10 mar 19:43idman, manset

“Futbol+”in xəbəri təsdiqini tapdı

“Futbol+”in xəbəri təsdiqini tapdı
Bakıya gələcək futbol yığmaları bəlli oldu

4-cü İslam Həmrəyliyi Oyunlarında ən böyük maraqla gözlənilən yarışlardan biri və bəlkə də birincisi futbol olacaq. İlk Avropa Oyunlarının proqramında idmanın şahı yox idi. O zaman “dəri kürə”nin vurğunları çimərlik futboluyla bu tələbatını qismən ödəyə bilmişdisə, bu dəfə böyük futbol Bakı-2017-nin tərkibində yer alıb. Yarışın proqramında bir neçə idman növü var ki, orda yalnız kişilər mübarizə aparacaq. Bunlardan biri də futboldu. Oyunların rəsmi startı mayın 12-də olacaq. Ancaq futbolda mübarizəyə bundan 4 gün əvvəl start veriləcək. Belə ki, mayın 8-də iki qrupda ilk turun oyunları keçiriləcək. 2-ci tur mayın 11-nə təsadüf edəcəksə, qruplarda son görüşlər bundan 4 gün sonra baş tutacaq. Qruplarda ilk iki yeri tutanlar yarımfinalda çarpaz qarşılaşacaq. Finalçılar mayın 18-də müəyyənləşəcək. Medallar uğrunda oyunlar isə bundan 3 gün sonra keçiriləcək. Qrupdakı qarşılaşmalara “AZAL Arena” və “Bayıl Arena” qucaq açacaq. “Dalğa Arena”da yarımfinal matçları reallaşacaq. 3-cü yer uğrunda matç və finalın məkanı Tofiq Bəhramov adına Respublika stadionu olacaq.
Dünən rəsmən bütün iştirakçılar müəyyənləşib. Yığmamızla yanaşı, yarışda Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzairin 23 yaşadək futbolçulardan ibarət milliləri iştirak edəcək. Bu yerdə xatırladaq ki, iştirakçıların yeddisinin adını təxminən bir ay öncə nəzərinizə çatdırmışdıq. Hər komandada yaşı 23-dən çox olan 3 futbolçunun oynamasına icazə var. Bir növ Olimpiya Oyunlarında olduğu kimi. Futbol azarkeşləri Bakı-2017 çərçivəsində ümumilikdə 16 oyun izləyə biləcək.
4-cü İslam Həmrəyliyi Oyunlarının idman üzrə direktoru Mark Haniban yarışla bağlı bunu deyib: “Azərbaycanda hər zaman futbola böyük maraq göstərilib. Əminəm ki, İslam Həmrəyliyi Oyunları zamanı da futbol azarkeşlərin diqqətində olacaq. Yarış elə planlaşdırılıb ki, komandalar sonuncu mərhələlərdə lazımi vaxt qazanaraq, yarımfinal və final oyunlarına rahat hazırlaşa bilsinlər. Biletlərə tələbatın çox olması gözlənilir. Əminəm ki, Azərbaycan azarkeşləri yalnız öz komandalarını yox, Bakıya təşrif buyuracaq başqa ölkələrin də ulduz futbolçularını dəstəkləyəcək”.
Qeyd edək ki, bu oyunlara biletləri martın 19-dan etibarən Bakı-2017-nin rəsmi saytından sifariş etmək, yaxud paytaxtın müxtəlif yerlərindəki 12 satış məntəqəsindən almaq mümkün olacaq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Oqtay Atayev fenomeni… 17:52AFFA rəhbərliyi Foqtsu əsəbiləşdirirmiş... 17:49“Azərbaycan yığmasına üstünlük verdiyi üçün 1 milyon dollar qazanacaq və ev veriləcək” 17:48Böyük ajiotaj və gözlənilən xəyal qırıqlığı 17:39Yiğma üzvlərinin qiymətləndirməsi 17:35Orsato kapitanımızı bağışladı 15:25Löv yığmamızı təriflədi 15:24Nəyə ümid edirdik, nə oldu… 15:17“Turan Tovuz” 1:1 itirir 15:14Saxta profil tanınmış hakimi gülməli vəziyyətə saldı 15:11Şakir Eminbəylinin təklifi “atışmaya” səbəb oldu 15:11“Qəbələ” rəsmisi PFL-i qınadı 15:09ABŞ-da yaşayan Bakıəsilli yəhudi Banişevskini yad etdi 15:06Zaur Suxumidə sevindi 15:04İslam Həmrəyliyi Oyunlarına 20 min bilet satılıb 15:02Rəşad Sadıqov: “Bu gün daha çox azarkeşləri sevindirə bilmədiyimizə görə məyusam” 15:00“Neftçi”də zədə sindromu 13:42Qriqorçuk Sadiqovsuz çətin olduğunu etiraf etdi 13:40Yetirmələrinin oyunu Kamran Əlibabayevi bezdirib 13:36Təqvim “Qəbələ” üçün ağır görünsə də... 13:34“Heydər Əliyev kuboku”na 8-10 komandanın qatılacağı planlaşdırılıb 13:32Bundestim hava limanına yığışan tərəfdarlarını məyus etdi 13:30Ümid verən 5 məqam 13:2826 mart lənətinə son qoyun! 13:26Foqts Elxan Məmmədovla görüşdü 13:24Biro Jade çempion kimi ilk müsahibəsini “Futbol+”ə verdi 13:22“Araz” çempion oldu! 13:16Yığma, yoxsa “Niyə də yox?!” komandası? 13:12Olimpiya çempionu güləşçimizi təriflədi 13:10“Marafon”a basqını Aynar Məmmədov təşkil edib? 13:08Yığmamız “Novruz” turnirində niyə NTD-nin formasında oynayıb? 13:04“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37 Bütün xəbərlər
Ən çox oxunanlar