23 apr 13:23layihe

“Bu gün məktəbə gedən kimi hamılıqla pioner qalstukunu yandırdıq”

“Bu gün məktəbə gedən kimi hamılıqla pioner qalstukunu yandırdıq”
“Neftçi”nin sadiq azarkeşlərindən biri 1989-90-cı illərdə yazdığı gündəlikləri redaksiyamıza təqdim edib. Həmin dövrün təkcə futbol olaylarını yox, həm də ictimai-siyasi mənzərəsini aydınlatmaq baxımından maraq doğuran gündəlikdən parçaları dəyərli oxucularımıza təqdim etməyi lazım bildik. Demək olar ki, yazılanların nöqtə-vergülünə toxunmadan.
(əvvəli qəzetin ötən saylarında)
11 yanvar, saat 18.00. Axşam televizorda “Durnalar uçur” bədii filmi var. Futbol haqqında yeni bir xəbər yoxdu. Keçək ictimai-siyasi hadisələrə. Arazın bir tərəfində naxçıvanlılar, o biri tərəfində də iranlılar bir-biri ilə hal-əhval tutublar. Erməni əclaflar isə yenə də dinc durmurlar.
17 yanvar, saat 20.00. Axşam televizorda maraqlı nəsə yoxdu. İndi respublikada dəhşətli vəziyyət yaranıb. Ermənilər yenə Qarabağı almaq istəyirlər. İndi işıq yanmır. Sabahın dərslərini hazırlamışam. Lampa işığında qəzetləri oxuyuram.
22 yanvar, saat 14.00. Televiziya işləmir, radioda isə matəm marşları çalınır. Bu haqda ətraflı danışacam. Onu da deyim ki, yanvarın 20-də İranda oldum. Ordan mənə maraqlı təəssürat və bir kitab yadigar qaldı. İndi isə günün ən vacib hadisələri haqda xronoloji ardıcıllıqla.
18 yanvar. Bakıda Ermənistan SSR Ali Sovetinin sessiyasından sonra yaranan həyəcan davam edir. ... (söyüş yazıb – red.) Vəzirov şəhərə qoşun çağırır. Əhali qoşunun şəhərə daxil olmasına yol verməmək üçün barrikadalar düzəldib.
19 yanvar, gecə. İt sürüsü şəhərə daxil olur. Tankların altında yüzlərlə adam ölür. Xalq Cəbhəsi Vəzirovun istefasını tələb edir.
20 yanvar. Vəzirov istefa verir. Şəhərdə hələ də xalq Sovet Ordusuna müqavimət göstərir.
21 yanvar. Televiziya verilişlərini bərpa etmək istəyiblər. Komendant qoymayıb. Türklər Naxçıvan sərhəddinə yığışıblar. Bakıda heç bir qəzet çıxmır. Nişanov və Girenko camaat qarşısında elan ediblər ki, ordunun çağırılmasından xəbərimiz yoxdu. Bütün bu faciləri törədən əclaf Qorbaçov beynəlxalq məhkəmədə cavab verməlidi. General Yazov Vəli Məmmədovun kabinetində oturur. Şuşa televiziyası hər gün 1 saat verilişlər verir. Bütün dünya ölkələri qoşunların zorakılığına etirazlarını bildiriblər.
22 yanvar. Camaat bu gün məsciddə ehsan verir. Şəhidlərin xatirəsinə. Evlərdən ağlaşma səsi eşidilir. İki saat əvvəl şəhidləri Dağüstü Parkda basdırıblar. İndi isə məktəb haqda. Bu gün məktəbə gedən kimi hamılıqla pioner qalstukunu yandırdıq. Sonra Leninin, Qorbaçovun şəkillərini yandırdıq. Sonra Ənvərin itinin boynuna Qorbaçovun şəklini keçirib, kəndə buraxdıq. Dərs keçmədik, saat 11-in yarısında evə gəldik. Bu gün Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyası keçirilməlidi.
27 yanvar, saat 18.15. Axşam televizorda nə olduğunu bilmirəm. Amma işləməsinin xeyri nədi?! Onsuz da televiziya hərbçilərin əlindədi. Vəziyyət o qədər də sakit deyil. Tətil hələ də davam edir. Qoşunlar şəhərdən çıxarılana qədər də davam edəcək. Xalq Cəbhəsinin fəallarını tuturlar. Yazov həyasızcasına deyir ki, qoşunlar şəhərə ekstremistləri məhv etmək üçün gəlib. Özü də Respublika Ali Sovetinin xəbəri olmadan. Hələ də Mərkəz bizim əleyhimizə yazıb-göstərməkdə davam edir. İndi divar qəzetinin fevral nömrəsini yazacam.
11 fevral, saat 12.00. Moskva televiziyası ilə “Əfqanıstan qəlbimdə yaşayır” verilişi gedir. Müxbir mayorlardan soruşur ki, bizim qoşunların Əfqanıstandakı hərəkəti Amerika qoşunlarının Vyetnamda törətdiyi əməllər kimidi? Onlar isə buna etirazlarını bildirirlər. Axı neyləsinlər... Respublika televiziyası ilə verilişlər hər gün axşam saat 8-də başlayır. Hər gün bir Azərbaycan kinosu verirlər. Hələlik “Dədə Qorqud”, “Babək”, “Bizim Cəbiş müəllim”, dünən axşam isə “Uzaq sahillərdə” kinosunu veriblər. Əclaf generallar, mayorlar Xalq Cəbhəsinin əleyhinə danışırlar. “Səhər”də 110 şəhidin haqqında məlumat gəlmişdi. 59 nəfərin də adını vermək istəyirmişlər, komendant qoymayıb. “Sovetski sport”da güclülər dəstəsinin oyunlarının təqvimi (1-ci dövrə) gəlib. Həmçinin “Neftçi” Türkiyədə “Qalatasaray”la 2:2 edib. Lap axırıncı dəqiqələrdə top buraxıblar. Faciəyə görə cəmi bir oyun keçiriblər.
(davamı olacaq)
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar