14 mar 13:32idman

Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu

Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu
Rüfət İsmayılov hamını şoka saldı

Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatdı. Şənbə günü qadınlar 63 və 70 kq-da, kişilər 73 və 81 kq-da mübarizə apardı. 63 kq-da Xanım Hüseynova komanda yoldaşı Nuriyyə Axundovanı məğlub etdikdən sonra yarımfinalda britaniyalı Elis Şlezinqerə boyun əydi. Nərgiz Hacıyeva startda türk Büşra Katipoğluyla, Gülsədəf Kərimova isə sloveniyalı Andreya Leskiylə bacarmadı. Axundova təsəlliverici görüşdə Katipoğluna, Hacıyeva Kərimovaya yenildi. Gülsədəflə Xanımın “bürünc” savaşından isə ikinci qalib ayrıldı. 70 kq-da Aidə Baxışova Aysel İmamverdiyevanı üstələdikdən sonra kolumbiyalı Yuri Alveara, Nərgiz İbrahimova venesuelalı Elvismar Rodrigesə, Validə Mirzəzadə xorvat Barbara Maticə müqavimət göstərə bilmədi. Təsəlliverici görüşlərə gəlincə, Baxışovanın yolunu qazax Zara Bektaşqızı kəsdisə, İbrahimovanı üstələyən Mirzəzadə bosniyalı Aleksandra Samarciç tərəfindən mübarizədən kənarlaşdırıldı. Əsas ümidlər 73 kq-a idi. Axı bu çəkidə yığmamızın iki güclü cüdoçusu tatamiyə çıxırdı. Startda gürcü Omari Nazaşvilini devirən Rüstəm Orucov 1/4 finalda yapon Riki Nakaya tərəfindən durduruldu. Ruhdan düşməyən Rio-2016-nın gümüş medalçısı ukraynalı Dmitri Kanivets və gürcü Laşa Şavdatuaşvilini sıradan çıxararaq “bürünc”ü boynundan asdı. Elvin Mustafayev debütdə Kanivetslə bacarmadı. Özbək Hikmətullah Turayevi yenən Hidayət Heydərov Şavdatuaşviliyə, qazax Yeldos Jumakanovla braziliyalı Aleks Pombo Silvaya qalib gələn Telman Vəliyev isə monqolustanlı Odbayar Qanbaatara uduzdu. Həmyerlilərimizin təsəlliverici görüşündə duelindən Heydərov qalib ayrıldı. Ancaq Hidayət “bürünc” uğrunda mübarizədə macar Mikloş Unqvari qarşısında aciz qaldı. 81 kq-da Rüfət İsmayılov hamını təəccübləndirməyi bacardı. Həmyerlimiz özbək Sünnətulla Əzimov, moldovalı Dorin Qotonoaqa, bolqar İvaylo İvanov, yapon Kenya Kohara və iranlı Səid Mollayiyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Tural Hüseynov monqolustanlı Uuqanbaatar Otqonbaatara, Afiq Səfərli Mollayiyə, Vüqar Bayramov isə gürcü Georgi Papinaşviliyə boyun əydi.
Dünən qadınlar 78 və +78 kq-da, kişilər 90,100 və +100 kq-da çıxış etdi. 78 kq-da ilk mərhələdə azarkeşlər iki Azərbaycan – Braziliya dueli izlədi. Mehriban Həsənzadə Samanta Suaresə məğlub olsa da, Günel Həsənli Melina Skarduanı üstələdi. Ancaq Həsənli 1/4 finalda holland Qusye Steenhuisə, təsəlliverici görüşdə isə qazax Albina Amangəldiyevaya yenildi. Sonuncu təmsilçimiz Şəms Hacıyeva (+78 kq) braziliyalı Kamila Yamakava qarşısında duruş gətirmədi. 90 kq-da Aslan Mirzəyev debütdə qazax İslam Bozbayev tərəfindən mübarizədən kənarlaşdırıldı. Məhəmməd Muradlı iranlı Vahid Nuri, gürcü Uşanqi Marqianini, Abdulhaqq Rəsullu eston Matias Kuşiki, Tural Safquliyev isə braziliyalı Bruno Mendonka və ukraynalı Quecau Nabalini üstələyərək yarımfinala adladı. Məhəmməd Abdulhaqqdan güclü oldusa, Safquliyev Bozbayevə uduzdu. Finalda Mehdiyev də İslamla bacarmayaraq “gümüş”lə kifayətləndi. 3-cü yer uğrunda görüşlərdə Rəsullu Nabaliyə, Safquliyev Marqianiyə məğlub oldu. 100 kq-da Elmar Qasımov israilli Peter Paltçik, Elxan Məmmədov eston Qriqori Minaşkinə qalib gələrək yarımfinala yüksəldi. Yığma üzvlərinin duelindən Rio-2016-nın gümüş medalçısı qalib ayrıldı. Ancaq Qasımov finalda holland Mişel Korrelə yenilərək 2-ci yeri tutdu. Sənan Əhmədov debütdə macar Mikloş Kiryeniksə boyun əydi. Zelim Kotsoyev qazax Aybek Serikbayevi yendikdən sonra Korrellə bacarmadı. Təsəlliverici görüşdə belçikalı Toma Nikoforovu məyus edən Kotsoyev Məmmədovun öhdəsindən gələ bilmədi. Belədə Elxan ölkəmizə növbəti “bürünc”ü qazandırdı. Nəhayət, +100 kq-da Uşanqi Kokauri Kənan Abdullaxanlı və monqolustanlı Duurenbayar Ulziibayara qalib gəlsə də, yarımfinalda gürcü Quram Tuşişvili tərəfindən durduruldu. Kokauri ana vətəninin daha bir nümayəndəsi Onise Buqadzeylə bacarmayaraq fəxri kürsüdən kənarda qaldı. Ayxan Cəfərov ilk mərhələdə Tuşişviliyə, İsa Hüseynov isə ukraynalı Stanislav Bondarenkoya uduzdu.
Beləliklə, evdəki yarışa 50 idmançıyla qatılan millimiz 1 “qızıl”, 2 “gümüş”, 4 “bürünc”lə komanda hesabında 2-ci yeri tutdu. Hollandiya (3-1-0) zirvədə qərarlaşdısa, ilk “3-lüy”ü Yaponiya (1-2-2) qapadı. Turnirə qatılan 31 ölkədən 25-nin medal qazandığını da nəzərinizə çatdıraq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar