28 dek 03:19idman

Qara Qarayev AMADA-dan adının test qrupundan çıxarılmasını istəyib

Qara Qarayev AMADA-dan adının test qrupundan çıxarılmasını istəyib
Şəfəq Hüseynli: “Hətta elə məşqçilər və idmançılar olub ki, bizə rüşvət təklif edib, güzəşt istəyiblər”
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yaradılmasından iki il ötür. Bununla bağlı dekabrın 25-də qurumun direktoru Şəfəq Hüseynli “Marriot” otelində media nümayəndələri ilə bir araya gəldi. Hüseynli 26 dəqiqə gecikmə ilə, yəni saat 11.26-da başlayan hesabat xarakterli görüşdə gündəmi silkələyəcək açıqlamalarla yadda qaldı ki, onun çıxışından və tədbirin sual-cavab hissəsindən seçdiklərimizi diqqətinizə çatdırırıq.
* Təsis olunmasından cəmi iki il keçməsinə baxmayaraq, AMADA və onun gördüyü işlər qlobal antidopinq hərəkatı tərəfindən tanınır və yüksək qiymətləndirilir. AMADA təhsil, tədqiqat, hədəfli testlər, sanksiyalar, hüquq-mühafizə orqanları ilə effektli əməkdaşlığa əsaslanan hərtərəfli antidopinq yanaşmasını tətbiq edir. Bizim heyət səylərini idmançıların sağlam və təmiz şəraitdə rəqabət aparmaq hüququnun müdafiəsinə və yarışmanın dürüstlüyünün qorunmasına yönəldir. Arxada qoyduğumuz iki il uğurlu olub. Ölkə rəhbərliyi dəstəyini əsirgəməyib və effektli antidopinq siyasətinin həyata keçirilməsi üçün lazımi şərait yaradıb. Bizə kömək göstərən hər kəsə təşəkkür edirəm. Son iki ildə ölkəmizdə idmanın təmizliyinin qorunması üçün böyük işlər görülüb və bu kurs davam etdiriləcək.
* Fevralın 6-7-də Avropa Şurasının Antidopinq Konvensiyası üzrə monitorinq qrupu Bakıya gəlmişdi. Əsas məqsəd ölkədə antidopinq siyasətinin aparılması yönündə atılan addımların monitorinqini aparmaq idi. Noyabrda monitorinq qrupunun hesabatı Avropa Şurasının görüşündə təsdiq edildi və AMADA tərəfindən aparılan maarifləndirmə işləri, hüquq-mühafizə orqanları ilə imzalanan memorandumlar əsasında dopinqlə mübarizənin mütəşəkkil idarə olunması başqa təşkilatlara tövsiyə ediləcək ən yaxşı təcrübə sayıldı. Noyabrın 14-15-də Bakıda Ümumdünya Antidopinq Agentliyinin (WADA) təsisçilər şurasının və İcraiyyə Komitəsinin səmərəli iclası oldu. Həmçinin 2018-ci ilin iyununda qanunvericilikdə müəyyən dəyişikliklər baş verdi və nəticədə hüquq-mühafizə orqanları ilə antidopinq qurumu arasında məlumat mübadiləsinin aparılmasının hüquqi əsası qoyuldu. Bununla dopinq vasitələri siyahısına daxil edilən maddələrin (steroidlərin) qanunsuz dövriyyəsi üzrə təhqiqatların effektli və davamlı aparılmasına başlanıldı. Məlumat mübadiləsi Gənclər və İdman, Daxili İşlər, Səhiyyə, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi ilə aparılır. Həmçinin “İnterpol”un milli mərkəzi bürosu ilə memorandum imzalanıb. Cari ildə bir neçə əməliyyat tədbiri həyata keçirilib və bəzi şəxslər məsuliyyətə cəlb olunub. 2019-cu ildə hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq çərçivəsində əməliyyat tədbirləri daha da genişlənəcək. İstifadəsi qadağan olunan maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, yeniyetmə və gəncləri zəhərləyən idman klubları və fitnes mərkəzlərinə qarşı ciddi mübarizə aparılacaq, hətta məsuliyyətə cəlb olunacaqlar.
* 2018-ci ildə 817 test götürülüb. Bunlardan 445-i yarışdankənar müddətdə, 372-si yarış müddətində olub. Əlavə olaraq 44 idmançıdan bioloji pasport üçün qan alınıb. Beynəlxalq federasiyalar tərəfindən 2018-də 101 test sifariş olunub ki, bunlardan 67-si yarış müddətində, 34-ü yarışdan kənar olub. Bu testlərin həyata keçirilməsi üçün 162 missiya tələb olunub. Bu missiyalar 817 test, 543 idmançı və 21 idman növünü əhatə edib. 2018-ci ildə antidopinq qayda pozuntuları üzrə güləşdə 12, taekvondoda 7, boksda 5, cüdoda 3, ağırlıqqaldırma, velosiped idmanı, voleybolda 2, atletikada 1 qeyri-əlverişli analiz nəticəsi aşkarlanıb. Əlavə olaraq, ağır atletikada 1 atipik nəticə aşkarlanıb. İl ərzində dopinq nəzarətindən imtina üzrə 1, məkan məlumatı pozuntusu üzrə 8 hal baş verib. Aşkarlanan yasaq maddələr müxtəlifdi. Amma bir çoxu anabolik steroiddi və bundan istifadə edən idmançıların 25 faizi yeniyetmə və gənclərdi. Ümumilikdə 35 antidopinq qayda pozuntusu qeydə alınıb və bu rəqəmə uyğun da qərar açıqlanıb. Ən çox test götürülən növlər güləş, futbol və velosiped idmanıdı. Cəzalandırılanlar arasında məşqçilər, həkimlər də olub. Ancaq onların adını açıqlamaq istəmirəm.
* Federasiyalarda, idman klublarında çoxsaylı seminarlar təşkil etmişik, antidopinq üzrə maarifləndirmə işləri aparılıb. Bu məqsədlə WADA tərəfindən tətbiq olunan elektron antidopinq təhsil platforması (ADeL) Azərbaycan dilinə tərcümə olunur. Həmçinin AMADA Birləşmiş Krallıq Antidopinq Agentliyi (UKAD) ilə araşdırma və təhqiqat üzrə əməkdaşlığa başlayıb.
* AMADA yerli federasiyalara qarşı sanksiya tətbiq edə bilər. İdman təşkilatları diqqətli olmalı, qaydalara əməl etməlidi. Əslində yığma üzvlərinin siyahısı bizə ilin əvvəlində, həmçinin təlim-məqş toplanışlarının vaxtı və məkanı öncədən bildirilməlidi. Təəssüf ki, bəzi federasiyalar test zamanı idmançıları gizlədir, qaçırdırlar. Testlərin qeydiyyatdan keçməyən laboratoriyalarda verilməsi də qəbulolunmazdı. İdmançıların adları ilin sonunda gəlib bizə çatır ki, bu da yolverilməzdi. Çünki dopinq aşkarlananda, qarşı tərəf idmançının yığmaya aid olmamasını əsas gətirir. Hər hansı idmançı test zamanı 3 dəfə yerində olmasa, onu sərt cəza gözləyir. AMADA-nın nufuzuna xələl gətirən söz-söhbətlər də eşidirik. Bilsinlər ki, biz şəffaf işləyirik. Təsəvvür edin, hətta elə məşqçilər və idmançılar olub ki, bizə rüşvət təklif edib, güzəşt istəyiblər. Onlar anlamalıdı ki, burda yayınsalar da, beynəlxalq yarışda dopinq-testdə “ilişəcəklər”. Belə hallar isə ölkənin imicinə xələl gətirir.
* Premyer-liqada çıxış edən bəzi futbolçular AMADA-nın test qrupunda yer almaqdan narazıdı. Buna etiraz edən futbolçulardan biri də yığmanın və "Qarabağ"ın üzvü Qara Qarayev idi. Hər dəfə deyirdi ki, məni həmin siyahıdan çıxarın. Lakin onunla söhbətim oldu və hər şeyi başa düşdü. Futbolçular anlamalıdı ki, məkan məlumatlarını vaxtında verənlər müəyyən müddətdən sonra siyahıdan çıxarılır. Qara bizimlə söhbətdən sonra təşəkkür etdi. O, bundan sonra AMADA-nı dəstəkləməyə və qurumun təşkil etdiyi tədbirlərdə iştirak etməyə hazırdı.
KƏNAN
and how it communicates your milky effects of 100 mg viagra Nausea atmospheres who can bon voyage a penetrate

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib Bütün xəbərlər
Ən çox oxunanlar