19 apr 12:33layihe

“Hələlik Aynur Sofiyeva 2-ci yerdədi”

“Hələlik Aynur Sofiyeva 2-ci yerdədi”
“Neftçi”nin sadiq azarkeşlərindən biri 1989-90-cı illərdə yazdığı gündəlikləri redaksiyamıza təqdim edib. Həmin dövrün təkcə futbol olaylarını yox, həm də ictimai-siyasi mənzərəsini aydınlatmaq baxımından maraq doğuran gündəlikdən parçaları dəyərli oxucularımıza təqdim etməyi lazım bildik. Demək olar ki, yazılanların nöqtə-vergülünə toxunmadan.
(əvvəli qəzetin ötən saylarında)
14 noyabr, saat 9.45. Məktəbdəyəm, 2-ci dərs olan “Həndəsə” gedir. Şamil qabaqda dərs danışır. Bu axşam televizorda “Televiziya kino həvəskarları klubu” verilişi var. SSRİ ilə Türkiyənin oyunu saat 22.45-də veriləcək.
16 noyabr, saat 10.40. Məktəbdəyəm. “Kimya” dərsi gedir. Mən də dərs danışdım. Axşam televizorda “Publisist studiyası” verilişi var. Türkiyə ilə oyunda 2:0 hesabıyla qələbə qazanan SSRİ İtaliya mundialında iştirak edəcək. Topları Protasov (68; 72) vurdu. ADR-ə 2:0 hesabıyla qalib gələn Avstriya da mundiala vəsiqə qazandı.
19 noyabr, saat 18.30. Axşam televizorda “İdman lotosu-82” kinokomediyası var. Birinci proqramla isə Kaşpirovskinin 4-cü seansı olacaq. Ondan sonra da “Futbol icmalı”. Bu gün istirahət günüdü. Gələn il İtaliyada keçiriləcək dünya çempionatında iştirak edəcək 24 komandadan 22-si məlumdu. Xatırladıram ki, dünya çempionatı iyunun 9-da başlayacaq, iyulun 8-də qurtaracaq. Qrupların tərkibini müəyyənləşdirmək üçün isə dekabrın 9-da püşk atılacaq.
21 noyabr, saat 19.42. Axşam televizorda Məmməd İsmayılın yaradıcılıq gecəsi olacaq. Heyf ki işıq yanmır. Dünən “Bədən tərbiyəsi” dərsində dama oynadıq. Mən İsmayılı, Elşəni uddum, Əyyubla heç-heçə etdim. “Azadlıq” radiosunun verdiyi xəbərə görə, Azərbaycanda qızılbaşlar dəstəsi yaradılıb. Bu dəstənin belə bir məqsədi var: Şimali Azərbaycanı SSRİ-dən, Cənubi Azərbaycanı İrandan ayırıb, 30 milyonluq vahid bir dövlət olmaq! İndi 7 milyonluq Azərbaycanın 215 dövlətdən 115-dən böyük olduğunu nəzərə alsaq, 30 milyon kiçik rəqəm deyil. Bəli, biz özümüzə aid xəbərləri xarici radiolardan öyrənirik.
Bu arada Kiyev “Dinamo”su ilə “Fiorentina” arasında İtaliyada keçiriləcək ilk oyun saat 23.00-da 1-ci proqramla veriləcək.
28 noyabr, saat 11.21. “Rus dili” dərsi gedir. Şamil qabaqda dərs danışır. Axşam televizorda maraqlı veriliş yoxdu. Həm də işıqlar gah yanır, gah da sönür və adamı əsəbləşdirir. Dünən “Bədən tərbiyəsi” dərsində futbol oynadıq. Biz udduq – 3:1. Qollardan birini mən vurdum. Sabah futbol var: SSRİ – Hollandiya. Oyun saat 18.30-da başlayacaq.
9 dekabr, saat 15.32. Bu gün şənbədi. Son vaxtlar ermənilərlə münaqişə güclənib. SSRİ Ali Sovetinin qərarı ilə Xüsusi İdarə Komitəsi ləğv olunub. İndi Qarabağda Azərbaycanın təşkilat komitəsi yaradılacaq. Litva Kommunist Partiyasını ləğv edib, çoxpartiyalı sistemə keçib. İdman xəbərlərinə gəlincə...
Noyabrın 29-da Bakıda SSRİ və Hollandiyanın yeniyetmə yığmaları qarşılaşıb. SSRİ qalib gəlib – 2:1. Ruslan Lukin 2-ci dəqiqədə penaltidən yararlana bilməyib. Kiyev “Dinamo”su da avrokuboklarda mübarizəni dayandırdı. “Fiorentina” ilə oyunların nəticələri – 0:0, 0:1. Bəli, bu çox acınacaqlı haldı. SSRİ komandalarından avrokuboklarda yalnız “Dnepr” qalıb.
Volqoqradda şahmat üzrə SSRİ çempionatı keçirilir. Yarışların qurtarmasına 1 tur qalır. Hələlik Aynur Sofiyeva 2-ci yerdədi. O, liderdən yarım xal geri qalır. Digər nümayəndəmiz Firuzə Vəlixanlı isə 10-cu yerdədi.
Son günlər “Lokomotiv”lə “Zenit”in güclülər dəstəsində saxlanılacağı haqda söhbət gedir. Bu haqda gələn dəfə ətraflı söhbət edəcəyəm.
(davamı olacaq)
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar