07 may 17:20layihe

“Artıq “Neftçi”yə heç bir inamım qalmayıb”

“Artıq “Neftçi”yə heç bir inamım qalmayıb”
“Neftçi”nin sadiq azarkeşlərindən biri 1989-90-cı illərdə yazdığı gündəlikləri redaksiyamıza təqdim edib. Həmin dövrün təkcə futbol olaylarını yox, həm də ictimai-siyasi mənzərəsini aydınlatmaq baxımından maraq doğuran gündəlikdən parçaları dəyərli oxucularımıza təqdim etməyi lazım bildik. Demək olar ki, yazılanların nöqtə-vergülünə toxunmadan.
(əvvəli qəzetin ötən saylarında)
21 dekabr, saat 19.30. Dekabrın 12-də “Torpedo” səfərdə “Monako” ilə oynadı və 2:1 hesabıyla qalib gələrək, iki oyunun nəticəsinə görə 1/4 finala adladı. Bir neçə gün əvvəl növbəti mərhələnin püşkü atıldı. “Spartak” “Real”, Kiyev “Dinamo”su “Barselona”, “Torpedo” isə “Brondbü” ilə qarşılaşacaq. İlk oyunlar martın 6-da, cavab görüşləri 20-də keçiriləcək. Respublikadakı ictimai-siyasi durumla bağlı nə demək olar? Dekabrın 16-da parlamentdə boş qalan yerlərə seçki keçirildi. Deputatlığa namizədlər arasında Zərdüşt Əlizadə, Araz Əlizadə, Etibar Məmmədov, Xəlil Rza, Bəxtiyar Vahabzadə, İsa Qəmbərov kimi tanınmışlar da var. Hələ ki seçkinin nəticəsi bəlli deyil. Amma çox güman, adını çəkdiklərimdən bir çoxu parlamentə düşəcək. Növbəti il üçün “Aydınlıq” və “Azərbaycan” qəzetlərinə abunə yazıldım. Kənddə “Vətən səsi”, “Azadlıq”, “Yeni fikir”, “Novruz” qəzetlərinə yazılanlar da var – bu üzdən hamısını oxuya biləcəm. Bir neçə gün əvvəl məktəbimizdə “Ocaq” müstəqil cəmiyyətini yaratdıq. Cəmiyyətin “Yurddaş” adlı qəzetinin redaktoru mənəm. Cəmiyyət üzvləri hər ay 50 qəpik üzvlük haqqı ödəyəcək. Bir çox planlarımız var. Xüsusən də Azərbaycan Demokratik Respublikasının bayrağını hazırlamaq istəyirik. Amma hələ ki parça tapmamışıq.
7 yanvar, saat 15.30. Bu, yeni – 1991-ci ildə ilk görüşümüzdü. Son görüşümüzdən 18 gün keçib. Bu gün televizorda ilk dəfə “Təqib” filmi göstəriləcək. Açığını desəm, artıq gündəlik yazmağa həvəsim qalmayıb. Bu bloknotu əlimə götürəndə mənə bəzən elə gəlir ki, hansısa çətin işin altına girirəm.
Məlumdu ki, 1990-cı il bütün azərbaycanlılar üçün faciəvi oldu. Çox ümid edirəm ki, yeni seçilmiş parlament xalqın maraqları naminə hansısa işlər görəcək. Yeri gəlmişkən, yeni parlamentin ilk sessiyası fevralın 5-də Bakıda keçiriləcək. Yanvarın 3-də Masallıya getdim, 4-də isə qayıtdım. Elə ordan 9 rubla yaxşı bir futbol topu aldım. Harri Kasparov dünya şahmat tacını qazandı və pulun müəyyən hissəsini ermənilərə yardım fonduna köçürdü. Bundan sonra ona düşmən kimi baxacam. Yaxşı deyirlər ki, Azərbaycanın çörəyinin duzu yoxdu.
“Neftçi” yeni mövsümə hazırlıq prosesinə başlayıb. Zəif “Neftçi” bir qədər də zəifləyib. Vəli Qasımovla Cəmaləddin Əliyev rəhbərlikdən komandadan çıxarılmalarını xahiş ediblər. Birinci dəstədə mövsüm apreldə başlayacaq. Artıq “Neftçi”yə heç bir inamım qalmayıb.
“Kommunist”də yazmışdılar ki, guya respublikada bu qəzetin abunəçisi daha çoxdu. Özləri özlərini tərifləyirlər. Dövlət qəzetinin abunəçiləri niyə çoxdu – bunu yaxşı bilirik. Sonrakı yerlərdə isə “Azadlıq”, “Azərbaycan”, “Odlar yurdu”, “Savalan”, “Azərbaycan gəncləri” və başqaları qərarlaşıb.
2 fevral, saat 21.00. 19 gün əvvəl İraqla Antiiraq koalisiyası (ABŞ, Fransa, İngiltərə, başqa ölkələr) arasında müharibə başladı. Operativ və doğru informasiya almaq çətindi.
Parlamentin yeni tərkibdə ilk sessiyasından nə gözləmək olar? Hələ ki ümidverici bir şey yoxdu. AXC-nin İdarə Heyətində kiçik parçalanma hiss olunur, bəziləri parlamentin işində iştirakın tərəfdarıdı, bəziləri isə bunun əleyhinədi.
Redaktoru olduğum “Yurddaş”ın artıq üç sayını hazırlamışıq. Kəndimizə demokratik ruhlu həftəlik qəzetlərin hamısı gəlir. “Azadlığ”a abunə yazılmadığıma görə təəssüflənirəm.
(davamı olacaq)
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar