13 mar 11:26idman, manset

“Azərreyl” sindromu qırsa da...

“Azərreyl” sindromu qırsa da...
Zoran Qayiç hakimdən narazı qaldı
Dünən qadın voleybolçuların ölkə çempionatında növbəti turun oyunları keçirildi. İlk görüşdə “Azəryol” “quru” qələbəyə sevinsə də, “Lokomotiv”in 2-ci və 3-cü setdə bürünc medalı təmin etmiş rəqibinə ciddi müqavimət göstərdiyini söyləyə bilərik. Sözsüz, əsas diqqətlər “Telekom” – “Azərreyl” görüşünə yönəlmişdi. Ancaq qarşılaşmayadək intriqa, demək olar ki, ölmüşdü. Buna səbəb Voleybol Federasiyasının qərarını dəyişməsi idi. Belə ki, buna qədər çempionun toplanan xallar əsasında müəyyənləşəcəyi söylənilirdi. “Telekom” isə buna etiraz edir, sıralamanın dünya praktikasına uyğun müəyyənləşməli olduğunu bildirirdi. Belədə isə sıralama xala yox, qələbəyə əsasən müəyyənləşir. Bu isə o demək idi ki, hətta “Azərreyl” prinsipial oyunda qalib gəlsəydi belə, “Telekom” liderliyini davam etdirəcəkdi. Çünki yenə də qələbə sayına görə öndə olurdu.
AVF-nin son anda qərarını dəyişməsi görüşün məzmununa ciddi təsir göstərmədi. Tərəflər arasındakı əvvəlki 3 matçdakı kimi gərgin mübarizə baş tutdu. Komandalar hər xal uğrunda sonadək savaşırdı. Ancaq əvvəlcə onu qeyd edək ki, Gənclik Olimpiya Kompleksinə yetərincə azarkeş toplaşmışdı. Təbii, meydan sahiblərinə simpatiya bəsləyənlər daha çox idi. Tribunadakıların əksəriyyəti zərif cinsin nümayəndələri idi. İzləyicilər arasında “Telekom”un və yığmamızın hücumçusu Yelizaveta Səmədovanın sevgilisi, “Zirə”nin müdafiəçisi Yovan Krneta da vardı.
Eldar Əliyevlə Konstantin Selinin idarə etdiyi oyuna “Telekom” yaxşı başladı. Rəqibin kobud səhvlərindən məharətlə yararlanan “rabitəçilər” ilk texniki fasiləyə 8:2 öndə yollandı. Fasilədən sonra da meydan sahibləri fərqi artırmaqda davam edirdi. Famil Ağayev hücumda “dişsizlik” göstərən Yekaterina Jidkovanı Anastasiya Qurbanovayla əvəzlədi. Maraqlıdı ki, ikinci texniki fasiləyə kimi böyük fərqdən əsər-əlamət qalmamışdı. Hətta sonrakı dəqiqələrdə qonaqlar önə də çıxdı. Ancaq Zoran Qayiçin müdaxilələrindən sonra “Telekom” yenidən təşəbbüsü ələ aldı. Həlledici məqamlardan biri Aynur Kərimovanın hücum şansını qaçırması oldu. Belədə ilk set “ağ-göylər”in hesabına yazıldı. İkinci setdə başabaş mübarizə izləmədik. Komandalar xala-xal prinsipinə yalnız ilk dəqiqələrdə riayət etdi. Tezliklə təşəbbüsü ələ keçirən “Telekom” fərqi nəzərəçarpan dərəcədə açdı. Setin ortalarında serbiyalı mütəxəssis Ülkər Kərimovanı libero kimi meydana buraxdı. Gənc voleybolçu pis təsir bağışlamadı. Hər halda, onun meydançada olduğu müddətdə “Azərreyl” fərqi qapaya bilmədi. Belədə ümumi hesab 2:0 oldu. 3-cü setdə yenidən əsl çempionluğa layiq komandaların mübarizəsini izlədik. Texniki fasilələrə “Telekom” nisbi üstünlüklə yollansa da, “Azərreyl” təslim olmaq niyyətində deyildi. Müdafiədə və blokda sayıq oynayan son ölkə çempionu setin sonlarında üstünlüyə yiyələndi. Bu zaman tribunalardakı ab-havanı görməyə dəyərdi. Komandaların azarkeşləri sanki bir-biriylə yarışa çıxmışdı. Ab-havaya söz ola bilməzdi. Gərgin mübarizədən “Azərreyl” qalib ayrıldı.
Famil Ağayevin komandasının qələbə arzusu, aqressivliyi birə beş artmışdı. Bu istəklə 4-cü setə start verən “qırmızı-qaralar” hücumda məhsuldarlıq nümayiş etdirirdi. “Telekom” isə sanki şoka düşmüşdü. “Azərreyl”in fərqi 4 topa çatdırması çox şeydən xəbər verirdi. 2-ci zonadan endirilən zərbələr effektli alınırdı. “Azərreyl”də əsas önə çıxan fiqur Jidkova idi. Yığma üzvünün zərbələrinin əksəriyyəti dəqiq olurdu.
Hesab 22:21 olarkən anlaşılmazlıq yaşandı. Belə ki, “Telekom”un bir neçə voleybolçusu blok xalına sevinsələr də, hakim topun yerə toxunmadığını düşünərək oyunu davam etdirdi. Yekunda xalı “Azərreyl” qazandı. Buna meydan sahibləri kəskin etirazını bildirsə də, hakim qərarını dəyişmədi və üstəlik, “ağ-göylər”in bir üzvünə sarı vərəqə göstərdi. Gərgin keçən bu set də qonaqların hesabına yazıldı. Beləliklə, bu mövsüm tərəflər arasında keçirilən 4-cü oyun da 5-ci setədək davam etdi.
Tay-brekdə gah bu, gah da digər komanda önə keçirdi. Hərarət ən yüksək həddə çatmışdı. Barışmaz mübarizənin səviyyəsinə söz ola bilməzdi. Setin ortalarında “Telekom” 3 xal fərqiylə önə çıxdı. Famil Ağayevin götürdüyü fasilədən sonra “Azərreyl” özünə gəldi. Epizodların birində yan xətt hakiminin bayrağını qaldırması “Telekom”un liberosunu özündən çıxardı. Mariya Filipova hisslərini cilovlaya bilməyib, ədalət təmsilçisini itələdi. Bundan sonra baş hakim meydan sahiblərinə xəbərdarlıq etdi ki, bənzər hadisə baş versə, rəqibə 1 xal veriləcək. Növbəti epizodda isə “Azərreyl”in baş məşqçisi topun auta çıxacağını düşünüb, onu tutdu. Halbuki Valeriya Məmmədova topu qaytara bilərdi və buna görə gənc mütəxəssisə narazılığını bildirdi. Amansız mübarizənin yekununda qonaqlar qələbə qazandı. Beləliklə, “Azərreyl” bu mövsüm ilk dəfə “Telekom”a qalib gəldi.
Oyundan sonra Qayiç hakimləri alqışlayaraq özünəməxsus formada etirazını bildirdi. Olduqca əsəbi olan serbiyalı çalışdırıcı əvvəlcə görüş haqda fikirlərini bölüşməkdən boyun qaçırdı. Ancaq qəzəbi soyuduqdan sonra suallarımıza cavab verdi: “Çox çətindi. Çünki heç kim reqlamenti bilmir. Hərə bir söz danışır. Bütün dünya qələbə sayını əsas götürür. Belə hesablansa, biz praktiki olaraq çempionuq. 2-ci setdən sonra arxayınlaşmadıq. Sadəcə, rəqib yaxşı oynamağa başladı. Jidkovanın zərbələrinə blok qoya bilmirdik. Bu mövsüm ilk dəfə “Azərreyl”ə uduzduq. Fikrimcə, azarkeşlər əla oyun izlədi. Qarşılaşma həqiqətən zövqləri oxşadı. Hakimlikdən razı qalmadım. 5-ci setdə topumuz auta getməmişdi. Ümumiyyətlə, bizə qarşı hakimlərin haqsızlığı dəfələrlə olub”.
Famil Ağayev isə bunları söylədi: “2:0-dan bu oyunu çevirmək voleybolçularımızın xarakterindən, savaşcı ruhundan xəbər verir. Hər iki komanda əla oynadı. Bu, mövsümün ən yaxşı qarşılaşması oldu. Hər iki komandanı təbrik edirəm. Voleybolda dəfələrlə olub ki, 0:2 geridə olan komanda sonradan özündə güc taparaq qələbə qazanıb. Bu gün də biz bunu bacardıq. Əvəzetmələrimiz də özünü doğrultdu. 2-ci setdən sonra Jidkovanın da oyunu alındı. Onunu oyunu alınanda qarşısını almaq çox çətin olur. Federasiyadan yarışın reqlamenti ilə bağlı bizə heç nə deyilməyib. Hələ xala, ya qələbəyə görə çempionun müəyyənləşəcəyi bilinmir”.
Azəryol - Lokomotiv 3:0 (25:13, 27:25, 26:24), Telekom - Azərreyl 2:3 (25:22, 25:16, 23:25, 22:25, 16:18)
1.Telekom 14 12 2 38-18 33
2. Azərreyl 14 11 3 39-14 34
3. Azəryol 14 7 6 30-18 25
4. Lokomotiv 14 3 11 11-35 9
5. Gürcüstan 12 0 12 3-36 0
Qeyd: AVF-nin dəyişdiyi reqlamentdə qələbə sayı əsas götürüldüyü üçün “Telekom” liderdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Dünən, 18:37 Qol vuran qələbə qazandı Dünən, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Dünən, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Dünən, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Dünən, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Dünən, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Dünən, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Dünən, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Dünən, 18:21 “İnter” 88 dəqiqə dözdü Dünən, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Dünən, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Dünən, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Dünən, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Dünən, 18:07 Faiq Həsənov susdu! Dünən, 18:06 Qısa xəbərlər Dünən, 18:04 Belfor pula qaçır... Dünən, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar