09 mar 18:07idman

Şahmatımızın ulduzlarından ölkə çempionatına biganə münasibət

Şahmatımızın ulduzlarından ölkə çempionatına biganə münasibət
Kişilərin yarışına qadın da qatılıb

Martın 7-də şahmat üzrə kişilər arasında ölkə çempionatı start götürüb. Şahmat Federasiyasının ofisində təşkil olunan yarış son illərin ən zəif birinciliyidi. Söhbət iştirakçıların reytinqindən gedir. Belə ki, yığma üzvlərinin heç biri yarışa qatılmayıb. Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov son illər bu turnirə gözünün ucuyla belə baxmır. Onların çempionata qatılmaması artıq adi hala çevrilib. Sadəcə, əmsallarını azaltmaq riskindən özlərini “sığortalayırlar”. Ancaq bu dəfə Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Məmmədov və Ülvi Bacarani kimi şahmatçılar da turnirə qatılmayıb. Təsadüfi deyil ki, hazırda çempionatın reytinq favoriti gənc Nicat Abbasov sayılır. Əvəzində bir qadın şahmatçı da turnirə qatılıb. Söhbət qadınların analoji yarışında ilk “10-luğ”a düşə bilməyən Nərmin Soyunludan gedir. Ümumilikdə 24 zəka sahibinin mübarizə apardığı turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdi.
Artıq 2 tur geridə qalıb. İlk turda Nicat Abasov (2583) Məhəmməd Muradlıya (2331), Vüqar Rəsulov (2506) Fərid Zeynalova (2317), Misrətdin İsgəndərov (2426) Abdulla Qədimbəyliyə (2315), Təbriz İdrisov (2315) Sərxan Quliyevə (2403), Ürfan Sevdimalıyev (2376) Rəvan Əliyevə (2261), Rəşad Zeynallı (2237) Nail Bəşirliyə (2369), Zaur Bayramov (2229) Loğman Quliyevə (2365), Nicat Ağayev (2340) isə Nərmin Soyunluya (2032) qalib gəlib. Aydın Süleymanlı (2390) – Elvin Bayramov (2280), Altay Eynullayev (2274) – Orxan Abdulov (2384), Toğrul Həsənzadə (2377) – Andrey Mustafin (2270) və Əhməd Əhmədzadə (2343) – Fariz Əhmədov (2165) oyunlarında heç-heçə qeydə alınıb.
Dünən baş tutan 2-ci tura gəlincə, Ağayev – Abasov, Rəsulov – İdrisov, Sevdimalıyev – Z.Bayramov, Abdulov – Əhmədzadə, E.Bayramov – Eynullayev, Qədimbəyli – Bəşirli və L.Quliyev – Əliyev görüşləri “sülh”lə yekunlaşıb. İsgəndərov Zeynallını, Süleymanlı Mustafini, Əhmədov Həsənzadəni, S.Quliyev Zeynalovu, Muradlı isə Soyunlunu məğlub edib.
Xal durumu: İsgəndərov – 2, İdrisov, Z.Bayramov, Əhmədov, Abasov, Rəsulov, Ağayev, Süleymanlı, Sevdimalıyev – 1,5, Zeynallı, E.Bayramov, Eynullayev, S.Quliyev, Abdulov, Muradlı, Əhmədzadə - 1, Qədimbəyli, Mustafin, Əliyev, Bəşirli, L.Quliyev, Həsənzadə - 0,5, Zeynalov, Soyunlu – 0.
Bu gün 3-cü turun qarşılaşmaları reallaşacaq: İsgəndərov – Rəsulov, Abasov – Əhmədov, Süleymanlı – Ağayev, İdrisov – Sevdimalıyev, Z.Bayramov – S.Quliyev, E.Bayramov – Abdulov, Əhmədzadə - Zeynallı, Eynullayev – Muradlı, Həsənzadə - L.Quliyev, Bəşirli – Mustafin, Əliyev – Qədimbəyli, Zeynalov – Soyunlu.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:57 Hakim “bürünc”ü “Qaradağ Lökbatan”ın əlindən alıb? Bu gün, 16:55 4000 tovuzlu və 5 oyuna 27 qol Bu gün, 16:53 Jaba Bal Liqasının ən çox qazanan futbolçularındandı Bu gün, 16:50 Yeni çempion “Qarabağ” oldu! Bu gün, 16:49 Oqtay Abdullayev postunu qorudu Bu gün, 16:47 Şok: əməkdar məşqçi yığmanın hazırlığından uzaqlaşdırılıb Bu gün, 16:46 Bir “bürünc”lə start Bu gün, 16:45 Biraylıq fasilə bitdi Bu gün, 16:43 İddialılar arxayınlığın qurbanı olub Bu gün, 16:41 Ömər Paşayev kubokun finalını haqq edirmi? Bu gün, 16:40 “Qarabağ” da Naxçıvana getmək istəyən azarkeşlərinə kömək edəcək Bu gün, 16:38 Bayılda mükafatçılar müəyyənləşəcək Bu gün, 16:28 Şahin Diniyev AZAL-ın döyüşəcəyinə inanır Bu gün, 16:26 “Leon” uşaq futbolunda öncüllərdən olmaq istəyir Bu gün, 16:25 Prosineçki iki oyunda “yandırdı” Bu gün, 16:24 Avroliqaya sonuncu bilet kimin olacaq? Bu gün, 16:22 Müşahidə Şurası iclas keçirdi, klub saytı xəbəri gizlətdi Bu gün, 16:21 “Sumqayıt” rəhbərliyi əvəzedicilərdən narazıdı Bu gün, 16:07 Klub rəhbərliyi Qriqorçukun xidmətində maraqlıdı Bu gün, 16:04 Qurban Qurbanov: “Quzanlıya getmək fikrimiz var” Bu gün, 16:03 AFFA-nın pulsuzluğu Heydər Əliyevin şərəfinə turnirin baş tutmasını əngəlləyib Bu gün, 16:01 Şəhriyar xal fərqini qorudu Bu gün, 15:59 Sloveniyadakı rəqiblər müəyyənləşib Bu gün, 15:58 Ölkə çempionatı başladı Bu gün, 15:56 BŞH yardım kampaniyası üçün marafona qoşulur Bu gün, 15:54 İslamiada xəbərləri Bu gün, 15:53 Avropa çempionatına ikinci heyət yollanacaq Bu gün, 15:51 Emin “Boavişta”nı tərk etmək istəyir 28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri Bütün xəbərlər
Ən çox oxunanlar