03 may 12:35layihe

“Ona görə canlı verə bilmirlər ki, oyun Sumqayıtda keçirilir”

“Ona görə canlı verə bilmirlər ki, oyun Sumqayıtda keçirilir”
(əvvəli qəzetin ötən saylarında)
“Neftçi”nin sadiq azarkeşlərindən biri 1989-90-cı illərdə yazdığı gündəlikləri redaksiyamıza təqdim edib. Həmin dövrün təkcə futbol olaylarını yox, həm də ictimai-siyasi mənzərəsini aydınlatmaq baxımından maraq doğuran gündəlikdən parçaları dəyərli oxucularımıza təqdim etməyi lazım bildik. Demək olar ki, yazılanların nöqtə-vergülünə toxunmadan.
24 avqust, saat 11.25. Dərslərin başlamasına bir həftə qalır. Axşam televizorda “Dalğa” var. Respublikada vəziyyət gərgin olaraq qalır. Bəzi rayonlarda ermənilərlə əsl müharibə gedir. İndi isə futbol haqda. “Neftçi” görüşmədiyimiz müddətdə iki oyun “keçirib”. Avqustun 17-də səfərdə Qorki “Lokomotiv”inə uduzdular – 0:1. “Kuzbass”a isə avqustun 22-də Bakıda keçirilməsi nəzərdə tutulan oyuna gəlmədiyinə görə 0:3 hesablı məğlubiyyət verdilər. “Neftçi” növbəti oyunu sabah evdə Moskva “Lokomotiv”inə qarşı keçirəcək. Oyun televiziya ilə saat 18.30-da veriləcək.
1 sentyabr, saat 19.30. Yeni dərs ilinin birinci günü. Əvvəlcə futbol, sonra isə başqa işlər haqda danışacam. “Neftçi” elə Bakıdakı oyunda zibil kimi oynadı. “Lokomotiv”lə oyun heç-heçə bitdi – 0:0. Bu gün isə Alma-Atada “Kayrat”a uduzdu – 0:2.
Bu gün məktəbə gedən kimi qanqaraçılığı yaşandı: sinif rəhbərimiz yerimi dəyişdi. Mən isə ona dedim ki, sentyabrın 3-də, yəni 1-ci gün dərsə gəlməyəcəyəm. Axşam televizorda “Retro” televiziya kinozalı var. Ermənistanda vəziyyət kəskinləşib. Ermənistan Milli Ordusu ilə Erməni Ümummilli Hərəkatının silahlı dəstələri avqustun 29-da toqquşub. Bununla bağlı Ermənistanda fövqəladə vəziyyət elan olunub, komendant saatı qüvvədədi.
P.S. “Məşəl” divar qəzetinin redaktorluğundan çıxdım.
11 sentyabr, saat 18.00. Bunu yazandan sonra “cəbr”i öyrənəcəyəm. Respublikamızın sərhəd rayonlarına erməni quldurlarının basqınları davam edir. Mərkəz isə buna göz yumur. Bu gün respublika qəzetlərində Ayaz Mütəllibovun müsahibəsi dərc olunmuşdu. O da bildirir ki, öz ordumuzu yaratmağa məcbur oluruq.
Futbola gəlincə... “Neftçi” səfərdə “Paxtakor”la heç-heçə oynadı – 2:2. Bizdən topları Vidadi Rzayevlə Vladislav Qədirov vurdular. SSRİ yaxşı futbolçuları xaricə səpələməkdə davam edir. “Jalgiris”i CAR-a getməyə qoymayıblar. “Neftçi” növbəti oyunu birisigün evdə Zaporojye “Metallurq”u ilə keçirəcək. Çox çətin olacaq.
P.S. Bu gün iki dərsi Q. müəlimlə mübahisələrdə keçirdim. Məsələ Leninin düşmən olub-olmaması idi.
23 sentyabr, saat 14.00. “Zaman”dan sonra futbolu verəcəklər: “Neftçi” – “Spartak” (Vladiqafqaz). Ona görə canlı verə bilmirlər ki, oyun Sumqayıtda keçirilir. “Spartak” liderdi, “Neftçi” isə 31 xalla 8-ci yeri tutur. Çətin ki “Neftçi” güclülər dəstəsinə vəsiqə verən ilk dörd yerdən birini tuta. Görüşmədiyimiz müddətdə “Neftçi” iki oyun keçirib. 13 sentyabr. “Neftçi” – “Metallurq” 2:0 (Vladislav Qədirov, Yuri Vernidub-öz qapısına), 16 sentyabr. “Neftçi” – “Nistru” 1:0 (Vladislav Qədirov).
Sentyabrın 19-da rayon mərkəzinə getmişdik. Komissiyadan keçməyə. Elə həmin gün avrokuboklar da start götürdü. Nəticələri yazıram:
Dnepr – Harts (Şotlandiya) 1:1
Sparta (Çexoslovakiya) – Spartak 0:2
Çernomorets – Rusenborq (Norveç) 3:1
KuPS (Finlandiya) - Dinamo (K) 2:2
Torpedo (M) – QAİS (İsveç) 4:1
Hələlik nəticələr yaxşıdı.
P.S. İnanmıram ki, “Neftçi” “Spartak”ı uda.
4 oktyabr, saat 21.15. Bu gecə “Zaman”dan sonra kino var: “Gözəgörünməz adam”. Dünən avrokubok oyunları keçirildi. SSRİ komandalarından biri – “Dnepr” sıradan çıxdı. Nəticələrlə tanış olun:
Harts (Şotlandiya) - Dnepr 3:1
Spartak - Sparta (Çexoslovakiya) 2:0
Rusenborq (Norveç) - Çernomorets 2:1
Dinamo (K) - KuPS (Finlandiya) 4:0
QAİS (İsveç) - Torpedo (M) 1:1
“Neftçi” son iki oyunda əvvəlcə “Spartak”a (0:1), ardından Suxumi “Dinamo”suna (0:2) uduzdu. Daş düşsün bunların başına...
Parlament seçkisinin nəticələri bəlli deyil. “Azərbaycan” qəzetində Bayram Bayramovun “Yardımlı yardım yox, öz haqqını istəyir” yazısı çıxmışdı. Çox maraqlı idi...
(davamı olacaq)
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar