15 iy 14:04layihe

Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib


“Uğursuzluq olan yerdə ürəkaçan nə demək olar?”
Azərbaycanda Rəşid Mahmudovu tanımayan tək-tük adam olar. O cəmiyyətdə yaşanan neqativ hallara heç kimdən və heç nədən çəkinmədən açıq münasibət bildirir, ağa “ağ”, qaraya “qara” deməyi bacarır ki, buna görə də sadə xalq dəyərli ziyalını, el ağsaqqalını sevir, onun hər kəlməsini diqqətlə dinləyir.
Bugünlərdə Rəşid həkim redaksiyamızın qonağı oldu. Onunla həm futbol, həm də ümumi idmanımız barədə söhbətləşdik. Pelenin oyununu stadiondan canlı izləyən Mahmudov futbolçularla dostluğundan, gəncliyində qatı futbol azarkeşi olmasından söhbət açdı, indiki gənclərin sağlam həyatdan uzaq düşdüyünü bildirdi.
“Paxıllıq, ikitirəlik olan yerdə uğur qazanmaq qeyri-mümkündü”
- Həkim, idmanla aranız necədi?
- Çox yaxşı. Mən hələ uşaqlıqdan idmanı çox sevmişəm. Bildiyiniz kimi, Gədəbəydə anadan olmuşam. Biz tərəflərdə idmanla dostluq uşaq yaşlarından başalyır. Ən çox futbola və boksa marağım olub. Bu gün də adını çəkdiyim idman növləri üzrə yarışları yaxından izləyirəm.
- Boks və futbol... Fərqli idman növləridi.
- Niyə fərqli? İdmanın bütün növlərində bir məqsəd var: hamı sonda qalib gəlmək, çempion olmaq istəyir. Sadəcə, idman iki yerə bölünür: fərdi və komanda idman növləri. Komanda idman növlərində futbola, fərdidə isə boksa marağım var. Hərəsinin özünə görə özəlliyi var.
- Sizcə, nəyə görə Azərbaycan idmançıları fərdi idman növlərində yüksək zirvələri fəth edirlər, ancaq komanda yarışlarında uğur qazana bilmirik?
- Bunun çox sadə bir cavabı var. Fərdi idman növlərində hər şey idmançının özündən asılıdı. Bilir ki, nə qədər çox məşq etsə, hazırlıqlı olsa, işinə ciddi yanaşsa, ona heç kim mane olmayacaq və sonda istəyinə çatıb Olimpiya çempionu olacaq. Komanda idman növlərində isə belə deyil. Kollektivdə ayrı-seçkilik, paxıllıq olur deyə, çox uzağa getmək mümkün olmur. Bir də biz millət olaraq həmişə özümüzü irəli çəkməyi, hamıdan seçilməyi xoşlayırıq. Bu bizdə genetikdi. Fikir vermisizsə, qədim dövrlərdən qəhrəmanlarımız, sərkərdələrimiz, cəngavərlərimiz olub ki, onlar da hansısa döyüşdə qalib olandan sonra qələbəni ordunun adına yox, öz adına çıxmağı xoşlayıb. Paxıllıq bizim evimizi yıxacaq. Bu pis hiss həmişə olub, var və gələcəkdə də olacaq. Götürək elə futbolumuzu. Bir oyunçu ardıcıl bir neçə oyunda adından söz etdirən kimi komanda yoldaşlarından kimsə və ya kimlərsə onun uğurunu həzm edə bilmədiyindən növbəti qarşılaşmalarda ona ya ötürmə vermir, ya da hansısa yolla badalaq vurmağa çalışır. Daha düşünmürlər ki, hər bir sahədə, kollektivdə bir lider olmalıdı, hamı da onun ətrafında birləşib uğura aparan yolda ona dəstək verməlidi. Paxıllıq, ikitirəlik olan yerdə ruzi-bərəkət olmaz, uğur qazanmaq qeyri-mümkündü.
“Yalandan millətə nağıl danışmaqdansa...”
- Komandalarımız beynəlxalq oyunlarda çox vaxt fiziki cəhətdən rəqiblərindən geri qalırlar. Bunu da bəzi mütəxəssislər millətin genetikası ilə əlaqələndirib, azərbaycanlıların ümumi fiziki göstəricilərinin aşağı olması ilə izah edirlər. Bir həkim kimi bu məsələyə münasibət bildirmənizi istərdik.
- Bu fikri səsləndirən mütəxəssis kimdi? Onların adlarını mənə deyin. Özünü savadlı göstərənlərə, azərbaycanlıların fiziki cəhətdən zəif olduğunu isbatlamağa çalışanlara bir sual vermək istəyirəm. Güləş, boks, cüdo, karatedə çempion olub bayrağımızı ucaldan, himnimizi səsləndirən idmançılar azərbaycanlılar deyil? Aralarında bir-iki əcnəbi ola bilər. Ancaq əksəriyyəti bizim millətin övladlarıdı. Bəlkə güləşçilər döşəyə çıxıb balet oynayırlar, güc tətbiq etmədən çempion olurlar? Yalandan millətə nağıl danışmaqdansa, həmin mütəxəssislər, məşqçilər günahı özlərində axtarsınlar. Etiraf etsinlər ki, səhv məşqlər keçirlər. Elmə əsaslanmayıb özlərinin düz, əslində yanlış biliklərini tətbiq etməklə futbolumuzu pis günə qoyurlar, futbolçuları səhv istiqamətləndirirlər. Bizim ən böyük bədbəxtliklərimizdən biri də odu ki, hamı özünü ağıllı sayır. Çoxu elə zənn edir ki, dünyada ondan savadlı, bilikli insan yoxdu. Daha başa düşmürlər ki, idman da elmli olmağı tələb edir, mütaliəni sevir. Vaxtilə Kiyev “Dinamo”su üçün Ukraynada elmi-tədqiqat institutları işləyirdi. Neçə-neçə professor, elmlər namizədi Valeri Lobonovskiyə futbolçuların fiziki hazırlığını yüksəltməkdə yardımçı olurdular.
- İlk dəfə futbolu stadiondan canlı izlədiyiniz gün yadınızdadı?
- Tarixi dəqiq xatırlamasam da, ötən əsrin 60-cı illərinin əvvəli idi. Təbii ki, “Neftçi”nin oyunu idi. Ümumiyyətlə, sizə bir söz deyim ki, həmin illərdə nəinki Bakıda, Azərbaycanın, demək olar ki, bütün bölgələrində insanlar futbolla yatıb, futbolla dururdular. Hara gedirdinsə, əsas müzakirə mövzusu futbol idi. Belə mühitdə futbolu sevməyənlər belə istər-istəməz cərəyana qoşulur, kütlədən ayrı düşməmək üçün milyonların sevimli oyununa diqqət ayırırdı. Bakıda azarkeşlərin toplaşdığı müəyyən yerlər var idi. Mən də həmin vaxt gənc idim, futbola olan sevgi məni də ora aparırdı. 1965-cı ildə SSRİ - Braziliya matçını Moskvada tribunadan canlı izləmişəm. Pelenin “at oynatdığı” illər idi. Nə fintlər göstərirdi? Əlini belinə qoyub SSRİ-nin müdafiəçilərinin üstünə gəlməsini gözləyirdi. Onlar isə ürək edib ona yaxınlaşa bilmirdilər. Bir də onu görürdün ki, qəfil sürət yığıb topla müdafiəçilərin arasından elə sıyrılırdı, adam məəttəl qalırdı. Top sehrbazı həmin gün iki dəfə fərqləndi. Braziliyanın heyətində onunla yanaşı, çox yüksək texnikaya malik oyunçular var idi. Adam, sadəcə, onların oyunundan zövq alırdı.
“Fatih Terimə xüsusi simpatiyam var”
- Bu gün hansısa kluba azarkeşlik edirsiz?
- Bəli. Uzun illərdi “Neftçi”nin azarkeşiyəm. Son vaxtlar “Qarabağ” da qazandığı uğurlarla məni özünə cəlb edib. Dünya klubları arasında isə “Qalatasaray”a azarkeşlik edirəm. Onların baş məşqçisi Fatih Terimə xüsusi simpatiyam var. Özünü əsl kişi kimi aparır, sərt xarakterə malikdi. Yəqin buna görə də bütün türk futbolçular ona hörmət edir.
- Yəqin ki, futbolçular arasında dostlarınız da çoxdu?
- Təbii ki. Rəhmətliklərdən Anatoli Banişevski, Ələkbər Məmmədov ilə çox yaxın olmuşuq. Bu gün də aramızda olanlardan Kazbek Tuayev, Səməd Qurbanovla isti münasibətlərimiz var. Səməd yaxşı futbolçu olub. Onu mənə yaxın edən bir də, bilirsiz, nədi?
- Nə?
- O da mənim kimi aşığı, sazı xoşlayır. Dəfələrlə bir yerdə olduğumuz məclislərdə bu haqda söhbət etmişik. “Neftçi”nin, demək olar ki, əksər futbolçuları ilə şəxsən tanışam. Bilirsiz ki, artıq uzun illərdi mən Tibb Universitetində çalışıram. Futbolçuların da çoxunun ya övladı, ya da yaxın qohumları orda təhsil alıb. Bəzən elə alınıb ki, uşaqları imtahanlarda tapşırmaq üçün mənə müraciət ediblər (gülür).
- Siz də onların xahişlərini yerinə yetirmisiz?
- Futbola olan sevgim məni buna məcbur edib. Xahiş edirəm, məni çox danışdırma (gülür).
“Bədbəxt gənclik idman etmir, kitab üzü açmır”
- Bildiyimə görə, futbolçulardan yalnız “Neftçi”nin sabiq qolkiperi Aleksandr Jidkov Tibb Universitetində təhsil alıb. Yəqin ki, onun tarixçəsini bilirsiz...
- Bilirəm. O vaxt “Neftçi”yə qapıçı lazım idi. Jidkovu da ona görə Rusiyadan gətirib bizim universitetə yerləşdirdilər. Hərbi xidmətə getməsin deyə bu addımı atdılar.
- Tələbə Jidkovla münasibətiniz var idi?
- O rus bölməsində təhsil aldığından münasibətimiz olmayıb. Həmin illərdə mən ancaq Azərbaycan bölməsində dərs deyirdim, sonradan rus dilində təhsil alanlara da mühazirə oxudum. Amma bir-birimizi tanıyırdıq.
- İndiki nəslin nümayəndələrindən kimi tanıyırsız?
- Ancaq Qurban Qurbanovun adını çəkə bilərəm. Başqa heç kimi tanımıram.
- Müasir Azərbaycan futbolu barədə hansı fikirdəsiz?
- Siz nə düşünürsüzsə, mən də elə. Uğursuzluq olan yerdə ürəkaçan nə demək olar?
- İnkişaf edə bilməməyimizin səbəbini nədə görürsüz?
- İşə yanaşmada. Sizə bir söz deyim. Futbolumuzun 100 ildən artıq yaşı var. Bu günə kimi əslən Qəbələdən olan yüksək səviyyədə, aparıcı klublarda oynayan bir futbolçunun adını çəkə bilərsiz? Vallah, mən elə birini tanımıram. SSRİ vaxtında olmayıb, son illər varsa, deyə bilmərəm. Gedib Qəbələdə futbol akademiyası açıblar. Bu qərarı verənlər nəyə əsaslanaraq bu addımı atıblar, mənə hələ də çatmır. Qardaş, pulun var, futbola sərmayə qoymaq istəyirsən, lap yaxşı. Ancaq elə yerdə məktəb aç ki, sabah ordan futbolumuza fayda verə biləcək oyunçu çıxsın. Bəlkə də illər sonra bir-iki nəfər ortaya çıxacaq. Ancaq xərclənən pulların qarşılığında bu bir əlin barmağı qədər olmayacaq. Həmin akademiyanı Tovuzda, Gəncədə, Qazaxda, Qusarda açsaydılar, milyonları ora yönəltsəydilər, indi hər şey fərqli olardı. Dədə-babadan adını çəkdiyim rayonlarda futbola sevgi olub, ordan tanınmış futbolçular çıxıb. Demirəm ki, Qəbələni yaddan çıxar. Akademiyanı Tovuzda aç, balaca bir filial kimi Qəbələyə də diqqət ayır. Belə, buna oxşar o qədər səhvə yol verilib ki, illər, xərclənən pullar hədər gedib. Bu səhvlər də damla-damla yığılır və sonda ağır fəsadlara yol açır. Dünya təcrübəsindən yararlanmaq lazımdı. Artıq o zəmanə deyil ki, öz səhvlərindən nəticə çıxarasan. İndi yüksək texnologiyalar əsridi. Bax, öyrən, başqalarının səhvlərindən ibrət götür və düzgün yol seç. Zəmanəmiz bunu tələb edir.
- Qeyd etdiz ki, örtən əsrdə Azərbaycan futbolla nəfəs alırdı, “Neftçi”nin bütün oyunları dolu tribunalar qarşısında keçirilirdi. İndi azarkeş baxımından da problem yaşanır. Tribunada 1000 azarkeş olanda sevinirik. Niyə adamlar stadiondan uzaq düşüb?
- Oğul, bunun obyektiv və subyektiv səbəbləri var. Bizim millət bir çox texnoloji yenilikləri tərsinə başa düşür, ondan başqa məqsədlər üçün yararlanır. Məsələn, gənclərimizin böyük hissəsi internetdən axmaq-axmaq işlər üçün yararlanır. Halbuki yüksək texnologiyadan yararlanıb dünyagörüşünü, savadını artıra bilər. Bizimkilər nə edir? Bütün gün kompüterin qarşısında əyləşib lazımsız işlərlə məşğul olurlar. Bədbəxt gənclik idman etmir, kitab üzü açmır. Bunun sonrasını fikirləşmək lazımdı. Nahaq yerə deməyiblər ki, sağlam bədəndə sağlam ruh olar. Stadionlara getməmələri də bununla bağlıdı. Aralarında futbolla maraqlananlar olsa da, evdə oturub oyuna ya televizordan, ya da kompüterdən baxmağa üstünlük verirlər. Azarkeşlik bir mədəniyyətdi, klassik futbolun bir hissəsidi. Gənclərimiz hər şeyi vizual həyatda yaşamağa meyillənib. Bu sözün arxasında çox şeylər durur. Şəxsən mən bu yaşda futbola bir tamaşa kimi baxıram. Hər bir pyesdə baş və ikinci dərəcəli rollar olduğu kimi, futbolda da belədi. Hər komandada bir və ya iki aparıcı oyunçu olur ki, onlar da kollektivi arxasınca aparır. Həmin futbolçular baş rolun ifaçıları kimidi. Komandanın digər üzvləri isə tamaşada olduğu kimi köməkçi rolları ifa edirlər. Ancaq bəzən elə olur ki, onların bir hərəkəti həmin oyunu unudulmaz edir. Tamaşada da elədi. Bəzən ikinci dərəcəli rolun ifaçısı elə söz deyir ki, həmin cümlə sonradan zərbül-məsələ çevrilir, xalqın yaddaşına əbədi həkk olunur. Gözəl ötürmə, zərbə görəndə, düşünülmüş, çoxgedişli kombinasiyadan sonra qol vurulanda həyatdan zövq alıram. Təəssüf ki, indikilərin çoxu bunu başa düşmür.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar