03 apr 17:15layihe

“Dialoq”da “Neftçi”nin rəhbərləri və oyunçuları vəd etdilər ki, güclülər dəstəsinə gələcəklər”

“Dialoq”da “Neftçi”nin rəhbərləri və oyunçuları vəd etdilər ki, güclülər dəstəsinə gələcəklər”
“Neftçi”nin sadiq azarkeşlərindən biri 1989-90-cı illərdə yazdığı gündəlikləri redaksiyamıza təqdim edib. Həmin dövrün təkcə futbol olaylarını yox, həm də ictimai-siyasi mənzərəsini aydınlatmaq baxımından maraq doğuran gündəlikdən parçaları dəyərli oxucularımıza təqdim etməyi lazım bildik. Demək olar ki, yazılanların nöqtə-vergülünə toxunmadan.
...Top mərkəzdən Elçinə ötürülür. Elçin qapıçı ilə təkbətək çıxır və astaca topu sağ küncə vurur. Qələbə - 4:2 bizim xeyrimizə. Ümumiyyətlə, sinfimizin uşaqlarından – İlhamdan da, Faiqdən də, Elçindən də, Hikmətdən də, özümdən də, xüsusən Şaiqdən də çox razı qaldım.
İndi mart ayının 27-si, saat 17.00-dı. Dünən Hüseyn Abbaszadənin “Dünyadan gör necə insanlar gedib” kitabını oxumağa başladım. Bu gecə televizorda Beynəlxalq Teatr Gününə həsr olunan veriliş var. Birinci dəstədə SSRİ çempionatının başlamasına 10 gün qalır. Bu gün güclülər dəstəsində üç oyun olacaq. Mərkəzi oyun isə “Dnepr”lə Kiyev “Dinamo”su arasında keçiriləcək. Sabah bəlkə Kolatana getdik (oynamağa). Görək də...
Bu gün ayın 29-du. Qar yağır. İşıq yanmır. Axşam televizorda “Kino. Aktyor. Rol” var. “Dnepr”lə “Dinamo” arasında olan oyun 1:0 hesabı ilə kiyevlilərin xeyrinə qurtardı. Dünən Kolatana getmişdik. Oyunun əsas vaxtı 4:4 hesabı ilə başa çatdı. 11 metrlik zərbələr seriyasında isə kolatanlılar qələbə qazandılar – 2:1. Ümumi hesab 6:5 kolatanlıların xeyrinə.
Bu gün martın 30-u, saat 19.25 dəqiqədi. Axşam televizorda “Teatr təbəssümləri” verilişi olacaq. Bu gün SSRİ çempionatında oyunlar olacaq. Birinci dəstədə SSRİ çempionatının başlanmasına bir həftə, yəni 7 gün qalır.
Bu gün martın 31-i, saat 19.50-di. Bu gün televizorda “Dalğa” var. Sabah ayın 1-i, yəni 4-cü rübün ilk günüdü. Bu gün oxuduğum məlumata görə, dünya çempionatı 1990-cı il uyunu 9-dan iyulun 8-nə qədər İtaliyanın 12 şəhərində keçiriləcək.
Bazar günü, 2 aprel, saat 11.50. Birinci dəstədə SSRİ çempionatının başlamasına cəmi 4 gün qalır.
3 aprel, saat 12.00. Dərsimiz boş keçir, Ə. müəllim jurnal oxuyur. Bu gün televizorda “Neftçi”nin mövsümə hazırlığına dair veriliş olacaq.
5 aprel, saat 12.30. Fizika dərsi gedir. Sabah “Neftçi” oynayacaq. Oyun saat 18.55-də başlayacaq. “Dialoq”da “Neftçi”nin rəhbərləri və oyunçuları vəd etdilər ki, güclülər dəstəsinə gələcəklər. Görək də. Bu gecə televizorda “Sükutun harayı” bədii filmi var.
Aprelin 6-sı, saat 9.55. Bu gün “Neftçi” birinci oyununu keçirəcək. Saat 18.55-də. Deməli, starta cəmi 9 saat qalır. Coğrafiya dərsi gedir. Bu gecə televizorda Azərbaycan dilində kino var: “Baş tutmayan ayrılıq”.
6 aprel, 21.00. Gündəlik, bu gün ikinci dəfə görüşürük. Buna səbəb isə “Neftçi”nin oyunudu. “Neftçi”nin oyunçuları hamısı ... (söyüş yazıb – red.). Samir Ələkbərov istisna olmaqla. Vicdansızlar! “Neftçi” – “Kuzbass” 0:0 oldu.
7 aprel, saat 22.30. “Zaman” gedir. Bu gün “Dalğa” da var. Sabah yox, birisigün “Neftçi” oynayır. MOİK-lə. Bu gün dərs danışmadım. Sabir Rüstəmxanlının “Ömür kitabı”nı oxumağa başlamışam.
8 aprel, saat 15.00. Bu gün televizorda “Retro” var. Sabah istirahət günüdü. İndi “Sovetski sport”un son nömrələrini oxuyuram.
9 aprel, saat 11.15. Bir azdan kəndin o biri başına gedəcəyəm. Futbol saat 17.00-da başlayacaq. Bu gün televizorda “Zaman”dan sonra Lütfəli Abdullayevə həsr olunan veriliş və həndbol var. “Bakılı” “Rostselmaş”la oynayacaq. Futboldan sonra bir də görüşəcəyik.
(davamı olacaq)
efectos del tadalafil en mujeres buy cialis manforce more tadalafil
buy cialis tadalafil tablet nedir tadalafil tablets ingredients http://cialisle.com/ what
are tadalafil tablets for http://cialisle.com/

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar