09 avq 13:08layihe

Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem?


Necə proqnozlaşdırmışdıqsa, elə də oldu: Nikosiya stadionunun tribunalarına heç 10 min azarkeş də toplaşmadı. Özünə əziyyət verən 9481 adam isə “Qarabağ”ın APOEL üzərində qələbəsinə şahidlik etdi. Qəzetimizin ötən sayında Cənubi Kiprin hakim dairələrinin ötən ilin avqustundan bu ölkənin stadionlarında tətbiq etməyə başladığı, kəskin narazılıq doğuran və azarkeş sayında ciddi azalmaya səbəb olan Fan ID sisteminin özəlliklərini anladacağımıza söz vermişdik. Sözü tutmağın vaxtıdı...
Təbii ki, Fan ID Kipr yunanlarının beyninin məhsulu deyil. Bu sistemin əsası ötən il Rusiyada keçirilən futbol üzrə dünya çempionatı ərəfəsində qoyulub. Stadionda qərarlaşan azarkeşlərin təhlükəsizlik səviyyəsini artırmaq üçün “azarkeş pasportu” və ya başqa adla desək,
Fan ID yaradılıb. DÇ təşkilatçılarının fikrincə, oyunları stadiondan izləmək istəyən hər bir azarkeş bura xüsusi pasport – Fan ID əsasında buraxılmalıydı. Fan ID adama bir dəfə verilirdi və bileti olan şəxs onun əsasında bütün oyunlara baxa bilirdi. Onu da xatırladaq ki, bu sistem hələ 2014-cü ilin Soçi Olimpiadasında və Konfederasiyalar Kubokunun oyunlarında da sınaqdan keçirilmişdi.
Bəs Fan ID-nin texniki özəllikləri nədi? Fan ID üzərində sahibinin adı-soyadı yazılan, fotosu qoyulan, həmçinin maqnit xətti olan, kiçik ölçülü, laminasiya olunmuş beycikdi. Kartın daxilində çip var ki, orda azarkeş haqda ümumi bazaya salınan informasiya yerləşdirilib. Pasportun yaradıcılarının fikrincə, bu sənəd stadionda rahatca, yersiz yoxlamalardan uzaq şəkildə olmaq istəyən azarkeşlərin rahatlığına və təhlükəsizliyinə imkan yaradacaq. Hüquq-mühafizə orqanlarının əməkdaşları üçün isə Fan ID tamaşaçıları nəzarət altında saxlamaq baxımından rahatdı. Axı, bütün informasiya Azarkeşlərin İdentifikasiyası Sisteminə daxil olunur və belədə kiçicik çatışmazlıq aşkarlananda azarkeş bilet əlində ola-ola, oyunu izləmək imkanını itirir. Üstəlik həmin şəxs “qara siyahı”ya düşür və bundan sonra stadionlara yolu birdəfəlik bağlanır.
Konkret Cənubi Kipr nümunəsinə gəlincə, orda vəziyyət daha dramatikdi və stadionlar açıq-aşkar boşalmağa doğru gedir. Amma hökuməti belə radikal addımlar atmağa sövq edən səbəblər də var.
Cənubi Kiprin ədliyyə naziri Corc Savvides bu il iyulun 3-də ötən ilin avqustundan tətbiq edilən “azarkeş kartı” ilə bağlı hökumətin qəti mövqeyini açıqlamışdı: “Dövlət, hökumət və partiyalar dəqiq anlamalıdılar ki, “azarkeş kartı” qalacaq, sadəcə, adamların ona öyrəşməsi üçün müəyyən vaxt lazımdı. Futbol klubları da “azarkeş kartı”nın populyarlaşması yönündə iş aparmalıdılar”.
Təbii ki, “kart” ilə bağlı əsas narazılıqlar fan-klubların nümayəndələrindən gəlir. Onlar konkret şəxsi bilgilərin məxfiliynə dair qanunvericiliyin normalarının pozulmasından narazıdılar. Belə ki, kart almaq istəyən hər kəs fotosunu, şəxsiyyət vəsiqəsinin nömrəsini və yaşayış yerini də təqdim etməlidi. Azarkeşlərin narazılığını qəbul etməyən hakim dairələr kart sistemini tətbiq etdi və nəticədə fan-klublar yerli çempionatın və kubokun oyunlarını boykot etməyə başladı. Kipr Futbol Federasiyasının hesabatına inansaq, futbol oyunlarına bilet satışı il ərzində üçdəiki azalıb.
Dövriyyəyə ümumilikdə 72 min “azarkeş kartı” buraxılıb. Azarkeş etirazlarına hətta hakim DISY partiyasının bəzi üzvləri də qoşulub. Onların fikrincə, Kiprin bir çox stadionlarında “azarkeş kartı” sistemini dəstəkləmək üçün lazımi infrastruktur və avadanlıqlar yoxdu. Ancaq hökumətin kart sistemini saxlamaqla bağlı mövqeyindən sonra onlar da mövqeyini dəyişməyə məcbur oldular.
Corc Savvides sistem üzərində hələ çox işləməyin lazım olduğu ilə bağlı fikirlə razıdı. Məsələn, Nikosiyadakı “Makario” stadionunda videomüşahidə sistemindən əsər-əlamət yoxdu.
Mövcud sistemə artıq bəzi düzəlişlər olunub. Həmin düzəlişlərdən biri yaşı 65 və daha artıq olanların kart almamasını nəzərdə tutur. Həmçinin söyüş və təhqir qışqırmaq da cinayətlər siyahısından çıxarılıb. Bəzi qanun pozuntularına görə cərimələrin məbləği önəmli şəkildə aşağı salınıb. Ancaq hətta APOEL və “Omoniya” kimi barışmaz rəqiblərin fan-klubları da “azarkeş kartı”nın qəbulolunmazlığı ilə bağlı fikirdə həmrəydi. Azarkeş qruplarından biri fikrini belə əsaslandırır: “Corc Savvidesin dedikləri mənasız və boş söhbətdi. Kimsə nə iləsə mübarizə aparmaq istəyirsə, bunun üçün videokameralar və polis var. Qoy axmaq şeylər düşünməsinlər və normal adamların başını belə ideyalarla yükləməsinlər”.
Sözsüz, “fanat hərəkətını biçsək”, oyunlarda təhlükəsizlik əmsalı artacaq. Ancaq bu həm də azarkeş sayına, parlaq, rəngarəng fanatlığa təsir göstərəcək. Cənubi Kipr nümunəsi ortadadı. Qitənin başqa ölkələrində bu məsələnin necə yoluna qoyulacağı isə hələ bilinmir.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar