10 mar 20:14idman

Çempionluq savaşında kimin üzü güləcək?

Çempionluq savaşında kimin üzü güləcək?
Vüqar Əliyev: “Bu, ölüm-dirim oyunu olacaq”

Bu gün qadın voleybolçuların ölkə çempionatında növbəti oyunlar keçiriləcək. 4-cü dövrənin bu turu böyük ölçüdə çempionluğun taleyini həll edəcək. Saat 14.00-da Dərnəgül Voleybol Mərkəzində “Azərreyl” – “Lokomotiv” görüşü baş tutacaq. Saat 17.00-da isə “Telekom” Gənclik Olimpiya Kompleksində “Azərreyl”i qəbul edəcək. Hansı komanda qalib gəlsə, böyük ehtimalla, çempion olacaq. Hazırda Zoran Qayiçin yetirmələri enişdədi. “Azəryol”a “quru” məğlubiyyətdən sonra Gürcüstan yığmasına 1 set verən “rabitəçilər” Çempionlar Liqasındakı son oyunda “Konelyano”ya müqavimət göstərə bilmədi. “Azərreyl” isə elit turnirdə “Fənərbaxça”ya məğlubiyyətdən sonra qələbələri sıralayır. İlk 3 dövrədə “Telekom” qalib gəlib. Maraqlıdı ki, ötən mövsümün finalçılarının cari “voleybol ili”ndəki bütün görüşləri tay-brekədək uzanıb. Prinsipiallığı maksimum həddə çatacaq bugünkü qarşılaşmada da gərgin mübarizənin gedəcəyinə ümid edirik.
Bu matçla bağlı mütəxəssis fikrini öyrənməyə qərar verdik. “Lokomotiv”in baş məşqçisi Vüqar Əliyevi dinləyək: “Mənə elə gəlir ki, qalib yenə 5 setin yekununda müəyyənləşəcək. Hazırda “Azərreyl”in yaxşı formada olduğunu söyləyə bilərəm. Ancaq “Telekom”da fiziki hazırlıq sarıdan problemlər var. Bu da var ki, voleybolu fiziki güclə yox, ağılla oynayırlar. Şansları bərabər sayıram. Həm Famil Ağayev, həm də Zoran Qayiç baş məşqçi kimi çempionluğu çox arzulayır. Çempionlar Liqasında qrupdan çıxa bilmədilər. İndi bütün diqqəti ölkə çempionatına yönəldiblər. Bəlkə də 1-2 top həlledici olacaq. Fikrimcə, toppaylayıcılar bu oyunda əsas rol oynayacaq. Hansı oyunqurucusu yaxşı çıxış etsə, onun komandası qalib gələcək. “Azərreyl”in blokunun daha güclü olduğunu düşünürəm. Çünki daha ucaboy voleybolçulara sahibdilər. Həm də yerli oyunçuları daha güclüdü. Legioner limitinə görə “Telekom”un vəziyyəti nisbətən çətin olacaq. Üstəlik, onların zədəli voleybolçuları da var. Sabah ölüm-dirim oyunu olacaq. Proqnoz verməyə çətinlik çəkirəm. “Telekom” “Azəryol”a uduzmaqla çempionluq şanslarını nisbətən azaltdı. Halbuki həmin görüşdə qalib gəlsəydilər, bu görüş elə də böyük önəm kəsb etməyəcəkdi. Çünki “Azərreyl”ə uduzsaydılar belə liderliyi davam etdirəcəkdilər. Yəqin ki, “Barselona” – PSJ oyununu izlədiz. Fransızlar hesab 3:1 olarkən iki dəfə qapıçıyla təkbətəkdən yararlana bilmədi. Onlardan biri qol olsaydı, PSJ 1/4 finala çıxacaqdı. Çempionatımızda intriqanın hələ də qalmasının səbəbi “Telekom”un “Azəryol”la son oyunda uduzması oldu”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar