14 okt 16:36idman

Firdovsi Umudov proqnoz verməkdən çəkindi

Firdovsi Umudov proqnoz verməkdən çəkindi
Şaban Donat: “Bütün yığma üzvlərindən medal gözləyirik”
Xəbər verdiyimiz kimi, dünən Olimpiya Güləş Mərkəzində sərbəst və yunan-Roma güləşi yığmalarımızın açıq məşqi baş tutub. Əvvəlcə jurnalistlər önünə sərbəst güləş millimizin baş məşqçisi Firdovsi Umudov çıxıb: “Artıq təlim-məşq toplanışını başa vurmaq üzrəyik. Bizimlə birgə hazırlıq prosesində Fransa və İtaliya yığmalarının üzvləri də iştirak edir. Bu həftə son yükləmələrimizi baş vururuq. Oktyabrın 18-də Macarıstana yollanacağıq. İki gün sonra isə yarışa start veriləcək. Yığmanın tərkibində gənclərə də yer vermişik. Ötən il və bu il yeniyetmə və gənclərin beynəlxalq turnirlərində özlərini yaxşı tərəfdən göstərən idmançıları yığmanın heyətinə daxil etmişik. İnanırıq ki, dünya çempionatında da özlərini müsbət tərəfdən göstərə biləcəklər. Federasiyanın rəhbəri Namiq Əliyevlə söhbətimiz oldu. Belə qərara gəldik ki, gənclərə üstünlük verək. Gələn il bizi məsul yarışlar gözləyir. Avropa çempionatı, ikinci Avropa Oyunları və Tokio Olimpiadasına lisenziya verən dünya çempionatı keçiriləcək. Ona görə indidən gəncləri qarşıdakı yarışlara hazırlayırıq. İndi onların qarşısına medal qazanmağı şərt qoymamışıq. Əsas o ab-havanı hiss etmələridi ki, gələn il mötəbər turnirlərdə təcrübə çatışmazlığından əziyyət çəkməsinlər. Namiq müəllimin də daha öncə verdiyi müsahibədə qeyd etdiyi kimi, 2011-ci ildə Toğrul Əsgərovu yığmaya cəlb etdik. Bir il nəticə vermədi. Ancaq növbəti il həm Avropa, həm də olimpiya çempionu oldu. Sözsüz ki, təcrübəli güləşçilərlə yanaşı gənclərə də şans tanımalıyıq. Bu gün komandanın tərkibində Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov, Cəmaləddin Məhəmmədov, Aslanbek Alborov, Georgi Edişeraşvili kimi təcrübəli güləşçilər var. Gənclərdən Pərviz İbrahimovu 61 kq-da sınaqdan keçirəcəyik. Olimpiya çəkiləri üçün hər zaman ehtiyat qüvvəmiz olmalıdı. Əlbəttə, hər məşqçi öz yetirməsinin yarışlara getməsini istəyir. Ancaq biz güləşçilərin hazırlığına və nizam-intizamına fikir veririk. Bəzən elə olur ki, toplanışa hansısa idmançını cəlb edirik, sonra şəxsi problemləri olduğunu deyir. Problemi olan idmançı yığmanın hazırlıq prosesində iştirak edə bilməz. Hansı idmançı nizam-intizama əməl edirsə, məşqçilərin verdiyi yüklənmələri və tapşırıqları uğurla yerinə yetirirsə, o da yığmanın tərkibində yer alır. Pərviz İbrahimov, Hacımurad Hacıyev, Abubakr Abakarov və Murad Süleymanov kimi gənclər dünya və Avropa çempionatlarında, başqa beynəlxalq yarışlarda uğurlu çıxış etməklə əsas yığmada yer alıb. Bizim onlara inamımız var.
Proqnoz vermək istəmirəm. Komandada zədəli güləşçilər var. Hacı zədəsini bərpa edərək məşqlərə qoşulub. Vətənimizi, dövlətimizi layiqincə təmsil etməyi qarşımıza məqsəd qoymuşuq. Bu il Qazaxıstan, Türkmənistan, Kanada, Fransa, İtaliya və Türkiyədən güləşçilər gəlib burda təlim-məşq toplanışı keçib. Bu da idmana və idmançılara dövlət səviyyəsində qayğının göstəricisidi. Şəxsən prezidentimiz İlham Əliyev qayğı göstərir. Biz də çalışacağıq ki, dünya çempionatında uğurlu çıxış edib, himnimizi səsləndirək və güləş azarkeşlərini sevindirək”.
Sonra hesabat vermək növbəsi yunan-Roma güləşi millimizin baş məşqçisi Şaban Donata çatıb: “Avropa çempionatında uğurlu çıxış etdik. İndi ilin ən önəmli yarışına hazırlaşırıq. Komandamız yenidən qurulub. Heyətə bir neçə gənc güləşçi cəlb etmişik. Azərbaycan güləşi hər zaman güclü olduğu üçün iddialı heyətimiz var. Medallar qazanacağımıza inanırıq. İdmanda heyəti daim yeniləməlisiz. Çünki rəqabət çox güclüdü. Daim enerjili və gənc güləşçilərə şans vermək lazımdı. Rəqiblərimizi təhlil etmişik. Güləş artıq bütün dünyada inkişaf edib. Ancaq biz öz gücümüzə güvənirik. Həm təcrübəli, həm də gənc güləşçilərimiz var. Rəsul Çunayevin zədəsi vardı. Ancaq müalicə kursu keçdikdən sonra yenidən yığmanın toplanışına qoşuldu. Ondan hər zaman medal gözləmək olar. Ancaq biz bütün yığma üzvlərindən medal gözləyirik. Kim daha yaxşı və ağıllı strategiya ilə güləşəcəksə, o da fəxri kürsüyə qalxacaq. Amma bizi güclü rəqabət gözləyir”.
Yığmaların açıq məşqini Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev də izləyib. Dünya çempionatına yollanacaq güləşçilərin hər biriylə görüşüb, onlara uğurlar arzulayan AGF rəhbəri bunları deyib: “Yarışa tam hazırıq. 8 gündən sonra dünya çempionatı başlayacaq. Düzdü, komandalarımıza təcrübəli güləşçilərlə yanaşı, gəncləri də cəlb etmişik. Gənclər arasında dünya çempionu olan və gümüş medal qazanan güləşçilərimizi əsas heyətdə sınaqdan keçirmək istəyirik. Gəncləşmiş heyətlə Macarıstana yollanırıq. Olimpiada üçün hədəflərimiz var. Ona görə də gəncləri sınamaq fikrindəyik. Güləş həmişə nəticə verib. Hesab edirəm ki, bu dəfə də istisna olmayacaq. Baxmayaraq ki, heyətdə yetərincə gənc güləşçi var. Ümumilikdə pəhləvanlarımız yaxşı formadadı. Ab-hava da yüksək səviyyədədi. Böyük perspektiv vəd edən gənc güləşçilərimiz var. Ancaq onların adlarını açıqlamaq istəmirəm. Çünki ad çəkən kimi dərhal bütün dünyanın diqqəti onlara yönəlir. O gənclər özlərini mütləq Olimpiya Oyunlarında göstərəcəklər. Toğrul Əsgərovun London Olimpiadasında sürpriz qələbəsini təkrarlayacaq güləşçilərimiz var”.
Dünya çempionatında titula iddialı güləşçilərimizdən biri də Hacı Əliyevdi. 61 kq-da üç dəfə dünya çempionu olan istedadlı pəhləvan bu dəfə 65 kq-da eyni uğura imza atmağa çalışacaq. Hacı sentyabrda Macarıstanda keçirilən beynəlxalq turnirdə zədələnsə də, iddiasından əl çəkmək fikrində deyil: “Məşqlərimiz yaxşı keçir. İlin əvvəlindən 7-8-ci təlim-məşq toplanışımızı keçirik. Bu, son hazırlıq prosesidi. Gördüyünüz kimi, kiçik zədəm var. Belarusdakı yarışdan sonra xalça üzərində ikinci məşqimdi. Buna baxmayaraq, növbəti dəfə dünya çempionu olmağa calışacam. Rəqiblər çox güclüdü. Ancaq əlimdən gələni edəcəm. Zədəm dizimdədi. Sərbəst güləşdə tez-tez ayaqdan tutmaqla fənd işlədirik. Bu baxımdan dizə çox yük düşür. Zədəli dizimi qorumağa çalışacam. Bəlkə də bu baxımdan yaxşıdı ki, ayağımı rəqiblərin tutmasına imkan verməməyə daha çox diqqət edəcəm”.
Yunan-Roma güləşi üzrə yığmamızın gənc və böyük perspektiv vəd edən güləşçilərdən biri İslam Abbasovdu. Gənclər arasında dünya və Avropa çempionu bu dəfə böyüklərin mundialında uğuru hədəfləyib: “Macarıstanın paytaxtı Budapeştdə bizi çox ciddi yarış gözləyir. Dünya çempionatına yaxşı hazırlaşmışıq. Bir az yorğunluq var. Ancaq mundial ərəfəsində istirahət edib, gücümüzü bərpa etmək imkanı qazanacağıq. Sınaqçı-rəqiblərimə təşəkkür edirəm. Onlarla birgə məşq etmək mənə çox kömək edir. Federasiya rəhbərliyinə də diqqət və qayğıya görə minnətdarıq. Çalışacağıq ki, vətənə medalla qayıdaq. Bu çəkidə 10-a yaxın favorit var. Güclü rəqiblərlə qarşılaşacam. Ona görə də dünya çempionatına çox yaxşı hazırlaşmaq lazımdı. İnşallah, əziyyətimiz yerdə qalmaz”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar