19 mar 14:07idman

“Lokomotiv”in borclarını AVF ödədi

“Lokomotiv”in borclarını AVF ödədi
Elitada klubların sayı artırılacaq
Avropa Voleybol Konfederasiyası (CEV) qadın və kişi klubların yeni reytinq cədvəlini açıqlayıb. Qadın komandalarının avrokubokdakı çıxışına əsasən tərtib olunan siyahıda ölkəmiz 4-cü pillədə qərarlaşıb. Ötənilki reytinqlə müqayisədə 10,67 xal itirən ölkəmizin əmsalı 282,66-ya bərabərdi. 2013/14, 2014/15 və 2015/16 mövsümlərinin nəticələrinə görə tərtib olunan cədvəldə 1 il əvvəlki mövqeyini qoruyan Azərbaycan yalnız Türkiyə (507,67), Rusiya (478,01) və Polşadan (290,99) geri qalır. Bu mövqe avrokuboklarda ən yüksək təmsilçisi sayına malik olmaq imkanı verir. Belə ki, Çempionlar Liqasına iki komandamız birbaşa, bir klubumuz isə “güzəştli kart”la qatıla bilər. Həmçinin CEV kuboku və “Çağırış” kubokunda 1 komanda ilə təmsil olunmaq hüququna sahibik. Artıq “Telekom” və “Azərreyl” elit turnirdə oynamaq hüququnu əldə edib. Çünki sona 1 tur qalmış bu komandaların ilk 2 yeri tutacağı dəqiqləşib. Beləliklə, ardıcıl 3-cü mövsümdə də ÇL-də ölkəmizi “Telekom” və “Azərreyl” təmsil edəcək. “Azəryol” iddialı heyət formalaşdırsa, “güzəştli kart”la elit turnirə qatıla bilər. Əks halda, CEV kubokunda mübarizə aparmaq imkanı əldə edəcək. Belədə “Lokomotiv” üçün “Çağırış” kubokunda mübarizə aparmaq şansı yaranacaq.
Uzun müddətdi avrokuboklara qatılmayan kişi komandalarımızın beynəlxalq arenaya qayıdışı Çempionlar Liqasından gerçəkləşə bilər. Belə ki, əmsalı sıfra bərabər olan ölkəmiz 37-56-cı yerləri bölüşür. Bu isə ÇL-in təsnifat mərhələsində və “Çağırış” kubokunda 1 komanda ilə təmsil olunmağa imkan verir.

“Lokomotiv”in borcları ödənildi
“Lokomotiv” voleybol klubunun borcları tam ödənilib. Klubun sabiq əcnəbi oyunçuları, məşqçiləri və işçilərinə çatacaq məbləğ onların hesabına köçürülüb. Bununla da Avropa Voleybol Konfederasiyasına edilən şikayətlər təmin olunub. Artıq nə klublarımızı, nə də federasiyanı hansısa cəza gözləyir. 800 min avroyadək olan borcu AVF ödəyib. Bu isə klublarımızı transfer qadağasından xilas edib.

Elitaya bölgə klubları gəlir
Gələn il çempionatlarımızda iştirakçıların sayının artacağını xəbər vermişdik. İqtisad Universitetinin UNEC adıyla qadınların çempionatına komanda buraxacağı xeyli öncədən bəlliydi. “Lokomotiv”in heyəti daha da gücləndiriləcək. “Azəryol”un də sponsoru dəyişib. Ancaq böyük ehtimalla, klubun adı dəyişməyəcək. Qadınların yarışında iştirakçıların sayının 6-ya çatdırılması yönündə işlər gedir. Sonuncu iştirakçının bölgə klubu olmaq ehtimalı böyükdü. Namizəd şəhərlər Göygöl, Mingəçevir, Qax və Şəkidi. Federasiya rəhbərliyi bu bölgələrin rəhbər şəxsləriylə danışıqlar aparacaq və klub yaradılması yönündə onları bu işə təşviq edəcək. Avropa çempionatının bir qrupunun oyunlarının Göygöldə keçiriləcəyini nəzərə alsaq, bu şəhərin elitada təmsil olunmaq şansının daha yüksək olduğunu söyləyə bilərik. Gürcüstan isə daha çempionatımıza “yamaq” olmayacaq.
Kişilərin yarışında da artım gözlənilir. AVF-nin 1-ci vitse-prezidenti Faiq Qarayev çempionatlar başa çatdıqdan sonra Sumqayıtın sahibkarlarıyla danışıqlara başlayacaq. “Gənclik şəhəri”ndə klub yaradılması üçün yetərli potensial var. Sadəcə, müəyyən təşkilatların az da olsa, maliyyə ayırması kifayət edir. Birinci dəstənin qalibi olan “Ekspress”in də növbəti mövsümdən elitada qüvvəsini sınayacağı dəqiqləşib. Həmçinin daha bir klubun ölkə çempionatında debüt edəcəyi gözlənilir. Ancaq bu məsələ hələ dəqiqləşməyib.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar