14 mar 13:09idman, manset

AVF reqlamenti niyə dəyişib?

AVF reqlamenti niyə dəyişib?
Oqtay Musayev: “Beynəlxalq qaydalara əsaslanmaq qərarına gəldik”

Ötən sayımızda Voleybol Federasiyasının reqlamenti dəyişdiyini xəbər vermişdik. Söhbət qalibin xala yox, qələbə sayına əsasən müəyyənləşməsindən gedir. Halbuki daha öncə turnir cədvəlində sıralamanın xala əsasən qurulacağı deyilirdi. İki gün əvvələdək sıralama bu qaydada gedirdi. Ancaq “Telekom” – “Azərreyl” oyunu ərəfəsində öyrəndik ki, qurum Beynəlxalq Voleybol Federasiyasının (FİVB) son illər tətbiq etdiyi qaydalara əsaslanmağı lazım bilib. Bir sözlə, “Telekom” axır ki arzusuna çatdı. Bu klub uzun müddət idi ki, federasiyanı beynəlxalq qaydalara əsaslanmalı olduğunu iddia edirdi. Həm də reqlamentin hələ də onlara təqdim olunmadığını bildirirdi. Əvvəlcə onu qeyd edək ki, cari “voleybol ili” son illərin ən qeyri-adi mövsümlərindən biri oldu. Çempionatın startına az qalmış federasiya rəhbərliyində dəyişiklik baş verdi. AVF-nin prezidenti postunda Ziya Məmmədovu Cavid Qurbanov əvəzlədi. Onun gəlişindən sonra “Lokomotiv”in voleybolçulara görə ödəməli olduğu 1 milyon dollara yaxın borcu AVF tərəfindən hissə-hissə ödənildi. Bunun nəticəsində klublarımız transfer qadağasından qurtuldu. Qurbanov eyni zamanda “Lokomotiv”i yenidən həyata qaytardı. Əslində ötən mövsüm çempionatda debüt edən “Gənclik” cari “voleybol ili”ndə “Lokomotiv”ə çevrildi. Başqa sözlə, daha bir klubumuz ixtisara düşdü. Belədə 4 komanda qaldı. Bu il keçiriləcək Avropa çempionatı ərəfəsində təcrübə qazanmaq istəyən Gürcüstan yığması da çempionatımıza qoşuldu. Beləliklə, cəmi 5 iştirakçıyla birinciliyə start verildi. AVF iştirakçıların sayının azlığını nəzərə alıb, pley-off sisteminin tətbiq olunmayacağını açıqladı. Bundan sonra qərara alındı ki, medalçılar yekunda toplanan xallara əsasən müəyyənləşsin. Hər halda, ictimaiyyətə belə məlumat ötürülmüşdü. AVF-nin ən böyük səhvi o oldu ki, həmin reqlament yazılı surətdə klublara göndərilmədi. Belə yerdə “Telekom”un gileylənməyə haqqı çatırdı. Onsuz da uzun illər federasiya “Azərreyl”in dəstəkçisi kimi tanınıb. Ancaq bu dəfə AVF bu düşüncələri alt-üst etmək qərarına gəldi və qəfil reqlamenti dəyişərək qələbə sayını əsas götürdü. Bu isə o deməkdi ki, “Telekom” qarşıdakı 2 oyunun birində qalib gəlməklə ilk dəfə ölkə çempionu ola bilər. Buna isə şübhə yoxdu. Axı rəqiblər gürcülər və “Lokomotiv” olacaq. Zoran Qayiç hətta 2-ci heyətlə belə bu komandalara qalib gələr. Başqa sözlə, “Telekom” praktiki olaraq ölkə çempionudu.
Dünən AVF-nin qərar dəyişikliyinin səbəbini öyrənmək üçün federasiyanın çempionatların təşkili üzrə əlaqələndiricisi Oqtay Musayevlə danışdıq: “Bildiyiniz kimi, iki-üç ildi FİVB yeni qaydalar tətbiq edib. Hazırki qaydalara görə, 3:0 və 3:1 hesablı qələbələrə 3, 3:2 hesablı zəfərlərə isə 2 xal verilir. Tay-brekdə uduzan komandanın hesabına 1 xal yazılır. Ancaq bu halda qələbə sayı turnir cədvəlində əsas götürülür. Biz də beynəlxalq qaydalara əsaslanmaq qərarına gəldik. Kişilərin çempionatında da bu prinsipə əsaslandıq. Bu üzdən “Lokomotiv” təsnifat mərhələsində bir xal geri qaldığı “Neftçi”dən öndə oldu. Çünki qələbə sayı daha çox idi. Ancaq ikinci mərhələni pley-off yox, dairəvi system üzrə keçirmək qərarına gəldik. İlk dövrənin oyunları martın 15-17-si aralığında Bakıda, ikinci dövrənin görüşləri isə ayın 27-29-da Naxçıvanda keçiriləcək. Yekunda qələbə sayına əsasən medalçılar müəyyənləşəcək”.
Yeri gəlmişkən, kişilərin yarışında final mərhələsinin ilk dövrəsinin təqvimi açıqlanıb. Oyunlar Dərnəgül Voleybol Mərkəzində keçiriləcək:
15 mart
15.00 Neftçi – MOİK, 17.30 Lokomotiv – Naxçıvan
16 mart
15.00 Naxçıvan – MOİK, 17.30 Lokomotiv – Neftçi
17 mart
15.00 MOİK – Lokomotiv, 17.30 Neftçi – Naxçıvan
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar