27 mar 15:02idman

İslam Həmrəyliyi Oyunlarına 20 min bilet satılıb

İslam Həmrəyliyi Oyunlarına 20 min bilet satılıb
“Hər şeydən öncə övladlarımı görmək istəyirəm”

Mayda Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarının biletlərinin martın 19-dan satışa çıxarıldığını bilirsiz. Yarışlara biletləri müxtəlif satış nöqtələrindən və onlayn formada almaq olar. Ümumilikdə satışa 500 min bilet çıxarılıb. Artıq onlardan 20 mini alıcısını tapıb. Bakı-2017-nin Əməliyyat Komitəsi Oyunların ruhuna uyğun olaraq yarışların keçiriləcəyi arenalarda azarkeşlər üçün xüsusi ibadət otaqları da ayıracaq.
Yeri gəlmişkən, iştirakçılardan olacaq İlham Zəkiyev 4-cü İslam Həmrəyliyi Oyunlarının rəsmi saytına müsahibə verib. Bakı-2017-nin səfirlərindən biri olan ikiqat paralimpiya çempionu özü haqda bunları deyib: “1980-ci ildə Sumqayıtda, adi bir Azərbaycan ailəsində dünyaya göz açmışam. 1998-ci ildə hərbi xidmətə yollandım. İdmançı olduğum üçün yaşıdlarımdan seçilirdim. Bu üzdən məni kəşfiyyat taboruna götürdülər. 1999-cu il fevralın 4-də Füzuli rayonunun Aşağıabdurrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperinin gülləsinə tuş gəldim. Güllə sol gicgahımdan daxil olub, sağdan çıxdı. 5 gün komanda qaldım. Hətta həkimlər valideynlərimə demişdi ki, 3-4 günə oğlunuz öləcək, gedin, hazırlıq görün. Ancaq Allaha şükürlər olsun, 5 gündən sonra anamın səsinə komadan ayıldım. Lakin onu görə bilmədim. Bu yaralanma nəticəsində görmə qabiliyyətimi tam itirdim. Evimizə 1-ci qrup Qarabağ müharibəsi əlili kimi döndüm. Həmin vaxtlar bu vəziyyətə alışmaq mənim üçün çox çətin idi. Lakin dostlarım, valideynlərim, qohumlarım yanımda oldu, məni dəstəklədilər. Hərbi xidmətdən əvvəl cüdoda müəyyən uğurlar qazanmışdım. Sumqayıt çempionu olmuş, ölkə çempionatında medalçılar sırasında yer almışdım. Hərbi xidmətə yollanmazdan 1 ay əvvəl isə ölkə kubokuna sahib olmuşdum. Yaralanandan sonra 3 il bu duruma uyğunlaşma dövrü keçdim. Milli Paralimpiya Komitəsinin ilk cüdoçusu oldum. İlk günlər vəziyyətə alışmaq çətin idi. Tatamidə özümü rahat hiss etmirdim. Dəfələrlə çıxışlarımda demişəm ki, vətənə qulluğum hərbi xidmətdə yarımçıq qalsa da, idman arenasında davam edir. Qələbəmin şərəfinə bayrağımız ən yüksəyə qalxanda və himnimiz səslənəndə bununla fəxr edirəm. Allah bütün idmançılarımızı zədədən qorusun. İdmançı üçün ən böyük əngəl zədədi. Heç vaxt uğur qazandıqdan sonra arxayınlaşmasınlar. Hər medal onları daha da həvəsləndirsin. Çempion olmaq çətindi. Ancaq titulu qorumaq daha çətindi. Sonuncu dəfə İsraildə olanda professor gözlərimə baxdı və dedi ki, yaxın gələcəkdə sənin də dərdinə dərman tapılacaq. Ancaq ən böyük həkim Allahdı. Hər şeydən öncə övladlarımı görmək istəyirəm... İlk beynəlxalq yarışım 2003-cü ilin avqustunda Kanadada keçirilən Dünya Oyunları idi. Həmin yarışda 3-cü yeri tutmaqla Afina-2004-ə vəsiqə qazandım. Hamı həyəcanlı idi. Şükürlər olsun ki, 1 il ərzində gərgin əməklə hazırlığım boşa getmədi. Nəticədə debüt etdiyim Paralimpiya Oyunlarının qalibi oldum. Ümumilikdə tatamidə olduğum 2 dəqiqə 59 saniyə ərzində Afinada qızıl medal qazandım. 2004-cü il sentyabrın 20-də Yunanıstanda mənim şərəfimə Azərbaycan bayrağı qaldırıldı və himnimiz səsləndirildi. Növbəti hədəflərim qarşıdan gələn 4-cü İslam Həmrəyliyi Oyunlarında ölkəmizi layiqincə təmsil etmək və Tokio-2020-də üçüncü dəfə paralimpiya çempionu olmaqdı. Tələbələrlə görüşdə Bakı-2017 haqda ətraflı məlumat verdik və sualları cavabladıq. Qocalar və kimsəsiz uşaqlar evinə, həmçinin bölgələrə səfərlərimiz nəzərdə tutulub. Hamını bu yarışlarda bizi dəstəkləməyə çağırırıq. Əlimizdən gələni edəcəyik ki, xalqımızı qələbələrlə sevindirək”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar