): 1. Emil Balayev, 2. Bəhlul Mustafazadə, 3. Ramil Şeydayev
Aydın Bağırov (qol.az): 1. Mahir Əmrəli, 2. Bəhlul Mustafazadə, 3. Emil Balayev
Rəşad Ergün (komanda.az): 1. Emil Balayev, 2. Ramil Şeydayev, 3. Mahir Əmrəli
Ceyhun Əliyev (sport24.az): 1. Mahir Əmrəli, 2. Emil Balayev, 3. -
Mehman Süleymanov (sport24.az): 1. Emil Balayev, 2. Mahir Əmrəli, 3. Ramil Şeydayev
Anar Xanlarov (rekord.az): 1. Emil Balayev, 2. Ağabala Ramazanov, 3. Riçard Almeyda
Elşən Məmmədov (report.az): 1. Emil Balayev, 2. Ramil Şeydayev, 3. Bəhlul Mustafazadə
Vüsal Mahmudov (futbolinfo.az): 1. Emil Balayev, 2. Bəhlul Mustafazadə, 3. Ramil Şeydayev
Səbuhi Musayev (oxu.az): 1. Emil Balayev, 2. Bəhlul Mustafazadə, 3. Qara Qarayev
Elsevər Miri (qafqazinfo.az): 1. Bəhlul Mustafazadə, 2. Maksim Medvedev, 3. Emil Balayev
Tahir Hümmətov (apasport.az): 1. Mahir Əmrəli, 2. Emil Balayev, 3. Ramil Şeydayev
Vüqar Zeynalov (azerisport.az): 1. Emil Balayev, 2. Qara Qarayev, 3. Emin Mahmudov
Mirbağırağa Cəfəri (azerisport.az): 1. Emil Balayev, 2. Ramil Şeydayev, 3. Ağabala Ramazanov
Araz Əhmədov (sportfm.az): 1. Emil Balayev, 2. Bəhlul Mustafazadə, 3. Ramil Şeydayev
Ruslan Sadıqov (matç.az): 1. Emil Balayev, 2. Bəhlul Mustafazadə, 3. Maksim Medvedev
İlkin Vaqifoğlu (sportinfo.az): 1. Emil Balayev, 2. Bəhlul Mustafazadə, 3. Ağabala Ramazanov
Samirə Allahverdiyeva (azertag.az): 1. Emil Balayev, 2. Ramil Şeydayev, 3. Bəhlul Mustafazadə
Hacı Mərdan (newsport.az): 1. Qara Qarayev, 2. Emil Balayev, 3. Emin Mahmudov
Ceyhun Əzizli (aut.az): 1. Emil Balayev, 2. Qara Qarayev, 3. Maksim Medvedev
Elçin Cəfərov (Azərbaycan qəzeti): 1. Bəhlul Mustafazadə, 2 - , 3. -
Kamran Hacı (allsport.az): 1. Ramil Şeydayev, 2. Emil Balayev, 3. Bəhlul Mustafazadə
İbrahin Cəfərov (futbolxəbər.az): 1. Ramil Şeydayev, 2. Emil Balayev, 3. Bəhlul Mustafazadə
Elçin Cəlilov (futbolpress.az): 1. Bəhlul Mustafazadə, 2. Emil Balayev, 3. Ramil Şeydayev
Əli Sahib (fanat.az): 1. Emil Balayev, 2. Bəhlul Mustafazadə, 3. Emin Mahmudov
Teymur Maksutov (1news.az): 1. Emil Balayev, 2. Bəhlul Mustafazadə, 3. Ramil Şeydayev
Elmir Əliyev (haqqın.az): 1. Emil Balayev, 2. Bəhlul Mustafazadə, 3. Maksim Medvedev
Amal Abışov (sport7.az): 1. Mahir Əmrəli, 2. Bəhlul Mustafazadə, 3. Emil Balayev
Anar Cəfərsoy (supersport.az): 1. Riçard Almeyda, 2. Emin Mahmudov, 3. Emil Balayev

Əvvəlki qaliblər
Emin Ağayev (2000): 1. Emil Balayev, 2. Ağabala Ramazanov, 3. Emin Mahmudov
Zaur Tağızadə (2001): 1. Qara Qarayev, 2. Maksim Medvedev, 3. Ramil Şeydayev
Ceyhun Sultanov (2006): 1. Emil Balayev, 2. Qara Qarayev, 3. Ramil Şeydayev
Mahmud Qurbanov (2007): 1. Ramil Şeydayev, 2. Ağabala Ramazanov, 3. Emin Mahmudov
Kamran Ağayev (2008): 1. Emil Balayev, 2. Qara Qarayev, 3. Ramil Şeydayev
Vaqif Cavadov (2009): 1. Qara Qarayev, 2. Ağabala Ramazanov, 3. Emin Mahmudov
Rauf Əliyev (2011): 1. Bəhlul Mustafazadə, 2. Maksim Medvedev, 3. Ağabala Ramazanov
Qara Qarayev (2014): 1. Emin Mahmudov, 2. Ağabala Ramazanov, 3. Bəhlul Mustafazadə
Mirabdulla Abbasov (2018): 1. Emil Balayev, 2. Ağabala Ramazanov, 3. Emin Mahmudov
“Futbol+”in ilk laureatı Tərlan Əhmədov (1999) sorğuya “Keşlə”nin, 2002-nin qalibi Samir Əliyev U-19-un, 2003-ün qalibi Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi, 2004, 2005, 2010, 2013, 2016, 2017-nin qalibi Rəşad Sadıqov bu komandanın, 2012-nin qalibi Ruslan Abışov “Sabah”ın, 2015-in qalibi Rahir Əmirquliyev isə “Səbail”in kapitanı kimi qatılıb.

1 2 3 4 5 6
1. Emil Balayev 66 30 13 271
2. Ramil Şeydayev 25 22 18 137
3. Bəhlul Mustafazadə 12 27 32 122
4. Mahir Əmrəli 12 11 15 73
5. Ağabala Ramazanov 3 15 21 60
6. Qara Qarayev 9 11 9 58
7. Maksim Medvedev 5 11 11 48
8. Emin Mahmudov 6 5 13 41
9. Slavik Alxasov – 5 2 12
10. Riçard Almeyda 1 2 4 11
Qeyd: 1 – sıra nömrəsi, 2 – ad, soyad, 3 – birinci yer (X3), 4 – ikinci yer (X2), 5 – üçüncü yer (X1), 6 – xalların cəmi.

“Futbol+”in sorğusunun bütün laureatları
1 2 3 4 5
1999 Tərlan Əhmədov Zaur Tağızadə Qurban Qurbanov 65
2000 Emin Ağayev Tərlan Əhmədov Emin Quliyev 41
2001 Zaur Tağızadə Cahangir Həsənzadə Mahmud Qurbanov 63
2002 Samir Əliyev Kamal Quliyev Tərlan Əhmədov 89
2003 Qurban Qurbanov Fərrux İsmayılov Kamal Quliyev 70
2004 Rəşad Sadıqov Zaur Ramazanov Emin Quliyev 190
2005 Rəşad Sadıqov Zaur Tağızadə Anatoli Ponomaryov 128
2006 Ceyhun Sultanov Fərhad Vəliyev Andre Ladaqa 101
2007 Mahmud Qurbanov Zaur Ramazanov Branimir Subaşiç 122
2008 Kamran Ağayev Rəşad Sadıqov Zaur Ramazanov 152
2009 Vaqif Cavadov Kamran Ağayev Rəşad Sadıqov 293
2010 Rəşad Sadıqov Mahir Şükürov Əfran İsmayılov 255
2011 Rauf Əliyev Əfran İsmayılov Ruslan Abışov 312
2012 Ruslan Abışov Cavid İmamverdiyev Vüqar Nadirov 290
2013 Rəşad Sadıqov Kamran Ağayev Vaqif Cavadov 182
2014 Qara Qarayev Bədavi Hüseynov Rəşad Sadıqov 308
2015 Rahid Əmirquliyev Rəşad Sadıqov Bədavi Hüseynov 258
2016 Rəşad Sadıqov Maksim Medvedev Kamran Ağayev 374
2017 Rəşad Sadıqov Mahir Mədətov Qara Qarayev 279
2018 Mirabdulla Abbasov Maksim Medvedev Qara Qarayev 228
2019 Emil Balayev Ramil Şeydayev Bəhlul Mustafazadə 271
Qeyd: 1 – il, 2 – qalib, 3 – 2-ci yeri tutan, 4 – 3-cü yeri tutan, 5 – qalibin xalı.

Həmkarlarımızın əməyinə hörmət əlaməti kimi müstəqillik dönəmində “Futbol+”ə qədər keçirilən sorğuların qaliblərinin adlarını da nəzərinizə çatdırırıq: 1991 – Samir Ələkbərov (Futbol dünyası), 1992 – Samir Ələkbərov (Futbol dünyası), 1993 – Samir Ələkbərov (Futbol-Ekspress), 1994 – Yunis Hüseynov (İdman), 1996 – Vidadi Rzayev (AFFA-nyus), 1997 – Faiq Cabbarov (İdman), 1998 – Yunis Hüseynov (İdman).
1995-ci ildə ölkədə sorğu keçirilməyib.

“Feysbuk”da da Emillə Teymur qalib gəldi
Hər il olduğu kimi, bu dəfə də oxucularımıza həm elektron poçt, həm də qəzetin “feysbuk”dakı səhifəsi vasitəsi ilə səs vermək imkanı yaratmışdıq. “İlin idmançısı” sorğusunda Teymur Rəcəbov Mariya Stadniki ikiqat fərqlə üstələdi. Belə ki, şahmatçı 46 səs toplayıbsa, güləşçiyə 24 nəfər səs verib. Qalan namizədlərdən yalnız Hacı Əliyevlə (6) Rafael Ağayev (4) səs toplaya bilib.
“İlin futbolçusu” sorğusuna qatılan respondentlərdən Maksim Medvedev, Riçard Almeyda və Slavik Alxasova səs verən olmayıb. Ümummilli sorğuda olduğu kimi, burda da əsas mübarizə Emil Balayevlə Ramil Şeydayev arasında gedib. Düzdü, “mübarizə” ifadəsi şərtidi. Çünki qapıçı 48 səs toplayıbsa, Ramilin cəmi 14 səsi var. Qalan səslər belə bölünüb: Bəhlul Mustafazadə - 10, Qara Qarayev – 6, Emin Mahmudov, Mahir Əmrəli, Ağabala Ramazanov – 4.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar