24 apr 14:51layihe

“Litva SSRİ-nin tərkibindən çıxsa, görəsən, “Jalgiris”in taleyi necə olacaq?”

“Litva SSRİ-nin tərkibindən çıxsa, görəsən, “Jalgiris”in taleyi necə olacaq?”
“Neftçi”nin sadiq azarkeşlərindən biri 1989-90-cı illərdə yazdığı gündəlikləri redaksiyamıza təqdim edib. Həmin dövrün təkcə futbol olaylarını yox, həm də ictimai-siyasi mənzərəsini aydınlatmaq baxımından maraq doğuran gündəlikdən parçaları dəyərli oxucularımıza təqdim etməyi lazım bildik. Demək olar ki, yazılanların nöqtə-vergülünə toxunmadan.
(əvvəli qəzetin ötən saylarında)
16 fevral, saat 10.42. 3-cü dərs, “Azərbaycan dili” dərsi gedir. Müəllim imza yazılarını yoxlayır. Axşam televizorda “Dalğa” var. Hər gün verilişlər saat 6-da başlayır. Hazırda “Neft və milyonlar səltənətində” kitabını oxuyuram (2-ci dəfə). Ölkə çempionatında oyunlar martın 1-də başlayır (kubok oyunları). Birinci dəstənin təqvimi hələ gəlməyib. Amma bilirəm ki, mövsüm aprelin 6-da başlayacaq. Moskvada SSRİ Xalq Deputatlarının 3-cü sessiyası gedir. Gündəlikdə 50 məsələ var. İnanmıram ki, İnanmıram ki, Bakıdakı hadisələrə diqqət yetirilə. Sessiyanın 1-ci günü Qorbaçov utanmaz-utanmaz Bakıda həlak olanların xatirəsini birdəqiqəlik sükutla yad etdi.
24 fevral, saat 15.02. Saatyarım olar ki, məktəbdən gəlmişəm. Bu gün şənbədi. Sessiya davam edir. Azərbaycan məsələsinin müzakirəsi fevralın 26-na saxlanılıb. Yazov çıxışında deyib ki, qoşunlar Bakıya dövlət çevrilişinin qarşısını almaq üçün girib. Bu zaman bizim deputatlar salondan çıxıblar. Çox təəssüf ki, deputatlarımız arasında ikitirəlik var. Ayaz Mütəllibov qrupu (tərkibi: Vəli Məmmədov, Elmira Qafarova və başqaları) hadisələrə siyasi qiymət verilməsini tələb edir. Tofiq İsmayılovun başçılığı ilə başqa bir qrup (Anar, Vaqif Cəfərov, Maqsud İbrahimbəyov, Arif Məlikov) isə Qorbaçovun, Rıjkovun, Yazofun istefasını tələb edir. Çox təəssüf... “Səhər” qəzetinin verdiyi xəbərə görə Qorbaçov Vaqif Cəfərovun sözünü kəsib, Arif Məlikovun söz istəməsini isə deputat etikasından kənar hesab edib. Anarın sözlərini də kinayə ilə qarşılayıb. Çox təəssüf ki, Ayaz Mütəllibov Brazauskas kimi cəsarətli deyil. Yeri gəlmişkən, bu gün Litvada azad seçki olacaq. Seçkidə “Sayudis” hərəkatının nümayəndələri də iştirak edəcək. Brazauskas daha çıxışlarında “kommunist” sözünü işlətmir (“Azadlıq” radiosunu məlumatı). Sessiyanın gedişində nə olacağına dair proqnoz vermək çətindi. Hər şey bizim deputatların əzmkarlığından asılıdı. Qorbaçov özünü prezident elan etdirmək istəyir. Belə qanun qəbul olunsa, onda o kefi istəyən vaxt hər hansı respublikanın Ali Sovetinin qəbul etdiyi qərarı ləğv edə bilər. Həmçinin ölkənin istənilən yerində fövqəladə vəziyyət elan edə bilər. Siyasət haqda bu xəbər. İndi isə keçək futbol xəbərlərinə.
Gürcüstan Futbol Federasiyasının təsis qurultayında belə bir qərar qəbul olunub ki, bundan sonra qonşu respublikanın komandaları SSRİ çempionatında iştirak etməyəcək və futbol üzrə milli çempionat keçiriləcək. Mövcud qaydaya əsasən hər bir komanda SSRİ çempionatında iştirakını təsdiqləmək üçün fevralın 22-nə qədər ərizə verməli idi. Lakin hələlik Tbilisi “Dinamo”sundan ərizə daxil olmayıb. Bu məsələnin necə inkişaf edəcəyini Allah bilir. Litva SSRİ-nin tərkibindən çıxsa, görəsən, “Jalgiris”in taleyi necə olacaq?
7 mart, saat 18.50. Gündəlik, səni yazmağa başlamağımın bir ili bu gün tamam olur. Bu bir ildə nələr baş vermədi?! Xalqımıza böhtanlar atıldı. Camaat ermənilərdən qorunmaq üçün milli müdafiə dəstələri yaratdı. Bakı faciəsi baş verdi. İranla gediş-gəliş başladı. Beləliklə, 50 səhifə başa çatdı. Gündəlik yazmağa son qoymuram. Bir aydan sonra yenidən başlayacam.
(davamı olacaq)
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar