01 dek 15:59idman

Səbinə Əzimova ölkə kubokunda rəqib tanımadı

Səbinə Əzimova ölkə kubokunda rəqib tanımadı
“Qətərdə də qızıl medal qazanmaq istəyirəm”
Dünən Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında ölkə kubokuna start verilib. Turnirdə şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərin hazırkı Əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən 100-ə yaxın atlet gücünü sınayır. Ölkə kubokunun təşkilində məqsəd atletlərin hazırlıq səviyyəsinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidi.
“Körpücük” üzərinə əvvəlcə qadınlar çıxıb. Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyən edən zərif cinsin nümayəndələrinin mübarizəsindən Səbinə Əzimova qalib ayrılıb. 18 yaşlı atlet 172 kq (75+97) nəticə və 253.22 Sinkleyr xalı ilə təcrübəli rəqiblərini üstələməyi bacarıb. İkinci yeri 171 kq (78+93) nəticə və 233.29 xal ilə “milliləşdirilən” legioner Boyanka Kostova tutub. Firuzə İbrahimova 164 kq (72+92) nəticə və 213.11 xalla üçüncü olub.
İlk yarış gününə kişilər yekun vurub. 49 kq çəkidə cəmi iki idmançı mübarizə aparıb. Əvəz Tağıyev 152 kq (67+85) nəticə ilə birinci, Ülvi Cəmilov 120 kq (53+67) nəticə ilə ikinci olub. 55 kq-da Ömər Cavadov çempion olub -198 kq (93+105). Sonrakı iki pillədə uyğun olaraq İsmayıl Məmmədov - 187 kq (85+102) və Elvin Şükürzadə - 181 kq (83+98) qərarlaşıb. 61 kq çəkidə Elməddin Hüseynov 228 kq (102+126) nəticə ilə qalib gəlib. Saleh Alxasov 217 kq-ın (197+120) öhdəsindən gəlməklə ikinci olub. Ruslan Rzazadə bürünc medalı 216 kq-ı (95+121) ram etməklə qazanıb. 67 kq çəkidə Məhəmməd Məmmədli 267 kq (116+151) nəticə ilə qızıl medala yiyələnib. Rüstəm Qasımov 266 kq (120+146) nəticə ilə “gümüş”lə kifayətlənib. Fəxri kürsünün üçüncü pilləsinə 255 kq (120+135) nəticə ilə Kənan Xəlilov qalxıb. “Körpücük” üzərinə son olaraq 73 kq çəkidə mübarizə aparan çıxıb. Paşa İbrahimli 291 kq (132+159) nəticə ilə bütün rəqiblərini geridə qoyub. İkinci pillədə 260 kq (120+140) nəticə ilə Füqan Əliyev qərarlaşıb. “Üçlüy”ü 248 kq (112+136) nəticə ilə Elşən Şərifov qapayıb.

Reaksiyalar
Səbinə Əzimova: “Belə mötəbər yarışda iştirak etmək çox yaxşıdı. Kuboka hazırlığım çox ciddi keçmişdi. Yarışda isə rəqiblərimi asanlıqla məğlub edə bildim. Qarşıda Qətərdə baş tutacaq turnir var. Orda da yaxşı çıxış edib qızıl medal qazanmaq istəyirəm”.
Əvəz Tağıyev: “Hər şey çox yaxşı idi. Rəqiblərimi üstələyərək qalib gəlməyi bacardım. Məni bu səviyyəyə çatdıran məşqçilərimə təşəkkür edirəm”.
Rizvan Rəsulov, federasiyanın baş katibi: “Azərbaycan kubokunda 80-dən çox idmançı iştirak edir. Qarşıda iki lisenziya xarakterli beynəlxalq turnir var. Onlardan biri Misirdə təşkil olunacaq İslam Həmrəyliyi Oyunları, digəri isə Qətər turniridi. Ölkə kubokunun keçirilməsində əsas məqsədlərdən biri güclü idmançıları müəyyən edərək adı çəkilən yarışlarda onların iştirakını təmin etməkdi. Bundan başqa, 2019-cu il üçün yığmanın heyətinin formalaşdırılması və növbəti ildə təqvim planına uyğun olaraq beynəlxalq yarışlarda yaş qrupları üzrə idmançıların yer alması nəzərdə tutulub”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar