27 in 15:49layihe

Fiqunun nəfəsini kəsən, “Neftçi”ni çempion edən marşrut sürücüsü

Fiqunun nəfəsini kəsən, “Neftçi”ni çempion edən marşrut sürücüsü
- Tələsmə, kənddən düz Bakıya mikroavtobus işləyir. Birbaşa gedərsən.
- Olsun. Nə deyirəm...
Harasa zəng edir dostumuz Seymur Əhməd:
- Bizim evin qabağından götür, bir yer yaz.
Az keçmir ki, mikroavtobus özünü yetirir. Seymurla sağollaşıb, içəri keçirəm. Dörd qadın oturub. Bir neçə kisə də var maşında. Mikroavtobus yavaş-yavaş Bicodan Ağsu şəhərinə tərəf yol alır. Təxminən yarımsaatdan sonra Ağsudayıq.
***
- Hansı küçədi?
Sürücü mikroavtobusdakı qadınların birindən soruşur.
- Bu küçənin başından sağa dön…Yox, deyəsən, səhv getdik, dayan bir də fikirləşim. Sola dön, orda körpüyə yenə yol dönəcək. Yox, burdan deyil. Dala qayıt. Düz get, indi də sağ tərəfə parkın böyründən düz get.
İçəridəkiləri bilmirəm, sürücüylə mənim səbrim tükənib artıq.
Bir-iki küçə də fırlandıqdan sonra, nəhayət, qadının axtardığı küçəni və evi tapa bilirik. Kisələri boşaldıb, yola davam edirik.
- Qardaş, biz Bakıya nə vaxt gedəcəyik?
- 20 nəfəri toplamalıyam. Ondan sonra.
- Necə toplayacağıq? Sən indi bu 20 adamı toplamaq üçün bütün Ağsunu fırlanmalısan?
- Hə, mənim işim belədi.
- Onda saxla, mən düşürəm.
Maşını saxlayır.
- Ay qardaşım, normal bir yerdə saxla da. Mən burdan hara gedəcəm?
Qəzəblə maşını yerindən tərpədir. Bir qədər sürəndən sonra şəhərin mərkəzinə doğru küçələrin birində yenidən saxlayır.
- Sağ ol.
- Dayan e, hara gedirsən. Kənddən bura bir manatdı.
- Mən Bakıya getmək üçün minmişdim, Ağsunu dolaşmaq üçün yox. Nə pul verəsiyəm? Sən məni Bakıya aparmalıydın.
- (bir az əsəbi halda) Mənim işim budu. Sənə nə dəxli, pulunu ver.
Mübahisənin yersiz olduğunu bilirəm. Bir manatımı verib, düşürəm…
***
Zaman 1999-cu il, 4 sentyabr.
Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Portuqaliya yığmaları arasında AÇ-2000-in təsnifat mərhələsinin oyunu keçirilir. Yadınızdadısa, həmin matç sentyabrın 3-də başlamışdı. Lakin 0:0 bitən birinci hissədən sonra stadionun işıqlandırma sistemində yaranan problem səbəbindən projektorlar işləmədi. Tərəflərin razılığı və UEFA-nın qərarı ilə matç ertəsi günə keçirildi.
Səhəri gün isə gündüz saatlarında baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnmişdi. İkinci hissənin əvvəllərində - 51-ci dəqiqədə Zaur Tağızadənin vurduğu qolla Azərbaycan millisi hesabda irəli çıxmış, lakin matça əlavə olunmuş 7-ci uzatma dəqiqəsində Luiş Fiqu bərabərlik qolunu vurmuşdu. Həmin oyunun əsl qəhrəmanlarından biri isə məhz 97 dəqiqə ərzində elə həmin dünya şöhrətli Luiş Fiquya bircə dəqiqə də aman verməyən Kamal Quliyev idi. Sonradan Kamal müsahibələrinin birində deyəcəkdi: “Həmin oyun mənim millidəki debütüm idi. Tam oyuna köklənmişdim. Doğrudan da, çox gözəl anlar idi. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Oyun başlayan kimi Fiqunu addımbaaddım izləməyə başladım. Ona qarşı qeyri-adi heç bir fənd etmirdim. Mənim işim, sadəcə, Fiqunu üzünü qapımıza tərəf döndərməyə qoymamaq idi. Yalnız bu haqda düşünürdüm. Hətta bir epizod oldu, onu heç vaxt unutmaram. Elə vəziyyət yarandı ki, başımla Fiqunun ayağına “sürüşmə” fəndi elədim. Həmin oyunda o qədər qaçmışdım ki, Fiqu matçdan sonra hirslə UEFA nümayəndələrinə dedi ki, bunu dopinq testindən keçirin. Elə bilirdi, dopinq qəbul eləmişəm”.
...Kamal Fiquyla bir də Milanda keçirilən “İnter” - “Neftçi” oyunu ərəfəsində görüşür. Komandamızın məşqçilər korpusunda yer almışdı o vaxt. Fiqu isə “İnter”in icraçı direktoru idi. Özünü təqdim edir. Və Fiqunun Bakıda onunla dəyişdiyi köynəyi göstərir. Dünya futbolunun əfsanəsi dərhal onu tanıyır. Mehribanlıqla görüşüb, xeyli söhbət edirlər.
***
Onun məşqçilik karyerası da elə top qovduğu vaxtlardakı kimi uğurlu olub. “Neftçi”nin 2011-14 aralığında keçirdiyi ardıcıl 3 uğurlu mövsümdə Kamal Quliyev də məşqçilər korpusunda yer alırdı. Daha sonra “Neftçala”ya rəhbərlik edən Kamal əyalət təmsilçisini ardıcıl iki mövsüm birinci divizionda 1-ci pilləyə yüksəltməyi, çempion olmağı bacarmışdı.
***
3 gün sonra yenidən Ağsudayam. Seymurla çay masasındayıq.
- Necə gedib çatdın?
- Normaldı hər şey, Seymur. 8 manat verdim, Ağsudan yol maşınıyla qayıtdım.
- Bəs o maşınla getmədin?
- Yox, adam bütün Ağsunu fırlanacaqdı. İki saata güclə çıxardı şəhərdən. Durub onunla hərlənəsi deyildim ki?! Dedim saxla, düşürəm. Kənddən Ağsuya yolun pulunu verib düşdüm. Bütün yolu mübahisə edəcəkdim yoxsa.
- Yoox, etməzdi. Yaxşı oğlandı, qardaşdı. Mənim də sinif yoldaşım olub. Gərək sizi tanış edərdim. Yolda maraqlı söhbətiniz olardı. Tanımadın?
- Yox.
- Kamaldı da, millimizin oyunçusu olmuş Kamal Quliyev,
- Nəəə?...
Seymur, çaşıb qaldığımı görüb, məni onunla telefonla calaşdırır.
- Salam, Kamal…
Və ardınca da özümü təqdim edirəm. Tanıdı.
- Əşi boş ver, belə şeylər olur. İşdi, yoldu. Yəni reys belədi, marşrut belədi. İşim budu...
Və gülür.
Yox, Kamal. Sənin işin deyil bu. Sən bir komandanı iki dəfə çempion edən baş məşqçisən. Sən “Neftçi”nin dalbadal 3 dəfə çempionluğunun məşqçilər korpusunda yer alan Kamalsan. Sən Fiqu kimi əjdahanın qarşısını almısan, 97 (?) dəqiqə ona əl-qol atmağa imkan verməyən Kamalsan.
Sən Kamal Quliyevsən!
O Kamal Quliyevdi, AFFA-dakılar!
Lixtenşteynə 0:1 uduzan 21 yaşlı millimizin baş məşqçsi Milan Obradoviçə futbol dərsi keçə biləcək bir Adam.
Övladına çörək pulu qazanmaq üçün hər bir işə əl atmaq olar. Və Kamal da bunu edir. Amma bu, onun işi deyil. Bu adama iş tapılmır???
Bu adam yolda yox, meydanda yorulmalıdı…
SƏBUHİ MƏMMƏDLİ, lent.az
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar