15 iy 14:15layihe

Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov...


Çərşənbə axşamı təxminən 9 saatlıq yolculuqdan sonra Kişinyova çatdıq. Həmin vaxt müəyyən qeydləri diqqətinizə çatdırdığımdan bir daha yorucu səfərin detallarına girmək istəmirəm. Yalnız Bakıdan İstanbula uçan təyyarədə bir ərəb turistlə tanış olduğumu, paytaxtımız haqda yüksək fikirlər səsləndirdiyini vurğulayım. Hə, Səudiyyə Ərəbistanından olan bu oğlan göyün 7-ci qatında mənimlə bilyard oynamağı təklif etdi. Təbii ki, "hava gəmisi"ndə olan monitorda. Bir "partiya" uduzsam da, sonradan geridönüş edə bilib hezabı xeyrimə çevirə bildim. Bundan başqa, ərəb dostum öz şəhərlərinin, evlərinin şəkillərini də mənə göstərdi. Səudiyyə Ərəbistanı heç də tam olaraq qumla örtülməyib. Yol yoldaşımın göstərdiyi şəkillərdə yaşıllıq yeyərincə çox idi. Beləcə İstanbulda onunla sağollaşdıq və biz Kişinyova yola düşdük. Moldovanın paytaxtı haqda qeydləri isə daha konkret məqamlar üzrə quracam.
Nəqliyyat
Əsas ictimai nəqliyyat vasitəsu trolleybusdu. Bundan başqa "sprinterlər” də adamları ünvanlara çatdırmaqla məşğuldu. Fərdi avtomobillər elə bizdəki kimidi - əksəriyyəti xarici maşınlardı. Şəhərə hər dəfə 2 nömrəli trolleybusla yollanırdıq. Kartla deyil, içəri girirsən, xanım konduktor yaxınlaşır. Gediş haqqı 2 leydi (20 qəpik). Pulu alır, dərzilərin paltarölçən metrəsinə bənzər çek kağızını çıxarır, ordan bir hissəni qoparıb sənə verir. Hər dayanacaqda eyni proses yaşanır. Avtobusda yervermə mədəniyyəti də var. Kimsə özünü bilməməzliyə vursa belə, konduktor xanım onun başının üstünü kəsdirir, qocalar üçün şərait yaradır
İki dəfə "2 nömrə"də maraqlı mənzərənin şahidi olduq. Birində yaşlı xanımla uşaqlı biri eyni vaxtda eyni oturacaqda özlərinə yer eləmək istədilər, bu zaman aralarında mübahisə düşdü. Yəni belə hal tək bizdə olmur. Bir dəfə isə yaşlı xanım konduktora 50 ley (5 manat) verdi ki, gediş haqqını çıxsın. Konduktorun xırdası olmadı, sərnişinin pulqabısının içini görmək istədi, boylandı, ancaq yaşlı xanım da pullarını gizlətdi, halbuki 10 leyi var idi. Nəticədə mübahisə yarandı, xanımlardan biri yaşlı qadının əvəzində pul verdi. Həmin xanım isə yolpulunu verənə əvəzində 2 konfet verdi, sağollaşdılar. Taksilər elə də çox nəzərə çarpmır. Hətta həmkarlarımız şəhərin mərkəzində bir taksiyə yaxınlaşıb məskunlaşdığımız otelə gəlmək istəyiblər, sürücü isə "yol uzaqdı" deyərək, hətta əlavə pul təklifindən də imtina edib. Bununla belə, yol hərəkəti qaydalarına riayət olunur. Siqnal səsi təsadüf hallarda eşidilir. Hərçənd polis və “ambulans” maşınlarının səsi tez-tez şəhər küçələrinin sakitliyini pozur.
Yemək
Elə də dadlı təamlarının olduğunu demək olmaz. Əsasən kartof və toyuqdan istifadə edirlər. Göbələk, istiot da öz yerində. Ancaq şəhərdə lokantalar var. Hətta türklərin restoranı da qarşımıza çıxdı. Ümumiyyətlə, qardaş ölkənin adamlarına məxsus belə yeməkxanalara Avropanın əksər ölkələrində rast gəlmək mümkündü. Bundan başqa, "Macdonals"lara da baş çəkmək olar. İri marketlərdə hazır yeməklər də satılır. Dolmadan tutmuş başqa qidalara kimi. Bəzən onlara da pul xərcləyirdik.
Şəhər
Şəhər elə də dəbdəbəli deyil. Ümumiyyətlə, Bakıdan çox geri qalır. Daha çox paytaxt yox, ikinci şəhər təsiri bağışlayır. Təmizlik baxımından durum ürəkaçandı. Ancaq inkişaf və abadlıq cəhətdən Kişinyov Bakı ilə müqayisəyəgəlməzdi. Hə, yaşıllığına görə Kişinyovun öyünmək haqqı var. Bu baxımdan daha çox bizim ordan ibrət götürməyimiz lazımdı. Baş çəkməli yerləri olduqca azdı. Qiymətlər aşağı-yuxarı bizimlə eynidi. Turizm də zəif inkişaf edib. Amma qədim və maraqlı əşyaların satıldığı yer var, ora baş çəkməyə dəyər. Necə ki, biz bunu etdik. Bir də bizdə məşhur olan "Vasmoy bazarı"na çox bənzəyən bazarları var, adamların çətin hərəkət etdiyi yerdə satıcıların bəziləri əllərində tutduqları paltarı nümayiş etdirirlər. Hətta hər kəsin görəcəyi yerdə paltarın əyninə olub-olmadığını yoxlayana da rast gəldik. Ancaq daha səviyyəli alış-veriş mərkəzləri də mövcuddu.
Əhali
Əhalisi o qədər də istiqanlı deyil. Nəsə soruşanda, adətən, başdansovdu cavab alırsan. Düzdü, tam rədd eləmirlər. amma yardımcı olmağa o qədər də həvəsli deyillər. Geyimləri bizdən daha müasirdi
Moldova dili ilə yanaşı, rusca danışanlar da kifayət qədərdi. İdman qəzeti almaq istəsək də, tapmadıq. Deyilənə görə, yalnız bir jurnal işıq üzü görür, o da rastımıza çıxmadı. Halbuki 20-dən artıq telekanalları var. Ümumiyyətlə, futbola maraq da yüksək səviyyədə deyil. Gecə 10-dan sonra küçədə çox az adama rast gələrsən. Onların da əksəriyyəti içki aludəsi olanlardı. Elə dükanların da çoxunun qapısında gec saatlarda qıfıl görərsiz. Hər halda, Moldovada məhz belə mənzərələrin şahidi olduq. Bəlkə də təxminən ikigünlük müddətdə moldovalıları yaxından tanıya bilmədik. Ancaq məhz gördüklərimizi sizinlə bölüşdük.
Pərdis "Keşlə"yə keçir
Kişinyov təəssüratlarının arasında belə bir yarımbaşlıq sizi çaşdırmasın. Məhz səfər zamanı bunu öyrəndik. İstanbul hava limanında Pərdis Fərcad-Azadı gördük. İstər-istəməz jurnalist intuisiyası ilə futbolçunun ölkəmizə hansısa kluba gəldiyini hiss etdik. Yaxınlaşdıq və məlum oldu ki, zənnimizdə yaanılmamışıq. Bizimlə eyni təyyarədə uçacaq və "Keşlə" ilə müqavilə bağlayacaq. Almaniyanın 3-cü və 4-cü liqalarından təklif aldığını deyən Fərcad-Azad ölkəmizdə çıxış etmək istəyində olduğu üçün onları dəyərləndirmədiyini söylədi. Yəqin ki, bugünlərdə paytaxt klubu sabiq yığma üzvü ilə münasibətlərini rəsmiləşdirəcək. Bu da səfər zamanı əlimizə keçən xəbər...
FARİZ, Kişinyov-Bakı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar