02 dek 11:40layihe

Tarixi şəhəri siz də yaxından tanıyın


İspanca bilmirsənsə, lal dilini öyrən
Noyabrın 26-da Heydər Əliyev Beynəlxalq Hava Limanından Sevilyanın “San Pablo” aeroportuna, hətta Eduardo Dato küçəsində yerləşən “Novotel” otelinə çatana qədər “Qarabağ”ın İspaniya səfərindən xalla qayıdacağına dair hədsiz inam vardı içimizdə. Lakin “Ramon Sançes Pisxuan” stadionunu lap yaxından görəndə, biranlıq xəyallara dalıb öz-özümə “ilahi, burdan hansı komandalar xalsız qayıdıb” sualını verəndə, qəribə şübhələr yaranırdı. Çox dərinə getməyim. Üçgünlük İspaniya səfərimiz dünən səhər başa çatdı. Axşam saat 9-da komanda üzvləri ilə birgə Bakıdaydıq. “Qarabağ”ın işini APOEL-lə oyunlarda çətinə saldığını hamı bilir, təkrarçılıq etməyin mənası yoxdu. Avropa futbolunda səhvlər bağışlanmır. Odu ki, qonağı olduğumuz şəhərdən – Sevilyadan, ordakı insanlardan danışacaq, təəssüratımı bölüşəcəm.
Sevilya – İspaniyanın cənubunu əhatə edən Əndəlüs əyalətinin 8 şəhərindən biri. Sevilya - qədimliyini qoruyub saxlaması ilə öyünən şəhər.
Sevilya – 5 dəfə Avroliqanın qalibi olmuş klubun adını daşıdığı şəhər.
Sevilya – Maradona, Rinat Dasayev, Denilson kimi ünlülələrin yaşadığı, futbol oynadığı şəhər. Vəli Qasımova gəncliyini xatırladan şəhər.
Açığı, hələ səfərə yollanmamış bu şəhər haqda təxminlərim futboldan başqa heç nəyi əhatə etmirdi. Düşünürdüm ki, Sevilyada adamları düşündürən tək şey futboldu. Hamı bu oyun növünün həyəcanı ilə yaşayır, insanlar ancaq meydanla qazonu düşünür. Sən demə, heç də düşündüyüm kimi deyilmiş. İnsanlar hər nə qədər futbola maraq göstərsələr də, bu oyun onlar üçün əyləncə növü, səmərəli vaxt keçirmək həvəsidi. Yerli camaat daha çox həyatı xoş yaşamaqdan, hər saniyənin qədrini bilməkdən zövq almağa çalışırlar. Ticarət mərkəzlərinə, kafe və restoranlara, marketlərə nə vaxt girirsən-gir, adam əlindən tərpənmək olmur. Sanki işləmirlər, pul göydən yağır. Yəni evdə oturmaqdan, vaxtını sükan arxasında keçirməkdənsə, adam arasında olmağa üstünlük verirlər.
Müsbət cəhətlərindən biri də üzlərinin daim gülməsidi. Halbuki “San Pablo”dakı ilk təəssüratlar heç də xoş olmamışdı. Gömrük nəzarətçisi olan bəyin, ardınca bizə yol göstərən xanımın üzündə elə bir zəhm vardı ki, sanki firavan həyatlarını əllərindən almağa gəlmişik. Sən demə, növbə dəyişən vaxt imiş deyə, canlarındakı yorğunluq üzlərinə vurub. Əslində isə olduqca pozitivdilər. Əlbəttə, hər birinin özünə görə problemi, qayğısı var. Amma bunu üzə vurmurlar, unutmağa çalışırlar. Ən kasıb insan belə, özünə “sabah toya çağırıblar, hardan 100 manat tapım” sualını vermir. “Nə olacaqsa, olacaq” düşüncəsi ilə günü başa vururlar. Əsas olan üzlərinin gülməsidi.
Maraqlı görüntünü nəql edəcəm. Oyundan bir gün əvvəl otelin yaxınlığındakı parkda oturub siqaret çəkirik. Yaxınlıqda zibil qabının olduğunu görsək də, yekunda siqaretin kötüyünü ora atmağı düşünürük. Tam təbii olaraq külü ayağımızın altına tökür, söhbətə davam edirik. Bu an xidmətçi qadın bizə yaxınlaşır, gülərüzlə “hola” deyir və ayaqlarımızı qaldırmağı xahiş edir ki, külü təmizləsin. İşini başa vurandan sonra ispanca nə dediyini anlamasam da, əminəm ki, narahat etdiyinə görə üzr istəyirdi. Təsəvvür edin, yeri zibilləyirsiz, xidmətçi gəlib sanki belə də olmalıymış kimi təmizləyir, yekunda üzünə gülür. Dəhşətdi, hə?
Siqaret demişkən, bir çox Avropa şəhərlərindən fərqli, Sevilya küçələrində “tüstüləmək” adi haldı. Kişili-qadınlı, istəyən adam gəzə-gəzə siqaretini çəkir, axırda kötüyü ayağının altına atıb əzir. Təbii ki, yaxınlıqda zibil qabı olmayanda. Şəhərin mərkəzində çox sayda qədim tikililər var ki, onları hasara alıb, əl gəzdirirlər. Sökmürlər ha, əl gəzdirirlər.
Sevilya tarixi şəhər olduğundan bura axın edənlərin sayı az deyil. Təkcə başqa ölkələrdən yox, İspaniyanın özündən də xeyli insan üç gün qonağı olduğumuz şəhəri görmək arzusundadı. Məhz elə buna görə də yerli camaat turistləri qəzəb dolu baxışlarla süzür, dilləri ilə olmasa da, gözləri ilə “çıxın gedin evinizə” deyirlər. Xüsusən də əsl avropalılardan fərqlənən bizim kimilərə. Ən böyük nöqsanları ingilis dilində bilməmələridi. Nə məsələdisə, bu dili yaxına buraxmırlar, öyrənməkdə də maraqlı deyillər. Nə köhnə nəsil, nə də indikilər. Vəziyyət bizim üçün o dərəcədə acınacaqlı olurdu ki, 100 nəfərin arasından 1 nəfər “hello, how are you”nun mənasını başa düşəni görəndə uşaq kimi sevinirdik. İspan dilini bilməyənlər üçün bu ölkədə baş çıxarmağın yeganə yolu lal dilində müəyyən anlayışa sahib olmaqdı. Harasa getmək istəyirsənsə, bir ispan sənə gedəcəyin yolu ancaq və ancaq əl hərəkətləri ilə başa salacaq, arada ispanca nəsə deyəcək, sən də razılıq əlaməti kimi başını yelləyəcəksən.
70 yaşlı nənə 12 avroya (24 manata) spirtli içki alırsa, ticarət mərkəzlərində adam əlindən tərpənmək olmursa, deməli, ölkənin iqtisadi durumu pis deyil. “Ramon Sançes Pisxuan”ın mühafizəçisi təkcə bu işindən 1200 avro (təxminən 2400 manat) maaş alır. O həm də yanğınsöndürmə xidmətində çalışır. Amma ordakı məvacibindən söhbət düşmədi deyə, rəqəmi dəqiqləşdirə bilmədim. Bu, ispanların bəy-xan kimi yaşamasından xəbər vermir. Çünki qiymətlət bizim tərəflərlə müqayisədə çox yox, çox-çox bahadı. Şəhərarası çalışan avtobusdan istifadə etmək istəyirsənsə, birtərəfli gediş üçün 2 manat 80 qəpik ödəməlisən. Dəmir qutudakı “Fanta” 1 manat 50 qəpiyə, 200 qramlıq çörək 80 qəpiyə satılır. Yəni aldıqları yüksək maaş qarşılığında yaxşı xərcləməkləri var. Ona görə də bizim sadə vətəndaşların dincəlmək üçün İspaniyaya yollanması müşkül məsələdi.
Əlbəttə, yazını futbol mövzusundakı bəzi detallara toxunmadan yekunlaşdırmaq mümkün deyil. “Ramon Sançes Pisxuan” 2020/21 mövsümünün yekununda Avroliqanın finalını qəbul edəcək. Bu səbəbdən arenada və ətrafında müəyyən təmir işlərinə start verilib. Stadionun fasadı rənglənir, yenilənir, ətrafda nələrsə tikilir. Yeri gəlmişkən, “Bombonero”nu şəhərin mərkəzindən piyada 30, maşınla 10 dəqiqəlik məsafə ayırır.
Bildiyiniz kimi, şəhərin bir başqa komandası “Betis”di. Odu ki, Sevilyada yaşayan futbolsevərlər iki cəbhəyə bölünüb. “Sevilya”nın avrokuboklardakı uğurlarından sonra gənc nəsil bu komandaya maraq göstərsə də, “köhnələr” “Betis” sevgisi ilə yaşayır. Təbii, aralarında rəqabət var, bir-birini görəndə heç də məmnun olmurlar. Amma “Fənərbaxça”lılarla “Qalatasaray”lılar, “Srvena Zvezda”lılarla “Partizan”lılar, “Latsio”lularla “Roma”lılar qədər çılğın və bir-birinə qarşı amansız deyillər. Yeri gəlmişkən, şəhərin mərkəzindəki fan-şopa daxil olmaqla hər iki klubun atributlarına sahib olmaq mümkündü. Mağaza sahibləri “Betis”lə “Sevilya”ya fərq qoymur. Əsas odu alveri yaxşı getsin.
Gözəl yerlərdi, arada gedib gəzib-dolaşıb qayıdasan. Amma yaşamaq, uyğunlaşmaq heç də asan görünmür. Bakımın hər qarışına qurban olum...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:20 Çay və ya qəhvə içmək zamanı Bu gün, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Bu gün, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Bu gün, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Bu gün, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Bu gün, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı Bütün xəbərlər
Ən çox oxunanlar