08 mar 13:44idman, manset

İradə Aşumova idmançıların qohumlarının yarış zalına gəlməsini istəmir

İradə Aşumova idmançıların qohumlarının yarış zalına gəlməsini istəmir
“Mən Olimpiadada bürünc medal qazananda 46 yaşım və 2 nəvəm vardı”

Dünən Gənclər və İdman Nazirliyinin (AGİN) inzibati binasında Ruslan Lunyovun Hindistanın paytaxtı Dehlidə keçirilən Dünya Kubokunda bürünc medal qazanmasıyla bağlı mətbuat konfransı keçirildi. Əvvəlcə AGİN-in idman şöbəsinin müdiri Fərid Mansurov bunları dedi: “Güllə atılıcığı 1920-ci ildən ölkəmizdə mövcuddu. 1992-dən Atıcılıq Federasiyası fəaliyyət göstərir. Bundan 5 il sonra Vaqif Axundov federasiya prezidenti seçildi. Bu da böyük inkişafa yol açdı. Zemfira Meftahətdinova və İradə Aşumovanın uğurlarını qeyd edə bilərik. Dünya və Avropa çempionları, Olimpiya Oyunlarının qızıl və bürünc medalçıları olublar. Bu idman növü ölkəmizdə populyardı və özünəməxsus dəsti-xətti var. Ancaq son illər nəticə baxımından müəyyən interval yaranmışdı. Ruslan bu intervala son qoydu. İnanıram ki, Lunyovun bu qələbəsinin davamı olacaq və başqa idmançılar üçün də bu stimul rolunu oynayacaq”.
Ruslan Dehlidəki yarış və gələcək planlarıyla bağlı danışdı: “Dünya Kubokunda əsas rəqiblərim Çin idmançıları idi. Onlardan ikisi ilk iki yeri tutdu. Heyf ki onlara çata bilmədim. Ancaq inanıram ki, nəticələrimi yaxşılaşdıraraq, daha böyük uğurlara imza ata bilərəm. İlk dəfə bu yarışda finala vəsiqə qazandım və buna çox sevindim. Özümə dedim ki, maksimum dərəcədə yaxşı çıxış etməliyəm. 3-cü yer mənim üçün sürpriz oldu. Çox məşq edirəm və haqlı olaraq bürünc medal qazandım. Ancaq uğur qazanmaq asan deyil. Çünki ölkədə bu idman növündə rəqabət olmadığından çətinlik çəkirəm. Xüsusən də 25 metr məsafəyə atəşaçmada idmançı azdı. Əsas hazırlığımız mayda Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarına olacaq. 6 növdə hədəf önünə çıxacam. 3-4 medal qazanmaq şansım var. Bakı-2017-də 25 metr məsafəyə atəşaçmada çempion ola bilərəm. İlin sonunadək 2 Avropa çempionatı və Dünya Kubokunun 2 mərhələsinə qatılacam. Lisenziya xalları gələn ildən hesablanmağa başlayacaq. Ona kimi nəticələrimi daha da yaxşılaşdırmağa çalışacam. İkinci dəfə Olimpiadanın həyəcanı yaşamaq istəyirəm”.
Ruslanın anası və güllə atıcılığı üzrə yığmamızın baş məşqçisi İradə Aşumova reallığa daha uyğun fikir bildirdi: “İdmanda dəqiq proqnoz vermək çətindi. Gərək adamda idman xoşbəxtliyi də olsun. Ruslan İslam Həmrəyliyi Oyunlarında 3 medal qazanacağını iddia edir. Amma bu uğuru əldə etmək çox çətindi. Burda soyuq havada məşq edirdik. Barmaqlarını hiss etmirdi. Dehlidə isə 24-25 dərəcə altında yarışırdı. 25 və 50 metr məsafəyə atəşaçma açıq havada baş tutduğundan məşq prosesi ağır keçir. Federasiyamızda böyük dəyişiklik baş verib. Vitse-prezident dəyişikliyindən sonra Respublika Atıcılıq Mərkəzində çox rahat məşqlərimizi keçirik və məhdudiyyətlə üzləşmirik. Tüfəngçilərimizlə urmiyalı məşqçi hazırlıq keçir. Onun işi də uğurludu. Yanvarda Münhendə keçirilən yarışda Əli Məcidli idman ustası normativini yerinə yetirdi. Ancaq ikinci dəfə bu nəticəni göstərməlidi ki, idman ustası adını qazansın. Xəyalə Hüseynli də yaxşı çıxış etdi. Onun nəticələri də gündən-günə yaxşılaşır. İslam Həmrəyliyi Oyunlarından əvvəl Hannoverdə təlim-məşq toplanışı olacaq. Ruslan həmin hazırlıq prosesində iştirak edəcək ki, yerli idmançılarla rəqabət şəraitində “artırsın”. Güllə atıcılığına yeni növ – mix əlavə olunub. Burda bir qız və bir oğlan komanda şəklində çıxış edir. Onların nəticələri ümumiləşdirilərək hesablanır. İslam Həmrəyliyi Oyunlarında Nigar Nəsirova Ruslanla, Xəyalə isə Əli ilə duet təşkil edəcək. Bu idmançılar Sloveniyanın paytaxtı Mariborda keçiriləcək Avropa çempionatında da iştirak edəcək. Bir məqamı da qeyd edim. İlk Avropa Oyunlarında nəticələrimiz yaxşı olmadı. İdmançıların qohumları gəlib yarışı canlı izləyirdi. Bu da onlarda təzyiq yaratdı. Nəticədə istədikləri kimi çıxış edə bilmədilər. Demişəm ki, İslam Həmrəyliyi Oyunlarında qohumlar idmançılarımızın çıxışını TV-dən izləsin. Artıq güllə və silah problemimiz aradan qalxıb. Ötən il Almaniyadan 6 silah və 200 min güllə alındı. Bu da bizə çox kömək oldu. Ruslanın hələ 27 yaşı var. Düşünmürəm ki, bu uğur onun üçün gecdi. Mən Olimpiadada bürünc medal qazananda 46 yaşım və 2 nəvəm vardı. Bu idman növündə yaşın elə də önəmi yoxdu. Ruslan hələ ki karyerasının ilk mərhələsindədi”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür Dünən, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi Dünən, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” Dünən, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu Dünən, 22:17 Yığma İranda turnirə qatılacaq Dünən, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Dünən, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Dünən, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Dünən, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Dünən, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Dünən, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Dünən, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Dünən, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Dünən, 18:55 Yarım mövsümün rəqəmli tablosu Dünən, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Dünən, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Dünən, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Dünən, 18:49 Məkan və saat dəqiqləşdi Dünən, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Dünən, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Dünən, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Dünən, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Dünən, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Dünən, 18:37 "Keşlə"də daha bir ukraynalı Dünən, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı 17-01-2018, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb 17-01-2018, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı 17-01-2018, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib 17-01-2018, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! 17-01-2018, 18:21 Vitali Borisov məşqlərə qoşuldu 17-01-2018, 18:19 Liderlər sürprizə imkan vermədi 17-01-2018, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular 17-01-2018, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə 17-01-2018, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi 17-01-2018, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi 17-01-2018, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bütün xəbərlər
Ən çox oxunanlar