27 mar 17:52layihe

Oqtay Atayev fenomeni…

Oqtay Atayev fenomeni…
…və ya bir statistikin həyat yolu
Oqtay Atayev… Ötən əsrin 60-80-ci illərində futbolla yaxından maraqlanan azərbaycanlı oxucuların az qala kumirinə çevrilən ad-soyad və imza. Düzünü deyim ki, məndə onun yaradıcılığına maraq “От “Прогресса” до “Нефтчи” kitabını oxuyanda yaranmışdı. 1991-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olunan həmin kitabda müəllifin cəsarətli vətəndaş-publisist mövqeyi vardı. SSRİ çempionatının müxtəlif mövsümlərinə dair təqvim-məlumat kitabçalarını tərtib edənlər arasında imzasını və yenə tanış üslubunu görəndə personasına marağım bir qədər də artdı. Sonradan müxtəlif qaynaqların Oqtay müəllim haqda məhdud informasiyaları ilə də rastlaşdım. Nəhayət, günlərin birində qərara gəldim ki, Oqtay Atayevi – Azərbaycanın tanınmış idman yazarını və statistikini oxuculara daha yaxından tanıtmağa dəyər.
Ot kökü üstə bitər...
Azərbaycanlıların, adətən, yaxşı mənada işlətdiyi bu atalar sözü Oqtay Atayevin tərcümeyi-halına yüzdəyüz dəqiqliklə uyğun gəlir. Onun babası Teymur Bayraməlibəyov 1862-ci il avqustun 22-də Lənkəran qəzasının Yeddioymaq kəndində (indi Masallı rayonunun ərazisindədi) dünyaya gəlib və bütün ömrünü soydaşlarının maariflənməsinə, təhsil almasına sərf edib. Dövrünün məşhur Qori Müəllimlər Seminariyasına daxil olan ilk üç azərbaycanlıdan biri, Məhəmməd Əmin Rəsulzadənin ideya yoldaşı, 1917-ci ildə Lənkəranda Müsavat Partiyasının yerli şöbəsini yaratmaq dərəcəsində böyük cəsarət sahibi Teymur bəyin Şirin xanımla (kökü Səfəvilərə gedib çıxan məşhur Talışxanovlar nəslindən idi) nigahından doqquz övladı dünyaya gəlib. 1929-cu il dekabrın 19-da dünyaya gələn Oqtay Teymur bəyin qız nəvəsi, yəni Rəhilə xanımın övladı idi. Gələcəyin böyük jurnalistinin atası Əlirza bəy Leyptsiqdə təhsil almış, 1929-cu ildə tibb elmi üzrə doktorluq dərəcəsini müdafiə etmişdi. 1937-ci ildə “alman kəşfiyyatının casusu” ittihamı ilə həbs olunan Əlirza Atayevi 8 illiyə Maqadana sürgün edirlər. Ata Atayev Xruşşov dönəmində bəraət alsa da, sürgün olayı balaca Oqtayın yaddaşına əbədi yazılır. Çox sonralar o xatırlayırdı: “Səhər təsadüfən iki qonşunun söhbətini eşitdim. Biri o birinə deyirdi ki, axşam Barselonanı götürdülər. Və mən əzab çəkə-çəkə düşünürdüm ki, görəsən, qonşulardan Barselona kimdi?”
Elmə-biliyə, futbola həvəs göstərən ailədə böyüyən Oqtay artıq gələcək həyat yolunu müəyyənləşdirmişdi. Daha doğrusu, müəyyənləşdirdiyi yolla irəliləyirdi. Amma...
Təsadüfi baş zərbəsi...
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsində təhsil alan Oqtay tələbəlik illərində idman – basketbol, voleybol, futbol ilə ciddi maraqlanırdı, hətta paytaxt “Dinamo”sunda müdafiəçi mövqeyində oynayırdı. Bir dəfə qüvvətli zərbə ilə qapıya tuşlanmış topu başla geri qaytardı və bundan sonra gözü xeyli zəiflədi. Məşqləri dayandırsa da, futbol sevgisindən qurtula bilmədi. Bəlkə də gələcəyin böyük tarixçisi olacaqdı, amma futbol sevgisi cazibə qüvvəsinə çevrilib onu idman jurnalistikasına dartırdı. İdmanı çox yaxşı bilən bir adama yarışlar haqda yazmaq da maraqlı idi. Mövzuya analitik yöndən yanaşan Atayev hər şeyi dərindən öyrənməyə çalışırdı. Məhz buna görə statistik göstəricilərə fikir verməyə bilməzdi. Axı, o əldə olan məlumatları təhlil edirdi ki, müxtəlif idman növlərinin inkişaf perspektivlərini proqnozlaşdıra bilsin. Həmçinin şahmatı da çox sevərdi. Şahmatı isə nəzəri biliklər və təhlil bacarığın olmadan yaxşı oynamaq mümkünsüzdü.
Atayev universiteti bitirən kimi “Fizkulturnik Azerbaydjana” qəzeti ilə əməkdaşlıq etməyə, daha doğrusu, oyunlardan reportajlar hazırlamağa başladı. Oqtayın jurnalist bacarığından xəbərdar olan “Bakı” qəzetinin baş redaktoru Nəsir İmanquliyev ona 60-cı illərin sonunda informasiya və idman şöbəsinin müdiri kimi məsul vəzifə tapşırdı. Beləliklə, Atayevin böyük potensialını göstərməsi üçün yeni meydan açıldı. O dövrün “Bakı”sı yenilikçi ideyalara açıq, respublikanın həyatında problemləri açıq rənglərlə təsvir edən mütərəqqi qəzet idi. Qəzetin çox oxunmasına səbəb isə həm də futbolla bağlı peşəkarların qələmindən çıxan yazılar idi. Amma Atayev təkcə yaradıcılıqla kifayətlənmir, respublikanın idman həyatında da yaxından iştirak edirdi. 1969-cu ildə SSRİ-də mini-futbol üzrə ilk turnirin keçirilməsi də Atayevlə Ələkbər Məmmədovun ortaq ideyası idi. İdeyanı bəyənən Nəsir İmanquliyev turnirin məhz “Bakı”nın himayəsi altında keçirilməsinə nail olur. Atayevin təşkilatçılaq bacarığı respublika rəhbərliyinin də diqqətini cəlb edir və 1976-cı ildə Bədən Tərbiyəsi və İdman Komitəsində məsul vəzifəyə - sədr müavinliyinə gətirilir. Amma bu vəzifəni tutanda da qələmi yerə qoymur – qəzetlərlə əməkdaşlığı davam etdirir.
“İdman”lı illər...
1987-ci ildə - “İdman”ın 37 illik əfsanəvi baş redaktoru Mirpaşa Miriyev təqaüdə çıxandan sonra qəzet məhz Oqtay Atayevə tapşırılır. Artıq həm “Neftçi”, həm də respublika üçün çətin dönəm başlamışdı. Ermənilərin əsassız ərazi iddiları üzündən respublikada həyatın axarı pozulmuşdu və təbii ki, “Neftçi” də bu prosesdən kənarda qala bilməzdi. İstedad isə hər yerdə istedaddı. Atayev “İdman”a da yeni ruh gətirdi, onu respublikanın siyası həyatından kənarda qoymadı. 1989-cu ilin sentyabrında Azərbaycan parlamenti suverenlik haqqında Konstitusiya qanununu qəbul edən kimi o dərhal redaktor sütununda bu hadisəyə yazı həsr etdi. Qəzetdə problematik yazıların sayı artdı, “İdman” tədricən əvvəlki şöhrətini bərpa etməyə başladı.
1990-cı ilin Qanlı Yanvarı hər bir vicdanlı vətəndaş, əsl vətənpərvər kimi, Oqtay Atayevə də dərin təsir göstərmişdi. Yanvarın 22-də o, qızı Kamilə ilə birgə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin binası qarşısında keçirilən qeyri-mütəşəkkil mitinqə qollanır. Və həmin mitinqdən evə dönəndən sonra həyatında ən ağır qərarlardan birini verir - partiya sıralarından çıxmaq haqda ərizə yazır. Sonradan zəng edərək, ərizəsini geri götürməyi tklif edirlər, çünki “İdman” qəzetinin baş redaktorluğu nomenklatur vəzifələr sırasına daxil idi. Lakin şərəf və ləyaqət məfhumlarını oyun-oyuncaq saymayan Atayev bu təklifdən imtina edir.
Bütün bu təbəddülatlar Oqtay müəllimin həyatına təsirsiz ötüşə bilməzdi və elə ötüşmədi də. 91-in əvvəlində xəsxənaya düşən yazar geniş infarkt keçirsə və reanimasiya şöbəsinə yerləşdirilsə də, yenə qəzetin hər sayını çapa özü imzalayırdı. Əslində başqa variantı təsəvvür etmək də çətindi. Axı, həyatda heç olmasa, bircə dəfə Oqtay müəllimlə yolu kəsişən istənilən adamın yaddaşına o məhz vicdanlı və alicənab adam kimi yazılmışdı.
Azərbaycanın əməkdar jurnalisti, SSRİ Jurnalistlər İttifaqının üzvü Oqtay Atayev 1991-ci il martın 12-də dünyasını dəyişdi. Köhnə “Qurd Qapısı” qəbiristanlığında dəfn olunan yazarın girişdə adını çəkdiyim “От “Прогресса” до “Нефтчи” kitabı isə bir neçə ay sonra işıq üzü gördü. Oğlu, tanınmış politoloq və publisist Teymur bəy mərhumun əlyazmalarını nəşriyyata təqdim etdi və Çapay Sultanov kitabın çapına maliyyə dəstəyi göstərdi...
HUŞƏNG

Onun haqda deyilənlərdən...
Ələkbər Məmmədov: “Tez-tez təəssüflənirik ki, dostumuz, idman jurnalisti Oqtay Atayev günümüzə qədər yaşaya bilmədi. Futbola həvəsi böyük olsa da, ustalardan ibarət komandaya düşməmişdi. Ancaq istedadlı jurnalist oldu. “Azərbaycan bədən tərbiyəçisi” qəzetində, ardından “İdman”da respublikadakı idman olaylarını işıqlandırırdı. Futbol, basketbol və şahmat isə sevimli növləri idi. Məhz bu idman növləri haqda daha dərindən, parlaq və hərarətlə yazırdı. İdman jurnalistikasındakı uzun yolunda tez-tez haqq etmədiyi tənqidləri də eşidirdi. Prinsipial və bəzən hədsiz gerçəkçi yazılarını bəyənməyən “yuxarılar” onu söyürdü. Ancaq o dövrün bir məşqçisi, bir idmançısı deyə bilməz ki, Oqtay Atayev ədalətsiz, uydurma yazılar yazıb və ya idmançılara ləkə yaxıb. Mən onunla söhbətləşməyi xoşlayırdım, müsahibə vaxtı düşünülmüş, dəqiq suallarına sevinirdim, asan olmayan futbol məişətinin sirlərini həvəslə açırdım”.
Çapay Sultanov: “Dostum Oqtay Atayev istedadlı və prinsipial jurnalist idi. Bütün idman hadisələrini işıqlandırsa da, futbol, basketbol və şahmat onun oylağı idi. Bu gün ayrı-ayrı azərbaycanlı jurnalistlərin sovet dövründə müxtəlif problemlərlə bağlı partiya bosslarına etiraz etdiyinə dair söhbətləri çox eşidirik. Amma Oqtayın heç bir avtoritet tanımaması, mövqeyini kimsədən çəkinmədən dilə gətirməsi danılmaz faktdı. Bu və ya başqa idman növündə problemlər yaşananada idmançılar məhz Oqtaydan bu barədə fikir söyləməyi xahiş edərdilər – o həmişə doğrunu söyləyər və təbii ki, artıq mövcud olan problemlərinin üstünə daha birini əlavə edərdi. Yüksək rütbəli partiya xadimlərinin Oqtayı cəzalandırmaq üçün “Bakı” - “Baku” qəzetlərinin baş redaktoru Nəsir İmanquliyevə etdiyi zənglər saya-hesaba gəlməz. Ancaq belələri həmişə bir cavab alırdı: “Mən Oqtay Atayevi idmanı dərindən bilən və həmişə obyektiv yazan jurnalist kimi tanıyıram”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:11 Şəhriyar Parisdə beşinci oldu Bu gün, 14:09 Kamran “gümüş”lə kifayətləndi Bu gün, 14:08 Məğlubiyyət və “sülh” Bu gün, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Bu gün, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Bu gün, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Bu gün, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Bu gün, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Bu gün, 13:58 “Neftçi” bu gün başlayır Bu gün, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Bu gün, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Bu gün, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Bu gün, 13:49 Şeydayev darmadağına sevindi Bu gün, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Bu gün, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Bu gün, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Bu gün, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Bu gün, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Bu gün, 13:11 “Qəbələ”dən növbəti transfer Bu gün, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır Bütün xəbərlər
Ən çox oxunanlar