13 noy 18:49idman

Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi

Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi
“Faiq Həsənovla Mahir Məmmədov federasiyanı öz müəssisəsi kimi idarə edir”
Beynəlxalq qrossmeyster, əməkdar məşqçi, FİDE məşqçisi və hakimi, bir cox beynəlxalq turnirlərin qalibi Azər Mirzəyev redaksiyamıza məktubla müraciət edib. Onun şahmat təsərrüfatımızda yaşananlarla bağlı qeydlərini müəyyən ixtisarla diqqətinizə çatdırırıq: “Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov şahmatla cox az maraqlanır, yaxud ümumiyyətlə, maraqlanmır, onunla görüşmək qeyri-mümkündü. Vitse-prezidentlər Faiq Həsənovla Mahir Məmmədov federasiyanı öz müəssisəsi kimi idarə edir. Şahmatçılara öqey münasibət adi haldı. Belə ki, 2015-ci ildə Mahir Məmmədov leqionerlə 5 illik müqavilə imzalayıb, hər ay 8000 avro maaş olmaqla. Maraqlıdı ki, komandanın digər 5 oyucusu hamısı bir yerdə hec o qədər almır. Ozümüzün bu qədər gənc və istedadlı şahmatçımız ola-ola, bu nəyə lazımdı? Legionerlərin qəlişinədək komandamız 2014-cü ildə Olimpiadada 2-4-cü yerləri bölüşmüşdü və təsadüf nəticəsində medalsız qalmışdı. Cənab Məmmədovun “tapıntısı”nın gəlişindən sonra 2016-cı il Olimpiadasında komanda 12-ci, 2018-ci ildə 15-ci yeri tutdu. Avropa cempionu titulunu isə leqionersiz də qazanırdı milli komandamız. Məhz Mahir Məmmədovun koməyi ilə “saxta” qrossmeysterlərə mənzillər hədiyyə edilir. Hec bir şəffaflıq yoxdu. Şahmatdan uzaq adamların, valideynlərin, məmurların xaricə bahalı səfərlərinin xərci qarşılanır. Mənə, beynəlxalq qrossmeysterə isə 2012-ci ildən bir yarış üçün belə ödəniş olmayıb. Hələ bu azmış kimi, sonuncu görüş zamanı vitse-prezident məni turist adlandırıb.
Mahir Məmmədov Bakıda təşkil etdiyi turnirdə hətta jurnalistə “Limuzin” xidmət göstərirdi, hansının ki, gündəlik icarəsi 700 dollar idi. Həmin jurnalist bir necə ay sonra İspaniyada turnirə mənimlə bərabər adi elektrik qatarında gedirdi. Belə numunələr onlarladı. Həmin 700 dollara iki istedadlı şahmatçımız qonşu Gürcüstana yarışa gedə bilərdi. Bu gədər bədxərclik nəyə və kimə lazımdı?
Nə qədər istedadlı gənclər uzaqlaşır şahmatdan. Hec bir diqqət və qayğının olmaması üzündən. Ölkədə klub cempionatı (liqa) kecirilmir, hətta Belçika, Finlandiya, Luksemburq kimi şahmat ənənələri olmayan ölkələrdə isə təşkil olunur. İlin ən vacib turniri olan çempionatda 1 qrossmeyster belə oynamayıb. Halbuki ölkədə 23 qrossmeyster var. Səbəb isə mükafat fondunun cəmi 4000 manat olmasıdı. Gürcüstanda və Ermənistanda analoji turnirlərin mükafat fondu 10 min dollar təşkil edir.
FİDE-nin sonuncu konqresində yeni seçilmiş prezidenti Arkadi Dvorkoviçin komandasında Mahir Məmmədov vitse-prezident vəzifəsini tutub. Bu təyinatdan böyük gözləntiləri olan şahmat həvəskarlarına bildirmək istərdim ki, bunun Azərbaycan şahmatına hec bir faydası olmayacaq. Sadəcə, ölkədə lazımsız və bahalı, “Limuzin”li turnirlərin sayı artacaq. Bu vəzifə Məmmədova öz siyasi məqsədlərinə çatmaq ücün lazımdı. Ona görə də nəsə gözləməyə dəyməz. Son iki-üç ildə ölkədən 30-dan çox məşqçi gedib. O cümlədən gənc qrossmeysterlər. Nə qədər ki, Həsənov - Məmmədov tandemi şahmatçılara bu cür laqeyd münasibət göstərir, vəziyyət belə acınacaqlı olacaq.
Hər il Gənclər və İdman Nazirliyi şahmata 250 min manat vəsait ayırır. Kimsə bilirmi, bu vəsait hara və necə xərclənir? Bunu yalnız federasiyada bilirlər və cətin bu məlumatı kiminləsə bölüşsünlər. Halbuki şahmatçıların bu vəsaitin necə və hansı məqsədlərə xərcləndiyini bilmək ixtiyarı var.
Ötən ilin noyabrında bizim uşaqlar 3-cü dəfə Avropa cempionu olduqdan sonra cənab İlham Əliyev şahmatın inkişafına 1 milyon manat ayırdı. Bu məbləğin də hara və necə xərcləndiyi sirr olaraq qalır. Maraqlıdı ki, milyon ayrılandan bir ay sonra kadetlərin Ümumdünya Olimpiadası kecirildi. Əsasnaməyə qörə təşkilatcılar iştirakcıları qalmaq və yeməklə təmin edir, tələb olunan təkcə yol xərcidi. O yaşda hələ ki yaxşı oyuncularımız var və yaxşı komanda formalaşdırmaq olardı. Amma cüzi xərclərə baxmayaraq, komanda yarışa getmədi. Səbəb isə həmişəkidi - pul yoxdu. 14-18 yaş qrupu da ötən il dünya çempionatına göndərilmədi. Federasiya bir necə gün sonra start göturəcək “Baku Open”də hec bir əsas olmadan şahmatcıların mükafatlarından 10 faiz tutacaq.
Artıq11 ildi ki, federasiyada formal olsa belə, seçki keçirilmir. Məşqcilər Həsənov - Məmmədov tandeminin şəxsi istəyi ilə təyin edilir, hansısa məntiq əsasında yox. Tam özbaşınalıq hökm sürür. Federasiyanın məşqciləri də öz rəislərindən geri qalmırlar. Belə ki, Həsənovun yaxın sirdaşı Fikrət Sideifzadə artiq 25 ildi toxunulmazdı və əsas fəaliyyəti öz tələbələrini irəli cəkməkdi. Bu gün bu adam qadınlardan ibarət yığmanın məşqcisidi, amma kompüter və proqramlardan belə istifadə etməyi bacarmır. Eyni sözləri elə digər məşqci Fərid Abbasov haqda da demək olar. Tutduğu vəzifədən sui-istifadə edərək öz tələbələrini turnirlərə aparmaq və irəli cəkməkdən başqa hec nə etmir. Təsadüfə baxın ki, gec-tez bütün istedadlı şahmatcılar fedearsiyanın məşqcilərinin tələbəsinə cevrilir. Cünki ən cüzi imtiyazlar ücün məsqçiniz federasiyadan olmalıdı. Onlar da öz növbəsində lovğalanır ki, bunlar necə güclü məşqcilərdi? İstedadlı və qabiliyyətli məşqçilər isə ölkədən gedir”.
Her kesin nedense, kimlersense çekinerek ve qorxduğu uçun dile getirmediyi bu realligi uze cixartdiginiz uçun size çox teşekkur edirem Azer muellim.Sizin dediyiniz kimi ölen ve mehv olan o şahmatçilardan biri de men oldum.Ümid edirem ki,Çox Hörmetli Perzidentimiz İlham Əliyev Cenablari biz şahmatçilarin sesine ses verecek.Çünki , İlham Eliyev Cenablari yalniz milletin yox biz idmançilarin da Sevimlisi ve Dostudur.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar