24 mar 13:10idman, manset

İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı

İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı
Martın 19-da 4-cü İslam Həmrəyliyi Oyunlarının (İHO) biletləri satışa çıxarılıb. Bununla bağlı təşkil olunan tədbirdə videoçarx nümayiş etdirilib, qonaqlara yarışın tarixi, həmçinin Bakı-2017 çərçivəsində təşkil olunacaq oyunlar haqda ətraflı məlumat verilib. İHO-nun ulduz səfirləri Tünzalə Ağayeva və Hacı Nuran, idmançı səfirlər - ikiqat paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev və taekvondoçu Fəridə Əzizova ölkəmizin irimiqyaslı tədbirlərə yüksək səviyyədə evsahibliyi etdiyini diqqətə çatdırıb. Mayın 12-dən 22-dək təşkil olunacaq Oyunlara 55 ölkənin atletlərinin qatılacağı dəqiqləşib. Səfirlər azarkeşləri bilet almağa, idmançılarımıza azarkeşlik etməyə çağırıb. Daha sonra Bakı-2017-nin talismanları – “Cəsur” və “İncə” tədbir iştirakçılarını salamlayıb və onlarla xatirə şəkli çəkdirib.
İHO-nun bilet əməliyyatları şöbəsinin rəhbəri Miryam Boqotay 500 min biletin satışa çıxarıldığını deyib. Diqqətə çatdırıb ki, idman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com saytından və şəhərin müxtəlif yerlərində açılan 12 satış məntəqəsindən əldə edə bilər. Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzləri “Park Bulvar”, “Gənclik” və “28 Mall”dı. Bununla yanaşı, oyunların keçiriləcəyi 16 idman obyektində də satış köşkləri fəaliyyət göstərəcək: “Bütün 190 idman sessiyası üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 manat aralığında dəyişir. 16 yaşadək yeniyetmələr 13 idman arenasında keçiriləcək sessiyalar üçün güzəştli biletlərdən yararlanacaq. 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına Arena, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika stadionuna təyinatlı biletlərin qiyməti 1 manatdı. Başqa idman obyektlərində keçiriləcək yarışlara isə biletlər pulsuz olacaq. Bakı Olimpiya Stadionu dünyanın hər yerindən açılış və bağlanış mərasimlərini izləmək üçün təşrif buyuracaq qonaqları qəbul edəcək. Açılış mərasiminə biletlərin qiyməti 20-200, bağlanış üçün isə 10-100 manat olacaq”.
Bakı-2017-nin bilet satışı üzrə dəstəkçisi “iTicket.az” şirkətidi. Şirkətin baş direktoru Ziya Məmmədov bunları deyib: “Bizim üçün təkcə Bakı-2017-nin rəsmi dəstəkçisi yox, həmçinin bilet sisteminin təminatçısı olmaq böyük şərəfdi. Qarşımıza çoxnövlü idman tədbirinin beynəlxalq standartlara cavab verən bilet sistemini hazırlayıb tətbiq etmək kimi asan olmayan tapşırıq qoyulub. Qürur hissi ilə qeyd edirəm ki, komandamız bu tapşırığı uğurla yerinə yetirdi və bu gün “iTicket.az” Azərbaycanda özünün bu sahədə olan avropalı həmkarlarını əvəz edə bilən yeganə şirkətdi”.
Qeyd edək ki, bu şirkət ötən ildən fəaliyyətə başlayıb. “iTicket.az” həm onlayn, həm də oflayn olaraq konsertlərə, teatrlara, idman və əyləncəli tədbirlərə bilet satışını reallaşdırır. Bakıda 15-ə yaxın satış nöqtəsi “iTicket.az” idarəçiliyi altında fəaliyyət göstərir. Onlayn alınmış biletlər pataxtın istənilən nöqtəsinə 24 saat ərzində çatdırılır.
Sonda onu da nəzərinizə çatdıraq ki, İHO-nun ilk biletləri Novruz şənliyi zamanı prezident İlham Əliyevə və Bakı-2017-nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim olunub.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar