19 mar 14:02idman

Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi

Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi
İranın Abadan şəhərində keçirilən yunan-Roma güləşi üzrə Dünya Kuboku başa çatıb. Dünən səhər saatlarında qruplarda son görüşlər keçirilib. B qrupunda yer alan yığmamız Ukrayna ilə münasibətləri aydınlaşdırıb. Taleh Məmmədov (59 kq) erməni əsilli Jora Abovyana heç bir şans tanımayıb - 9:1. Kamran Məmmədov (66 kq) soydaşımız Pərviz Nəsibovla görüşdən məğlub ayrılıb. Qarşılaşma 2:2 hesabıyla başa çatsa da, son xalı qazanan Nəsibov qalib elan olunub. Dünya çempionu Rəsul Çunayev (71 kq) Ruslan İsrafilova aman verməyib - 7:0. Elvin Mürsəliyev (75 kq) Artyom Matyaşı darmadağın edib - 11:1. Rafiq Hüseynov (80 kq) Dmitri Pışkova uduzub - 1:3. İslam Abbasov (85 kq) Yuri Şkryubaya qalib gəlib - 3:1. Orxan Nuriyevin (98 kq) Vladimir Vasilyevlə dueli gərgin mübarizə şəraitində keçib. Tərəflər hərəyə 1 xal qazanıb. Sonuncu xalı əldə edən Nuriyev qələbəyə sevinib. Son qarşılaşmada Oyan Nəzərianinin (130 kq) Nikolay Kuçmiyə məğlub olması (1:2) yekun nəticəyə təsir göstəməyib. Beləliklə, millimiz Ukraynaya 5:3 hesabıyla qalib gəlib. Maraqlıdı ki, komandamız bir gün əvvəl Türkiyə və Belarusu da eyni hesabla üstələmişdi. Nəticədə Akif Əliyevin yetirmələri finala yüksəlib. Finaldakı rəqib A qrupunda bütün rəqiblərini məyus edən Rusiya olub. Bakı vaxtı ilə 18.30-da başlayan həlledici mübarizə şimal qonşularımızın üstünlüyü şəraitində keçib. Ancaq bunda hakimlərin də rolu az olmayıb. Startda Taleh Məmmədov (59 kq) Avropa çempionu, dünya ikincisi Mingiyan Semyonova müqavimət göstərə bilməyib – 2:9. Daha sonra Nofəl Babayev (66 kq) Artyom Surkov qarşısında aciz qalıb. Rusiyalı pəhləvan 1 dəqiqə 35 saniyəyə görüşü qələbəylə başa vurub – 8:0. Əvəzində Rəsul Çunayev (71 kq) Abuyazid Mantsiqovdan güclü olub – 2:1. Daha sonra Elvin Mürsəliyev (75 kq) 2 qat dünya və 2 qat olimpiya çempionu Roman Vlasovla görüşdən məğlub ayrılıb – 0:2. Rafiq Hüseynovun (80 kq) Adlan Akiyevlə dueli də gərgin məcrada keçib. Tərəflər hərəyə 1 cərimə xalı alıb. Son xal Rafiqdən gəldiyindən yığmamız ümumi hesabda fərqi minimuma endirib – 2:3. Bundan sonrakı 2 görüşdə hakimin “əməyi” işə düşüb. İslam Abbasovun (85 kq) son olimpiya çempionu Davit Çakvetadzeylə qarşılaşmasının son dəqiqəsinədək hesab 1:1 olub. Bu hesab Abbasovun lehinə olub. İslam qeyri-fəal güləşməsə də, son yarım dəqiqədə hakimlər rəqibin hesabına cərimə xalı yazıb. Maraqlıdı ki, yığmamızın məşqçiləri etiraz üçün müraciət etsələr də, buna baxılmayıb. Belədə Rio-2016-nın qalibi 2:1 hesablı qələbəylə ümumi hesabı 4:2 edib. Gənc Orxan Nuriyev (98 kq) erməni əsilli Maksim Safaryanı yenib – 3:0. Son görüşdə Sabah Şəriəti (130 kq) Sergey Semyonovla üz-üzə gəlib. Hesab 1:1 olarkən Şəriətinin fəndi xalla dəyərləndirilməyib. Bu azmış kimi, rəqib ikinci hissədə yalnız müdafiə olunmaqla vaxt keçirsə də, Sabahın hesabına xal yazılmayıb. Nəticədə Rusiya finalda 5:3 hesabıyla qalib gələrək Dünya Kubokunu qazanıb. Beləliklə, şimal qonşularımız 7-ci dəfə titulu əldə edib. Yığmamız isə tarixində ilk dəfə analoji yarışın gümüş medalını qazanıb. Xatırladaq ki, 2 il əvvəl Tehranda millimiz məhz rusları məğlub edərək ilk dəfə Dünya Kubokuna sahib olmuşdu. Abadanda İran 3-cü, Türkiyə 4-cü, Almaniya 5-ci, Ukrayna 6-cı, Qazaxıstan 7-ci, Belarus isə 8-ci olub.
Qeyd edək ki, komandamız bu gün vətənə qayıdacaq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb Dünən, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi Dünən, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi Dünən, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı Dünən, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? Dünən, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü Dünən, 13:21 “Qarabağ” Avstriyada çempion oldu Dünən, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı Dünən, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu 19-05-2017, 19:42 Rəşad Sadıqov məşqlərdən kənarda qalıb 19-05-2017, 19:41 U-23-ü AFFA da mükafatlandıracaq 19-05-2017, 19:39 “Oynamaq istədiyimiz komandalar Avstriyada olmayacaq” 19-05-2017, 19:37 U-19 qazaxları yendi 19-05-2017, 19:35 İslamiadada mübarizə qızışdı 19-05-2017, 19:32 2016/17 mövsümündən seçmələr 19-05-2017, 19:31 Rəhbərlik “Neftçi”ni mükafatlandıracaq 19-05-2017, 19:28 Qurbanov gəldi, Şemonayev qaldı 19-05-2017, 19:26 AFFA ölkə futbolunu inhisara alıb? 19-05-2017, 19:25 “Qəbələ” təlim-məşq toplanışını Avstriyada keçəcək 19-05-2017, 19:23 PFL “Qaradağ Lökbatan”ın futbolçusunu mükafatlandırdı 18-05-2017, 18:52 İslamiadada qazanılan medallar adamlarda ikrah hissi doğurur 18-05-2017, 18:50 Batumidən iki medalla 18-05-2017, 18:48 İstirahətə “sülh”lə çıxdılar 18-05-2017, 18:46 “Qəbələ”, “Neftçi” və Qarabağ” 18-05-2017, 18:44 Samir Əliyev getdi, aləm bir-birinə dəydi 18-05-2017, 18:43 Mübariz Mənsimov Bursada dava-dalaş saldı Bütün xəbərlər
Ən çox oxunanlar