25 okt 18:59idman

“Sərbəst fiasko” və ya bir güllə bahar olmaz!

“Sərbəst fiasko” və ya bir güllə bahar olmaz!
Firdovsi Umudov: “Bu dünya çempionatı bizə dərs oldu”
Azərbaycan güləşi adına ən biabırçı mundiallardan birini izləməkdəyik. Təbii ki, söhbət indiyədək qeydə alınan nəticələrdən gedir. Məlum olduğu kim, Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub. Və bu üzdən qeyd etdiyimiz növlə bağlı müəyyən fikir yürütmək imkanına malikik.
Əslində fiaskonun təməli elə yarışın birinci günündə qoyulmuşdu. Xalça üzərinə çıxan 4 güləşçimizdən ikisi – Murad Süleymanov (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) ilk qarşılaşmada uduzdu. Pərviz İbrahimov (61 kq) təsnifat mərhələsində problem yaşamasa da, 1/8 final səddini adlaya bilmədi. Gənclərin son dünya çempionatında “gümüş” qazanan Abubakr Abakarov (74 kq) da ümidləri doğrultmadı. Ardıcıl iki qələbə ilə 1/4 finala yüksələn güləşçimiz yarımfinalın biraddımlığında məğlubiyyətə üzüldü. “Bürünc” uğrunda ilk təsəlliverici görüşdə də yenilən Abubakr mundialı 7-ci yerdə başa vurmaqla digər üç təmsilçimizlə müqayisədə ən yüksək nəticə ilə diqqəti çəkdi. Əlbəttə, 7-ci yerə yüksək nəticə demək olarsa... Mundialın 2-ci günündə daha 4 çəkidə mübarizə baş tutdu. Xəbər verdiyimiz kimi, etimadı yalnız Cəbrayıl Həsənov (79 kq) doğrultdu. Karyerasında ilk dəfə finala yüksələn pəhləvan bir gün sonra baş tutan həlledici görüşdə amerikalı rəqibinə uduzaraq yığmanın hesabına ilk medalı – “gümüş”ü yazdırdı. Digər güləşçilərimizdən Georgi Edişeraşvili (57 kq) ardıcıl iki qələbədən sonra 1/4 finalda dayandı. Təbii, ən böyük gözlənilməzlik ölkənin ən titullu güləşçiləri sırasına daxil olan Hacı Əliyevin (65 kq) fiaskosudu. Düzdü, Hacı ilk dəfə mundialda yeni çəkidə özünü sınadı və deyilənə görə, zədədən sonra tam bərpa oluna bilməyib. Amma unutmayaq ki, bu onun mübarizəni ilk qarşılaşmada dayandırmasına haqq qazandırmır. Bu azmış kimi, güləşimizin ən parlaq nümayəndələrindən birinin jurnalistlərlə “feysbuk”da yersiz polemikaya girişməsi ona qətiyyən başucalığı gətirmir. İdmanın iki üzü var - dünən qalib idin, bu gün isə məğlubsan. Səhvlərdən nəticə çıxarmaq əvəzinə, haqlı tənqidə qarşı yersiz dirənişin adı yoxdu! Bu öz yerində. İndiki halda suallar Hacıya yox, onu - hazır olmayan birini odun içinə atan Firdovsi Umudova ünvanlanmalıdı. Hacının fiaskosunun sorumlusu baş məşqçidi və yəqin ki, vətənə qayıtdıqdan sonra bu məsələyə aydınlıq gətirəcək. Hacı ilə eyni gündə xalça üzərinə çıxan Şərif Şərifov (92 kq) da ilk görüşdə uduzmaqla yadda qaldı.
Üçüncü yarış günündə durumun dəyişəcəyinə inam az idi. Xalça üzərində yaşananlar da təxminləri doğrultdu. Belə ki, son iki sərbəst güləşçimiz də “mükafat boxçası”na medal əlavə edə bilmədi. Gənclər arasında son dünya çempionu Hacımurad Hacıyev (70 kq) böyüklərin mundialında debüt görüşündə ötən ilin finalçısı olan amerikalı rəqibinə uduzdu. Ötən il dünya çempionatında bürünc medal qazanan Aslanbek Alborov (97 kq) isə 1/4 finalda dayandı.
Beləliklə, 10 sərbəst güləşçinin qazancı cəmi 1 gümüş medal oldu. Bunun adı isə fiasko, rüsvayçılıqdı. Bir “gümüş”lə özümüzü ovundura, təsəlli tapa, bunu həzm edə bilmirik. Yox, bunu bacaranlar varsa, nuş olsun!
Yeri gəlmişkən, Firdovsi Umudov Güləş Federasiyasının rəsmi saytına yarışla bağlı təəssüratını bölüşüb: “Bildiyiniz kimi, komandamız yarışı 1 medalla başa vurdu. Cəbrayıl Həsənov finalda uduzmaqla “gümüş” qazandı. Artıq 10 ildi sabit nəticələr göstərir. Biz də, özü də istəyirdi qızıl medal olsun, amma Allahın qismətidi. Cəbrayıl kapitanlığını göstərdi... Çoxları elə düşünür ki, dünya çempionatı adi bir turnirdi. Amma əslində burda ən güclüllər mübarizə aparır. Bu üzdən təmsilçimizin medal qazanması sevindirici məqamdı. Əlbəttə, medalların sayının çox olmasını istəyərdik. Heyətdə 4 gənc pəhləvana yer yermişdik. Həm güclərinə inanmadılar, həm də təcrübəsizlik sözünü dedi. Zədəli güləşçilərimiz də var idi. Məsələn, Hacı Əliyev demək olar ki, 1 ay məşqlərə qatılmadı. Həkimlər onu son bir həftə-on gündə ayağa qaldırdılar. Mundialda çıxış edib-etməyəcəyi də sual altında idi. Həkimlərin son qərarını və özünün də istəyini nəzərə alıb bura gətirdik. Üçqat dünya, Avropa çempionudu, çox istəkli idi. Biz ona inanırıq, ruhdan düşməməlidi. Bu ildən 65 kq-da güləşir. Yenə etimadı doğruldacağına şübhə etmirik. Məni ən çox Şərifovla Alborov məyus etdi. İmkanlarından aşağı səviyyədə çıxış etdilər. Özlərinə də deyilib, əvəzolunmaz idmançı yoxdu. İdmançıya şans bir, iki dəfə verilir. Bundan yararlanmadınsa, ölçü götürülür. Şərif məşqlərdə gah yorulduğunu, gah da belinin zədəli olduğunu bəhanə gətirirdi. Belədisə, artıq dayanmaq vaxtıdı. Edişeraşvili birinci görüşdə zədələndi və bunun bədəlini əvvəl iki dəfə yendiyi ABŞ güləşçisi ilə qarşılaşmada ödədi. Yəni qismətdi, ruhdan düşmək lazım deyil. Cəmaləddinin də çiynində qopma var, gips qoyulub. Böyük ehtimalla Bakıya dönəndən sonra əməliyyat olacaq... Federasiya rəhbərliyi tərəfindən lazımi şərait yardalır. Deməli, səhvlərdən nəticə çıxarmaq, daha çox məşq etmək lazımdı. Yaxşı gənclərimiz var və onlara imkan yaradılacaq. Nizam-intizam qaydalarına əməl etməyənlərə bundan sonra da yığmada yer olmayacaq. Eybi yoxdu, 1 və ya 2 medal qazanaq. Amma bu hamı üçün dərs olsun. İnşallah, qələbələrimiz irəlidədi. Mən buna inanıram, çünki potensial var... Püşkatmaya münasibət də birmənalı olmadı. Bunu bəhanə gətirmək istəmirəm. Qalib olmaq istəyirsənsə, bütün rəqiblərini yenməlisən. Amma ən güclülərin eyni səbətdə yer alması dəhşətli bir şeydi. Dörd dəfə püşkü dəyişdilər. Əlbəttə, bu da böyük amildi. Hacı əvvəlcə alman, sonra moldovalı, daha sonra isə kubalı ilə düşdü. Bunlar ümimilikdə həm də bəhanələrdi və kənara qoymaq lazımdı. Güclü olan qalib gəlir. Bu dünya çempionatı bizə dərs oldu”.
İndi isə keçid alaq xanımların mübarizəsinə. İslam Həmrəyliyi Oyunlarının qalibi Tatyana Omelçenkonun (59 kq) ilk mərhələdə rusiyalı rəqibinə uduzduğunu yazmışdıq. Mundialın 4-cü günündə daha üç pəhləvanımız yarışıb. Təsnifatdan başlayan İrina Netreba (65 kq) ilk görüşdə Yanet Ursula Sovero Ninonu (Peru) 6:2, 1/8 finalda Henna Katarina Yohanssonu (İsveç) 3:1, 1/4 finalda Çuyinq Tanqı (Çin) 3:0 yensə də, yarımfinalda Danielle Suzanna Lappaqe (Kanada) ilə bacarmayıb - 0:11.
Elis Manolova (68 kq) təsnifat mərhələsində italiyalı rəqibi Dalma Kanevaya (İtaliya) 1:3 hesabı ilə yenilib. Avropa çempionatının bürünc medalçısı Səbirə Əliyeva (76 kq) isə 1/8 finalda Yasəmin Adarla (Türkiyə) bacarmayıb - 0:10. Finala yüksələn rəqib Səbirəyə “bürünc” qazanmaq şansı yaratsa da, idmançımız ilk təsəlliverici görüşdə eyni hesabla Hiroe Minaqava Suzukiyə (Yaponiya) uduzub.
Dünən, yarışın 5-ci günündə “ağır artilleriya” döyüşə atıldı. Təbii ki, söhbət ilk növbədə qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnikdən (50 kq) gedir. Millinin kapitanı 1/8 finalda Frederika İda Peterssonu (İsveç) sıradan çıxardı - 10:0. Yanan Sun (Çin) ilə görüşdə də eyni hesab qeydə alındı. Mariyanın yarımfinalda rəqibi Sonhyanq Kim (KXDR) oldu. 4:2 hesablı çətin qələbəyə sevinən güləşçimiz karyerasında 4-cü dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Stadnik bu gün “qızıl” uğrunda Yui Susaki (Yaponiya) ilə qarşılaşacaq. Anjela Doroqanın (53 kq) da startı parlaq alındı. Hsin Yu Çiunu (Çin Taybeyi) 10:0 yenən pəhləvanımız 1/4 finalda Sara Ann Hildebrant (ABŞ) ilə bacarmadı - 9:15. Rəqib finala yüksəldiyindən Anjela bu gün təsəlliverici görüşdə Ulduz Eşimova (Qazaxıstan) ilə görüəcək.
Alyona Kolesnik (57 kq) təsnifatda son olimpiya və ikiqat dünya çempionu Helen Lyusi Marolisi (ABŞ) 4:2 (tuşe) üstələdi. 1/8 finalda isə Ninqninq Ronq (Çin) ilə bacarmadı - 0:10. Ancaq finala çıxan Ronq təmsilçimiz üçün “bürünc” yolu açdı. Alyona bu gün Puca Danda (Hindistan) ilə qarşılaşacaq. Nəhayət, qadın millimizin sonuncu üzvü Elmira Qəmbərova (62 kq) təsnifatda Taybe Mustafa Yuseynlə (Bolqarıstan) qarşılaşdı. Hesabda 3:0 önə keçən həmyerlimiz üstünlüyünü qoruya bilmədi. Sonda bərabərlik qeydə alınsa (5:5) da, rəqib ilk hissənin sonunda 4 xallıq fəndi dəqiq icra etdiyindən növbəti mərhələyə yüksəldi. Bolqar xanım daha sonra finala qədər irəlilədi ki, nəticədə Elmira bu gün təsəlliverici görüşdə Linqlinq Bao (Çin) ilə qarşılaşmaq hüququ əldə etdi.
KƏNAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar