19 mar 13:55idman

Sumqayıtda voleybol klubu yaradıla bilər

Sumqayıtda voleybol klubu yaradıla bilər
“Dözdük-dözdük, gördük ki, alınmır...”

Sumqayıt idman şəhəri sayılır. Bu şəhər həm fərdi, həm də komanda idman növlərində fərqlənməyi bacarıb. Müstəqillik qazandıqdan sonra komanda növlərində geriləmə baş verib ki, bu da maliyyə problemiylə bağlıdı. Voleybolda da Sumqayıtın böyük ənənələri olub. Ən azı ölkə çapında. Hətta bu mövsüm bu şəhərin eyniadlı komandası kişilərin çempionatında da bir müddət mübarizə apardı. Ancaq yenə maliyyə problemi ortaya çıxdı və komanda birincilikdən çəkilmək məcburiyyətində qaldı. Dünən bu və başqa məsələlərlə bağlı komandanın baş məşqçisi Dilqəm Qəhrəmanovla danışdıq.

- Mövsümə başlayanda komandaya maliyyə kim və hansı qurum tərəfindən ayrılırdı?
- Komanda çempionatdan əvvəl də var idi, indi də mövcuddu. Ordan-burdan pul tapıb, çempionatda oynayırdıq. Klub kimi formalaşmadığımızdan çıxışımızı sona kimi davam etdirə bilmədik. Dözdük-dözdük, gördük ki, alınmır, çempionatı yarıda qoymaq məcburiyyətində qaldıq.
- Voleybolçularınız həvəskar oyunçulardı? Yəni hər birinin əlavə iş yeri var?
- Həvəskar demək də olar, deməmək də. Əslində peşəkar oyunçulardı. Sadəcə, maddi ehtiyac üzündən hansısa fabrikdə, zavodda, özəl müəssisələrdə işləməyə məcbur idilər. Voleyboldan pul almırdılar. Sadəcə, mənim xətrimə çıxıb oynayırdılar.
- Bakıya avtobus tutub gəlirdiz. Bəs bunun xərcini kim çəkirdi?
- Öz hesabımıza qarşılayırdıq.
- Bəs beləcə çempionatı sona kimi başa vurmaq olmazdı?
- Onları birtəhər yola gətirib, çempionatda oynayırdıq. Ancaq hər dəfə işlərindən icazə almaq məcburiyyətində qalırdılar. Belədə az maaş alırdılar. Çünki əmək gününə görə müəyyən qədər pul itirirdilər. Gördüm ki, belə alınmayacaq. Uşaqlarla söhbət etdik və qərara aldıq ki, çempionatdan çəkilək.
- Məndə olan məlumata görə, sizi son vaxtlar Sumqayıt Olimpiya Kompleksində məşq etməyə də qoymurdular?
- Daha öncə məşq etməyimizdə problem yox idi. Əjdər Abbasov kompleksə rəhbər təyin olunandan sonra bizi arenadan çıxardılar. Əslində bizdən heç pul istəyən də olmadı. Sadəcə, bizi uzaqlaşdırdı. Ondan sonra məktəblərin birində məşq edirdik.
- Növbəti mövsüm üçün komandanın yenidən çempionata qatılmaq ehtimalı var. Bunun üçün AVF rəhbərliyinin sumqayıtlı iş adamlarıyla görüşü nəzərdə tutulub. Bu haqda sizdə əlavə informasiya var?
- Çempionatın yekununu gözləyirik. Yarış başa çatandan sonra Faiq müəllimlə (AVF-nin 1-ci vitse-prezidenti Faiq Qarayevi nəzərdə tutur – S.) birgə Sumqayıtın icra başçısı Zakir Fərəcovla görüşümüz nəzərdə tutulub. Naxçıvanda olduğu kimi, Sumqayıtda da peşəkar voleybol klubu yaratmaq istəyirik.
- Oyunçu potensialınız necədi?
- Voleybolçularımızın əksəriyyəti gənclərdən ibarət yığmamızın üzvü olub. SSRİ vaxtından Sumqayıtda voleybol ənənəsi olub.
- Siz həm də şəhərin qızlardan ibarət komandasının baş məşqçisisiz. Bu komanda hazırda fəaliyyətini davam etdirir?
- Qızlarımız yeniyetmələr və gənclərdən ibarətdi. Birinci divizionda komandamız çıxış edirdi. Nəticə göstərməyə potensialımız vardı. Maddi problemlərə görə bu yarışdan da imtina etdik.
- Hansı voleybolçuların potensialı daha qabarıq büruzə verir?
- Oğlanlardan Cavid Əzimov, İlkin Əliyev, Vüqar Həsənovun adını çəkə bilərəm. Vüsal Rüstəmov isə hazırda MOİK-də çıxış edir. O, həm də qızlardan ibarət “Lokomotiv” komandasının köməkçi-məşqçisidi. Qızlardan Gülnarə Hacıyeva, Nigar Abbasova, yaşı az olsa da, uca boyu ilə seçilən Fidan Qasımzadəni (qəzetimizin əməkdaşı Rəşadın qızı) fərqləndirə bilərəm.
- Normal bir klubu saxlamaq üçün sizə aylıq nə qədər vəsait lazımdı?
- Aylıq 8-10 min dollara normal klub saxlamaq olar. Oyunçular vaxtında maaş alsa, zal problemini yoluna qoymaq problem olmaz.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar