23 may 20:21layihe

Naxçıvanda üç gün

Naxçıvanda üç gün
“Qəbələ” azarkeşlərinin qəbz davası və “xəstə” sürücü...
Srağagün Naxçıvanda keçirilən ölkə kubokunun final qarşılaşması haqda sizlərə ətraflı məlumat vermiş, oyunu işıqlandıran üç mətbu orqandan birinin nümayəndəsi kimi matçdan sonra yaşananları, futbolçuların reaksiyalarını diqqətinizə çatdırmışdım. Bu yazıda üçgünlük Naxçıvan səfərimin, incəsənət adamları demişkən, pərdəarxası məqamları ilə bağlı fikirlərimi bölüşmək istəyirəm.
5 manat deyib, 15 manata maşın sürən taksi sürücüsü
“Müəllim (şirin və bir qədər də kobud Naxçıvan ləhcəsində), siz də futbola görə gəlmisiz?” Hava limanında mindiyim taksinin sürücüsünün sualına cavab verməmiş biranlıq buraya əvvəlki səfərlərimi xatırladım. 2013 və 2017-cü illərdə, adətən, mən taksi şoferlərinə sual verib, maraqlandığım mövzulara aydınlıq gətirməyə çalışırdım. Ancaq heç vaxt istəyimə nail ola bilməmişdim. Bu dəfə vəziyyət fərqli idi. Mən suala cavab verməliydim. “Bəli, futbol görə gəlmişəm” demişdim ki, sonradan adını öyrəndiyim 54 yaşlı Şahinin ürəyi açıldı: “O dəqiqə hiss etdim ki, bura adamı deyilsiz. Bu arada futbola görə Bakıdan xeyli qonağın gəldiyini nəzərə alıb, sizin də məhz eyni səbəbdən qədim Naxçıvan torpağına qonaq gəldiyinizi düşündüm. Hara lazımdısa, çatdıracam. Qonaq olduğunuz üçün bir qəpik də pul almaram” deyib, artıq yükümü baqaja yerləşdirib, məni də maşına otuzdurmuşdu. Səfərə çıxmamış Naxçıvandakı dostlarımız taksilərin hava limanından şəhərə 5 manata apardığını bildirmişdi. Düşündüm ki, kişi mənə ilk saniyədən qonaqpərvərlik nümayiş etdirirsə, borcundan artıqlamasıyla çıxmaq lazımdı. Redaksiya ezamiyyət üçün müəyyən vəsait ayırmışdı. Ancaq deyir sən saydığını say, gör Şahin bəy nə sayır... Heç iki dəqiqə keçməmişdi ki, maşına daha iki nəfər əyləşdi. Onlar da mənim kimi şəhərə gedirdilər. Və sonradan məlum oldu ki, dilli-dilavər, ilk kəlməsindən tarix müəllimini xatırladan sürücü mənimlə yanaşı, daha iki müştərini aparacaq və hər ikisindən də ayrı-ayrılıqda, mən də daxil olmaqla 5 manat, ümumilikdə isə 15 manat alacaq. Hava limanın tərk etmişdik ki, Şahin bəy yenidən futbol mövzusuna toxunub finalın Naxçıvana salınmasına görə sevindiyini bildirdi: “İki gündü ancaq futbolçuları ora-bura aparmaqla məşğulam. Bilirsiz, dünəndən bura nə qədər adam gəlib?” Sual verib cavab gözləməyən sürücü iki gündə 15 günün planını yerinə yetirdiyini vurğuladı və finalı Naxçıvana salanın atasına rəhmət oxudu. Həmin an bir daha xeyirlə şərin qardaş olduğunu düşündüm. Ürəyimdə “bütün idman mediası həlledici qarşılaşmanın Naxçıvanda keçirilməsindən narazı qaldığı və bununla bağlı qızğın diskussiyaların getdiyi anda bu da sevinir”, - deyə fikirləşirdim ki, Şahin bəyin sonrakı sözləri bir qədər sentimental olduğundan, onu qınadığıma görə özüm-özümdən utandım. Sən demə, yol yoldaşım vaxtilə futbolçu olub və bu gün də ölkə çempionatı ilə yanaşı, “böyük beşlik” ölkələrinin çempionatlarını yaxından izləyir. O, rəhmətlik Böyükağa Hacıyevlə uşaqlıq dostu olduğunu da xüsusi vurğuladı: “Rəhmətliklə uşaqlığımız bir yerdə keçib, çox yaxın olmuşuq. Yaxşı futbolçu olmaqla yanaşı, heç vaxt kiminsə qabağından qaçmazdı. “Araz Naxçıvan” SSRİ çempionatında çıxış edən zaman komandada müxtəlif rayon və şəhərlərdən fuitbolçular var idi. “Böyük” hər zaman onlara dəstək, böyük qardaş əvəzi olub. Bəzən elə olurdu ki, azarkeşlər hansısa kənardan gələn futbolçunun zəif oynamasına əsəbləşib, onu döymək istəyirdi. Rəhmətliyin bir sözü ilə hamı sakitləşirdi. “Böyük” 80-ci illərdə bizim futbolun şahı idi. Allahdan arzulayıram ki, Naxçıvanda nə vaxtsa yenidən güclü komanda olsun və ölkə çempionatında çıxış etsin. Mənim kimi “xəstələr” də plan əvəzinə həftəsonları “Araz”ın necə oynayacğını fikirləşək, öz aramızda bu haqda mübahisə edək”. Söhbətimiz şirin alındığından qalan iki müştərini mənzil başına çatdıran sürücü “tələsmirsizsə, sizi axırda düşürüm, çoxdan futbolla bağlı danışmağa fürsət axtarıram” dedi və mən də razılıq verdim. Qalacağım otelə çatana qədər Şahin bəy, demək olar ki, Azərbaycan premyer-liqasından vurub, az qala Hindistan çempionatından çıxdı. Arada “siz Allah, başınızı ağrıtdığıma görə üzr istəyirəm” deyib, sözünə davam edirdi. Nəhayət, mənzil başına çatanda futbol xəstəsi “təki Naxçıvanda həmişə böyük futbol olsun, biz də stadiona gedib azarkeşlik edək” deyib, yükümü götürmək üçün baqajı açdı. “Borcum nə qədərdi” demişdim ki, “qonağımızsız, heç nə lazım deyil” cavabını verdi. Ancaq mən də borclu qalmağı xoşlamadığımdan 5 manatı oturacağın üstünə qoyub, “yəqin ki, finalı izləyəcəksiz” sualını verib “hə” cavabını aldım. Düzdü, Şahin bəyi final görüşündə stadionda görmədim. Əvəzində...
“Qəbələ” azarkeşlərinin otelə basqını
Gecənin bir aləmi qaldığım otel otağında səs-küyə ayıldım. Kimlərsə dəhlizdə uca səslə danışır, gecənin bir aləmi olduğunu, başqa qonaqların olduğunu nəzərə almadan öz problemləri haqda söhbətləşirdilər. “Bunlar kimlərdi, niyə belə hörmətsizlik edirlər” düşüncəsi ilə bir qədər onların danışığını dinləsəm də, heç nə başa düşmədim. Otaq yoldaşım, report.az informasiya agentlıiyində çalışan həmkarım Elşən Məmmədov oruc tutduğundan onun xahişi ilə gecə saat 03.15-də imsaq üçün otelin restoranına yollandıq. İçəri girəndə təxminən 20-yə yaxın “Qəbələ” azarkeşinin orda olduğunu gördüm. Onların da müqəddəs Ramazan ayının qaydalarına riayət edib oruc tutduqları bəlli idi. Bizi tanıdıqlarını bildirən şimallıların fanatları mayın 18-i saat 12.00-da avtobusla Qəbələdən yola çıxdıqlarını, İran ərazisindən keçməklə Naxçıvana gəldiklərini söylədilər. Yeməyin sonunda onların restoran işçisindən kassa qəbzi tələb etməsi isə komediya janrında çəkilən teleseriallar üçün əsl ssenari idi desəm, yanılmaram. Həmin dialoqu olduğu kimi sizlərin diqqətinə çatdırmaq istəyirəm.
Azarkeş: Qardaş, borcumuzu deyərdin.
Ofisiant: Adambaşı 5 manat.
Azarkeş: Çox gözəl, xahiş edirik, bizə qəbz verərdiz.
Ofisiant: Nə?
Azarkeş: Kassa qəbzi.
Ofisiant: Gecə saat 3-də nə qəbz? Məndən başqa burda heç kim yoxdu. Qəbz verən də evindədi.
Azarkeş: Bizə fərq etmir, kim hardadı, qəbzimizi verin. Bunsuz mümkün deyil.
Ofisiant: Qardaşlar, bu vaxt qəbz nəyinizə lazımdı (hiss olunurdu ki, ofisiant şokdadı)? Səhər açılsın, nə istəyirsiz, verərərik. İndi mümkün deyil.
Azarkeş: Bizə indi lazımdı. Ola bilsin, biz səhər qəbz verən gəlmədən oteli tərk etdik. Soğan olsun, nəğd olsun.
Bu söhbətdən sonra ofisiant məcbur olub kiməsə zəng etdi. Dəstəyin o başındakı şəxs kassanın kodunu deyəndən sonra tərs adamlara rast gələn ofisiant çətinliklə də olsa, “Qəbələ” tərəfdarının istəyini yerinə yetirib, qəbzi təqdim etdi. Şimallıların fanatları restoranı tək edəndən sonra ofisiant bizim eşidəcəyimiz tonda “bunların başı xarab olub, gecə vaxtı qəbzi neynəyirlər”, - deyə qonaqların tələbinə məəttəl qaldığını gizlətmədi.
Final ab-havası hiss olunmayan şəhər
Final saat 17.00-da start götürəcəyindən “CBC Sport”dan Elnur Məmmədli, əslən Naxçıvandan olan Fərid Axundov, Elşən və bəndəniz şəhəri gəzməyi qərar verdik. Bələdçi funksiyasını yerinə yetirən gənc həmkarımız Fərid bəy bizi şəhərin gəzməli, tarixi yerləri ilə tanış etdi, “Möminə Xatun” məqrəbəsinə, Tarix-Diyarşünaslıq Muzeyinə apardı. Ondan əvvəl isə ev sahibi kimi DİN-in yaxınlığındakı gözəl bağda çay içməyi təklif etdi. Uca, yaşıl ağacların kölgəsi altında, yalançının sözü olmasın, 100-ə yaxın müxtəlif yaşda insana rast gəlsəm də, onların heç biri axşamkı final barədə danışmırdı. Bu da o demək idi ki, Naxçıvan əhli üçün ölkə kubokunun finalı o qədər də maraqlı deyildi.
Bir gündə bütün fəsilləri yaşadıq
Səhərin erkən saatlarında təmiz hava qəbul etmək üçün otağın pəncərəsini açmışdım ki, içəri soyuq hava kütləsi daxil oldu. Cəmi 5 dəqiqədən sonra üşüdüyümüzdən pəncərəni bağlamalı oldum və otaq yoldaşıma “belə soyuq hava bu gün sərin olacağından xəbər verir” söylədim. Həqiqətən də saat 6-7 arası Naxçıvanda noyabrın əvvəlini xatırladan iqlimi hiss etdim. Saat 11-də isə fikrimi dəyişməli oldum və Elşənə “yazıq futbolçular belə “qaynar qazan”da necə qaçaqlar” dedim. Saat 16.00-da elə leysan başladı ki, bir anda “oyun təxirə salınacaq” düşüncəsi ilə Elşənə nəsə demək istədim, ancaq fikrimdən yayındım. 90 dəqiqə boyunca öz-özümə “yaxşı ki, Elşənə heç nə demədim” söylədim. Ancaq sən demə, Naxçıvan bizə daha bir sürpriz hazırlayırmış. Mükafatlandırma mərasimində qəfil elə külək qalxdı ki, uşaq vaxtı rəhmətlik nənəmdən adını eşitdiyim “qara yel yəqin budu” düşündüm. Təxminən 5 dəqiqə içində qasırğanı xatırladan külək qarşısına çıxan hər şeyi dağıtmaqla, aşırmaqla yadda qaldı. “CBC Sport”un böyük çətirləri, “Qəbələ” fanatlarının bayraqları, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın başındakı idman kepkası göyə qalxdı. Səhnənin və orda qurulan texnikanın aşacağından ehtiyatlanan rəsmilər əl hərəkətləri ilə mükafatlandırmanın tez başa çatmasını tədbir iştirakçılarından xahiş etdilər.
Yenə həmin “xəstə”
...Əvəzində Bakıya dönən gün, daha dəqiq desəm, dünən yenidən onunla hava limanında yenidən qarşılaşdıq. Bizi oteldən hava limanına gətirən taksidən düşən zaman ödəniş edib, içəri daxil olmaq istəyirdik. Bir də gördüm ki, tanış sima artıq yanımızdadı. İki gün əvvəl olduğu kimi köhnə-yeni dostum “nə qulluq edim” deyib, cavab gözləmədən final oyununu “xırdalamağa” başladı: “Açıq deyirəm, “Qəbələ” təcrübə hesabına qalib gəldi. “Sumqayıt”ın məşqçisinin ən böyük səhvi Əfran İsmayılovu meydanda çox saxlamaq oldu. Əfransız “Sumqayıt” daha yaxşı təsir bağışladı”. Mənimlə yanaşı olan Elşən kənardan təəccüblə Şahin bəylə söhbətimə qulaq asıb, yəqin ki, “bu kimdi, Rəşadı hardan tanıyır” sualı ətrafında baş sındırırdı. Sürücüdən ayrılandan sonra Elşən bəy “bu kimdi? Elə bil mütəxəssis kimi hansısa telekanalın qonağıdı, bütün oyunu şərh etdi” deyib, Şahin bəyin ardınca baxdı. “Taksi sürücüsüdü, ancaq futboldan da anlayışı” var dedim və birlikdə hava limanının inzibati binasına daxil olduq. Yenidən üzü Bakıya - o şəhərə ki, “futbol üzrə Azərbaycan çempionatı” statusunu mənimsəyib – qayıdırıq. Doğrudan da Naxçıvan, ölkənin qərbi, cənubu, şimalı “böyük futbol”a həsrət qalıb. Bizi paytaxta gətirən təyyarədə 54 yaşlı taksi sürücüsü Şahin yenidən yadıma düşdü (qısa vaxtda onu özümkü bildim). Rəhmətlik Böyükağa Hacıyevin uşaqlıq dostu nə istəyir? O da paytaxtda yaşayanlar kimi böyük futbol görmək arzsundadı. Bu arzunun reallaşması üçün isə çox şey tələb olunmur. Sadəcə, naxçıvanlı iş adamları və ya Muxtar Respublika rəhbərliyi qərar verməlidi. Belədə Şahin kimi “xəstələr” də dərdlərinə əlac tapa bilərlər. Allah hər kəsi arzusuna çatdırsın. PFL isə bundan sonra finalları Naxçıvana salanda yüz ölçüb, bir biçsə, yaxşıdı. Öz aramızdı, qazon və təbiət finalın bayram ab-havasına əməllicə xələl gətirdi. Bu oyun Bakıda keçirilsəydi, daha böyük auditoriya yığa, daha gözəl mənzərələrə səhnə ola bilərdi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar