17 yan 22:25idman

“Qiyamçılar” mətbuat konfransı keçirib Fərid Mansurovla görüşdülər

“Qiyamçılar” mətbuat konfransı keçirib Fərid Mansurovla görüşdülər
Bəhram Abdinov: “Öz pulumu xərcləmək üçün federasiya prezidentindən icazə almalıyam?”
Srağagün “Landmark” otelində basketbol üzrə ölkə çempionatını boykot edən klubların nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirildi. Tədbirdə klub rəhbərləri ilə yanaşı, yığma üzvləri, veteran basketbolçular da iştirak edirdilər.
Mətbuat konfransında çıxış üçün ilk söz NTD-nin prezidenti Bəhram Abdinova verildi. Bəhram bəy ölkə çempionatında iştirak edən bütün klubların Azərbaycan Basketbol Federasiyasının (ABF) fəaliyyətindən narazı olduğunu vurğulayıb, qurumun prezidenti Nadir Nəsibovu tənqid etdi: "Nəsibov uzun müddətdi federasiyaya başçılıq edir. Lakin təəssüf ki, neçə ildi ancaq geri gedirik. Əsas milli 7 ildi yarışlarda iştirak etmir. Gənclər komandası cəmi 8 dəfə beynəlxalq turnirə yollanıb ki, bunlardan da ikisininin pulunu NTD ödəyib. Ötən il, ümumiyyətlə, heç bir yaş qrupu üzrə milli beynəlxalq yarışa qatılmayıb. Azərbaycanda basketbola yatırım etmək, bu idman növümün inkişafı üçün pul xərcləmək istəyən yetərincə iş adamları var. Amma Nadir Nəsibova görə bundan imtina edirlər. Çempionat oyunları boş tribunalar önündə keçir. Olan sponsorlar gedib, yenilər gəlmir. Son hədd bütün xırda məsələləri klubların etməsi oldu. Adi kağız belə yoxdu, biz alırıq. Nəsibov sonuncu dəfə ölkə çempionatının oyununda 2005-ci ildə - 14 il öncə olub. Federasiya rəhbərliyində yer alanların basketbolla heç bir əlaqəsi yoxdu. Bütün işləri görürük, hətta qarşılaşmalardan öncə zalı özümüz yumalı oluruq. Qitəmiqyaslı turnirlərə yollananda yığmaya sponsorluq etmək istəyən şirkətlərin loqolarını idmançıların geyim dəstində göstərmək istəyirik. Ancaq buna da imkan verilmir. Federasiyada çalışanlar buna görə pul tələb edirlər. Özləri pul xərcləmir, pul xərcləyəndən də reklam üçün pul istəyirlər ki, bu da absurddu. Mən gənclər yığmasının Avropa çempionatına səfərini maliyyələşdirmək istədim. Federasiyadan dedilər ki, bunun üçün Nadir bəyin adına ərizə yazıb icazə istəməliyəm. Ondan xahiş etməliyəm ki, icazə verin, yığmanı maliyyələşdirim. Harda belə şey görünüb? Öz pulumu xərcləmək üçün federasiya prezidentindən icazə almalıyam? Ən əsası odu ki, reklam üçün tələb olunan pullar şəxsi ciblərə gedir. Ümid edirəm ki, federasiya prezidentinin bunlardan xəbəri yoxdu. Varsa da, bu çox böyük biabırçılıqdı. İdmançıları öz gücümüzə yetişdirib, xarici çempionatlara göndəririk. Son günlər mətbuatda barəmdə heç də düz olmayan xəbərlər yayılır. Guya mən ABF-nin prezidenti olmaq istəyirəm və boykot qərarının da arxasında bu durur. Bu iddiaların heç biri həqiqəti əks etdirmir. Qətiyyən belə deyil. Federasiya rəhbərliyi boykot qərarını dövlətə qarşı təxribat, inqilab kimi qələmə verib, siyasi don geydirməyə çalışır. Bununla da əsl həqiqəti gizlətməyə çalışırlar. Nəsibov başqa yerlərdə deyir, yorulmuşam, getmək istəyirəm. Getsin də! Biz basketbol ailəsiyik. Tələblərimizin arxasında sona qədər dayanacağıq. Artıq “səbr edin, hər şey yaxşı olacaq” kimi yalançı vədlərdən bezmişik. Gənclər və İdman Nazirliyində ağıllı adamlar oturub. Sabah orda görüşümüz olacaq. Onların düzgün qərar qəbul edəcəyinə inanırıq. Dəyişiklik olmasa, çempionatda iştirak etməyəcəyik. Bu, qəti mövqeyimizdi. Nadir müəllim çox hörmətli, imkanlı adamdı. Amma imkanı özü üçündü. Federasiyada basketbol topunu həndbol topundan ayıra bilməyən adamlar oturub. Basketbol bizim üçün bir hobbidi. Burda qazanc yoxdu, özümüz xərcləyirik. Biz federasiyaya müraciət edirik ki, imkan verin, yığmaya sponsorluq edək. Ona da şərait yaratmırlar. Çox gülünc durumdu”.
"Alov" klubunun rəhbəri Nicat Mirzəyev ABF-nin ölkə çempionatının təşkili üçün lazımı şərait yaratmadığını vurğuladı: “Sponsora ağız açırsan, deyirlər ki, Azərbaycanda basketbol var? 3x3 basketbolu 2020-də Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında olacaq. Biz bu yola çıxanda 3x3 basketbol yığmamız reytinqdə 128-ci pillədə idi. İki ilə 39-cu yerə yüksəldik. Artıq görəndə ki, federasiya bizimlə maraqlanmır, işdən soyudum. Hazırda yenidən geriləmişik və 69-cu pillədəyik. Halbuki “20-liy”ə düşüb Olimpiadaya yollana bilərdik. Türkmənistan kimi ölkə irəli gedir və Tokioda olmağa real namizədlərdən biridi. Biz isə olana da sahib çıxa bilmirik. Çıxış yolu federasiya rəhbərliyinin dəyişməsidi. Özümüz yığışıb ölkə çempionatı keçirsək, bundan yaxşı olar. Top yox, səbətlər cırıq... Yarışı federasiya təşkil etməlidi, amma onların işini biz görürük. "Çox sağ ol" da deyən yoxdu. 2018-ci idə öz hesabımıza Gürcüstana getdik. Batumidə həvəskarlar arasında 30 komanda arasında 4-ci yeri tutduq. Kutaisidə 2-ci, Rustavidə 5-ci olduq. Amma nə faydası?"
Yığmanın sabiq üzvü Fuad Niftəliyev də narazılığını bildirdi: "2012-ci ildə Avropa çempionatının biraddımlığındaydıq. Bakıda yalnız Almaniyaya məğlub olduq. Amma dəstək olmadı. Artıq 6-7 ildi Azərbaycanda klassik basketbol yoxdu. Ancaq 3x3-dən yapışıblar. Harda görünüb ki, əsas komanda olmadan gəncləri yetişdirmək olar? Amma indi gənclər də beynəlxalq yarışlara qatılmırlar. Mənim üçün əsas problem odu ki, milli yoxdu. İndi də böyük həvəslə yığmanın şərəfini qoruyaram. Mənim kimi nə qədər bu istəkdə olan basketbolçular var. Təəssüf ki, yığma yoxdu. Getdikcə batırıq. Yaxşı ki, iki ildi Təhsil Nazirliyi uşaqlar arasında liqalar təşkil edir. Həmin yarışlarda xeyli uşaq çıxış edir. Heç kim deməsin ki, ölkədə basketbola maraq yoxdu. Belə fikirləşənlər heç olmasa, bir dəfə Təhsil Nazirliyinin keçirdiyi birinciliyi izləsin və sonra fikrini bildirsin. Bir neçə il əvvəl federasiya bu çempionatları keçirirdi. Onda da hər uşaqdan 2 manatdan pul yığılırdı. Belə şey görməmişik".
Yığmanın digər sabiq üzvü Anar Hacıyev də Niftəliyevin söylədiklərinə dəstək verdi: "2012-ci ildən heç nə yoxdu. İndiki federasiya rəhbərliyi bizə heç bir dəstək vermir, bu idman növünün inkişafında maraqlı deyillər. Ona görə də klubların boykot ideyasını dəstəkləyirəm".
ADNSU-nun baş məşqçisi Əli Məmmədov də oxşar fikirlər səsləndirdi: "Basketbolumuz bundan pis vəziyyətdə ola bilməz. Hər nəsildən olan perspektivli basketbolçuların hərəsi bir yerdə işləyir. Çünki ailələrini dolandırmalıdılar. Nəyə görə sevdikləri işlə məşğul olmamalıdılar? Xahişimiz odu ki, Gənclər və İdman Nazirliyi, cənab prezidentimiz bizə dəstək olsun. Çünki bu idman növünün ölkədə gələcəyi var".
"80”-lər klubunun nümayəndəsi Konstantin Volkov ABF-nin bazara çevrildiyini zala toplaşanların diqqətinə çatdırdı: "Sponsorlara müraciət edəndə, oyunçu sifariş edəndə pul istəyirlər. Amma əvəzində heç nə vermirlər. Biz sanki 2-ci Dünya Müharibəsindən sonra bərbad günə qalmış arenalarda məşq edib, oynayırıq. Betonda yarış keçirirlər. Deyirlər ki, xoşunuza gəlmir, iştirak etməyin. Ölkə çempionatının təşkil olunduğu zal Azərbaycan Texniki Universitetinə məxsusdu. Orda da bir həftə badminton, bir həftə gözəllik yarışması təşkil olunur ki, belədə turlar təxirə salınır. Parketə çıxmaya-çıxmaya federasiya zalın icarə pulunu da bizdən istəyir. Amma bildiyim qədər yarışların təşkili üçün nazirlik pul ayırır. Uzun müddətdi bu idman növündəyəm. Atam və anam Azərbaycan yığmasının kapitanı olublar. ABF rəhbərliyi basketbolu dəfn edib və ancaq öz ciblərini güdürlər. Ən acınacaqlısı odu ki, bizim komanda ölkə çempionatının başlayacağını federasiyadan yox, təsadüfən bilib. Ordan-burdan xəbər tutduq ki, çempionat start götürür. Halbuki bizə əvvəlcədən çempionatın fevralda başlayacağı deyilmişdi”.
Uzun illər yığmanın kapitanı olmuş, hazırda NTD-nin baş məşqçisi kimi çalışan, mətbuat konfransından bir gün öncə federasiya rəhbərliyi ilə görüşərək U-20-nin baş məşqçisi postundan istefa verdiyini bildirən Tahir Baxşıyev daha sərt fikirlər səsləndirdi: “Yarışa getmirsənsə, U-20 adlı milli yoxdusa, onun baş məşqçisi olmaq nə dərəcədə düzdü? Olmayan komandanın baş məşqçisi postunu tutmaq özü belə utandırıcıdı. Öz hesabımıza U-16 ilə yarışa getmək istədik, ona da imkan vermədilər. Bu, boykot yox, ürək ağrısıdı. Bizdə zal yoxdusa, idmançı necə yetişə bilər? Qabağa gedən basketbolçular klubların hesabına olub. Deyirsiz, maddi problemləriniz var. Bəs niyə kömək etmək istəyənlərə qarşı çıxırsız? Biz kiməsə qarşı getmirik. İstəyimiz ölkədə basketbolun olmasıdı. Etirazımız bunadı. 11 dəfə oyunçu, 5 dəfə məşqçi kimi ölkə çempionu olmuşam. Nə olsun?! Bizə dəstək, şərait lazımdı. Çox şey istəmirik. İdman Nazirliyi yığmalara, Təhsil Nazirilyi yarışlara dəstək olur. Bir çoxu Təhsil Nazirliyinin idman məktəblərində işləyir. Biz bu gün özümüz yox, ölkədə basketbolun gələcəyi üçün danışırıq. Yığmada çalışarkən maaşımdan da imtina etmişdim. Federasiya rəhbərliyinə bildirmişdim ki, mənə veriləcək əməkhaqqını yığın və yığmanın qitəmiqyaslı turnirə yollanmasına xərcləyin. Çempionatla bağlı adi statistika aparılmır. Nə mən, nə də başqa milli üzvləri bu günə kimi bilmirlər ki, yığmada və ya ölkə çempionatında nə qədər oyun keçirmişik. Şəxsən mənə dəfələrlə basketbola sərmayə qoymaq üçün müraciət edənlər olub. Ancaq indiki federasiya rəhbərliyi nə özü iş görür, nə də basketbola pul xərcləmək istəyənlərə imkan yaradır. Yığma səviyyəsində ölkə xaricinə səfər xərclərini də Gənclər və İdman Nazirliyi ilə yanaşı, NTD klubunun rəhbərliyi qarşılayıb. Federasiya normal daxili çempionat təşkil etmək iqtidarında deyil”.
Yuxarıda qeyd etdiyimiz kimi, dünən “qiyamçılar”ın nümayəndələri Gənclər və İdman Nazirliyinə dəvət olunublar. Görüşdə nələrin yaşandığını, nazirliyin klubların tələbinə nə cavab verdiyini bilmək üçün NTD-nin prezidenti Bəhram Abdinovla əlaqə saxladıq. Bəhram bəy hələ heç bir yeniliyin olmadığını vurğuladı: “Bizi nazirliyin idman şöbəsinin rəhbəri Fərid Mansurov qəbul etdi. Ona da federasiyada yaşananlar barədə ətraflı məlumat verdik. Mən belə hiss etdim ki, Gənclər və İdman Nazirliyinin federasiyada başverənlərlə bağlı geniş məlumatı olmayıb. Müəyyən müzakirələrdən sonra qərara alındı ki, şənbə günü daha bir görüş keçirilsin. Bu dəfə bizimlə ABF-nin vitse-preizdenti Həsənağa Rzayev görüşəcək. Həmin görüş də nazirlikdə baş tutacaq. Yəqin ki, ondan sonra bütün suallara aydınlıq gələcək. Ancaq Fərid bəyə bildirdik ki, klublar qərarında qətidi. Nadir Nəsibov istefa verməyincə, çempionat boykot olunacaq”.
Yaşananlarla bağlı Həsənağa Rzayev ARB telekanalına açıqlama verib: “Klublar boykota əl atmamış federasiyaya müraciət edə bilərdilər. Müraciətlərinə cavab verilməsəydi, onda üz tutardılar Gənclər və İdman Nazirliyinə. Basketbol olmipiya idman növü olduğundan Milli Olimpiya Komitəsinə da müraciət etmək olardı. Ancaq klublar bunu etmədən birbaşa boykot variantını seçiblər ki, indiki halda mən bunu qara piar və ya təxribat sayıram”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar