13 mar 11:28idman, manset

Rafael Ağayev uğurunun sirrini açıqladı

Rafael Ağayev uğurunun sirrini açıqladı
“Valideynim nişan üzüyünü və qır-qızılını satıb məni yola saldı”

4-cü İslam Həmrəyliyi Oyunlarının idmançı səfirlərindən biri Rafael Ağayevdi. 5 dəfə dünya çempionu olmaqla karatedə rekorda imza atan idmançı Bakı-2017-nin rəsmi saytına maraqlı video-müsahibə verib. Karatenin “brilyantı” sayılan Ağayevin fikirlərini qısa ixtisarla diqqətinizə çatdırırıq: “7 yaşımdan bu idman növüylə məşğulam. İlk məşqçim Sumqayıtda Rafael Məmmədov olub. Karateni Brüs Linin filmlərinə baxaraq sevmişəm. İlk beynəlxalq uğurumu Rusiyanın Kostroma şəhərində qazanmışam. Həmin yarışa çox çətinliklə getdim. Maddi çətinliyimiz var idi. Valideynim nişan üzüyünü və qır-qızılını satıb məni yola saldı. Atamla bu yarışa yollandım. Turnirə 2 saat qalmış mənzil başına çatdım. Finaladək irəlilədim. Həlledici görüşdə həmyerlimizlə qarşılaşdım. Yığmanın məşqçiləri onu “1 nömrə” saydıqlarından yarışa aparmışdılar. Ancaq həmin turnirdə ona qalib gəldim. 1997-dən milli üzvünə çevrildim. Əvvəllər əsas komandanın ən gənc üzvü idimsə, indi ən yaşlısıyam. Artıq 31 yaşım var. Ailəmin mənim üzərimdə böyük əziyyəti olub. Atam evdə məşq etməyim üçün mənə lazımi şərait yaratmışdı. Rejimimə xüsusi nəzarət edirdilər. Həyətdə maksimum 2 saat oynaya bilərdim. Həmin vaxtı da futbol oynamaqla keçirirdim. Bu da bir yandan mənə kömək olurdu. Fiziki hazırlığıma faydası dəyirdi. Dünya və Avropa çempionu olmağımda həm özümün, həm də ailəmin böyük əməyi olub. Maddi imkanımız yaxşı olmadığından zala piyada gedirdim ki, pula qənaət edim. 3-4 “pirojki” yeyib məşqə gedirdim ki, canımda təpər olsun. Çox çətinliklə üzləşmişəm. Ancaq hər anıma görə Allaha şükür edirəm. Düşünürəm ki, hələ qələbələrimiz, sevinc göz yaşlarımız irəlidədi. İdmançı üçün bir məşqi buraxmaq da mənfi təsirini göstərir. Zədəmə görə bir müddət dünya və Avropa çempionatını televizor vasitəsilə izlədim. Göz yaşlarımı saxlaya bilmirdim. Qulağıma çatırdı, “Rafael qocalıb, artıq məşqçiliyə başlamalıdı” deyənlər vardı. Amma mən sınmadım və 1 il sonra zədəmi sağaldıb, yenidən məşqlərə başladım. 2015-ci ilin martında Avropa çempionatına yollandım. Almaniya və İtaliyadan olan rəqiblərə qalib gələrək yenidən qitənin ən güclüsü oldum. Bu dəfə sevincdən göz yaşlarımı saxlaya bilmirdim. Uşaqlıqdan üzərimdə çox işləyirəm. Mən ağır rejimdə hazırlıq keçəndə və ağlayanda valideynlərim “vaxt gələcək, buna görə bizə “çox sağ olun” deyəcəksən” söyləyirdilər. Elə də oldu. Uğurlarımın səbəbi sadəliyim və üzərimdə çox işləməyimdi. Hər yarışda mənə dəstək olan azarkeşlərə minnətdarlığımı bildirirəm. İslam Həmrəyliyi Oyunlarının səfiri kimi onların dəstəyinə cavab verəcəm. Pulsuz məşqlər və seminarlar keçəcək, bölgələrdə olacağıq. Azarkeşləri hər zaman yarışlarda gözləyirik. Onlar olmasa, biz qalib gələ bilmərik”.
Bu arada İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi və Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə "Bulvar" otelində 60 ölkədən Azərbaycanda akkreditə olunmuş 100-dən çox diplomatik nümayəndəliklərin rəhbərləri üçün diplomatik brifinq təşkil edilib. Brifinq zamanı diplomatik nümayindəliklərə oyunların təhlükəsizlik və akkreditasiya sahələrinə dair yeniliklər haqda məlumat verilib. Bununla yanaşı, diplomatlar gələcəkdə ölkəmizdə keçiriləcək idman yarışları haqda da məlumatlandırılıb. Bakı-2017-nin protokol şöbəsinin direktoru Pol Foster bunları deyib: “Əminik ki, 4-cü İslam Həmrəyliyi Oyunlarına beynəlxalq aləmdə çox böyük həvəs və maraq olacaq. Məhz bu oyunlara marağın yaranmasında, onun təbliğatında sizin də əməyiniz və dəstəyinizə ehtiyac var. Bu üzdən oyunlarla bağlı məlumatların sizə geniş şəkildə çatdırılması çox böyük önəm daşıyır”.
Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva bildirib ki, Bakı-2017 üçün ölkəmizə təşrif buyuracaq hər idmançı ədalətli oyun nümayiş etdirib, bir-birinə hörmət və dəstək göstərəcək: “İnanıram ki, biz bir ailə kimi bütün komandaları dəstəkləyəcəyik və hər birinə qələbə qazanmaları üçün uğurlar arzulayacağıq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Dünən, 18:37 Qol vuran qələbə qazandı Dünən, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Dünən, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Dünən, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Dünən, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Dünən, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Dünən, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Dünən, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Dünən, 18:21 “İnter” 88 dəqiqə dözdü Dünən, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Dünən, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Dünən, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Dünən, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Dünən, 18:07 Faiq Həsənov susdu! Dünən, 18:06 Qısa xəbərlər Dünən, 18:04 Belfor pula qaçır... Dünən, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar